Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə41/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

oktyabrında  Azərbaycanın  müstəqillik , qazanmasında  Naxçıvan 
əhalisinin,  onun  qəhrəman  qadınlarının  da  xüsusi  rolu  oldu. 
Mübarizə  ilə  dolu  bu  illərdə,  Azərbaycan  xalqının  azadlıq  qazan­
masında  naxçıvanlıların  rolunu  yüksək  qiymətləndirən  Heydər 
Əliyev  sonralar  göstərirdi  ki,  «müstəqillik  yolunda  mübarizə  apa­
ran  adamlar  Naxçıvan  əhalisinin  əksəriyyətini  təşkil  edirdi.  Məhz 
bunlann  nəticəsində  Naxçıvan  bir  çox  ciddi  addımlar  atdı  və  nə­
hayət  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  əldə 
edilməsində  Naxçıvan  Muxtar  Respublikası  öz  xidmətlərini  gö­
stərdi [116, s.45].
Göründüyü  kimi,  XX  əsrin  50-80-cı  lillərində  naxçıvanlı 
qadınlar  ictimai  istehsalda,  olduğu  kimi,  Muxtar  respublikanın 
sosial-mədəni və ictimai-siyasi həyatında da fəal iştirak etmişlər.
t
I
i
• <
>
121


IV FƏSİL
MÜASİR DÖVRDƏ NAXÇIVAN  MUXTAR 
RESPUBLİKASINDA  QADIN  HƏRƏKATININ  ÜMUMİ
SƏCİYYƏSİ
1 .Müasir dövrdə Naxçıvan  Muxtar Respublikası qadınlarının
sosial-iqtisadi  vəziyyəti
« 

ı;|
XX əsrin sonlarında sovet imperiyasına daxil olan xalqların, o 
cümlədən  Azərbaycan  xalqının  milli  azadlıq  və  demokratiya 
uğrunda  mübarizəsi  nəticəsində  SSRİ  müstəqil  dövlətlərə  parça­
landı.  Uzun  onilliklər  ərzində  öz  dövlətçiliyindən  məhrum  olmuş 
Azərbaycan  xalqı  siyasi  müstəqillik  əldə  edərək  yeni  milli  dövlət 
quruculuğuna başladı.
Bu  dövrdən  e'tibarən  Azərbaycanda  qadın  hərəkatının  yeni, 
mühüm  mərhələsi  başladı.  Bu  zaman  qadın  hərəkatı  cəmiyyətdə 
baş  verən  mürəkkəb  və  ziddiyyətli  hadisələri  özündə  güzgü  kimi 
əks  etdirirdi.  Müstəqillikdən  sonra  qadın  hərəkatını  mahiyyət 
e'tibarilə  iki  mərhələyə  bölmək  olar:  1991-1993-cü  illər  və  1993- 
cü ildən sonrakı dövr.
Sovet  ittifaqının  dağılmasından  sonra  Heydər  Əliyevin  Na­
xçıvandakı  fəaliyyəti  Naxçıvanın  mövcudluğu  üçün,  bütün  Azər­
baycan  üçün mühüm əhəmiyyət kəsb edən tarixin  parlaq səhifələ­
rindəndir.
Heydər Əliyevin rəhbərliyi  altında  Muxtar Respublikada döv­
lət  quruculuğu,  hakimiyyət  və  idarəetmənin  təkmilləşdirilməsi 
sahəsində  mühüm  işlər  görüldü,  mövcud  siyasi  böhran  aradan 
qaldırıldı, iqtisadi islahatlar həyata keçirildi.  Ən  başlıcası, bölgəni 
Ermənistanın  təcavüzündən  qorumaq  mümkün  oldu.  Bu  istiqa­
mətdə mühüm  addım Türkiyə və  İranla  siyasi  və iqtisadi  əlaqələ­
rin  qurulması  idi.  Bu  dövrdə  bir  sıra  mühüm  qərarların  qəbul 
edilməsi  Azərbaycanın  müstəqil  dövlətçiliyinin  qorunub  inkişaf 
etdirilməsinə güclü  təkan verdi.
Belə  ağır  şəraitdə  fəaliyyət  göstərən  Heydər  Əliyev  Muxtar 
Respublikanın  mədəniyyətinə,  təhsilinə  əsl  atalıq  qayğısı  göstərir, 
sosial  problemlərin  həlli  üçün  bütün  imkanlardan  istifadə  edirdi. 
Naxçıvan  əhalisinin  tam  əksəriyyəti  Heydər  Əliyevin  siyasətini
122


dəstəkləyir  və  ona  yaxından  kömək  göstərirdi.  Bunun  ən  bariz 
nümunəsi  1992-ci  ilin  oktyabrın  24-də  Xalq  Cəbhəsinin  silahlı 
dəstələrinin  Muxtar  Respublikada  qiyam  qaldıraraq  çevriliş  et­
məsinə  qarşı  xalqın  kütləvi  e'tirazı  və  müqaviməti  oldu.  Əlamət­
dar  hal  idi  ki,  çevriliş  etmək  cəhdinə  qarşı  fəal  mübarizəyə  qal­
xanların ön sırasında məhz qadınlar gedirdi.
Təəssüf ki,  1991-ci  ildən  1993-cü  ilin  iyun  aymadək Azərbay­
cana  rəhbərlik  edənlərin  səriştəsiz  siyasəti  nəticəsində  ölkə  bir 
dövlət kimi məhv olmaq, parçalanmaq dərəcəsinə gəlib çatmışdı.
Belə bir vəziyyətdə xalqın  tələbi  ilə yenidən siyasi hakimiyyətə 
qayıdan Heydər Əliyev Azərbaycanı real məhv olmaq  təhlükəsin­
dən  xilas  etdi.  Vətəndaş müharibəsi,  ölkəni  parçalamaq  cəhdləri­
nə son qoyuldu.  Ordu quruculuğuna başlandı. Uğurlu xarici siya­
sət  nəticəsində  ölkəyə  investisiya  axını  başladı,  informasiya  blo-
•  •
kadası  yarıldı.  Ölkədə  sivil,  demokratik  cəmiyyət,  bazar  iqtisa­
diyyatı yaradılmağa başlandı.
Həyatın  bütün  sahələrində  aydın  hiss  olunan  canlanma  icti­
mai-siyasi həyatın  bir çox sahələrində olduğu kimi, Azərbaycanın 
qadın hərəkatında da müşahidə olunmağa başladı.
Heydər  Əliyevin  qadın  hərəkatına  münasibətini  ifadə  edən 
faktlardan biri  1995-ci ilin iyun ayında verdiyi fərmanla Azərbay­
can  dövlətinin  BMT-nin  “Qadınlara  qarşı  hər cür  ayrı-seçkiliyin 
bütün  formalarının  ləğv  edilməsi  haqqında”1 konvensiyasına  qo­
şulmasıdır.  Prezidentin  bilavasitə  dəstəyi  ilə  1995-ci  ilin  avqust- 
sentyabr aylarında Azərbaycan qadınlarının böyük bir qrupu Pe­
kində keçirilmiş Qadınların  IV  Beynəlxalq  Konfransında fəal işti­
rak etmişdir.  Qadınlarımızın  bu  məclisdə  yüksək təmsil  olunması 
üçün Milli Hazırlıq Komitəsi yaradılmışdır.
Heydər Əliyevin  ölkəmizə  rəhbərlik  etdiyi  dövr Azərbaycanın 
bütün  regionlarının  tarazlaşdırılmış  və  bərabər inkişafı  ilə xarak­
terizə olunur.
i
1995-ci  ildən  başlayaraq  bütün  ölkədə  olduğu  kimi  Naxçıvan 
MR-da sosial-iqtisadi  böhran dayandırılmış, iqtisadiyyatda sabit­
ləşdirmə və maddi istehsalın bərpası prosesi başlanmışdır.
Sosial  obyektlərin  tikilib  istifadəyə  verilməsi,  torpaq  islahatı­
nın  başa  çatdırılması,  dövlət  müəssisələrinin  özəlləşdirilməsi,  xa­
rici  ticarətin  və  iqtisadi  əlaqələrin  yaxşılaşdırılması  Muxtar  Res­
publikanın inkişafı  üçün əlverişli şərait yapatmışdır.
123


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə