Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə39/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

L.Zeynalova  Səhiyyə  Nazirinin  müavini,  Ş.Fərəcova  Culfa  rayon 
PK  katibi  işləyirdi.  S.Mikayılova  Naxçıvan  şəhər  PK  katibi, 
Q.Qasımova  Maliyyə nazirinin  müavini.  Z.Vəkilova  İliç  rayon  PK 
katibi,  S.Hüseynova  Naxçıvan  göz  xəstəxanasının  baş  həkimi, 
Ə.Urmiyeva  Babək  rayon  PK  II  katibi,  K.Cəfərova  Naxçıvan  tibb 
məktəbinin  direktoru,  N.Vəliyeva  Naxçıvan  şəhər  XMŞ  müdiri

_   _____  
t
vəzifələrində  çalışırdı.  2  naxçıvanlı  qadın  SSRİ  Ali  Sovetinə,  7-si 
Azərbaycan SSR Ali  Sovetinə,  51-i  Naxçıvan  MSSR Ali  Sovetinə, 
1369 yerli sovetlərə deputat seçilmişdi [36, s. 14-15].
Lakin 
qadınların 
rəhbər 
vəzifələrə 
irəli 
çəkilməsinə 
baxmayaraq, onların bu vəzifələrdə çəkisi  kişilərdən dəfələrlə aşağı 
idi.  Məsələn,  partiya  üzvüləri  arasında  31,9%,  ilk  partiya  təşkilat 
sədrləri  arasında  31,3%,  nömenklaturaya  götürənlər  arasında  isə 
qadınlar  12,3% təşkil  edirdi  [123,  1981,  27  aprel].  Naxçıvan  VPK 
kadrlarla iş haqqında  plenumda (1981,  aprel)  göstərilmişdi  ki,  son 
iki  ildə  şəhər  və  rayonlarda  irəli  çəkilmiş  290  kadrdan  cəmi  26-sı 
qadm  idi  [95,  s. 13,  iş  5,  v.13].  Mütəxəssis  qadınların  əksəriyyət 
təşkil  etdiyi  səhiyyə,  maarif,  mədəniyyət  sahələrində,  eləcə  də 
ticarət,  ictimai-iaşə,  məişət  xidməti  sahələrində  rəhbər  işçilər 
arasında  qadınların  azlıq  təşkil  etməsi  xüsusi  vurğulanmışdı  [95, 
s.13,  iş  5,  v.13].  Rəhbər kadrlar arasında  qadınlar cəmi  11%  təşkil 
edirdi.  Kolxoz  sədrləri,  sovxoz  direktorları,  sənaye  müəssisələri 
rəhbərləri  arasında  qadm  yox  idi.  Respublikamn  25  nazirlik, 
komitə və digər idarələrinə  rəhbərlik edənlər arasında cəmi  1  nəfər 
qadm  var  idi  [129,  1984,  15  yanvar].  Respublika  şəhər,  rayon, 
sovet,  partiya,  həmkarlar  ittifaqları,  təsərrüfat  kadrları  arasında 
isə qadınların xüsusi çəkisi 29,4% [95, s.13, iş 5, v.39] təşkil edirdi.
Ədəbi  yaradıcılığı  ilə  respublikadan  uzaqlarda  da  oxucuların 
rəğbətini  qazanmış,  əsərləri  başqa  dillərə  tərcümə  edilmiş 
Naxçıvanın  şair  və  yazıçılan  içərisində  Kəmalə  Ağayeva,  Rahilə 
İbrahimli, 
Validə 
Hüseynova, 
Sənubər  Kərimova, 
Güllü 
Məmmədova, Lətifə Əhmədova,  Elmira Qasımova və b. var idi.
Naxçıvan  Dram  Teatnnm  adlı-sanlı  artistləri  Z.Həmzəyeva, 
Ə.Əlixanova,  S.Hüsenova,  R.Cəfərxanova,  X.Qazıyeva, ilə  yanaşı 
gənc  artistlər  Z.Əliyeva,  M.Əliyeva,  S.Lətifova,  Q.Məmmədova, 
P.Məmmədova  və  başqaları  respublikanın  mədəniyyəti  və  incəsə­
nətinin  inkişafında  mühüm  xidmətlər  göstəmıişdilər.  Musiqi  və 
incəsənət 
sahəsində 
çalışan 
Z.Cavadova, 
M.Ələkbərova,
115


C.Şuşinskaya,  В.Isayeva, H.Seyidova, Y.Əsədova, S.Məmmədova, 
Z.Rzayeva,  M.Orucova,  T.Nəbiyeva,  S.Əliyeva  və  başqalarının 
yaradıcılığı Naxçıvan mədəniyyətinin gözəl səhifələridir.
1970-ci  ildə  respublikada  252  kitabxana,  166  klub,  2  muzey,  2 
teatr,  131  kinoqurğusu  mövcud  idi.  1980-cı  ildə  bu  rəqəmlər  244, 
229, 4,  1,  189  idi.  1990-cı ildə isə artıq 288  kitabxana,  267  klub,  12 
muzey,  Г85  kino  qurğusu  fəaliyyət  göstərirdi.  Kitabxanaların  və 
klubların  90%-ə  qədəri  kənd  yerlərinin  payına  düşürdü  [112,  s.28]. 
Bu  faktlar  əhalinin,  o  cümlədən  qadınların  maddi  və  mədəni- 
məişət şəraitinin müəyyən qədər yaxşılaşmasının göstəricisi idi.
Qabaqcıl 
müəllimlərdən 
T.Tağıyeva, 
M.Abbasova,
L. Kələntərli, 
S.Məmmədova, 
S.Talıbova, 
V.Novruzova,
N.Vəliyeva. 
Ş.Ələkbərova, 
F. Ağalarova, 
X. Muradova,
M. Həşimova, 
F.Ələkbərova, 
M.Mollayeva, 
Z.Sultanova,
V.Məmmədova  və  b.  gənc  nəslin  tə'lim-tərbiyəsində  yaxından 
iştirak  etməklə yanaşı,  Muxtar respublikanın  ictimai həyatında  da 
fəallıq  göstərirdilər.  Onlardan  biri -   6  №-li  şəhər  orta  məktəbinin 
dil-ədəbiyyat  müəllimi  Tamilla  Tağıyeva  Naxçıvan  şəhər  qadınlar 
şurasının  sədri,  Sovet  Qadınlar  Komitəsinin  üzvü,  1987-ci  ildə 
Ümumdünya  Qadınlar  Konqresinin  iştirakçısı,  eyni  zamanda 
Azərbaycan SSR Ali Soveti sədrinin müavini idi [59, s.77].
1967-ci  ildə  Naxçıvanda Azərbaycan  Dövlət  Pedaqoci
İnstitutunun  filialının  açılması  ilə  respublikada  ali  təhsilin  əsası 
qoyuldu.  1972-ci  ildə  müstəqil  instituta  çevrilən  Naxçıvan  Dövlət 
Pedaqoci  İnstitutu  respublikanın müəllim kadrları  ilə,  o  cümlədən 
qadın  müəllimlərlə  lə'min  edilməsində  müstəsna  rol  oynamışdır. 
Bu  gün  Naxçıvanda  fəaliyyət  göstərən  bir  çox  tanınmış  qadınlar 
məhz 
bu 
ali 
məktəbin 
yetirmələridir. 
Naxçıvan 
Dövlət 
Universitetində,  Azərbaycan  MEA  Naxçıvan  Bölməsində,  digər 
təhsil  və  elm  müəssisələrində  işləmiş  və  hazırda  da  işləyən  onlarla 
qadm  vaxtilə  bu  ali  məktəbdə  təhsil  alıblar  (elmlər  namizədləri 
Səkinə Səmədova,  Ləzifə Qasımova,  Həqiqət Abdullayeva,  Səadət 
Həsənova, Səkinə Hüaeynova, Tahirə Məmmədova və başqaları).
1970-ci  ildə  Naxçıvanda.  210,  1980-ci  ildə  209,  1990-cı  ildə  isə 
217  ümumi  təhsil  məktəbinciə müvafiq  olaraq  53,1;  65,4;  63,6 min 
şagird  oxuyurdu.  Bu  məktəblərdə  dərs  deyən  müəllimlərin  sayı  isə 
1970-ci  ildə  3210,  1990-cı  ildə  7200  nəfər olmuşdur  [112,  s.26].  Bu 
dövrdə  artıq  bütün  məktəbyaşlı  qız  uşaqları  təhsilə  cəlb  edilsə  də,
116


yuxarı  siniflərdən onların  təhsildən  yayınması halları hələ də möv­
cud  idi.  Bu  dövrdə  artıq  respublikada,  xüsusən  onun  paytaxtında 
müəllimlər  hazırlanmasında  baş  verən  uyğunsuzluqlar  nəticəsində 
600-dən  çox  müəllim  işlə  tə'min  olunmamışdı  və  növbədə  gözləy­
irdi [96, s.l, iş 2421, v.54].
Qadınların  yaşayış  səviyyəsinin  əsas  göstəricilərindən  biri  də 
səhiyyənin  inkişafıdır.  1970-ci  ildə  Naxçıvanda  262  həkim,  1435 
orta  tibb  işçisi  var  idisə,  1980-cı  ildə  bu  rəqəmlər  591  və  1900, 
1990-cı  ildə  isə müvafiq  olaraq  844 və  2686  -ya çatmışdı.  Əhalinin 
hər  10000  nəfərinə  1970-ci  ildə  12,6%,  1980-cı  ildə  24,1%,  1990-cı 
ildə  isə  28,2%  həkim,  müvafiq  olaraq  69,2%,  74,6%,  89,8%  orta 
tibb işçisi düşürdü.  Muxtar Respublikada  1970-ci ildə 53 xəstəxana 
müəssisəsi,  15  qadın  məsləhətxanası,  uşaq  poliklinikası  və 
ambulatoriyası,  1980-cı  ildə müvafiq  olaraq  48,34,  1990-cı  ildə  isə 
50  və  72-yə  çatmışdı  [112,  s.72].  Səhiyyə  sahəsində  işləyənlərin 
əksəriyyəti  qadınlardan  ibarət  idi.  Onlar  arasında  respublikanın 
tanınmış  həkimləri  Ş.Məmmədəliyeva,  N.Əliyeva,  T.Dadaşova, 
S.Hüseynova  (göz  xəstəxanasının • baş  həkimi),  R.Bayramova, 
S.Əliyeva,  V.Qazıbəyova,  M.Sadıqova əhalinin  sağlamlığı  keşiyinə 
layiqincə durmuşdular.
Lakin  bununla  belə,  qadınların  sağlamlığının  mühafizəsi 
sahəsində bir sıra ciddi problemlər mövcud idi  ki,  bunlar arasında 
birinci  növbədə  respublikada,  xüsusən  kənd  yerlərində  genekoloq, 
mama,  pediatr  ixtisasından  olan  həkimlərə  olan  böyük  tələbat, 
doğum  evlərinin,  körpələr  evlərinin  çatışmaması,  dərmanların 
tapılmaması  və  bu  amillərin  nəticəsi  olaraq  respublikada  uşaq 
ölümü səviyyəsinin yüksək olması idi.
1984-cü  ilə  qədər  Naxçıvanda  1429  qadın  «Qəhrəman  ana» 
ordeninə,  1954  qadın  «Analıq  şərəfi»  ordeninə,  31091  qadın  isə 
«Analıq medalına» layiq görülmüşdü [37, s. 14-15].
Ümumiyyətlə, qeyd edək ki, Naxçıvanda əhalinin ən sür'ətli or­
ta  illik  artımı  60-70-ci  illərə  təsadüf etmişdir.  Bu  dövrdə  respubli­
kada  əhalinin  sayı  43%  (Azərbaycan  SSR-də  38,4%,  SSRİ-də 
15,8%)  artmışdı.  Həmin  dövrdə bütünlüklə  keçmiş  SSRİ-də əhali­
nin orta illik artım sür'əti  1,4%, Azərbaycanda 3,5% olduğu halda, 
Naxçıvan  MSSR-də  3,9%  təşkil  edirdi  [112,  s. 19].  1985-ci  ildə 
Azərbaycanda  ən  yüksək  doğum  Naxçıvanda  (31,3  nəfər),  ən 
aşağısı  isə  Abşeronda  (21,5)  qeydə  alınmışdı  [90,  s.63].  Respubli-
117
I
I
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə