Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə40/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

kada  əhalinin  sür'ətlə  artımını  tə'min edən  amillər  arasında  ailədə 
çoxuşaqlıq  ən'ənəsinin  qorunub  saxlanması  da  mühiim  rol  oy­
nayırdı.  Lakin bununla belə, dünyanın bütün regionlarında olduğu 
kimi,  Naxçıvanda  da  60-cı  illərdən  başlayaraq  doğumun  səviyyəsi 
sür'ətlə azalaraq  1960-cı ildəki  50,6 nəfərdən  1998-ci ildə  19,5 nəfə­
rə  düşmüş  və  38,5%  azalmışdı  [112,  s.20].  Buna  tə'sir  göstərən 
amillər  arasında  bölgədə  baş  verən  urbanizasiya  prosesi,  əhalinin 
tərkibində  fertil  yaşlı  qadınların  xüsusi  çəkisinin  azalması,  onların 
maddi  və  mədəni  həyat  səviyyəsinin  dəyişilməsi,  ailədə  uşaqların 
şüurlu  surətdə  nizamlanması,  nigah  və  boşanmaların  sayındakı 
dəyişikliklər  xüsusi  qeyd  edilməlidir.  Statistik  təhlil  göstərir  ki, 
Respublikada  işləyən  ixtisaslı  qadınların  ailələrində  uşaqların  sayı 
daha  az idi.  Azərbaycanın  orta  göstəriciləri  ilə  müqayisədə  Naxçı­
vanda boşanmaların sayı da çox aşağı idi ki, bu da bölgədə tarixən 
ailəyə münasibətdə formalaşmış sabit baxışların nəticəsidir.
Araşdırılan  dövrdə  Naxçıvan  qadınlarının  ictimai  vəziyyətində 
baş verən ən mühüm dəyişikliklərdən biri də qeyri-istehsal və zehni 
əməyin  üstünlük  təşkil  etdiyi  sahələrdə,  xüsusən  maarif, 
mədəniyyət  və  səhiyyə  sahələrində  qadınların  xüsusi  çəkisinin 
artmasıdır.  Bu  gün  Muxtar  Respublika  əhalisinin  51%-dən 
çoxunu,  mədəniyyət  sahəsində  çalışanların  75%,  səhiyyədə 
çalışanların isə 81%-ni qadınlar təşkil edir [129,  1997,  12 mart].
Dövrün qadın hərəkatının xarakterik xüsusiyyətlərindən biri də
əməkdə  fərqlənən  qadınlara  müxtəlif  fəxri  adların,  dövlət
mükafatlarının,  orden  və  medalların  verilməsi,  onların  ali
hakimiyyət  orqanlarında  təmsil  olunması  idi  ki,  bu  da  recimin
mahiyyətindən  irəli  gəlirdi.  Adətən  müxtəlif  səviyyəli  sovetlərə 

(SSRİ,  Azərbaycan,  Naxçıvan  Ali  Sovetlərinə,  yerli  sovetlərə), 
partiya  orqanlarına  seçkilərdə  qadınlara  kvotalar  ayırılır,  bu 
zaman  adətən  «fəhlə  və  kolxozçuların  nümayəndələrinə»  üstünlük 
verilirdi.  Sovet  hakimiyyəti  illərində  Naxçıvanda  Sosialist  Əməyi 
Qəhrəmanı  adı  almış  şəxslərin  yarıdan  çoxunu  qadınlar  təşkil 
edirdi  /Xasa  Vəliyeva,  Tamam  Əliyeva,  Növrəstə  Quliyeva  (ilk 
qadın 
Sosialist 
Əməyi 
Qəhrəmanları 
-  
S.A.), 
Fatma
İmamquliyeva,  Bahar  Talıbova,  Münəvvər  Əskərova,  Rəvayət 
Qurbanova, Raziyyə Rüstəmova və b./.
1985-ci  ildə  SSRI-də  «yenidənqurma»  siyasətinin  başlanması 
ilə,  bütün  ölkədə  olduğu  kimi,  Azərbaycanda  və  Naxçıvanda  da
118


qadın  hərəkatında  müəyyən  canlanma  hiss  olunmağa  başladı. 
Respublikanın  kəndlərin  də  ən  aktual  məsələlərə  dair  qadın  kon­
fransları,  seminarlar,  müşavirələr  keçirilirdi.  Qadın  təşkilatları 
haqqında  Azərbaycan  hökumətinin  qərarında  (may  1985-ci  il)  və
1986-cı  il  may  ayının  16-da  keçirilmiş  Azərbaycan  qadm  şuraları 
konfransında qadın şuralarının  qarşısında duran vəzifələr konkret­
ləşdirildi.  Konfrans ərəfəsində  respublikada  şəhər,  rayon  qadın  şu­
ralarının konfransları keçirilmiş,  şuralara yeni fəal qadın qüvvələri 
gəlmiş,  onlann  tərkibi  yaxşılaşmışdı.  Naxçıvanda  279  qadm  şura­
sında  1635  qadm  birləşmişdi  ki,  onlann 2/3  hissəsi  ali və  orta  ixti­
sas təhsilli,  30% sənaye və kənd təsərrüfatı mütəxəssisləri idilər [28, 
1986,  №7].  Naxçıvan  Qadınlar  Şurasının  sədri  Muxtar  Respubli­
kanın ictimai  tə'minat naziri Sənubər Kərimova idi (1986-cı ildə bu
•  
•   •
vəzifəyə  tə'yin  edilmişdi  -  S.A.).  Qadınların  cəmiyyət  həyatındakı 
roluna geniş yer vermək, onların sosial və siyasi fəallığını  artırmaq, 
qadm  hüquqlannı  daha  geniş  müdafiə  etmək  qadm  şuralarının 
əsas vəzifəsi  idi.  Bununla  belə sosial-siyasi  fəallığın  daha  çox tələb 
olunduğu  sahələrdə,  xüsuSən  hüquq  sahəsində  respublikada  və­
ziyyət qənaətbəxş deyildi.  Üakim və xalq icraçıları,  vəkillər və dig­
ər hüquq peşələri  qadınların az olması  onların hüquqlarının  səmə­
rəli  qorunmasına  mənfi  tə'sir  göstərirdi.  Ümumiyyətlə  hüquqşü­
naslar arasında qadınların xüsusi çəkisi digər keçmiş SSRİ  respub­
likalarına  nisbətdə  çox  aşağı  idi  [63,  s. 1-2].  Təəssüf ki,  o  dövrdə 
yaranmış  bu  vəziyyət  indi  də  davam  etməkdədir.  Statistik 
mə'lumatlar sübut edir ki, Azərbaycanda nəinki  hüquq mühafizəsi 
orqanlarında,  həm də hüquq ixtisası verən fakültələrdə qızlar azlıq 
təşkil edirlər.
İctimai həyatın bir çox sahələrində - elmi idarə və müəssisələrdə 
işləyənlər, 
aspiranturada 
oxuyanlar 
arasında 
Naxçıvanda 
qadınlarla kişilər arasında yaranmış disbalans xüsusi ilə acınacaqlı 
idi.  Bu  sözləri  idman  və  bədən  tərbiyəsi  sahəsinə  də  aid  etmək 
.  olardı.  Qadınların idmanla onsuz da az məşğul olduğu bölgədə 80- 
cı  illərin  ortalarından  başlayaraq  idman  yarışlarının  keçirilməsi 
kəskin surətdə azalmışdı.
Bu  dövrdə  keçmiş  SSRİ-də  baş  verən  siyasi,  iqtisadi  proseslər 
istehsalın  aşağı  düşməsinə  gətirib  çıxarmışdı.  Bu  isə  ən  çox  qadın­
lara  tə'sir  edirdi.  Çünki  kütləvi  işsizlik  şəraitində  birinci  növbədə 
qadınları,  uşaqlı  anaları  ixtisara  salırdılar.  80-cı  illərin  sonları  isə
119
I


qadınların  ictimai  istehsaldan  kənarda  qalmaları  ilə  əlamətdar  ol­
du.  Bu  isə  gələcəkdə  qadınlar  arasında  bir  sıra  sosial  xarakterli 
problemlərin yaranmasına gətirib çıxardı.
80-cı  illərin  sonunda  Azərbaycanda  başlanan  milli  azadlıq 
hərəkatında  qəhrəman  qadınlarımız  xüsusi  rol  oynadılar.  Bu 
dövrdə  Naxçıvanda  milli  azadlıq  hərəkatının  inkişafına  bilavasitə 
imperiya 
tərəfindən 
törədilmiş 
Qarabağ 
münaqişəsi, 
Ermənistandan  kütləvi  şəkildə  azərbaycanlıların  çıxarılması, 
Azərbaycanın,  onun  ayrılmaz  hissəsi  olan  Naxçıvanın  ərazi 
bütövlüyünə silahlı  qəsdlər təkan verdi.  Mitinqlər,  yürüşlər, tətillər 
formasında  gedən  bu  hərəkatın  ən  foafsiyasi  qüvvələrindən  biri  do 
Naxçıvan  qadınları  idi.  Bu  hərəkat həm  də demokratiya  uğrunda, 
azadlıq  uğrunda  xalq  hərəkatı  olduğundan,  onun  tərkibində 
əhalinin  ən  müxtəlif  təbəqələri  iştirak  edirdi.  İlk  mitinq  və 
tətillərdə,  Azərbaycan  azadlıq  hərəkatının  parlaq  səlnaməsi  olan 
sərhəd  hərəkatında  Naxçıvanlı  qadınlar  həm  özləri  bilavasitə  fəal 
iştirak  edirdilər,  həm  də  öz  mə'nəvi  və  maddi  yardımları  ilə 
hərəkatın öncüllərini ruhlandırırdılar.
Qadınlarımızın 
bir  qismi 
torpaqlarımızın 
müdafiəçiləri 
sırasında  olmuş,  döyüşmüş,  igidlərimizin  yarasına  məlhəm 
qoymuşlar.  Onlar  Sədərəkdə,  Şadada,  Buzqovda,  Kəmıəçataqda, 
Ordubadda  və  digər  sərhəd  torpaqlarımızın  sərhədlərimizin 
keşiyində dayanan əsgərlərə yüzlərlə cüt yun corab, isti paltar, ləziz 
yeməklər, ən zəruri tələbat malları çatdırmışlar.
1989-1990-cı illərin əvvəllərində  Naxçıvanda milli  azadlıq hərə­
katı  özünün  ən  yüksək  mərhələsinə  qalxdı.  Azərbaycanın  ərazi 
bütövlüyünün  pozulması,  ermənilərin  Naxçıvana  bütün  sərhəd 
boyu hücuma keçməsi,  İttifaq  rəhbərliyinin  isə ermənilərlə əlbirliyi 
Naxçıvan  camaatını  ən  radikal  tədbirlərə  əl  atmağa  məcbur  etdi. 
1990-cı  ilin  19  yanvannda  Naxçıvan  MSSR  Ali  Sovetinin  növbə­
dənkənar sessiyasi  Naxçıvanın SSRİ  tərkibindən çıxması haqqında 
qərar qəbul etdi [129,  1990, 20 yanvar]. Əlamətdar idi ki, bu qərara 
imza  atan  Naxçıvanın  görkəmli  ictimai  və  dövlət  xadimi,  böyük 
nüfuz  və  hörmətə  malik  Səkinə  xanım  Əliyeva  oldu.  Azərbaycan 
Respublikasının  ümummilli  lideri  Heydər Əliyev sonralar bu  cəsa­
rətli addım haqqında demişdir ki, bu naxçıvanlıların nə qədər cəsa­
rətli,  nə qədər azadlıqsevər və  müstəqilliyə  nə  qədər bağlı  olduqla­
rını  dünyaya  nümayiş  etdirdi.  İl  yarımdan  sonra  -   1991-ci  ilin
120


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə