Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   2   3   4   5   6   7   8   9   ...   53

Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvanda  da  qa­
dın  hərəkatının  formalaşması  və  inkişafı  Azərbaycan  qadın  hərə­
katının  tarixi  ilə  sıx  və  üzvi  surətdə  bağlıdır.  Bununla  belə,  Na­
xçıvanda  qadın  hərəkatı  bölgənin  yerli'şəraiti,  tarixi  inkişaf-mər­
hələləri  ilə  əlaqədar  müəyyən  özəlliklərə  malikdir.  Buna  görə  də 
müxtəlif dövrlərdə  və  müxtəlif bölgələrdə  qadın  hərəkatının  əsas 
inkişaf meyllərinin  araşdırılması  ümumilikdə,  Azərbaycanda  qa­
dın  hərəkatının  inkişaf xüsusiyyətlərini  və  qanunauyğunluqlarını 
daha dərindən  üzə çıxarmaq imkanı  yaradır.
Bundan  əlavə,  Naxçıvanda  qadın  hərəkatının  tarixinin  öyrə­
nilməsi  daha  bir  problemin-Azərbaycanın  müxtəlif  bölgələrində 
spesifik yerli şəraitdə  qadın  hərəkatının  inkişaf qanunauyğunluq­
larını  və  qadın  məsələsinin  hansı  şəkildə  təzahür  etməsini 
müəyyənləşdirməyə  kömək  edir.  XX  əsrdə  bütün  Azərbaycanda 
olduğu  kimi,  Naxçıvan  bölgəsində  də  qadın  hərəkatı  müxtəlif 
mərhələlərdən  keçmiş,  nəticədə  Naxçıvan  qadınlarının  təhsil  və 
mədəni  səviyyəsində,  dünyagörüşündə,  iqtisadi  vəziyyətində  və 
sosial  mövqeyində  əsaslı  dəyişikliklər  baş  vermiş,  onlar  Muxtar 
Respublikanın  ictimai-siyasi,  mədəni  həyatında  mühüm  rol  oy­
namağa  başlamışlar.  Təəssüf ki,  Müxtar Respublikamızda  qadın 
hərəkatının  təşəkkülü,  inkişaf  mərhələləri,  müasir  vəziyyəti,  qa­
dınların  ictimai,  mədəni  və  iqtisadi  həyatda  rolu  kifayət1 qədər 
tədqiq  edilməmiş  və  elmi  ədəbiyyatda  öz  əksini  tapmamış­
dır. Bütün  bunlar  isə  öz  növbəsində  tədqiqatın  aktuallığını'  şərt­
ləndirməkdədir.
Problemin  öyrənilmə səviyyəsi.  Naxçıvanda  qadın  hərəkatının 
tarixinə aid  xüsusi  tədqiqatlar aparılmasa da, bu  mövzuya  aid bir 
sıra  faktik  materiallar;  tarixşiınaslıqda  müəyyən  qədər  öz  əksini 
tapmışdır. 
ı
Mövzuya  aid  ədəbiyyatı  iki  istiqamət  üzrə  qruplaşdırmaq 
olar:  1.  Azərbaycanda  qadın  hərəkatına  və  qadın  məsələlərinə 
həsr  edilmiş  əsərlər;  2.  Naxçıvan  Muxtar  Respublikasının  tarixi­
nə, mədəniyyətinə,  iqtisadiyyatına aid əsərlər.
Ümumiyyətlə,  ikinci  dünya  müharibəsindən  sonra  keçmiş 
SSRI-də  qadın  hərəkatı  tarixinin  larixşünaslığı  formalaşmış,  bu 
dövrdə sovet  tarixşunaslığı  qadın  probleimi  üzrə  bir sıra  əsərlərlə 
zənginləşmişdir [135;  145; 156; 168; 184;  197].
‘ 

5
-


I
Bu  əsərlərdə  sovet  hakimiyyəti  illərində  qadınların  əmək  və 
ictimai-siyasi  fəallığının  bir  sıra  məsələləri  ümumiləşdirilmişdir. 
Bu  kontekstdə  keçmiş  müsəlman'sovet  respublikalarının  konkret 
materialları  əsasında  hazırlanmış  Və  bu  respublikalarda  qadın 
məsdləsinin  tarixinin  öyrənilməsinə  həsr  edilmiş  əsərləri  -  
monoqrafik  tədqiqatları,  lelmi  məqalələri,  dissertasiya  işlərini 
xüsusi  qeyd  etmək  lazımdır  [140;  151;  158;  187;  196;  J.  Bu  əsərlər 
dövrün  xüsusiyyətlərini  özündə  əks  edirsə  də,  onlarda  qadın 
hərəkatının  keçmiş  SSRİ-nin  müxtəlif  bölgələrində  xarakterik 
cəhətləri,'  inkişaf •  meylləri,  qadın  məsələsinin  həlli  uğrunda 
mübarizənin  konkret  forma  və  ı metodları  müəyyən  qədər 
işıqlandırılmışdır.'  Bu  əsərlər  içərisində  xüsusən  «Решение 
женского  вопроса  в  СССР»;  «Октябрьская  революция  и 
раскрепощение 
женщин»;  «Женщины  Страны  Советов»  və 
digərlərində  Azərbaycanda  qadın  hərəkatının  həlli  istiqamətində 
atılmış addımlar öz əksini tapmışdır.
Azərbaycan  sovet  tarixşunaslığı  problemin  işlənməsinə  öz 
töhfəsini  vermiş,  qadın  hərəkatının  inkişaf tarixinə bir sıra əsərlər 
həsr  etmişdir.  Azərbaycan  qadınlarının  inqilabi  mübarizədə 
iştirakı,  yeni cəmiyyət quruculuğu işirlə cəlb  edilməsi məsələlərinə 
bir  çox  tarixçilər müraciət  etmişdir [52;  53;  73; 74;  75;  76;  77;  78; 
79;  125;  126;  127].  Tarixçilərin  əsərlərində  Azərbaycanda  qadın 
hərəkatı,  qadınların  hüquq  bərabərliyinin  həyata  keçirilməsi 
uğrunda  mübarizə,  onların  istehsala  cəlb  edilməsi  və  ixtisasının 
yüksəlməsi  məsələləri  konkret  şəkildə  qoyulmuş  və  tədqiq  edil­
miş, eyni zamanda Azərbaycan qadınlarının həyatında baş vermiş 
dəyişikliklər,  onların yeni cəmiyyət quruculuğunda iştirakı xülasə 
şəklində  öz  əksini  tapmışdır.  Haqqında  danışılan  kitablar  Sovet 
hakimiyyəti  dövründə  yazıldığından,  təbii  ki,  öz  dövrünün 
ruhuna  uyğundur.  Pafosla  yazılmış  bu  əsərlərdə  qadın 
məsələsində  kommunist  partiyasının  uğurları  tərənnüm  edilir, 
qadınların  həyatında  baş  verən  dəyişikliklər  yalnız  müsbət 
yönümdən  işıqlandırılır.  Təbii  ki,  bu  kitablarda  Azərbaycanda 
qadın  məsələsində  və qadın  hərəkatında  baş  verən  mənfi  tenden­
siyaların  obyektiv  təhlili  lazımi  səviyyədə  araşdırıla  bilməzdi. 
Bununla  belə,  sovet  dövründə  qadın  hərəkatından  bəhs  edilən
əsərlərdə 
bu 
hərəkatın 
tarixi, 
qadın 
məsələsinin 
həlli
б
I


istiqamətində  istifadə  edilən  forma  və  metodlar  haqqında  zəngin 
materiallar  və  faktlar  mövcuddur  ki,  onlar  ölkəmizdə  qadın 
hərəkatının  inkişaf tendensiyaları  haqqında  təsəvvür  yaratmağa 
imkan yaradır.
Mövzu  ilə  əlaqədar  kitablar  arasında  S. Məmmədovun 
(Gəncəlinin) əsərlərində Azərbaycanın qadın hərəkatında mühüm 
xidmətləri  olan  qadınlar barədə maraqlı materiallarla qarşılaşırıq. 
Onun  əsərləri  bizim  üçün  həm  də  ona  görə  əhəmiyyət  kəsb  edir 
ki,  bü  əsərlərdə  Naxçıvanda  qadın  təhsilinin  inkişafında  mühüm 
xidmətləri  olan  qadınlar,  o  cümlədən  Nazlı  xanım  Nəcəfova, 
Qəşəng  xanım  Baharova  və  başqalarının  həyat  və  fəaliyyəti 
yığcam və publisistik dildə verilir [72-78].
Respublikada 
iqtisadçıların 
qadın 
əmək 
ehtiyatlarının 
vəziyyəti  və  qadm  məsələsinin  iqtisadi  aspektlərinin  tədqiqinə 
həsr  edilmiş  əsərlərində  [32;  88;  89;  90]  də  Azərbaycan 
iqtisadiyyatının  inkişafında  qadınların  rolu,  habelə  kənd  təsərrü­
fatında qadın əməyi və ondan istifadə edilməsinin vəziyyəti  faktik 
materiallar  əsasında  şərh  edilmişdir.  Naxçıvan  MSSR-in  qadın 
əmək  ehtiyatlarının  səviyyəsi,  onların  ictimai  istehsalda  iştirakı, 
məşğulluq 
səviyyəsi 
və 
s. 
iqtisadi-demoqrafik 
aspektlər 
ümumrespublika  kontekstində  verilmişdir.  Həmçinin  «Naxçıvan 
MSSR-də  ictimai  istehsalın  kompleks  inkişafı  və  əmək 
ehtiyatlarından səmərəli istifadə edilmə problemləri.  Mə'ruzələrin 
tezisləri»  [110];  «Naxçıvan  MSSR-in  əmək  ehtiyatları  və  ondan 
səmərəli  istifadə  məsələləri»  [82)  kitablarında  Müxtar  Res­
publikada  qadm  əməyinin  tətbiqi  sahəsində  baş  verən  ictimai- 
iqtisadi  dəyişikliklər,  q ad m .  əməyindən  istifadənin  spesifik 
xüsusiyyətləri,  ondan  istfadənin  yaxşılaşdırılmasına  yönəlmiş 
təkliflər faktiki materiallar əsasında ətraflı işıqlandırılmışdır.
Mövzunun 
tədqiqində 
Azərbaycan 
tarixinin 
müxtəlif 
məsələlərinə  həsr  edilmiş  bir  sıra  əsərlər  çox  qiymətlidir. 
M.Mehdiyevin  [170],  Q.Mədəlovuıı  [71],  T.Novruzovun  [183] 
əsərlərində  İkinci  Dünya  müharibəsində  Naxçıvan  əhalisinin,  o 
cümlədən  qadınların  fəaliyyətinə  dair  müəyyən  mə'lumatlar 
vardır.  Naxçıvan  qadınlarının  təhsilə  cəlb  edilməsi,  onlar 
arasında 
savadsızlığın 
ləğv 
edilməsi 
məsələlərinin
araşdırılmasında T.Musayevanın monoqrafiyası  [171]  mühüm  rol
7


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə