Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

sələrdən  biridir.  Azərbaycan  qadınları  bu  qurultayla  müstəqil 
Azərbaycanda  gələcək  qadın  hərəkatının  əsasını  qoyurlar,  qadın­
ların  cəmiyyətdə  fəallığının,  onların  cəmiyyət  və  dövlətin  həya­
tında iştirakının əsasını qoyurlar [6,  1998,  17 sentyabr].
Azərbaycan  qadın  hərəkatının  inkişafında  «Azərbaycan  Res­
publikasında  dövlət  qadın  siyasətinin  həyata  keçirilməsi  haqqın­
da»  Prezidentin  6  mart  2000-ci  il  tarixli  fərmanı  mühüm  rol  oy­
nadı  [17].  Fərmanda  nəzərdə  tutulmuş  konkret  tədbirlər,  həqiqə­
tən,  qadınlarımızın  ölkənin  siyasi,  iqtisadi,  sosial,  mədəni  həya­
tında  rolunu  gücləndirmək,  onların  idarəçilik  sistemində,  müxtə­
lif  qurumlarda,  qərar  ; qəbuletmə  prosesində  layiqincə  təmsil 
olunması üçün böyük imkanlar yaradır.
Fərmanla  Azərbaycan  Respublikasının  bütün  dövlət  təşkilat­
larına,  bütün  səlahiyyətli  orqanlara  fəaliyyət  növü  nəzərə  alın­
maqla  qadınlara  rəhbərlik  səviyyəsində  kişilərə  bərabər  imkanla­
rının tə'min edilməsi tapşırılmışdır.
Son  7-8  ildə qadın  məsələsi  ilə bağlı  atılmış addımlar qadınla­
rımızın hüquqlarının qorunması,  onların cəmiyyətdə özlərinə lay­
iq  yer tutmaları,  sosal  fəallıqlarını  artırmaları  üçün münbit şərait 
yaratdı.
Bu  gün  ölkəmizin  hər yerində  olduğu  kimi,  Naxçıvan  Muxtar 
Respublikasında  da  iqtisadiyyatın  dirçəldilməsində,  mə'nəvi- 
mədəni  mühitin  yaxşılaşdırılmasında  qadınların  roluna,  onların 
cəmiyyətdəki sosial mövqeyinə ciddi əhəmiyyət verilir.  Əlamətdar 
haldır  ki,  müstəqillik  dövründə  Muxtar  Respublikada  qadın  hə­
rəkatı daha da genişlənmişdir.
Naxçıvan  MR-də  qadınlarla  əlaqədar  dövlət  siyasəti  beynəl­
xalq  norma  və  ölçülər  nəzərə  alınmaqla,  Azərbaycan  xalqının 
ümummilli lideri Heydər Əliyevin tövsiyə və məsləhətlərinə uyğun 
həyata keçirilir.  Artıq Pekin  Bəyannaməsinin müddəalarının həy­
ata  keçirilməsi  istiqamətində  ilk  addımlar  atılmışdır.  BMT-nin 
İnkişaf Proqramının  köməyi  ilə  Muxtar Respublikada qadınların 
işlə tə'min edilməsi sahəsində konkret işlər görülməkdədir.
Azərbaycanda  qadınların  ideoloci,  dini,  siyasi,  iqtisadi  görü­
şlərinə  görə  ictimai  təşkilatlarda  birləşməsi  getdikcə  daha  çox 
vüsət  alır.  Hazırda  ölkəmizdə  20-dən  çox  müxtəlif  qadın  cə­
miyyətləri  fəaliyyət  göstərir.  Azərbaycan  Qadınlarının  Milli  Ko-
136
»


i
mitəsinin  yaradılması  bu prosesə  yeni  təkan  vermişdir.  Bu  isə  cə­
miyyətdə  qadınların  sosial-siyasi  fəallığının  artmasının,  onların 
demokratikləşmə  prosesində  yaxından .iştirak  etmələrinin  ə'yani 
nümunəsidir.  Lakin  respublikamızın  paytaxtından  fərqli  olaraq 
Muxtar  Respublikada  qadınlar  sıx  birləşərək  öz  hərəkatlarının 
parçalanmasına yol  vermədilər.
Muxtar  Respublikanın  biitiın  təbəqələrdən  olan  qadınlarının 
ictimai-siyasi  həyata  cəlb  olunmasında,  onların  sosial  fəallığının 
artırılmasında  1997-ci  ildə  yaradılmış  “Sevil»  Qadınlar  Məclisi 
miihüm  rol  oynayır.  Cəmiyyət  yarandıqdan  sonra  Naxçıvan  qa­
dınlarının  fəallığı  daha  da  artmışdır.  Cəmiyyətin  üzvləri  qadınla­
rın  hüquqlarının  qorunması  sahəsində  yeni  təşəbbüslərlə  çıxış 
edir,  onları  düşündürən problemlərin həllinə nail  olmaq  üçün var 
qüvvələrini əsirgəmirlər.
Hazırda  Muxtar  Respublikanın  bütün  şəhər  və  rayonlarında 
Naxçıvan  MR  Qadınlar  Məclisinin  yerli  təşkilatları  fəaliyyət  gö­
stərir.
Qadınlar  tez-tez  sərhəd  bölgələrində  əsgər  oğullarla  görüşür, 
şəhid  ailələrinə,  əlillərə,  aztəminatlı  ailələrə  maddi  və  mənəvi  kö­
mək  göstərirlər.  Məclisin  xətti  ilə  keçirilən  tədbirlər  ictimaiyyət 
tərəfindən yüksək qiymətləndirilir.
Qadınlar  Məclisinin  yaradılması  ilə  qadınlarla  işin  bir  mər­
kəzdən  idarə  olunması,  onların  hüquqlarının  beynəlxalq  ölçü  və 
normalara uyğun müdafiə olunması üçün şərait yarandı.
Bu  gün  Naxçıvan  qadınlarının  səsi  dünyanın  ən  mötəbər 
qadın  məclislərindən  eşidilir.  O,  Azərbaycanın  bütün  qadın 
təşkilatlan  kimi  dünyanın  bir  çox  qadın  təşkilatları  ilə  əlaqə 
saxlayır. 
Naxçıvan  qadınları  Pekin  Beynəlxalq  Qadınlar 
Konfransında,  Quzey  Kiprdə  «Gəlişən  və  gedişən  dünyada  türk 
dövlətləri  qadınlarının  problemləri»  mövzusunda  keçirilən 
konfransda  iştirak  etmişlər  [129,  1997,  12  mart].  Qonşu  Türkiyə 
və  İran  qadın  cəmiyyətləri  ilə  əlaqələr  daha  da  genişlənmiş, 
Kiprin,  İraqın  qadın  təşkilatları  ilə  əlaqələrin  əsası  qoyulmuşdur. 
Türkiyyənin  İstambul,  Qars,  Ərzurum,  İranın  Urmiya,  Xoy, 
Təbriz,  Tehran  şəhərləripdə  keçirilən  müxtəlif  tədbirlərdə 
Naxçıvan qadınları fəal iştirak etmişlər [55, s.36,  38].
Naxçıvan  qadın  hərəkatının  inkişafında  1997-ci  ilin  oktyab-
137


rında  «Sevil»  Respublika  Qadınlar  Məclisinin  xətti  ilə  Naxçıvan 
şəhərində  keçirilən  «Azərbaycan  qadını  XXI  əsrin  astanasında» 
beynəlxalq  konfransı  mühüm  mərhələ  oldu.  Beynəlxalq  konfran­
sın  blokada  şəraitində  yaşayan  bir  bölgədə  keçirilməsinin  böyük 
tarixi,  sosial-siyasi  və  elmi  əhəmiyyəti  var  idi.  Şərq  aləmində  ilk 
dəfə olaraq  bu  qədim  torpaqda  hələ orta əsrlərdə qadına  münasi­
bətdə  ictimai  şüıırda  böyük  oyanış  baş  vermiş,  qadın,  ana  adı 
həmişə  uca  tutulmuşdur.  Konfrans  ərəfəsində  «Sevil»  Qadınlar 
Məclisi  Naxçıvan  şö'bəsinin  ofisi  istifadəyə verilmişdi.  Naxçıvan­
lıların  «Zaviyyə  məscidi»  kimi  tanıdıqları  binada  yerləşən  ofisdə 
qadınların  istirahəti,  müxtəlif  görüşlərin,  tədbirlərin  keçirilməsi 
üçün hər cür şərait yaradılmışdır [129,  1997,  15 oktyabr].
Konfransın  işində müxtəlif dövlətlərdən  gəlmiş qadınların  işti­
rakı  Muxtar Respublika qadınlarının  beynəlxalq  qadın  təşkilatla­
rı ilə daha sıx iş  birliyinin yaradılmasına təkan verdi.
Konfransda  Muxtar  Respublikanın  qadınlarım  düşündürən 
bir çox problemlər,  o cümlədən  qadınların  yoxsulluğu,  təhsil pro­
blemi,  qadınların,  ana  və  uşaqların  sağlamlığının  qorunması, 
gənclərin  tərbiyəsi  ilə bağlı  başqa problemlər geniş müzakirə edil­
di, Naxçıvanda qadın hərəkatının inkişafı ilə bağlı digər məsələlə­
rin həlli  sahəsində qarşıda duran  konkret işlər müəyyənləşdirildi.
Qadının  sosial  fəallığını  şərtləndirən,  onun  ictimai-siyasi  həy­
atda  fəal  iştirakını  təsdiqləyən  mühüm  göstərici  qadınların  idarə­
etmə  strukturunda  təmsil  olunmasıdır.  Qadınların  idarəetmədə 
iştirakı,  sosial  fəallığın  çox  vacib  sayılan  amillərindən  biridir.  Sa­
vadı,  səriştəsinə  görə  Naxçıvan  qadınlarının  idarəetmədə  iştirak 
etmək  baxımından  imkanları  qeyri-məhduddur.  Bir  çox  ölkələr­
dən fərqli  olaraq, Azərbaycanda qadınların hüquqlarını  məhdud­
laşdıran  qanun  yoxdur,  əksinə  onların  fizioloci  xüsusiyyətlərini, 
reproduktiv  funksiyalarını  nəzərə  alaraq  xüsusi  imtiyazlar  veril­
mişdir. Ağır fziki işlərdə, digər ağır şəraitdə işləyən, hamilə qadın­
lar  üçün  xüsusi  güzəştlər  verilir.  Lakin  gender  bərabərliyini 
tə'min  edən  qanunlar, olsa  da,  təəsüf  ki,  onlara  lazımi  dərəcədə 
əməl olunmur.
Azərbaycanda, eləcə də Naxçıvanda ali  təhsilli  qadınların faizi 
beynəlxalq  standartlara  görə  çox  yüksəkdir və kişilər  üçün  göstə­
rici  ilə  demək  olar  ki,  eynidir.  Bə'zi  sahələrdə  (təhsil,  səhiyyə  və
138


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə