Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə44/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

sildə  (105312.9  manat)  idi  [112,  s-58].  Göründüyü  kimi,  əmək 
haqqı aşağı olan sahələrdə əsasən qadınlar işləyirdilər.
Bununla  belə,  heç  bir  fəaliyyət  sahəsində  qadınların  əmək 
haqqı  real  ödənişlər  baxımından  kişilərin  əmək  haqqına  bərabər 
deyil.  Hətta  qadınların  çoxluqda  olduqları  sahələrdə  (səhiyyə  və 
təhsil)  onların  əmək  haqları  kişilərin  əmək  haqqının  səhiyyədə 
64,8%-ni, təhsildə isə 70,1%-ni  təşkil edir [43, s. 15].
Gəlir  indeksinin  ekspertlər  tərəfindən  qiymətləndirilməsi  gö­
stərir  ki,  qadınların  məvacibi  kişilərin  əmək  haqlarının  90%-i  qə­
dər olmuşdur [23, s. 110].
Naxçıvan  MR-də  tarif  stavkalarının  bütün  Azərbaycan  üzrə 
eyni  olduğunu nəzərə  alsaq,  bu göstərici  həm də Muxtar Respub­
likaya aid edilə bilər.
Təhsil  sahəsində  çalışan  8189  nəfər  müəllimdən  [112,  s.63] 
5000-dən  çoxunu  [12,  s.41]  qadınlar təşkil  etməsinə  baxmayaraq, 
təhsilin inzibati  idarə olunması  sahəsində  qadınlara  nisbətən  kişi­
lər daha çox təmsil olunurlar.
Muxtar  Respublikada  7  rayon  və  şəhər  təhsil  şö'bəsi  müdiri­
nin hamısı  kişidir.  253  orta məktəbdən  cəmi  22-nə qadın  başçılıq 
edir.  41  məktəbdə isə  direktorun  müavini  qadındır.  Naxçıvan  şə­
hərində  14 məktəbdən  4-nün,  Babək  rayonunda  45  orta məktəb­
dən  4-nün,  Ordubadda  40-dan  4-nün,  Culfada  29-dan  1-nin,  Şə­
rurda 70-dən  9-nun  direktoru  qadın  idi.  Şahbuzda  26-dan,  Sədə- 
rəkdə isə 4-dən heç birinə qadınlar başçılıq etmirdi  [5, s.41-44].
Rəhbərlik  səviyyəsində  qadınların  sayının  az  olması,  heç 
şübhəsiz ki,  təhsilin idarə  olunmasında onların azalmış fəallığının 
nəticəsi deyildir.  Təhsildə kişilərin azlıq  təşkil etməsi,  bizcə,  təhsi­
lin  keyfiyyətində,  ö  cümlədən  oğlan  uşaqlarının  tərbiyəsində 
mühüm amil  olan kişi  tə'sirinin  aşağı  düşməsinə səbəb  olur.  Zən- 
nimizcə, bu mənfi tendensiyanı  aradan qaldırmaq, kişi müəllimlə­
ri  məktəbə  daha  geniş,  qadınları  isə  rəhbərliyə  daha  fəal  cəlb  et­
mək  üçün  ciddi  tədbirlər  görülməlidir.  Son  illərdə  Muxtar  Res­
publikada  yeni  məktəb  binalarının  tikilməsi,  onların  maddi- 
texniki  bazasının  möhkəmləndirilməsi  qəti  inam  yaradır  ki,  təhsil 
sistemində müsbət mənada ciddi dəyişikliklər baş verir.
Hazırda  Muxtar  Respublikada  2  dövlət  ali  təhsil  müəssisəsi 
(NDU  və  Naxçıvan  Müəllimlər  İnstitutu),  1  özəl  ali  məktəb  fəa­
liyyət  göstərir.  1998-ci  ildə  NDU-ndə  təhsil  alan  3200  tələbədən

130


/
53,16%-ni  qızlar  təşkil  edirdi  [69,  s.61].  Universitetdə  ixtisaslar 
üzrə gender  bölgüsündə müəyyən  özəlliklər vardır.  Belə  ki,  peda- 
qoci,  tibb,  incəsənət  ixtisaslarında  qızlar,  iqtisadiyyat,  hüquq, 
texniki  fakültələrdə  isə  oğlanlar  çoxluq  təşkil  edirlər.  Naxçıvan 
MR-ın 4 orta ixtisas  təhsili müəssisələrində  1998-ci ildə  1092 şag­
ird-  tələbə  təhsil  alırdı.  Lakin  ali  təhsillə  müqayisədə  orta  ixtisas 
təhsili  müəssisələrində  oxuyanların  sayı  sovet  dövrü  ilə  (1980) 
müqayisədə  670 nəfər və ya  38% azalmışdır.  Qeyd  edək  ki,  1998- 
ci  ildə  Muxtar  respublikada  2 özəl  orta  ixtisas  təhsil  müəssisəsi -  
Naxçıvan  «İncəsənət»  kolleci  və  «Tekiş»  tibbi  kolleci  fəaliyyət 
göstərmişdir.
Ali  təhsilli mütəxəssislər arasında qadınların yüksək faiz təşkil 
etməsinə  baxmayaraq  (təqribən  35-40%),  Muxtar  Respublikada 
elm  və  ali  təhsil  sahəsində  çalışanlar  arasında  qadınların  xüsusi 
çəkisi bir qədər azdır.
Naxçıvan Dövlət Universitetində  338 müəllim fəaliyyət göstə­
rir  ki,  onların  2  nəfəri  Azərbaycan  MEA-nm  həqiqi  üzvünün  6 
nəfəri  elmlər  doktoru,  professor,  120  nəfəri  elmlər  namizədi,  do­
sentlərdir.  Universitetin  tədris  və  elmi  işlərində,  kütləvi  tədbirlə­
rində  qadınların  fəal  iştirakı  nəzərə  çarpır.  Əsaslı  kitabxanaya 
kadrlar  şöbəsinə,  aspirantura  şöbəsinə,  dəftərxanaya,  arxivə,  tə­
ləbə  şöbəsinə,  Beynəlxalq  Əlaqələr  Şöbəsinə  qadınlar  rəhbərlik 
edir.  Universitetdə  mövcud  olan  kafedralardan  üçünə  qadınlar 
başçılıq  edir.  Filologiya,  musiqi  və  xarici  dillər  ixtisasları  üzrə 
dərs  deyən  müəllimlər  arasında  qadınlar  üstünlük  təşkil  edir. 
Universitetin  beynəlxalq  əlaqələrinin  qurulmasında  qadınların 
rolu  çox  böyükdür.  Universitetin  əməkdaşlarından  Mərziyyə 
Ağayeva,  Şəhla Şirəliyeva Avropada,  Xumar Əsgərova Amerika­
da,  Siddiqə  Əhmədova  Hindistanda  olmuş,  Qərb  və  Şərq  ölkələ­
rinə  məxsus  yeniliklərin  Naxçıvanda  yayılmasına  xüsusi  səy  gö­
stərmişlər.
Əlbəttə,  Muxtar Respublikada  elm  və  ali  təhsil  sahəsində  qa­
dınların mütənasib təmsil olunmamasının bir sıra obyektiv səbəb­
ləri  (ailə  qayğıları  və  uşaqların  tərbiyəsinin  daha  çox  onların  öh­
dəsinə düşməsi) vardır..
Ümumiyyətlə, 90-cı illərin əvvəllərində elmə ayrılan vəsaitlərin 
azlığı və elmi tədqiqatlara marağın aşağı düşməsi,  yüksək ixtisaslı 
mütəxəssislər,  o  cümlədən  qadınlar  arasında  elm  sahəsində  işlə
131
I


məşğulluq  imkanlarının  qıtlığına  gətirmişdir.  Lakin  son  illərdə 
Naxçıvan  Muxtar  Respublikasında  təhsilə,  eləcə  də  ali  təhsilə  və 
elmə göstərilən diqqət və qayğı,  dövlət büdcəsindən  ayrılan  vəsai­
tin  artırılması,  büdcənin  sosial  yönlü  olması  bəhs  edilən  sahələrə 
öz  müsbət  təsirini  göstərir.  Bir  il  bundan  əvvəl  Azərbaycan  Res­
publikasının  Prezidenti  cənab  Heydər  Əliyevin  sərəncamı  ilə
Azərbaycan  MEA  NaxçıVan  Bölməsinin  yaradılması  deyilənlərə 
ən  bariz nümunədir. 
1
Əvvəlki  dövrlərdə  olduğu  kimi,  indi  də  qadınlar  Muxtar  Res­
publikanın  mədəni  həyatında  mühüm  rol  oynamaqda  davam 
edirlər.  Hazırda  burada  298  kitabxana,  265  klub,  13  muzey,  pe­
şəkar  teatr  və  filormoniya  fəaliyyət  göstərir.  Kitabxanaların 
88,6%-i, klubların isə 92,8%-i kənd yaşayış məntəqələrinin payına 
düşür.  Muxtar Respublika mədəniyyət işçilərinin  75%-i qadındır.
Naxçıvan MR-da qadınların ən çox cəmləşdiyi sahə səhiyyədir 
ki,  burada  mövcud  56  xəstəxanada  işləyən  760  nəfər  həkim  və 
2791  nəfər orta  tibb işçilərinin  81%-ni  qadınlar təşkil  edir.  Qadın­
lar  səhiyyə  sistemində  başqa  sektorlarda  olduğundan  yüksək  çə­
kiyə  malik  olmaqla  bərabər,  bu  sahədə  aparıcı  vəzifələr  tutanlar 
arasında  da  qadınların  sayı  həmçinin  yüksəkdir.  (Azərbaycanda 
şəhər və  kənd  yerlərindəki  polikninika  və  xəstəxanaların  idarəet­
mə  hey'ətinin  ümumi  sayının  35%-ni  qadınlar  təşkil  edir  -   S.A.) 
Təkcə  onu  demək  kifayətdir  ki,  Muxtar  Respublikada  10  xəstə­
xananın baş həkimi qadındır [5, s.41].
Lakin əhalinin hər  10000 nəfərinə düşən həkimlərin  sayı sovet 
dövrü  ilə  müqayisədə  azalmışdır  (1990-cı  ildə  28,2  nəfərdən, 
1998-ci  ildə  21,5  nəfərə).  Bu həmçinin  orta  tibbi  işçilərinə də  aid­
dir.  1993-cü  ildə  Muxtar  Respublikada  2970,, 1998-ci  ildə  2791 
orta  tibb  işçisi işləyirdi.  Bu  göstəricilər  üzrə  Naxçıvan  MR  Azər­
baycanın  orta  göstəricilərindən  geri  qalır.  Belə  ki,  2000-ci  ilə  hə­
kimlərin  sayı  677-yə  düşmüş,  hər  10000  nəfərə  düşən  həkimlərin 
sayı isə  18,7 olmuşdur (Azərbaycanda bu rəqəm 34,1-ə bərabərdir 
-   S.A.).  Orta  tibb  işçilərinin  sayı  isə  əksinə,  artmış  və  1831  ol­
muşdur.  Hər  10000  nəfərə  Naxçıvanda  783  orta  tibb  işçisi 
düşürdü (Azərbaycanda 712 -  S.A.).  1
Muxtar Respublikada həkimlərin  1980-ci ildə 62,9%-i,  1990-cı 
ildə  62,4%-i,  1998-ci  ildə  58,2%-i  Naxçıvan  şəhərində  fəaliyyət 
göstərirdi. Həkimlərin sayının azalması daha çox Naxçıvan şəhəri


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə