Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

Gülli  Ənnağıyeva,  Cəfi  Haşımova  [128,  1925,  №4,  s.  50].  Bax­
mayaraq  ki,  qadınlara  çadra  örtməyə,  dini  ayinləri  yerinə  yetir­
məyə  icazə  verirdilər,  onların  partiya  sıralarına  cəlb  edilməsi 
aşağı  idi.
30-cu  illərin  əvvəlimdən  başlayaraq  qadınların  siyasi 
fəallığının  artması  müşahidə  olunurdu  ki,  bu  da  onların  mədəni- 
maarif səviyyəsinin  inkişafı  ilə  əlaqədar  idi.  Artıq  1934-cü ilin  12 
noyabrında  yerli  sovetlərə  keçirilən  seçkilərdə ilk  altı  gün ərzində 
6290  seçki  hüququ  olan  vətəndaşlardan  5776  nəfər  iştirak 
etmişdi,  onun  da  2025  nəfəri  qadınlar  idi.  :Şuraya  seçilmiş  413 
nəfərin  47-si  qadın  idi  [129,  1934,  18  noyabr].  Lakin  yuxarı 
orqanların  seçkilərdə  qadınlar  üçün  qoyulmuş  25%  kvota 
haqqında  direktivinə  nail  olunmamışdı.  Buna  görə  də  həmin  ilin 
sonunda  sovetlərə  keçirilən  yeni  seçkilərdə  artıq  şura  üzvlərinin 
25%-ni  qadınlar  təşkil  edirdi.  Bu  barədə  Naxçıvan  MİK  sədri 
Ruhulla  Novruzov  məlumat  verərək,  qadınlara  münasibətdə 
buraxılmış səhvin aradan qaldırıldığını  qeyd etmişdi  [129,  1935,  1 
yanvar]. 


1935-ci  ildə  ÜİLKGİ  Zaqafqaziya  Ölkə  Komitəsinin  bürosu 
komsomolun  «Naxçıvan  əyalət  təşkilatının  işi  və  vəziyyəti 
haqqında»  məsələ  müzakirə  edərək,  gənc  qadınlarla  işin 
vəziyyətinə  toxunmuş  və  Naxçıvanda  qadın  gənclər  arasında 
xüsusi  iş  aparılmadığı,  onların  mədəni-siyasi  boyartımmın 
əhəmiyyətli  dərəcədə  özbaşına  buraxıldığı,  çoxarvadlılıq  və 
azyaşlı  qızların  ərə  verilməsi,  komsomolçu  qızların  çoxunun 
çadra  altında  olması,  komsomolçu  gənclərin  öz  arvadlarını 
döyməsi,  gənc  qızlar  arasında  məscidə  getmək,  oruc  tutmaq, 
namaz  qılmaq  və  s.  halların  hələ  də  davam  et'diyi  qeyd  edilmişdi 
[129,  1935,21  aprel]. 

Zaqafqaziya  komsomol  təşkilatının  bu  qərarı  və  ÜİLKGİ  XI 
plenumu  Naxçıvanda  komsomol  təş'kilatlarınm  gənc  qızlara  və 
qadınlara  qarşı  siyasətinin  daha  da  sərtləşməsinə  gətirib  çıxardı. 
Yuxarı  orqanların  göstərişlərini  direktiv  kimi  qəbul  edən  kom­
somol  təşkilatları  qadın  məsələsi  ilə  bağlı  bir  sıra  siyasi-təşkilati 
tədbirlərə  əl  atmışdılar.  Təkcə  1935-ci  il  ərzində  Naxçıvan  rayon 
komsomol  komitəsi,  həmçinin  digər  rayon  komitələri  qızlar  ara­
sında  siyasi  və  tərbiyəvi  işi  gücləndirmək  məsələsinə  baxmış, 
komsomol  komitələri  nəzdində  qızlarla  iş  sektorları  yaradılmış,
59
I


I
gənc qızların  rayon konfransları  keçirilmişdi.  15 sentyabr  1935-ci 
ildə gənc qadınların  ilk  əyalət  konfransı,  9  dekabr  1935-ci  ildə isə 
Naxçıvan  şəhər  gənc  qadınlarının  II  konfransı  keçirilmişdi.  Bu 
yığıncaqlarda  Naxçıvan  gənc  qız  və  qadınlarının  rastlaşdığı  pro­
blemlər müzakirə olunmuşdu.  Bu problemlər içərisində ən ciddisi 
qızların  erkən  ərə  verilməsi  idi.  Məsələn,  təkcə  Ordubad  ray­
onunda  1935-ci  ilin  ilk  üç ayı  ərzində  110  azyaşlı  qız ərə verilmiş­
di  [129,  1935,  2  iyun,].  Onların  30  nəfəri  Vənənd  kəndindən  idi. 
Belə hallara  daha ççx Ordubad,  Əbrəqunis və  Naxçıvan  rayonla­
rında  rast  gəlinirdi.  «Şərq  qapısı»  qəzetinin,  rayon  qəzetlərinin 
redaktorlarına  tapşırıq  verilmişdi  ki,  qəzetlərin  hər  nömrəsində 
qız  uşaqlarının  ərə  vferilməsi  hallarını  geniş  işıqlandırsınlar.  Öz 
kiçik qızlarını  ərə  verən  valideyinlərin  və  belə  qızlarla evlənən  ki­
şilərin adları mətbuatda dərc edilir və onlara qarşı inzibati tədbir­
lər  görülməsi  tələb  edilirdi.  «Qızlar  arasında  siyasi  tərbiyəvi  işin 
genişləndirilməsi haqqında» Naxçııvan rayon komsomol komitəsi 
bürosunun  qərarı  ilə öz  tələbəsini  alan  və  təhsildən  ayıran  müəl­
limlərin  məsuliyyətə  alınması  haqqında  prokurorluq  qarşısında 
məsələ qaldırılmışdı [129,  1935, 21,iyun]. 
(
Dini  ayinləri  icra edən qız və  oğlanlara  qarşı  sərt  tədbirlərə əl 
atılırdı.  1935-ci  ilin'  noyabrında  Naxçıvan  vilayət  komsomol 
komitəsi  orucluq  ayının  başlanması  ilə əlaqədar orucluq əleyhinə
qnrnr  qeibııl  etmiş,  «nllnhsıztnr»  cəmiyyətinin  işini  piırləndirmək. 
allahsızlar  güşəsini  yaratmaq,  şəhər  və  kəndlərdə  din  əleyhinə 
kampaniyalar  keçirmək  üçün  tapşırıqlar  vermişdi  [129,  1935,  24 
noyabr].  Belə  kampaniyaların  keçirilməsi  zamanı  qadınların  ən 
elementajr hüquqları  pozulurdu,  çünki  inzibati  zorakılıq  yolu  ilə 
qadınların  azad  olunması  işi  nəinki  səmərə  vermir,  hətta  əks 
nəticələrə gətirib çıxarırdı.»
Araşdırılan  dövrdə  Naxçıvanda  kəndli  qadınlar  arasında 
siyasi  iş  çox  zəif  idi.  Bəzi  kəndlərdə,  bu  iş  ümumiyyətlə 
aparılmırdı. Kəndlərdə olan qadın güşələri, qiraətxanalar və digər 
mədəniyyət  müəssisələri  qadınların  ora  gəlməməsi  səbəbindən 
fəaliyyət  göstərmirdi.  Bu  isə  kənd  qadınlarının  ictimai-mədəni 
həyata cəlb edilməsini ləngidirdi.
20-ci  illərin  sonundan  başlayaraq  Naxçıvanda  qadınların  ic­
timai  istehsala  cəlb' edilməsində  yeni  mərhələ  başlandı.  Bunun 
əsas səbəbi Azərbaycanın bu bölgəsində iri sənayenin inkişaf etdi-
60
!
I


I
rilməsi  oldu.  Əgər  20-ci  illərdə  Naxçıvan  qadınları  əsasən  kustar 
müəssisələrdə,  artellərdə,  emalatxanalarda,  sənət  birlikləri  və 
kooperativ  təşkilatlarda  işləyirdilərsə,  30-cu  illərdə  Naxçıvan  qa­
dınlarının  istehsala cəlb edilməsinin  əsas yeri, i^i  sənaye müəsisələ- 
ri  oldu.  İlk beşillikdə hər birində  300 nəfər qadının işlədiyi Ordu­
badda corab-kəlağayı, trikotac,  İliçdə (indiki Şərur) ağ alt paltarı, 
döşək  ağları  istehsal  edən fabriklər istifadəyə verildi.  Həmin  döv­
rdə  Ordubad  konserv  zavodu  və  yeni  tipli  ipəkçilik  fabriki  tikil­
miş,  İliç  rayonunda pambığ zavodu  bərpa  olunmuş,  Naxçıvanda 
yeni  pambıq  zavodu  və  şərab  emalı  müəssisəsi  tiiklmişdi.  1924- 
40-cı  illərdə  Naxçıvan  MSSR-də  sənayenin  ümumi  məhsulu  21 
dəfə  artımşdı  ki,  bu  da  bütövlükdə  Azərbaycanda  olan  artıma 
nisbətən  2  dəfədən  çoxdur  [91,  s.  20].  Həmin  illərdə  məktəblər, 
xəstəxanalar,  aşxanalar,  mədəniyyət  ocaqları,  məişət  obyektləri 
tikilib  istifadəyə  verilmişdi  ki,  bu  müəssisələrdə  işləyənlər  arasın­
da  qadınlar  üstünlük  təşkil  edirdi  (xüsusilə  ipəkçilik 'və  yüngül 
sənaye  müəssisələrində).  Qadınları  ictimai,  istehsala  daha  geniş 
cəlb  etmək məqsədi ilə işə  qəbul  edilənlər  arasında qadınlar üçün 
kvota  ayrılmışdı.  Qadınların  ixtisas  qazanmaları  üçün  fabrik- 
zavod  məktəbləri,  fəhlə  fakültələri  açılmışdı.  Bir  çox  qadınları 
Bakının  sənaye  müəssisələrinə  praktika  keçmək  və  ixtisas  artır­
maq üçün göndərirdilər.
Naxçıvanın  kəndlərində  qadınların  istehsala  cəlb  edilməsi  öl­
kədə  kollektivləşmə  prosesinin  başlanması  ilinə  -   1928-ci  ilə  tə­
sadüf edir.  Lakin kütləvi şəkildə qadınlar  1930-cu ildən kolxozla­
ra  cəlb  olunurdular.  İş  elə  gətirmişdi  ki,  kollektivləşmə  Sovet 
dövlətinin milli  adət-ənənələrə və dinə qarşı  apardığı mübarizə ilə 
üst-üstə  düşmüşdü.  Nəzərə  alaq  ki,  Azərbaycanda  kolxoz  quru­
culuğu  kollektivləşmənin  ən  yüksək  forması  olan  artel  və  kom- 
munalaıdan  başlanmışdı  ki,  bu  zaman  nəinki  torpaq  və  heyvan­
lar,  hətta məişət avadanlıqları  da müsadirə  olunurdu,  bu dä  əha­
linin kütləvi narazılığı  ilə nətiüələnmişdi.  Lakin bu dözülməz şəra­
itdə belə qadmian  kolxoz istehsalına cəlb  etmək  çox çətin idi.  Bu 
prosesi  bir  qədər  yüngülləşdirmək  üçün  respublikanın  kolxozla­
rında xüsusi  qadın briqadaları  təşkil  edilir və  onlara sahələr ayrı­
lırdı.  Lakin  bir  qədər sonra  onların  fəaliyyəti  dayandırıldı  və  qa­
dınlar  ümumi  kollektiv  daxilində  işə  çıxırdılar.  1931-ci  ildə  2000 
qadın  kolxoza  cəlb  edilmişdi.  Qadınlar əsasən  pambıqçılıqda,  tə-
61
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə