Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   45   46   47   48   49   50   51   52   53

mürəkkəb  ictimai-siyasi  proseslərdə  kişilərlə  bərabər  iştirak  edə­
rək  daim milli  dövlətçilik mövqeyindən  çıxış  etmişlər.  Erməni  tə­
cavüzünün  dəf  edilməsində  onlar  kişilərlə  bərabər  olmuş, 
döyüşmüş, igidlərimizin yarasına məlhəm qoymuşlar.
Azərbaycan müstəqillik  qazandıqdan  sonra  da  qadınlar Mux­
tar  Respublikanın  siyasi,  iqtisadi,  mədəni  həyatında  fəal  qüvvə 
kimi  çıxış  edirlər.  İqtisadi  blokada  və  maddi  çətinliklərlə  üzləş­
diklərinə  baxmayaraq,  qadınlar  Muxtar  Respublikanın  inkişafı 
üçün  səylə  çalışır,  müstəqilliyimizin  möhkəmləndirilməsində  ya­
xından  iştirak  edirlər.  Muxtar  Respublikada  qadın  hərəkatının 
daha  da  genişlənməsi,  qadın  hüquqlarının  və  mənafelərinin  qo­
runması,  onların  cəmiyyətdəki  sosial  mövqeyinin  güclənməsi 
üçün  Muxtar  Respublika  səviyyəsində  imkanlar  çərçivəsində 
bütün  tədbirlər-görülür.  Buna baxmayaraq  qadınlarımız həm so­
sial-iqtisadi,  həm  də  mənəvi-siyasi  sahələrdə  ciddi  problemlərlə 
üz-üzə  dayanıblar.  Qadınların  hüquqi  vəziyyəti  ilə  real  vəziyyəti 
arasında  kəskin  fərqlər  mövcuddur.  Xüsusən  qadınların  idarəet­
mədə,  qərar qəbul  etmə prosesindəki  mövqeyi  onların cəmiyyətdə 
oynadıqları  rolla  ziddiyyət  təşkil  edir.  Azərbaycan  Prezidentinin 
«Respublikada  dövlət  qadın  siyasətinin  həyata  keçirilməsi  haq­
qında»  verdiyi  fərmanda  deyildiyi  kimi,  dövlət  qurumlarında 
gender siyasətinin tələblərinə heç də kifayət qədər riayət olunmur.
Sovet  cəmiyyətindən  sonrakı  dövrdə  qadınların  sosial  bəra­
bərliyi  illüziyası  uçub  dağılmış,  onların  fəaliyyət  dairələri  daral­
mağa başlamışdır.
Hazırkı keçid dövründə Naxçıvan qadınları bütün ölkə qadın­
ları  kimi  qeyri-müəyyən  vəziyyətdə  yaşayırlar.  Bir  tərəfdən  baş 
vermiş ictimai-siyasi proseslər onların  sosial  fəallığına güclü  tə'sir 
göstərir.  Digər  tərəfdən  isə  kommunist  reciminin  dağılması  ilə 
qadın  probleminin  sovet  dövlətinin  siyasətində  oynadığı  xüsusi 
rol  da  yox  olub.Bundan  başqa  mövcud  sosial-iqtisadi  çətinliklər 
birinci növbədə onlara tə'sir göstərir.
Naxçıvanda  qadınların  sosial-iqtisadi  vəziyyətinin  təhlili  gö­
stərir  ki,  Muxtar  Respublikada,  Azərbaycanda  qadına  münasi­
bətdə  dövlət  siyasətinin  prinsiplərinə  uyğun  xüsusi  strategiyanın 
hazırlanmasına ehtiyac vardı.
Bu  strategiyanın işlənib hazırlanması  üçün isə birinci  növbədə
151


Muxtar  Respublikada  gender  münasibətləri  üzrə  tədqiqatların, 
təbliğat  və  təşviqat  işlərinin  aparılması  vacibdir.  Gender  uyğun- 
suzluğunun  aradan  qaldırılmasına  yönəlmiş  elmi  tədqiqatlar 
praktik  mahiyyət  daşımalı,  faktlar  obyektiv  təhlil  edilməli,  pro­
blemlər,  çətinliklər  araşdırılmalı  və  onların  həlli  üçün  tövsiyyələr 
işlənib həyata keçirilməlidir.
Bu  məqsədin  reallaşdırılması  sahəsində  birinci  addım  olaraq 
Muxtar  Respublikada  gender  münasibətlərini,  qadınların  statu­
sunu  və  vəziyyətini  əks  etdirən  regional  statistik mə'lumatlar ha­
zırlanmalı,  illik  sosial-iqtisadi  inkişaf haqqında statistik  külliyat- 
lar,  rəsmi  statistika  sistemi  gender  indikatorunu-(göstəricilərini) 
əhatə etməlidir.
-  Qadınların  IV  Beynəlxalq  Pekin  Konfransının  qətnamə  və 
qərarları  qadınlarla  işin  əsas  prinsipləri  kimi,  Muxtar  Respubli­
kanın  dövlət  və hakimiyyət  orqanlarının daim diqqət mərkəzində 
olmalıdır;
-Muxtar Respublikada  bütün  dövlət strukturlarında  qadınla­
rın  rəhbərlik səviyyəsində fəal təmsil olunması tə'min edilməlidir;
-  Qadınlar  arasında  sahibkarlığın  inkişafına,  fermer  təsərrü­
fatlarının  və  kiçik  müəssisələrin,  gəlir  gətirən  iş yerlərinin  açılma­
sına,  onların  yeni  sənət  və  peşələrə  yiyələnməsinə,  qadın  işsizliyi­
nin aradan qaldırılmasına yönəlmiş tədbirlər görülməlidir.
-  Bu  məqsədlə  güzəştli  kreditlərin  verilməsi,  güzəştli  vergi 
qaydalarının  tətbiq  olunması  və  digər iqtisadi xarakterli  tədbirlər 
mühüm rol oynaya bilər.
-Qadınlara qarşı  ailədə, cəmiyyətdə,  işdə zorakılığın, ədalətsiz­
liyin  aradan  götürülməsi  üçün  sosial  və psixoloci  yardım  xidmət­
ləri,  sosial  reabilitasiya proqramları  inkişaf etdirilməli,  qadınların 
hüquqlarının  daha  güclü  qorunması  üçün  Muxtar  Respublikada 
qadınlar  arasında  psixoloqlar,  sosioloqlar,  sosial  pedaqoqlar, 
hüquqşünaslar hazırlanmasına diggət yetirilməlidir.
-Cəmiyyətin  mütərəqqi  inkişafı  üçün  qadınların  bütün  sahə­
lərdə  fəal  iştirakı  həlledici  əhəmiyyətə  malikdir.  Qadınların  kişi­
lərlə bərabər siyasi işlərdə iştirakını tə'min edən şərait olmalı,  qa­
dın problemləri ilə məşğul  olmaq  üçün  regional xüsusiyyətləri  nə­
zərə  alan  mexanizm  yaradılmalıdır.  Qadınların  Muxtar  Respub­
likanın  siyasi,  iqtisadi,  sosial  və  mədəni  həyatında  iştirakının
152


tə'min  edilməsi  üçün  xüsusi  proqramlar və  planlar  hazırlanmalı­
dır.
-  Tək  qadınların  və  anaların  problemlərinin  həllinə  yönəlmiş 
tədbirlər işlənib hazırlanmalıdır;
-  Qadınların  ictimai  cəmiyyətlər  və  hərəkatlar  yaratmaq  tə­
şəbbüsləri  dəstəklənməli,  onların  öz  hüquqlarını  qorumaq  üçün 
birgə fəaliyyət göstərmələri təşviq edilməlidir;
-  Seçkilərdə  qadınların  fəallığını,  müxtəlif orqanlara  seçilmək 
şansını  yüksəltmək  üçün (hətta  kvota  tətbiq  edilməklə)  qanunve­
rici tədbirlər müəyyənləşdirilməlidir.
Qadınlarımızın  sosial-iqtisadi,  siyasi  və  mədəni  sahələrdə  qa­
zandıqları  uğurlar davam etdirilməli,  qadınların vəziyyətinin yax­
şılaşdırılması  sahəsində  tarazlı  dövlət  siyasətinin  aparılması  döv­
lətin  sosial-iqtisadi  siyasətinin  üstün  istiqamətlərindən  biri  olma­
lıdır.  Bu zaman Azərbaycanın ailədə və cəmiyyətdə ənənəvi həyat 
və təfəkkür tərzinin elementlərinin qorunub saxlandığı müsəlman 
ölkəsi olması yaddan çıxarılmamalıdır.
153


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə