Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

mədəniyyət)  qadınlar  hətta  üstünlük  təşkil  edirlər.  Muxtar  Res­
publikada  və  rayonlarda  ən  yüksək  inzibati  və  siyasi  vəzifələrdə 
qadınlar  bu  və  ya  digər  dərəcədə  təmsil  olunub.  İcra  hakimiyyəti 
aparatında  1  müavin  (Culfa  rayonunda  -   S.A.),  3  şö'bə  müdiri, 
13  mə'sul  işçi  qadındır.  Nazirlər  Kabinetində  və  digər  icra  struk­
turunda  qadınlar hələ  də  nisbətən  aşağı  vəzifələrdə  və  texniki  iş­
lərdə çalışırlar.
Qadınların  siyasi  və  sosial  fəallığının  ən  əsas  göstəricisi  onla­
rın  seçkilərdə  iştirakıdır.  Muxtar  Respublikada  qadınların  sayı 
kişilərdən  çox  olsa  da,  seçib-seçilməyə  gəldikdə  bu  mütənasiblik 
pozulur.  Həm  seçilən,  həm  də  seçən  kimi  qadınlar  azlıq  təşkil 
edirlər.  Sovet  dövründə  seçkilərə  hədd  (kvota)  qoyulduğundan 
bütün  .səviyyələrdə  sovetlərə  seçilmiş  qadınların  sayı  30%-dən 
aşağı  olmamışdır.  Belə  ki,  1985-ci  il  Azərbaycan  SSR  Ali  Soveti­
nin  450  nəfər  deputatından  179  nəfəri  (39%),  Naxçıvan  MSSR 
Ali  Sovetinin  110 deputatından  isə  52 nəfəri  qadın idi  [181,  s'.24]. 
Lakin  müasir  dövrdə  qadınlara  aid  qeyri-rəsmi  kvota  ləğv  olun­
duqdan sonra qadın deputatların sayı kəskin surətdə aşağı düşdü. 
Belə ki,  Milli Məclisdə  1995-ci  ildə seçilmiş qadınların sayı  15  nə­
fər  idi  (12%);  2000-ci  ildə  isə  onların  sayı  12  nəfər  oldu  (9,51%). 
Naxçıvan  Muxtar Respublikası Ali  Məclisinə seçkilərin  nəticələri 
qadınlarını  bu  sahədə  passivliyini,  hətta  laqeydliyini  əsas  amil 
kimi  meydana çıxardı.  Hazırda  MR  Ali  Məclisinin 45  deputatın­
dan  yalnız  1-i  (Nüşabə  Əliyeva)  qadındır.  Ali  Məclis  və  Nazirlər 
Kabinetinin şö'bə müdirləri arasında qadınlar təmsil olunurlar.
Müşahidələr  göstərir  ki,  absentizm  halları,  yəni  seçicinin  seç­
kilərdə  iştirakdan  imtina  etməsi  Muxtar Respublikada  daha  çox 
qadınlar  arasında  mövcuddur.  Bunun  isə  bir  neçə  sosial  tarixi 
kökləri  vardır ki,  burada  qadınların  siyasi  həyata  laqeydliyi,  pat­
riarxal  münasibətlərin  mövcudluğu,  sovet  dövründən  qalma  bir 
nəfərin  ailənin başqa  üzvləri  adından  səs  verməsi,  seçkilərin  nəti­
cələrinə inamsızlıq  və s.  halları  göstərə  bilərik.  Bu  hallar  1999-cu 
ildə  bələdiyyə  seçkilərində  də  özünü  göstərmişdir.  Ümumi  bələ­
diyyə  üzvülərinin  sayma  nisbətdə  qadın  nümayəndələrin  sayı 
Azərbaycan  üzrə heç 4%-də  olmamışdır.  Bələdiyyə  sədrlərinin  və 
müavinlərinin  isə  cəmisi  5%-i  qadın  olmuşdur  [83,  s. 16].  Əlbəttə,
bunun  bir  sıra  obyektiv  səbəbləri  olsa  da,  bu  sahədə  də  gender
139


I
probleminin olduğu şübhə doğurmur.
Əlbəttə,  demokrtaik  cəmiyyətdə  seçki  prosesi  bərabər,  gizli  və 
birbaşa  olmalıdır.  Burada  hər  hansı  sosial  qrupa  üstünlük  ver­
mək  düzgün  olmazdı.  Lakin  seçkili  orqanlarda  qadınların  heç 
olmazsa  müəyyən  kvotaya  (məsələn  25-30%)  nail  olmaları  üçün 
qadınlar  seçkilərdə  daha  fəal  olmalı,  öz  hüquqlarının  daha  geniş 
müdafiəsi  üçün  öz nümayəndələrinə malik  olmalıdırlar.  Ali  icrae­
dici  və  qanunverici  hakimiyyət  strukturlarında  da  faiz  əmsalının 
yüksəlməsi  zəruridir.  Demkoralik  prinsiplərə  əməl  edilməklə  seç­
kilərdə qadınlar üçün  qanunla  müəyyən  ölçülərin,  hətta kvotanın 
tətbiq  olunması  müzakirəyə  ehtiyacı  olan  məsələlələrdəndir.  La­
kin  2003-cü  il  oktyabrın  15-də  respublikada  keçirilən  prezident 
seçkilərində  əhalinin  bütün  təbəqələri  kimi  qadınlar  da  çox  fəal 
iştirak  etmişlər.  Bu,  bir  daha  göstərir  ki,  aparılan  izahat  və  təb­
liğat işləri əhalinin sosial fəallığını artırmışdır.
Muxtar  Respublikada  qadınların  siyasi  fəallığına  tə'sir  edən 
mühüm  amillərdən  biri  də  onların  siyasi partiyalar  və ictimai  təş­
kilatların  tərkibində  fəaliyyət  göstərmələridir.  Lakin  90-cı  illərin 
əvvəllərindən  fərqli  olaraq  qadınların  siyasi  partiyalarda  təmsilçi­
liyi  çox  aşağıdır.  Muxtar  Respublikada  fəaliyyət  göstərən  siyasi 
partiyaların yerli şö'bələrindən  yalnız YAP və AXCP-də qadınla­
rın  fəaliyyəti  hiss  olunur.  Bir  sıra  partiyalarda  hətta  qadın  təşki­
latları olsa da,  onlar formal xarakter daşıyırlar.  Qadınlar partiya- 
larin  rəhbər  orqanlarında  da  cüzi  sayda  təmsil  olunurlar.  Ümu­
miyyətlə,  Azərbaycanın  paytaxtından  fərqli  olaraq,  əyalətlərdə 
qadınların  siyasi  proseslərdə  iştirakı,  siyasi  təşkilatlarda  təmsil 
olunması çox aşağıdır.  Naxçıvan da bu sırada  istisna deyil.  Oxşar 
vəziyyət ictimai  təşkilatlar,  xüsusən  qadın  təşkilatlarına da aiddir. 
Cəmiyyətin  demokratikləşməsi  istiqamətində  gedən  ümumi  hərə­
katda  qadınların  ilkin  siyasi  və sosial  iştirakı  hazırda  öz ifadəsini 
qadın  hüquqları  təşkilatlarının  və  ümumi  siyasi,  sosial,  professio­
nal  və  humanitar  istiqamətlərdə  işləyən  qadın  təşkilatlarının  fəa­
liyyətində  tapmaqdadır.  Faktiki  olaraq  Naxçıvanda  yalnız  bir 
qadın  təşkilatı  -  «Sevil»  qadınlar  cəmiyyətinin  Muxtar  Respubli­
ka  şö'bəsi  fəaliyyət  göstərir.  Bu  isə  bölgə  qadınlarının  mənafeyi­
nin  müdafiə  edilməsində  monopolizmə  gətirib  çıxarmaqla  bəra­
bər, onların ideoloci görüşlərinə, iqtisadi, siyasi, peşə maraqlarına
140


uyğun  olaraq müxtəlif təşkilatlarda  birləşmək  istəyinə maneəçilik 
yaradır.
Ona  görə  də  qadınların  öz  arzularına  uyğun  müxtəlif ictimai 
qurumlar yaratmaq istəyi  təqdir edilməli  və  hər cür  dəstəklənmə­
lidir.  Zənnimizcə,  bu  Muxtar  Respublikada  qadın  hərəkatının 
inkişafına yeni təkan verə bilər.
Muxtar  Respublikada  qadın  məsələsinin  həlli  istiqamətində 
aparılan  işlərdən  biri  də  burada  qadın  problemlərinin  müəyyən­
ləşdirilməsi  ilə  bağlı  tədqiqatların  aparılmasıdır.  Mə'lumdur  ki, 
90-cı  illərin  ikinci  yarısında  Azərbaycanda  cəmiyyətdə  qadm-kişi
sosial  münasibətlərini  araşdıran  sahə  -   genderşünaslıq  inkişaf
___  

etməyə  başlamışdır.  1997-ci  ildə  BMT inkişaf Proqramı  və Azər­
baycan  hökuməti  arasında  imzalanmış  razılaşma  əsasında  «Gen­
der  İnkişafı»  layihəsi  fəaliyyətə  başlayıb.  Ötən  6  il  müddətində 
gender tədqiqatları sahəsində mühüm işlər görülmüşdür [Gender- 
şünaslıq,  2000,  №2].  BMT  İnkişaf Proqramı  «Gender  inkişafda»
bıyihn.siııiıı 
.ч 
л 11 i  ilə 
A/.əıbiiycMmu 
b ö l g ə l ə r i n d ə   yet u Icı  n ı ə t k ə / . l ə ı i
fəaliyyətə  başlayıb.  1999-cu  ildə  müvafiq  mərkəz  Naxçıvan  MR- 
da  açılmışdır  (Azərbaycanın  rayonlarında  «Gender  mərkəzləri» 
açılır.  Genderşünaslıq,  2000,  №3).  Artıq  layihəyə  uyğun  olaraq 
burada  konfrans  və  seminarlar,  xüsusi  kurslar  təşkil  edilmişdir. 
[129,  2001,  19  may,  22  may].  Nəticədə  Muxtar  Respublikada 
cinslər  arasında  münasibətlərin  elmi  şəkildə  araşdırılması  üçün 
zəmin yaranmışdır.  Gender sahəsində bölgədə müəyyən işlər apa- 
rılsa da,  bu hələ azdır,  fundamental tədqiqatlara ehtiyac duyulur. 
Əsas  məqsəd  Muxtar  Respublikada  qadınlar  və  kişilərin  eyni 
hüquqlu  və  bərabər  vətəndaşlar  kimi  cəmiyyətin  inkişafında  fəa­
liyyətini  təsbit  etmək,  ayrı-sekiliyin  qarşısını  almaq,  siyasi  və  ic­
timai  həyatda  qadınların  fəallığını  yüksəltməkdən  ibarət  olmalı­
dır.
BMT-nin  ailənin  planlaşdırılması  və  reproduktiv  sağlamlıq 
• proqramına  uyğun  Naxçıvanda  1995-ci  ildə  müvafiq  mərkəz 
açılmışdır [129, 2001, 30 iyun].
Son  dövrlərdə  qadınların  Muxtar  Respublikanın  sosial- 
mədəni həyatında fəal iştirakına nail olunması üçün məqsədyönlü 
tədbirlər həyata  keçirilir.  Qadınlar əlamətdar günlərin,  yubileylə­
rin  keçirilməsində  fəal  iştirak  edirlər.  Füzulinin  500,  Səməd
141
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə