SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   2   3   4   5   6   7   8   9   ...   73

                                            
14 
ŞİRVANIN TƏZƏ BƏYLƏRİ HAQQINDA 
Çünki xəllaqi-cahan xilqəti-imkan elədi,  
Kənzi-məxfidə olan sirri nümayan elədi,  
Mənbeyi-feyz idi, bu aləmə ehsan elədi,  
Kimini eylədi heyvan, kimi insan elədi.  
Ənbiya silkini sərdəftəri-dövran elədi. 
Əqli sultan yaradıb, qıldı həvasi xüddam,  
Qəlbi-insanı edib hikmət ilə ruhə məqam,  
Xilqəti-aləmə çün feyzini göstərdi təmam,  
Ta qoya aləmə ol qadirü qəyyum nizam,  
Bəzini xan eləyib, bəzini sultan elədi. 
Sirri-hikmətdi bu iş kim, hamı kəs xan olmaz,  
Xar lazımdır ola xar, gülüstan olmaz,  
Xan xar etmək üçün xaliqə nöqsan olmaz,  
Hamı kəs bəy ola bilməz, hamı kəs xan olmaz,  
Hikməti-kamiləsin həq belə şayan elədi. 
Mülki-Şirvan bu diyarın ki, gülüstanı idi,  
Mustafa xani-fələkşovkət onun xanı idi.  
Bu diyar əhli onun tabeyi-farmanı idi,  
Var idi bir neçə bəylər ki, onun canı idi,  
Onların hər birinə bir cürə saman elədi. 
Etdi çün dövləti-Rusiyyə bu mülki təsxir,  
Səltənət mülkünü ta istədi qılsın təmir.  
Yaranal Yermolovi-sahibi-əqlü tədbir  
Şirvanın bəylərini birbəbir etdi təhrir,  
Hər kəsin layiqi-əhvalını tibyan elədi. 
Çün bu təhrir zamanından ötüb bir müddət,  
Bəy olan kimsənələr şəhrdə tapdı şöhrət,  
Xəlq gördü ki, edir bəylərə dövlət hörmət,  
Bağladı şövqlə bəy olmağa çoxlar niyyət,  
Kimi bəy yazdı atasın, kimisi xan elədi. 
  


                                            
15 
İmperatora bu iş çünki olub kəşfü oyan,  
Ta ki, təhqiqi-məratib ola verdi fərman.  
Gəldi Şirvanə Puçin açdı bu əmrə divan,  
Onun əhdində bu iş tapmadı yeksər saman,  
Təzədən gəldi, Məlikbəylərov ünvan elədi. 
İçdilər and çilenlər hamısı Quranə, 
Ta ki, meyl etməyələr əyrüiyə, böhtanə, 
Hər kəsin layiqinü şərh edələr mərdanə, 
Bəylərin bəyliyi ta sabit ola divanə
Xan, kimi bəy eləyib, ya kimi dərban elədi. 
Saqi, doldur, mənə bir cam, əmiranə gətir,  
Tövsəni-təbimi bu ərsədə cövlanə gətir,  
Bimü bak eyləmə, hər bir sözü mərdanə gətir,  
İndi, ey təb, bəy əhvalını meydanə gətir,  
De görüm, bəylik işin el necə ünvan elədi? 
Bəli, ol gün ki, çilenlər seçilib tapdı nizam:  
Müxtəsər ərz qılım, yaxşı deyil tuli-kəlam.  
Gördü bəylər neçə yüz ərzə verən var, hamı xam;  
Dedilər kim, at ölüb, itlərə oldu bayram,  
Hər biri bir təmən-xam üə cövlan elədi. 
İki bəy düşmədi rüşvət təməinə əsla,  
Biri Məmməd Əli bəydir, biri də Mahmud ağa.  
Qaldığı vurdu işin, gözləmədı şərmü həya,  
Getdilər xəlqin hamı başına yüz dərdü bəla,  
Unudub Allahi bunlar hamı tüğyan elədi. 
Qarasaqqallı Həsən oldu pul almaqda vəkil, 
Aldı pul, eylədi qismət, hamıya durdu kəfil, 
Ət bazardan daşınıb mənzilə zənbil-zənbil, 
Etmədi mədələri yağlı qidanı təhlil, 
Saldı ishalə çoxun qatı elədi. 
  


                                            
16 
Çoxusu gəlmiş idi şəhrə bular bisərü pa,  
Bir də gördük ki, geyib hər biri bir tirmə çuxa.  
Görcəyin xəlq oları, söylədi, ey bari-xuda.  
Tülkü quyruğunu harda batırıbdır nohura,  
Yenə bunlar kimi soydu, kimi üryan elədi? 
Bəylərin hasil olub dövri-fələkdən tamı,  
Yedi, yağlandı, qarın saldı qoyun tək hamı,  
At ölüb, itlərin oldu neçə gün bayramı,  
Gördü şiybanlı Qasım görmədiyi əyyamı,  
Getdi on dörd gecə Şiybanda çirağan elədi. 
Yekə bəylər pul alıb bir neçə alçaq bəydən,  
Kühən atlar necə ki, arpa qapar eşşəkdən,  
Tutdular aqibəti qırma, barıtdan, zəngdən,  
Nüh beyin pul tökülüb üstünə yerdən, göydən,  
Qocalıq Nuh kimi axırı tufan elədi. 
Necə insafdı kim, Hacı Həsən bəy bir pir,  
Deyəsiz bəy deyil, axır ola sizdən dilgir,  
Bəxş edib siz təki çox bəylərə şali-Kişmir,  
Tərxanov Knyazovu gördü olub şeyxi-Kəbir,  
Çox inayətlər edib hər işə tərxan elədi. 
Bu nə insafdır, ey peyrəviyani-Bərmək,  
Eylə kəs var ki, çox yaxşıdı ondan eşşək,  
Onu siz bəy edəsiz, olmaya Mirzə Hacı bəg,  
Bavücudi ki, çiləndir, özü də çox zirək,  
Siz edən zülmü nə Süfyanü nə Mərvan elədi. 
Xud pristatel özü Hacı bəyə verdi bəzək,  
Dedi hər nal çəkər oğlu nə rəvadır ola bəg?  
Bəs nədəndir ki, boy oldu, görəsən, zimral Səhək?  
Aşikar işdi ki, həmməzhəbinə etdi kömək,  
Batini zahir edib qəsdi-müsəlman elədi. 
  


                                            
17 
Qaraqaş oğlu ki, heç bəy döyüdü, bəg dedilər,  
Pul ki, gəldi araya, bardağa səhək dedilər,  
Kim ki, pul vermədi, - ol yazığı Bərmək dedilər,  
Müxtəsər, eşşəyə at, ata da eşşək dedilər,  
Bu eşşəklər yeyibən arpanı tüğyan elədi. 
Bu çətin məsələ, ey müftiyi-pakizə-xisal,  
Yazılıb, səndən olur şər təriqilə sual.  
İndi bu bəylərə arvadı həramdır, ya həlal?  
Sən əgər doğru deməzsən, qalı boynunda vəbal,  
Şarii-şər bu hökmü necə tibyan elədi? 
Gər qubernat ötürə əlli pristav Sibirə,  
Yenə zənnim bu deyil, bir-birinə iş yetirə,  
Çünki bədcins əmələ cümlə dönübdür qətirə,  
Həmzəni saxladı Qurbanbəyov, arvad gətirə,  
O da Qurbanbəyova canını qurban elədi. 
Kişinin dövləti-Qarunə çatar imkanı,  
Mülkü mal ilə müsəxxər eləyib Şirvanı:  
Bağı, buzxanəsi, karvansarası, dükkanı,  
Nökəri, faytonu, atı, qoyunu, çobanı,  
Dövlətü malı onun aləmi heyran elədi. 
Xud, tutaq ki, demədiz bəy filana, bəhmanə,  
Gəldi sərdar sabah, düşdü bir iş, Şirvanə.  
Hansınızda tapılar düşmoyə layiq xanə?  
Tüpürüm astarı bez yatdığınız yorğanə!  
Bilmirəm həq sizi bunca necə heyvan elədi. 
Birisi xan ola gər olmaya evdə nanı,  
Həsrəti-nan ilə hərdəm çıxa qəmdən canı,  
Bilmirəm, neyləyir o xanlıği, ya dünyanı,  
Hər kimin dövləti vardır, odur əsrin xanı,  
Pul edən hökmü nə xanü nə də sultan elədi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə