Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

üçün xarakterikdir.  Əhalinin hər  10000 nəfərinə düşən həkimlərin 
sayı  şəhər  üzrə  1990-cı  ildə  88-dən  1998-ci  ildə  70-ə  qədər  azalsa 
da,  bu  göstərici  Muxtar  Respublikanın  orta  göstəricisindən  3,3 
dofo  artıqdır.  Müqayisə  üçün  bu  rəqəm  Babək  rayonunda  8-ə, 
Şərur  rayonunda  10-a,  Şahbuzda  6-ya,  Culfada  5-ə,  Ordubadda 
12-yə, Sədərək rayonunda 8-ə bərabərbir.
Ölkənin  iqtisadi  və  sosial  həyatında  baş  verən  dəyişikliklər 
qadınların  sağlamlığına  ciddi  şəkildə  tə'sir göstərir.  Muxtar  Res­
publikada  əhalinin  hər  1000  nəfərinə  düşən  ölüm  səviyyəsi  1998- 
ci  ildə  1970-ci ilə nisbətən  37,7% azalaraq 7,7 nəfərdən  5,6 nəfərə, 
bir  yaşmadək  uşaqlar  arasındakı  ölüm  səviyyəsi  isə  1,8  dəfə  aza­
laraq  33,3  nəfərdən  18,1  nəfərə  düşmüşdür.  Əlbəttə,  bu  göstəri­
ciyə  Muxtar  Respublikada  son  oniillərdə  səhiyyə  sisteminin  inki­
şafı  və  əhaliyə  səhiyyə  xidmətinin  yüksəldilməsinin  də  az  tə'siri 
olmamışdır.
90-cı  illərin  ortalarına  qədər  ömrün  orta  uzunluğunun  azal­
ması, ana ölümünün və körpə ölümünün bir qədər artması hallan 
müşahidə  olunurdu  ki,  bu  tendensiyalar  ümumən  Azərbaycan 
üçün  səciyyəvidir  (Bax:  Azərbaycanda  insan  inkişafı  haqqında 
hesabatlar,  müxtəlif illər üçün).  Bunun  əsas səbəbi qadın sağlam­
lığına  mənfi  tə'sir  göstərən  qidalanma  standartlarının  aşağı 
düşməsi, ekoloci amillər və stresslərdir.  Əgər  1990-cı ildə hər  1000 
doğulan  uşaqdan  25%  ölürdüsə,  2000-ci  ildə  bu  rəqəm  12,8% ol­
muşdur.  Həmin  ildə  Naxçıvan  MR  üzrə  bu  göstərici  11,2%  ol­
muşdur ki, bu da ölkə üzrə orta göstəriciyə yaxındır [23, s.58].
Əvvəlki  illərdə  olduğu kimi,  indi  də  Muxtar Respublikada  tə­
bii  artım  (10,7)  Azərbaycanın  orta  göstəricisindən  (8,9)  çox, 
ölümün sayı isə (5,4) az olmuşdur (5,9) [23, s.58].
Mütəxəssis  hesablamaları  və  sorğular  göstərir  ki,  Muxtar 
Respublikada  qadınlar  arzuolunmaz  hamiləliyin  və  doğumun  ni­
zamlanmasının  müasir  metodları,  kontraseptik  vasitələr  haqqın­
da  kifayət  qədər  mə'lumata  malik  deyillər.  Təəssüf  ki,  bölgədə 
doğuma nəzarətin əsas vasitəsi hələ də abort olaraq qalmaqdadır.
Bu  baxımdan bütün ölkədə olduğu kimi,  Muxtar Respublika­
da  da  «Ailənin  planlaşdırılması»  proqramının  həyata  keçirilməsi 
çox  təqdirəlayiq  haldır.  Dünya  Sağlamlıq  Təşkilatı  və  BMT-in 
Əhalinin  fəaliyyəti  fondu bu proqramla yanaşı sağlamlıq haqqın­
da statistikanın  toplanması kimi vacib bir proqramın gerçəkləşdi-
133
I


rilməsinə başlamışdır.
Lakin  Naxçıvan  Muxtar  Respublikasında  dövlət  səhiyyə 
müəssisələrində tətbiq edilmiş pullu xidmət aradan  qaldırılmışdır. 
Bu Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun naxçıvan­
lılar üçün gördüyü yüzlərlə sosial yönümlü işlərdən biridir.
Keçid  dövrünün  ağır  şəraiti  evlənmə  və  boşanmaların  sayma 
da  tə'sir  göstərmişdir.  Bütün  ölkədə  olduğu  kimi,  Muxtar  Res­
publikada da 
evlənmə 
hallan 
nəzərə çarpacaq dərəcədə  azalıb.  Bu
isə ilk növbədə əhalinin  gəlirlərinin  aşağı  düşməsi  ilə əlaqədardır. 
Bununla  belə  boşanma  göstəriciləri  də  xeyli  aşağı  düşmüşdür. 
1980-1998-ci  illərdə  əhalinin  hər  1000  nəfərinə  düşən  nigahlarm 
sayı  1,5  dəfə  azalaraq,  10,5-dən  7-yə  düşmüş,  boşanmalann  sayı 
isə  həmin  illərdə  artaraq  0,6-ya  qalxmış,  1990-cı  ildən  sonra  isə 
azalaraq  1998-ci  ildə  0,5-ə  düşmüşdür.  XX  əsrdə  ən  çox  nigah 
1985-ci ilə  (11,6),  ən az isə  1940-cı ilə (5.9),  ən çox boşanma (3,9) 
1940-cı  ilə,  ən  az  boşanma  isə  1998-ci  ilə  təsadüf edir  [112,  s.55]. 
Naxçıvan  MR  boşanmalann  sayma  görə  Azərbaycanda  həmişə 
axınncı  yerlərdən  birini  tutmuşdur.  Bu hər  şeydən  əvvəl  bölgədə 
milli  və  ailə  ən'ənələrinin  möhkəm  olması  ilə  izah  edilməlidir. 
Ümumiyyətlə, Azərbaycanın digər bölgələrində olduğu kimi, Na­
xçıvanda da ailə mühüm rol oynayır və dəyərlər iearxiyasmda ən 
yüksək  yerlərdən  birini  tutur.  Digər  tərəfdən  əhalinin  71,9%-in 
yaşadığı  kənd  yerlərində  nigahm  pozulması  tarixən  son  qəti  ad­
dım kimi dəyərləndirilmişdir.
Bu  problemlə  əlaqəli  daha  bir  problem  boşanmış  və  ya  tək 
qadınlann sosail müdafiəsini təşkil edilməsidir. Əlbəttə, Naxçıvan 
kimi  qohumluq münasibətlərinin möhkəm olduğu bir bölgədə bu 
sosial  qrupa daxi  olan  qadınlann problemləri müəyyən  dərəcədə 
qohumlann  yardımı  ilə  həll  olunsa  da,  onlann  məsələsi  bütün 
cəmiyyəti narahat etməlidir.
Beləliklə, Naxçıvan Muxtar Respublikasında insan inkişafının 
əsas  göstəricilərinin  təhlili  göstərir  ki,  burada  qadınlar  bütün 
fəaliyyət  sahələrində  təmsil  olunsalar  da,  bu  qənaətbəxş  deyil. 
Buna  görə  də  insan  inkişafı  prosesində  qadınlann  və  kişilərin 
həqiqi  bərabərliyinə  nail  olmaq  üçün  qadınların  iqtisadi  və 
yüksək  keyfiyyətli  təhsil  almaq  imkanlarım  genişləndirmək 
istiqamətində səmərəli addımlar atılmalıdır.
134


2.  Qadınların sosial fəallığı.  Onların Muxtar Respublikanın
ictimai-siyasi həyatında iştirakı
Vətəndaş  cəmiyyətinin  ən  mühüm  atributlarından  biri  qadın­
ların həmin cəmiyyətin siyasi  sistemində layiqli yer tutmaları,  on­
ların  ictimai-siyasi  proseslərə  cəlb  olunmasıdır.  Cəmiyyətin  hu- 
manistləşməsi,  demokratikləşməsi  qadının  sosial  fəallığından  bi­
lavasitə asılıdır.
Bunu  çox  gözəl  bilən mərhum prezidentimiz  Heydər Əliyevin 
imza  etdiyi  bir  sıra  sərəncam  və  fərmanlarla  qadınlarımızın  icti­
mai-siyasi  fəallığının  artmasına  ciddi  təkan  vermişdir.  Bu  gün 
qadına  münasibətdə  dövlət  siyasətinin  əsas  mahiyyəti  qadınların 
öz imkanlarını  gerçəkləşdirimələri  üçün onlara lazımi  şəraitin ya­
radılmasından  ibarətdir.  1993-cü  ildən  başlayaraq  ictimai  hərə­
katda əksəriyyət  təşkil  edən  qadınlarımız  öz hüquq və  azadlıqla­
rını  əldə  etmiş,  demokratiya,  istiqlaliyyət  arzularına  nail  olmuş­
lar.  Pekin konfransının  qətnamə və qərarları  bu  gün Azərbaycan 
dövlətinin  qadın  siyasətinin  əsas  prinsipləridir.  Konfransın  «Qa­
dınlar  və  yoxsulluq»,  «Qadın  və  səhiyyə»,  «Qadınların  təhsili  və 
peşə hazırlığı», «Qadınlar və hərbi münaqişələr»,  «Qadınlara qar­
şı  zorakahq»,  «Qadınların insan hüquqları»,  «Qadınların  qanun­
vericilik  orqanlarının  işində  və  qərar  qəbul  edilməsi  prosesində 
iştirakı» kimi müddəaları bu gün ölkəmizdə ardıcıl surətdə həyata
i
keçirilir.
Bu  sahədə  mühüm əməli  addımlardan  biri  Azərbaycan  prezi­
dentinin  1998-ci il  14 yanvar tarixli fərmanı  ilə «Qadın problem­
ləri  üzrə  Dövlət  Komitə»sinin  yaradılması  oldu  [18].  Müharibə 
şəraitində,  iqtisadi-sosial  çətinliklərin  mövcud  olduğu  bir  ölkədə 
qadınların  problemləri  ilə  məşğul  olacaq  dövlət  qurumunun  ya­
radılması  nəinki  ölkəmizin  ictimai  həyatında,  həm  də  dünya  qa- 
dın hərəkatmda geniş əks-səda doğurmuşdur.
1998-ci  ilin  sentyarbrmda  keçirilmiş  Azərbaycan  qadınlarının 
V qurultayı müstəqil dövlətdə qadm hərəkatının ilk böyük məclisi 
idi.  Qurultayda  çıxış edən ölkə başçısı  Heydər Əliyev respublika­
mızda  qadın  hərəkatının  tarixini,  müasir  vəziyyətini  təhlil  edib 
qiymətləndirmiş,  onun gələcək vəzifələrini,  qarşıda  dayanan  pro­
blemləri tutarlı faktlar, dəlillərlə izah etmişdir.  O, qeyd etmişdi ki, 
bu qurultay XX əsrdə Azərbaycan tarixində ən böyük tarixi hadi-
135


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə