SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   2   3   4   5   6   7   8   9   ...   73

                                            
18 
Adı bəy olmaq üçün bəy olumu hər gümrah?  
Özünü yüz bəzəyə, şir ola bilməz rubah,  
Nənəş oğlu gətirib bir bəyə Şirvanda pənah – 
Ki, onu bəy eləsin, bir elə sən tanrı nigah!  
Eylə kamil kişinin adını nöqsan elədi. 
Şirvanski yazıb öz adını bir bəyzadə,  
Ta ki, fəxr eyləyə əslü nəsəbü əcdadə,  
Çox deyildir bu ona, fikr edəsən mənadə.  
Biz dedik ki, yazacaqdır adını şahzadə,  
Yenə insaf eləyib kim, bu yazıq xan elədi. 
Yüz manatdan yuxarı xərc eləyib Hacı Manaf,  
Bəylərin xanəsini şamü səhər etdi təvaf,  
Dedilər bəydi, bunun bəyliyinə yoxdu xilaf,  
Bir sual etdi pristatel, ey əhli - insaf-Ki, neçün  
Xan ləqəbin Üryanın üryan elədi? 
Qarasaqqallı Həsənbəy duruban tez ayağa,  
Ərz qıldı ki, onu şərh qılım mən, ay ağa,  
Nə qədər xan tutardı onu kürkə, papağa,  
Dağıdıb paltarın, üryan gələrdi otağa,  
Qoydu xan adını Üryan, lotu meydan elədi. 
Kül sənin başına Şirvan, əcəb oldun nadan – 
Ki, sənə sahib olur indi gəlib hər ... atan,  
Hanı əyyami-qedimin, hanı ol Mustafa xan – 
Ki, çıxıb taxtına izzətlə edərdi divan!  
Çərxi-zən-qəhbə əcəb bizləri suzan elədi. 
Advoqatlar demə, bu xəlq ilə manəndi-yağı,  
Başı Fondilki, Haput orta, Ağacan ayağı,  
Soydular ərzəçinin qalmadı cismində yağı,  
Yazıq Abdulla bəyin həm uduzuldu boyağı,  
Həm özün soydu lotu, gör necə üryan elədi... 
  


                                            
19 
Xəlqlər çox yığılıb söylədilər hədyan söz,  
Yıxdı Şirvanın evin axın bu böhtan söz.  
Həqq-nahəq cəm edər hər biri bir dəstan söz,  
Məsləhətçün oxunan söhbət edər ünvan söz,  
İnanan kimsə bilir ki, lotu meydan elədi. 
İy çəkirlər tufa tək ta ki, görüb harda var aş,  
Kimdə var ağca pilov, hər gecə yağlı bozbaş,  
Çoxu var ki, götürüb çün özünə böylə maaş,  
Öz evində yeməyib, and içərəm, bir gecə aş,  
Qarnın otarmaq üçün nəfsini heyvan elədi. 
Əhli-divanın işin şərh qılım bir neçə bab,  
Şərhi itmamə yetişməz yazila ətli kitab;  
Füqəralər yanıban zülm oduna oldu kəbab,  
Bir tərəfdən elədi zəlzələ Şirvanı xərab,  
Bir tərəfdən də, bular aləmi viran elədi. 
Hələ qoy zəlzələnin söhbəti qalsın baqi,  
Şərh edim cümlə polisə işini, ey saqi,  
Kolbakin
*
 tökdü bizim başımıza torpağı,  
Tikdi hakim bizə hər həftədə bir sarsağı,  
O da gəldi gücünən tabeyi-fərman elədi. 
Aldılar saqqalını çün ələ bədzat əmələ,  
Etdi soyğunçuluğu hər biri bir zat əmələ.  
Hər biri tovladı soymaqlığa bir qat əmələ,  
Aldılar xəlqdən eşşək əmələ, at əmələ,  
Necə ki, hər biri bir ayğırı madyan elədi. 
Nə pristav, nə köməkçi, nə kvartal, nə kazak,  
Hamısı qurd kimi soymaqlığa xəlqi ki, qoçaq,  
Məsləhətçin eleyibler neçə əşxası qaçaq,  
Neçə kəs var ki, nahəqdən olubdur dustaq,  
Kimi öldürdü görək, hansı sinib qan elədi? 
                                                          
*
Kolyubakin 


                                            
20 
Etdi Əbdül Əli bəy xatirimi xoş və xüram,  
Xassə kim, Xan çobanı taifəsi cümlə avam,  
Biri bilməzdi ki, var məhzəri-divanda məqam  
Həm şəhərdə, həmi çöldə işinə verdi nizam,  
Gəzdi hər yan Məlikov, yaxşıca divan elədi. 
Dağılıb çöllərə açdı hərə bir növ kələk  
Qırxdı xəlqin başını hər biri misli-dəllək,  
Sac Lahıcdan qutarıb, qalmadı Salyanda ələk,  
Cifə cəm etməyə kim, bunlar ilə Şeyxəli bəg,  
Gəh mürid etdi özün, gahi müsəlman elədi. 
Sarısaqqallı naçalnik demə, bir qorxaq inək,  
Çünki çullardı, palanlardı onu hər eşşək,  
Hərə bir növ onun ... vurdu kəpək,  
Bir neçə müddət ağamız bizim oldu İsa bəg,  
Bir zaman gəldi bizə hökm o Tərxan elədi. 
İncinar oldu Qasımbəy, bizə çox verdi əzab,  
Həqq evin yıxsın onun, etdi bizi xanəxərab
İncınarlıq özü bir elmdi bihəddü hesab.  
Bu avam oğlu avam harda görüb fəsli-kitab,  
Haradan gəldi, özün qabili-əyan elədi? 
Atdı divanını hər müfsidi-bədzat üstə,  
Mindi gündə atını, çapdı özü tat üstə,  
Gəzdi hər yanda, beş eşşək yedi bir at üstə,  
Bir gün az qaldı ki, yüz qan düşə dibdat
*
 üstə,  
Yenə həq lütfünü gör xəlqə njgəhban elədi. 
Mirovoy sudyada vardır neçə bədzat əmələ,  
Üz güləş, qəlbi qara, saqqalı manəndi-şələ,  
Şələ saqqalı qoyub ciyfeyi-dünyayə tələ,  
Aşina gözlədi bu Seyyidi-sərgəştə hələ,  
Şərmdən adlarını yazmadı, pünhan elədi. 
  
                                                          
*
 Deputat 


                                            
21 
Gərçi it qırdı salıb çoxların etdi ixrac,  
Leyk bundan belə olmaz qəmi-pünhanə əlac,  
Özgə növ ilə tapıb şəhrdə bir növ rəvac.  
Onları həqq özü bir əppəyə etsin möhtac,  
Necə ki, özləri çox kimsəni binan elədi. 
Var neçə molla ki, Şirvanə olar tazə gəlib,  
Qoymağa küfr ilə islamə bir əndazə gəlib,  
Şərin övraqına bir şəneyi-şirazə gəlib,  
Şöhrəti-elmi salıb aləmə avazə gəlib,  
Hər biri rövnəqi-islamı nümayan elədi. 
Bisəbəb əhli-vəfa naləvü fəryad eləməz,  
Üqdəsi olmasa, könlündə cərəs dad eləməz,  
Büğzü var, çərxi-dəni əhli-dili şad eləməz.  
Yıxmasa yüz evi, bir büqəni abad eləməz,  
Tikməmiş bir evi, yüz min evi viran elədi. 
Bu xəyal ilə ki, şayəd ələ bir xeyr düşə, 
 Çapdılar hər tərəfə, baxmadılar yayə, qışə,  
Sərqətərlər hamını saldı işə, verə dişə,  
Kürdəmir doşabı, Bakı üzümü düşdü işə,  
Ozünə hər biri bir növ ilə saman elədi. 
Hər kəsin olsa başında yekəraq əmmamə,  
Görünür xəlqdə guya ki, odur allamə,  
Minbər üstə çıxıban gərm eləyir həngamə,  
Buınların vəsfini təhrir qıl, ey can, xamə,  
Ərseyi-fikrdə yüz şövq ilə cövlan elədi. 
Şeyxül-islam özü nəql etdi bunu çox məzəli,  
Özgə növ ilə düşübdür bu işin xud əzəli,  
Bu Şüreyh qazinin oğlu yəqin olmuşdu dəli,  
Batinən qazilik üçün içi getmişdi, vəli,  
Təmai-xam onu axırda pərişan elədi. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə