Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

də  mülkiyyət  sahiblərinin  90%-ni  kişilər  təşkil  edir.  (Azərbaycan­
da  qeydiyyatdan  keçmiş  özəl  kiçik  müəssisələrində  işləyənlərin 
cəmi 7%-i qadınlardır -  S.A.)..
Müşahidələr  göstərir ki,  qadınların  mütləq  əksəriyyəti  şəxsi  iş 
(biznes)  yaratmaq  istəmir.  Bunun  səbəbləri  içərisində  qadınlar 
arasında «bizneslə məşğul olmaq  yalnız kjşi  işidir» kimi stereotip­
lər,  münasib  fəaliyyət  sferasının  tapılmaması,  özünə  inamsızlıq, 
kifayət  qədər biliklərin  və təsəvvürlərin olmaması, başlanğıc kapi-
•  
p
Lalın  yoxluğu,  ictimaiyyət  və  s.  xüsusi  qeyd  edilməlidir.  Ölkədə 
aparılan  özəlləşdirmə  cinsi  əlamətlərə  görə  heç  bir  qanunverici 
məhdudiyyətlər  qoymasa  da,  özəlləşdirmə  nəticəsində  iş  yerlərini 
itirənlər  birinci  qadınlardır.  Bütün  ölkədə  olduğu  kimi,  Naxçı­
vanda  da  özəlləşdirmənin  birinci  mərhələsində  məişət  xidməti  və 
ticarət,  yeyinti  müəssisələri  özəlləşdirildiyindən,  burada  məşğul 
olan  qadınların  çoxu  bə'zi  hallarda  öz  iş  yerlərini  itirməli  olmuş­
lar.
Ümumiyyətlə,  qadın  və  kişilərin  mülkiyyət  hüququnun  bəra­
bər  olmasına  baxmayaraq,  özəlləşdirmə  nəticəsində  onların  həm 
də  bərabər  iştirakına  nail  olunmayıb,  bu  isə  özəlləşdirmə  prose­
sində gender uyğunsuzluğunun kəskin şəkildə güclənməsinə səbəb 
olub.  Nəticədə Muxtar Respublikada yoxsulların arasında qadın­
lar, uşaqlar və qocalar üstünlük təşkil etmişdir.
Muxtar  Respublikada  qadınların  sosial-iqtisadi  vəziyyətini 
təhlil  edərkən  kənd  yerlərində  yaşayan  qadınların  vəziyyətini  nə­
zərə almamaq olmaz.  Mə'lumdur ki, hələ sovet dövründə Muxtar 
Respublikada  ictimai  istehsala  cəlb  olunmamış  qadın  əmək  eh­
tiyatlarının əksər hissəsi  kənddə  yaşayırdı  (Bu  barədə bax;  disser­
tasiyanın  III  fəslinin  I  paraqrafı).  Baş  vermiş  qlobal  siyasi- 
iqtisadi  dəyişikliklər  onların  vəziyyətinə  ciddi  tə'sir göstərmişdir. 
Onsuz  da  rentabelli  olmayan  kənd  təsərrüfatında  özəlləşdirmə 
zamanı  gender amilinin nəzərə  alınmaması  nəticəsində qadınların 
məşğulluq problemi daha da kəskinləşmişdir.
Naxçıvanın  on ilə yaxın davam edən blokadası, iqtisadi əlaqə­
lərin  qırılması,  e'mal  müəssisələrinin  iflic vəziyyətdə  olması  səbə­
bindən  kənd  təsərrüfatında məşğul  olan,  öz  ailəvi  fermer  təsərrü­
fatına  malik  qadınların  da  maddi  vəziyyəti  digər  kənd  qadınla­
rından  heç  də  yaxşı  deyildi.  Həm  də  nəzərə  almaq  lazımdır  ki, 
Muxtar  Respublikada  münbit  torpaqların  həcmi  çox  da  böyük
127


deyil (cəmi -   166,7 min ha),  özəlləşdirmə nəticəsində isə  onlar da­
ha  kiçik  sahələrə  parçalanıb ki,  bu  torpaqlar  onların  sahiblərinin 
maddi ehtiyaclarını  tam ödəmir.
Kənddə yaşayan'qadınların xüsusi qrupu -  heç bir zaman nig- 
ahda olmayan, tək-tənha  qadınlar əhalinin  ən  yoxsul  təbəqələrinə 
daxil edilməlidir.
Muxtar Respublikanın iqtisadiyyat sahələri  üzrə qadınların ən 
fəal  cəlb  olunduqları  sahələr  əvvəlki  kimi  qeyri-istehsal  sahələri­
dir.
Azərbaycan  qadınlarının  təhsil  və  professional  sahələrindəki 
inkişafı  Sovet  hakimiyyətindən  əvvəl  başlansa  da,  məhz  sovet 
dövründə  kişilər  və  qadınlar  üçün  ibtidai,  orta  təhsil,  qadınların 
kişilərlə birgə təhsil  alması qanuniiləşdirilmişdir.  Təhsil  sahəsində 
hüquq  bərabərliyi  bu  gün  də  öz  qüvvəsində  qalmaqdadır.  Azər­
baycan  Respublikası  və  Naxçıvan  Muxtar  Respublikasının  kon­
stitusiyaları  və  digər  qanunlar  bütün  vətəndaşlara  pulsuz  orta 
təhsil almaq tə'minatı verir.
Ümumiyyətlə,  Muxtar  Respublika  təhsilin  inkişaf səviyyəsinə 
görə  Azərbaycanın  ən  qabaqcıl  bölgələrindən  biridir.  1998-ci  ilin 
mə'lumatlarma  görə  burada  252  ümumtəhsil  məktəbləri,  o 
cümlədən  13  ibtidai,  25  əsas,  197  orta  təhsil  müəssisəsi  fəaliyyət 
göstərmişdir.  Bu  təhsil  ocaqlarında  oxuyan  şagirdlərin  sayı  71,8 
min  nəfəri  ötüb  keçir  [112,  s.63].  Ümumtəhsil məktəblərində  təh­
sil  alan  şagirdlərin  təqribən  yarısını  -  33258  nəfərini  qızlar  təşkil 
edirdi.
Yaşayışın  çətinləşməsi  və  haqqı  ödənilməyən  ev  işlərinin  art­
ması ilk növbədə qızların təhsilinə mənfi  tə'sir göstərir.  Çünki  bir 
tərəfdən  onları  paltar  və  dərs  ləvazimatları  ilə  tə'min  etmək  vali­
deynlər  üçün  problemə  çevrilir,  digər  tərəfdən  qızlar  çox  vaxt 
məktəbə  getmək  əvəzinə  ev  işlərində  və  ya  tarlada  analarına  kö­
mək  etməli  olurlar.  Eyni  zamanda  təhsili  davam  etdirmək  per­
spektivlərinin  olmaması  bir  çox  qızların  və  onların  valideynləri­
nin  təhsil  almaq  həvəsini  azaldır.  Bu  tendensiya  xüsusilə  kənd 
yerlərində daha aydın müşahidə olunmaqdadır.
1997-ci  ilin  oktyabr  ayında  Naxçıvan  şəhərində  keçirilmiş 
«Azərbaycan qadım XXI əsrin  astanasında» beynəlxalq konfran­
sda  Muxtar  Respublikanın  bə'zi  dağ  rayonlarında  bəzi  qızların 
məktəbdən  uzaqlaşdırılması  hallarının  mövcudluğu  qeyd  edilmiş
128


və arzu olunmuşdur ki,  əgər  1920-30-cü illərdə hamı elliklə savad­
sızlığa  qarşı  mübarizəyə  qalxmışdırsa,  bu  gün  biz  azyaşlı  qızlann 
vaxtından  əvvəl  məktəblərdən  uzaqlaşmasının  qarşısını  almalıyıq 
[129,  1997,  15 oktyabr].
Qızlann  təhsil  almaq  imkanlarının  azalması  həm  də  qadınlar 
arasında  savadlılıq  əmsalının  aşağı  düşməsinə  dəlalət  edir.  Əgər 
1989-cu  ildə  Azərbaycan  üzrə  bu  əmsal  99,9%  təşkil  edirdisə, 
1996-cı ildə 0,  96,86-ə düşmüşdür [Bax: 23, s.87].
Lakin  respublikamızda  təhsil  sahəsində  son  dövrlərdə  baş 
vermiş  müsbət  dəyişikliklər  əhalinin  savadlılıq  dərəcəsinə  tə'sir 
göstərmiş,  2001-ci  ildə  bu  göstərici  ümumilikdə  98,8%,  kişilərdə 
99,5%, qadınlarda isə 98,2% təşkil etmişdir [23, s. 131].
İqtisadiyyat  üzrə  gender  bölgüsünün  ümumi mənzərəsi  göstə­
rir ki,  Muxtar Respublikada qadınların ən yüksək iştirak etdikləri 
sahələr  səhiyyə  [ümumi  işçilərin  81%-i],  təhsil  və  mədəniyyətdir 
[75%].  [129,  1997,  12  mart].  Müqayisə  üçün  qeyd  edək  ki,  Azər­
baycan  üzrə bu göstəricilər miivafıq  olaraq 70,2% və  67,9% təşkil 
edir.  Əqli qabiliyyət və bilik tələb edən sahələrdə qadınların üstün 
təmsil  olunması  bir  tərəfdən  onların  bilik  və  mədəni  səviyyəsinin 
yüksək  olduğunu  göstərirsə,  digər  tərəfdən  bu,  həmin  sahələrdə 
mövcud  olan  böhranlı  vəziyyətlə  bilavasitə  bağlıdır.  Belə  ki,  bu 
sahələrdə  əmək  haqqının  az  olması  kişilərin  həmin  sahələrdən, 
xüsusən  təhsildən  uzaqlaşmasına  gətirib  çıxardır.  Bu  tendensiya 
bütün Azərbaycan  üçün  səciyyəvidir.  Məsələn,  1980-cı  ildə  müəl­
limlərin  54,4%-ni,  1996-cı  ildə  isə  65%-ni  qadınlar  təşkil  edib. 
Doğrudur,  təhsil  və  səhiyyədə  kişilərə  nisbətən  qadınların  daha 
çox  iştirakının  səbəbi  bu sahələrdə  iş  qrafıkinin  daha dinamik  və 
iş  gününün  daha  qısa  olmasıdır.  Şübhəsiz  ki,  buna  cəmiyyətdə 
rəğbətlə  qarşılanan,  uşaqları  və  gənc  nəslin  qayğısı  və  tərbiyəsi 
sahəsindəki məsuliyyəti  qadına  həvalə edən stereotiplər də kömək 
edir.  Lakin  qeyd  etmək  olar  ki,  bazar  münasibətləri  gender  bö­
lgüsünün  elə bir vəziyyətinə gətirib  çıxarmışdır ki,  qadınlar əmək 
haqqının daha aşağı olduğu sahələrdə cəmləşirlər.  Belə ki,  1998-ci 
ilin  göstəricilərinə  görə,  muzdla  işləyənlərin  orta  aylıq  nominal 
əmək haqqı ən çox tikintidə (301096.5 manat),  rabitədə (220156.3 
manat), kredit və sığortada (250219.6 manat), sənayedə (221036.5 
manat),  ən  aşağı  isə  kənd  təsərrüfatında  (35601.4  manat),  sə­
hiyyədə  (46353.2  manat),  mədəniyyətdə  (56146.0  manat)  və  təh-
129


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə