Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

Muxtar  Respublika  Ali  Məclisinə  iki  dəfə  seçkilər  keçirilmiş, 
yerli  özünüidarə  orqanları  -   bələdiyyələr  formalaşmış,  1998-ci 
ildə  Muxtar  Respublikanın  konstitusiyası  qəbul  edilmişdir.  Nəti­
cədə  Naxçıvanın  Muxtar  Respublika  statusu  gücləndirilmiş, 
muxtariyyətin  hüquqi  və  siyasi  bazası  möhkəmləndirilmişdir. 
1999-cu  ildə  MR-ın  75  illiyinin  bayram edilməsi  Naxçıvanın  həy­
atında mühüm hadisə olmuşdur.
Bıı  dövrdə əhalinin,  o  cümlədən  qadınların  sosial  vəziyyətinin
yaxşılaşdırılması  sahəsində  bir  sıra  işlər  görülmüş,  sosial  infra­
struktur  xeyli  inkişaf etmişdir.  Mədəni-maarif müəssisələrinin  ti­
kilib  istifadəyə  verilməsi,  köhnələrin  isə  bərpa  edilməsi,  o  cümlə­
dən  Hüseyn  Cavid  məqbərəsinin  tikilməsi  və  digər  mühüm  işlər 
buna sübutdur..
Qadınların  sosial  vəziyyətinin  yaxşılaşdırılması  sahəsində  atı­
lan  ən  mühüm  addım  bir  sıra  sənaye  müəssisələrinin  -   alt  triko- 
tac,  tikiş  və  mebel  fabriklərinin,  e'mal  müəssisələrinin,  mineral 
sular və b.  fəaliyyətinin  bərpa edilməsidir  ki,  bunların nəticəsində 
yüzlərlə qadın iş yerləri ilə tə'min edilmişdir.
Son illərdə əhalinin  sosial  mühafizəsi  sahəsində görülmüş işlə­
rin nəticəsi olaraq əhalinin inkişaf göstəriciləri (təbii  artım,  ana və 
uşaq ölümünün azalması və s.) xeyli yaxşılaşmışdır.
Bütün  bunlarla  yanaşı,  müstəqil  Azərbaycan  və  onun  əzəli 
torpağı olan Naxçıvan da həm siyasi,  həm də sosial-iqtisadi  sahə­
lərdə olduqca ciddi problemlərlə üzləşmişdi.  Ölkəmizdə demokra­
tikləşdirmə,  iqtisadi,  sosial  islahatlar Ermənistanın  təcavüzkarlığı 
nəticəsində  yaranmış müharibə şəraitində  gedirdi.  Bu təcavüz nə­
ticəsində torpaqlarımızın  20% işğal edilmiş, milyona yaxın soyda­
şımız  qaçqın  düşmüş,  sosial  infrastruktur  dağıdılmış,  işğal  olun­
muş  ərazilərdə  iqtisadi  potensial,  mədəni  sərvətlər  məhv  edilmiş, 
qadın  və  uşaqların  hüquqları  kütləvi  surətdə  pozulmuşdur.  Na­
xçıvan  isə  blokadaya  alınaraq,  hər  an  hərbi  təcavüz  təhlükəsi  ilə 
yaşayır  və  normal  inkişaf üçün  zəruri  olan  bütün  həyat  vasitələ­
rindən demək olar ki, məhrum olmuşdu.
Bütün  bunlar isə  öz növbəsində  qadınlarımızın  sosial  vəziyyə­
tini  daha  da  ağırlaşdırırdı.  Əlbəttə,  Azərbaycan  hökuməti  və 
Muxtar Respublika rəhbərliyi  öz  imkanları  çərçivəsində  respubli­
kada  və  bölgədə  qadınların  vəziyyətinin  tənzimlənməsi  üçün 
bütün vasitələrdən istifadə edirdi.
124


1
Lakin  bir  tərəfdən  keçid  dövrünün  xüsusiyyətləri,  digər  tərəf­
dən  isə Ermənistanın təcavüzü qadın hüquqlarının reallaşdırılma­
sı  ilə  bağlı  bir sıra  məsələlərin  həllini  çətinləşdirirdi.  Muxtar Res­
publikada  qadınların  hüquqi  və  həqiqi  vəziyyətləri  arasında  kəs­
kin fərqin mövcudluğu qadın məsələsini  xarakterizə edən əsas cə­
hətlərdəndir.
1999-cu  ilin  27  yanvarında  keçirilmiş  müstəqil  Azərbaycanın 
ilk  əhali  siyahıyaalınmasının  mə'lumatlarma  əsasən,  Naxçıvan 
Muxtar  Respublikasında  əhalinin  sayı  354.1  min  nəfər  təşkil  et­
mişdir  (hazırda  361.5  mindir).  Əhalinin  179.6  min  nəfəri,  yə'ni 
50,7%-i  qadınlardan  ibarətdir  [112,  s. 118].  Qadınlar  içərisində 
26522  nəfər  təqaüdçü,  6154 əlil,  35756  işləyən  qadınlar  vardır  [5, 
s.41].
Hazırda keçid dövrünün  və sosial-iqtisadi  böhranın çətinliklə­
ri  birinci  növbədə cəmiyyətin ən zəif qruplarına-  uşaqlara,  qadın­
lara və qocalara təsir göstərir.
Bu  gün  keçid  dövrünün  yaratdığı  ən  mürəkkəb  sosial  proble­
mi  -   işsizlik  və  yoxsulluq  problemini  qadınlar  bilavasitə  öz  üzə­
rində hiss etməkdədir.  Sovet  dövründə qadınlar Muxtar Respub­
likanın  ən  çətin  sahələri  də  daxil  olmaqla  əmək  fəaliyyətinin 
bütün  sferalarında  iştirak  edirdilər.  Lakin  əvvəlki  siyasi-iqtisadi 
quruluşun  dəyişməsi,  iqtisadi  əlaqələrin  pozulması,  Ermənistanın 
təcavüzkar  hərəkətləri  nəticəsində  Muxtar  Respublikanın  əsil 
blokadaya alınması -  bütün bunlar qadınların iqtisadi vəziyyətinə 
həlledici  tə'sir  göstərmişdir.  İqtisadi  keçid  müddətində  əmək  ba­
zarında  qadınların  vəziyyəti  kəskin  surətdə  dəyişmişdir.  Rəsmi 
statistikaya  görə,  bütün  işləyənlər  arasında  onların  xüsusi  çəkisi 
1998-ci il göstəricilərinə görə 47,7%-ə yaxındır.  Əgər  1980-1990-cı 
illərdə  işləyən  qadınların  sayı  41,3%  artaraq  26,4  mindən  37,3 
minə  qalxmışdırsa,  üç  il  ərzində  (1990-1993-cü  illərdə)  onların 
sayı  6  min  (16,1%)  azalaraq  37,3  mindən  31,3  minə  düşmüşdür. 
1993-cü  ildən  sonra  qadınların  sayı  30,6-33,5  min  nəfər  arasında 
tərəddüd  edir  və  9,4%  azalmışdır  [112,  s.61].  Nəzərə  alaq  ki,  bu 
rəqəm  əsasən  qeyri-istehsal  sahələrində  işləyən  qadınlar hesabına 
əmələ  gəlmişdir,  deməli  onların sayı  sovet  dövründən  sonra  sabit 
qalmalı idi.
İqtisadiyyatın  digər sahələri,  xüsusən  qadınların  ən'ənəvi  ola­
raq  çalışdıqları  yüngül,  yeyinti  sənayeləri  böhran vəziyyətindədir.
125
I


Orada  işləyən  qadınlar  isə  faktiki  olaraq  işsizdilər.  Məsələn,  vax- 
tilə  əsasən  qadınların  cəmləşdiyi  Ordubad  baramaaçan  fabriki, 
konserv zavodu öz fəaliyyətlərini  dayandırdığından  rayonda olan 
qadınların əksər hissəsi  işsizdir.
Rəsmi  göstəricilərə  görə,  Muxtar  Respublikada  işsiz  qadınla­
rın  sayı  6329  nəfər təşkil  cdir(5,  s.41).  İşsiz kimi  rəsmi  qeydiyyat­
da olanlar arasında (1998-ci ildə 5533  nəfər idi) [20, s.81]  qadınlar 
2985  nəfər  təşkil  edirdi  [5,  s.41].  Qeyd  edək  ki,  2001-ci  ilin 
məlumatlarına  görə,  Muxtar  Respublikada  5812  nəfər  işsiz  qey­
də alınıbdır.
Keçid  dövründə  işsizlik  qadınlar  üçün  ciddi  problem  olsa  da, 
onun  nəticələri  kişilər  üçün  daha  faciəvi  xarakter  daşıyır.  Çünki 
ən'ənəvi  olaraq  çörək  qazanan,  ailənin  pənahı  olan  kişilər  iner- 
siya  ilə  özlərini  ictimai  istehsalın  əsas  subyektləri  kimi  dərk  et­
məkdə  davam  edirlər.  İqtisadi  problemlərin  ağırlığı  isə  sosial  və 
psixoloci  vəziyyəti  daha  da  dərinləşdirir.  Vəziyyətə  uyğunlaşa 
bilməyən kişilərdə «artıqlıq»,  «gərəksizlik» duyğusu formalaşır və 
onlarda  stresə  düşmək  imkanı  kəskin  surətdə  artır.  Kişilərin  və 
cavanların  çörək  pulu  qazanmaq  üçün  Türkiyəyə,  Rusiyaya  və 
başqa  yerlərə  getmələri  isə  öz  növbəsində  Respublikada  digər 
demoqrafik və sosial-mə’nəvi problemlər yaradır ki,  bu da özünü 
kənd  yerlərində  xüsusi  biruzə  verir.  Söhbət  işsizlik  ucbatından 
kişilərin  kəndləri  tərk  etməsindən  və  orada  yaşayan  qızların  ailə 
qurmaqda üzləşdiyi problemlərdən gedir.
1995-ci ildən başlayaraq Azərbaycanda,  o cümlədən Naxçıvan 
Muxtar  Respublikasında  iqtisadi  böhranın  qabağımn  alınması, 
təsərrüfatın  bütün  sahələrində,  təhsildə,  elmdə,  mədəniyyətdə, 
səhiyyədə  radikal  islahatların  və  inkişaf  proqramlarının  həyata 
keçirilməsi  yaxın  gələcəkdə  bir  çox  məsələlərin  həll  olunmasına 
ümid yaradır.
Mə'lumdur ki,  əhalinin  iqtisadi  vəziyyətinin  yaxşılaşdırılması­
nın,  yoxsulluğa  qarşı  mübarizənin  əsas  şərtlərindən  biri  özəl 
mülkiyyət  fəaliyyətinin  genişləndirilməsi  və inkişaf etdirilməsidir. 
Ancaq  bu,  özəlləşdirmənin  sosial  ədalət  prinsiplərinə  ciddi  əməl 
edilməsi  əsasında  aparılması  şərtilə  mümkündür.  Mülkiyyət  mə­
sələsində  qadın  və  kişilərin  hüquqlarının  bərabər  olmasına  bax­
mayaraq,  rəsmi  statistika  sistemində  gender  amili  nəzərə  alınmır. 
Xüsusi  tədqiqatm  nəticələri  təsdiq  edir  ki,  özəlləşdirmə  nəticəsin-
126


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə