Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   45   46   47   48   49   50   51   52   53

Vurğunun  90  illik  yubileyləri,  Muxtar  Respublikanın  75  illiyi  ilə 
əlaqədar  keçirilən  tədbirlərdə  qadınlar  da  fəal  iştirak  ediblər.  Şə­
hər və  kəndlərdə müntəzəm  olaraq qadınlar məclisləri,  qadınların 
əl  işlərindən  ibarət  sərgilər,  şe'r  və  mahnı  müsabiqələri  keçirilir. 
Əlillər,  ahıllar günündə  ağbirçək  analara,  əlil  qadınlara,  kimsəsiz 
uşaqlara hədiyyələr verilir.
Naxçıvan  Qadınlar  Məclisi  nəzdində  bədii  özfəaliyyət  kollek­
tivinin  yaranması milli musiqi  və mədəniyyətimizə xidmət məramı 
daşıyır [129,  1997,  12 mart].
Bu  gün  onlarla  qadın  Muxtar  Respublikanın  mədəniyyət  sa­
həsində çalışır.  Onların bir çoxu Azərbaycan hökuməti  tərəfindən 
fəxri  adlar  və  mükafatlarla  təltif  olunmuşdur:  Z.Həmzəyeva, 
S.Hüseynova,  X.Qaziyevanın  «Şöhrət»  ordeni  ilə  təltif olunması, 
Səidə  Məmmədovaya  Azərbaycanın  əməkdar  mədəniyyət  işçisi, 
sənətşünaslıq  namizədi  Əqidə  Ələkbərovaya Azərbaycanın  əmək­
dar incəsənət  xadimi  fəxri  adı  verilməsi  bütün Naxçıvan  qadınla­
rına böyük hörmətin və qayğının ifadəsidir.
Naxçıvanda  qadınların  mədəniyyətə,  incəsənətə  geniş  cəlb 
edilməsində,  Naxçıvan  Dövlət  Universitetində açılmış  kitabxana- 
çılıq,  incəsənət,  musiqi  ixtisaslarının,  Konservatoriyanın  mühüm 
rolu  olmuşdur.  Fərəhli  haldır  ki,  bu  ixtisarlarda  təhsil  alanların 
çoxu qızlardır.
Naxçıvan  qadınları  övldalarımızın,  xüsusən  qızlarımızın 
yüksək  vətənpərvərlik  ruhunda  tərbiyə  edilməsində  fəal  iştirak 
edirlər.  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  ilk  dəfə  olaraq 
Naxçıvan  şəhərində  1992-ci  ildə  qızlar  üçün  xüsusi  məktəb  -  
Həmidə  xanım  Məmmədquluzadə  adma  Xanım  Qızlar  Pansionu 
açılmışdı.  Pansionda  kiçik  xanımlara  təkcə  bilik  verməklə  kifay­
ətlənməyərək,  daha  çox  milli,  mə'nəvi  keyfiyyətlərimizin  öyrə­
dilməsinə  üstünlük  verilir.  Ümumi  fənlərdən  əlavə  qızlara  təba­
bət, dərzilik, kulinariya, evdarlıq dərsləri  də keçirilir.  Məqsəd qız­
lara Azərbaycan  qadınlarma xas olan keyfiyyətləri kiçik yaşların­
dan  aşılamaq,  onları  ■
 yüksək  mədəniyyətli,  nəzakətli,  evinə, 
ocağına  bağlı  bir  insan  kimi  yetişdirməkdir.  Bu  baxımdan  pan- 
sionat  təməli  xeyriyyəçi  H.Z.Tağıyev  tərəfindən  qoyulmuş  qız 
məktəbinin nəcib ən'ənələrini layiqincə davam etdirir.  Maraqlıdır 
ki,  «Azərbaycan  qadını»  cumalınm  1998-ci  il  6-cı  nömrəsində
142


«Bizə  qız  məktəbləri  lazımdırım»  adlı  məqalə  dərc  olunmuş,  so- 
nralar  curnalm  digər  nömrələrində  bu  diskusiya  davam  etdiril­
mişdir.  Məqalədə qoyulmuş  məsələlər  Muxtar Respublikanın  qa­
dınlar  məclisində  də  müzakirə  edilmişdi.  Müzakirədə  tanınmış 
qadın  pedaqoqlar,  ictimai  xadimlər çıxış  etmişdilər.  Müzakirələr­
də  belə  bir  fikir  üstün  olmuşdur  ki,  qızların  milli  ruhda  tərbiyə 
edilməsində  xüsusi  qız  məktəbləri  mühüm  rol  oynaya  bilər  və 
Naxçıvan  Xanım  Qızlar  Pansionunun  təcrübəsi  buna  parlaq  mi­
saldır [26].
Muxtar  Respublikada  yaşayan  qadınların  yaradıcılıqla  məşğ­
ul olması üçün hər cür imkanlar yaradılır.  Yaradıcı qadınlar üçün 
müsabiqələr təşkil  edilir,  əsərlərinin  çap edilməsi  üçün  kömək  gö­
stərilir.  Bu  işdə  «Sevil»  Qadınlar  Məclisinin  ofisi  mühüm  rol  oy­
nayır.  Kəmalə Ağayeva,  Elmira  Qasımova,  Rahilə Elçin,  Mətanət 
Hiısenxanqızı,  Dilbər  Cəfərli  və  digər  şairələrin  imzalarına  Azər­
baycanın  və Naxçıvanın mətbuat səhifələrində  tez-tez rast gəlirik. 
Muxtar  Respublikanın  tanınmış  curnalistləri  içərisində  Sənubər 
Kərimova, Xuraman Sadığovanın adları da fəxrlə çəkilir.
Bu  gün  qadınların  idman  və  bədən  tərbiyəsi  sahəsində  iştira­
kına  böyük  diqqət  yetirilir.  Bir  neçə  idman  obyekti,  o  cümlədən 
respublika  stadionu  yenidən  qurulmuş,  şahmat məktəbi  üçün  ye­
ni  bina  tikilmişdir.  Muxtar  Respublikanın  paytaxtında  yeni 
olimpiya  kompleksi  inşa  edilmişdir.  Muxtar  Respublikanın  şah­
mat  məktəblərində  805  nəfər  qız  məşğul  olur.  Müxtəlif  tədris 
müəssisələrində  qızlardan  ibarət  voleybol  komandaları  fəaliyyət 
göstərir.  Qadınlar  arasında  voleybol,  yüngül  atletika,  şahmat 
üzrə yarışlar keçirilir.  Qadın komandaları  tez-tez İran və Türkiyə 
qadınları ilə dostluq görüşləri keçirirlər [129, 2001,  8 mart].
Naxçıvan qadınları Muxtar Respublikanın  ekoloci problemlə­
rinin həllində yaxından iştirak edirlər.  «Sevil» Qadınlar Cəmiyyə­
tində  fəaliyyət  göstərən  komissiyalardan  biri  də  «Qadın  və  eko­
logiya» komissiyasıdır.
Azərbaycan  qadınlarının  V  qurultayından,  mərhum  prezident 
Heydər  Əliyevin  qadınlarla  bağlı  qərarlarından  sonra  Muxtar 
Respublikada  qadınların  məs'ul  vəzifələrə  irəli  çəkilməsi  sürət­
lənmişdir.  Belə  ki,  son  illərdə  bir  neçə  gənc  qadın  dövlətin  idarə 
olunması  işlərinə  irəli  çəkilmiş,  onlarla  müəllim,  həkim,  mə-
143


dəniyyət işçisi  fəxri adlara layiq görülmüşdür.
Naxçıvan  Muxtar  Respublikasının  bugünkü  həyatının  hər 
hansı bir sahəsini qadınlarsız təsəvvür etmək mümkün deyil.
Azərbaycana  qarşı  davam  edən  təcavüzün  ağrı-acılarına,  iqti­
sadi  və sosial  çətinliklərə  baxmayaraq,  Naxçıvan  qadınları  bütün 
Azərbaycan  qadınları  kimi  öz analıq  və  qadınlıq  borclarını  ləya­
qətlə  yerinə  yetirir,  vətənimizin  və  xalqımızın  iqtisadi,  siyasi,  mə- 
dəni-mə'nəvi  cəhətdən  inkişaf edib,  çiçəklənməsi  naminə  öz  fəa­
liyyətlərini davam etdirirlər.
I
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə