Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

I
həyata keçirilməsində,  ordu üçün  isti paltar toplanmasında,  loto- 
reya  və  istiqrazlara  yazılmasında,  müharibə  əlillərinə  və  cəbhəçi 
ailələrinə  kömək  göstərməsində,  qadınların  istehsala  cəlb  edilmə-
i
sində,  onlar  arasında  təbliğat-izahat  'işlərinin  aparlımasında  ya­
xından iştirak edirdildər.  Müharibə dövründə  qadınların  sovet  və 
yerli  icra  aparatında  işə  cəlb  edilməjsi,  onların  müxtəlif səviyyəli 
sovetlərə  rəhbərlik  etmələri  artmışdı.  Zəhmətkeş  Deputatları  So­
veti  (ZDS)  icraiyyə  komitələri  katiblərinin  bir  qayda  olaraq  qa­
dınlardan ibarət  olması  ənənəsi  müharibə illərində  daha da möh- 
kəmlənmişdi. 
Ş.Dadaşova  Naxçıvan 
şəhər 
ZDS 
IK-nin, 
G.Həsənova  Şahbuz  rayon,.  G.Allahverdiyeva  Əbrəqunis  rayon 
ZDS  İK-nin  ilk  katibləri  idilər  [95,  s.  1,  iş  42,  bağ.  4,  v.  9;  v.  199, 
iş  36,  b/4,  v.,9].  Bir çox kənd sovetləri  icraiyyə komitələrinə  (Nə- 
həcir, Daşarx və s.) qadınlar rəhbərlik edirdilər.
Müharibə  dövründə  Naxçıvanda  ilk  dəfə  olaraq  nazir 
vəzifəsinə  qadın  da  təyin  olundu.  Bu,  Naxçıvanın  qabağcıl  ziyalı 
qadını Səkinə xanım Rzalı  oldu.  S.Rzalı 20-ci illərin  ortalarından 
başlayaraq  respublikanın  qız  və  qadınları  arasında  izahat  işləri 
aparmış,  1926-cı  ildə  «Qızıl  qələmlər»  cəmiyyətinə  qəbul 
edilmişdi. 
1932-ci  ildə  Naxçıvan  Pedaqoci  Texnikumunu 
bitirdikdən  sonra  Bənəniyarda  müəllim  işləmiş,  müxtəlif  illərdə 
maarif  komissarlığında  məktəbə  qədər  uşaq  tərbiyə  bölməsinin 
müdiri,  şəhər nümunəvi  orta  məktəbinin  direktoru,  təhsil  işçiləri 
Həmkarlar  İttifaqı  Vilayət  Komitəsinin  sədri  işləmişdi.  1942-ci 
ilin  fevralında  Naxçıvanda  ictimai  təminat  nazirliyi  təşkil 
olunanda  Səkinə  Rzalı  nazir  təyip  edilmiş,  30  ilə  yaxın  bu 
vəzifədə  çalışmışdır.  Müharibə  dövründə  onun  təşəbbüsü  ilə 
Muxtar  Respublikada  protez  emalatxanası,  90  yerlik  əlillər  evi, 
şikəstlər  üçün  klublar  təşkil  edilmişdi  [129,  1967,  21  fevral;  34,  s. 
12-13].
Bu  dövrdə  Naxçıvanda komsomol  təşkilatının  sıralarında  qa­
dınların  artması,  onların  ,bu  təşkilatda  və  onun  rəhbər  orqanla­
rında  xüsusi  çəkisinin  artması  ilə  müşahidə  olunurdu.  Bir  çox 
rayon 
komsomol 
komitələrinin 
katibləri 
qızlar 
idilər: 
F.Rzaquliyeva  Culfa,  B.Məmmədova  Noraşen,  Ə.Nəzərova  Şah­
buz rayon komitəsi katibi idi [95, s.  2, iş 2, bağ. 3,  v.  73; 96, s.  1,  iş 
12,  bağ.  12,  v.  8,  v.  15].  1944-cü  ildə  Muxtar  Respublikada  125
S3


qız ilk  komsomol  komitəsinin  katibi  işləyirdi  [96,  s.  1,  iş  16,  b.  2, 
V. 
50].  Naxçıvan  rayonunda  15,  Ordubadda  14,  Noraşendə  13  qız 
ilk komsomol  təşkilat katibləri idi [96, s.  1, iş  12,  b.  2, v.  115].  On­
lar  gənclərin,  qızların  istehsal  və  təsərrüfata  cəlb  edilməsində, 
cəbhəyə  yardımların  toplanmasında,  gənclər  arasında  mədəni- 
maarif işinin aparılmasında mühüm rol oynamışlar.
Bu  dövrdə  qadınların  ictimai  təşkilatlara,  xüsusən  həmkarlar 
ittifaqlarına  rəhbər  vəzifələrə  çəkilməsi  geniş  vüsət  aldı. 
Həmkarlalr  ittifaqları  rəhbərləri  arasında  qadınların  xüsusi  çəkisi 
qadın  işçi  qüvvəsinin  əksəriyyət  təşkil  etdiyi  sahələrdə,  xüsusən 
kənd  təsərrüfatı,  yüngül  və yeyinti  sənayesi  sahələrində  artimışdı. 
Qeyd  edək  ki,  gələcəkdə  Naxçıvanın  ictimai  həyatında  mühüm 
rol  oynayacaq,  bir  sıra  yüksək  ' vəzifə  tutacaq  qadınlar  məhz 
həmkarlar  ittifaqlarında  ilk  təşkilatçılıq  təcrübəsi  qazanmışdılar. 
Həm  idärə  və  müəssisə,  həm  rdyon,  həm  də  respublika 
səviyyəsində  Hİ  sədrləri  rriəhz  qadınlar  idilər.  Məsələn,  Səkinə 
Rzayeva  Muxtar Respublika maarif işçiləri Hİ sədri  [96,  s.  1, iş 5, 
b.  60,  v.  24],  Bağdagül  Maniyeva  ticarət  işçiləri  HİK  sədri  [96,  iş 
25,  qov.  3,  v.  113],  Siddiqə  Abbasova sənaye işçiləri  HİK  təşkilat 
şöbəsinin müdiri iqşləyirdi  [96, iş 21, b.  2, v.  94].
Onlar  qadınlara  sosial  yardım  göstərilməsində,  istehsala  cəlb 
edilməsində,  ixtisasartırma  kurslarının  və  dərnəklərinin  təşkil 
edilməsində,  eləcə  də  vətənpərvərlik  hərəkatında  mühüm  rol 
oynayırdılar. 
Bu  sahədə  xüsusi  xidmətləri 
olan  ictimai 
təşkilatlardan biri də Qızıl  Əhmər (Qızıl Aypara) cəmiyyəti idi ki, 
onun  fəaliyyətində  naxçıvanlı  qızlar  yaxından  iştirak  edirdilər. 
Cəmiyyətin  bilavasitə  iştirakı  ilə  yaralı  əsgərlərə,  əlil  və  xəstələrə 
qulluq  göstərilir,  hərbi  qospitallarda,  xəstəxanalarda  işləmək 
üçün  tibb  bacılan  və  sanitar  drucinaları  kursları  təşkil  edilirdi. 
Cəmiyyətin gördüyü xeyirxah işlərdəri biri də donorluq hərəkatını 
inkişafı  idi.  Qeyd  edək  ki,  Naxçıvan  Qızıl  Əhmər  cəmiyyətinə 
R.Yusifova rəhbərlik edirdi [12, s.  2, iş  16, v.  2].
Lakin  müharibə  illərində  qadın  və  qızlar  arasında  aparılan
siya.si-tərbiyə,  kütləvi-izahat  və  mədəni-maarif  işinin  təşkilatı 
mərkəzi'qadın  şuraları  və  şöbələri  idi.  Rayon  partiya  və  komso­
mol  komitələrində  qadmlürla  iş  üzrə  xüsusi  instruktor  ştatları, 
rayon  icrayyə komitələri  yanında isə qadın  komissiyaları  mövcud
I


idi  ki,  onların  da  əsas  vəzifəsi  qadınları  ictimai  istehsala  cəlb  et­
mək,  müdafiə  fonduna  vəsait  toplanması  və  vətənpərvərlik  hərə­
katının digər formalarında fəal iştirak,etmək  üçün  qadın  və qızla­
rı  səfərbər  etməkdən,  onlar  arasında  təbliğat,  izahat  işləri  apar­
maqdan  ibarət  idi.  Naxçıvan  şəhər  və  rayon  PK-da  qadınlarla  iş 
aparan şöbəyə əvvəlcə Sabirə Açıqətova,  sonra isə Törə Quliyeva, 
Culfa  rayon  PK  eyni  adlı  şöbəyə  Zeynəb  Ramazanova,  Noraşen- 
də  isə  Sona  Qasımova  rəhbərlik  edirdi  [95,  s.  1,  iş  42,  bağ.  42, 
bağ. 4, 
V. 
157].
Əlbəttə,  qadınların  bu  tipli  ictimai  təşkilatlarda  iştirakını 
nəzərdən  keçirərkən  unutmamalıyıq  ki,  bu  təşkilatlar  inzibati 
amirlik şəraitində, sərt partiya diktəsi  altında işləyirdilər və,yalnız 
partiya'  rəhbərliyinin 
göstərişi 
və 
sərəncamlarını 
yerinə 
yetirirdilər. 
Bununla 
belə 
qadınların 
müxtəlif 
ictimai 
təşkilatlarda, partiya,  sovet orqanlarında iştirakı onların sosial və 
siyasi  fəallığının  artmasına,  Naxçıvanın  və  Azərbaycanın  ictimai 
həyatında və dövlətin idarə edilməsində yaxından iştirak etməsinə 
şərait yaradırdı.
Naxçıvanlı  qadınların  İkinci  Dünya  müharibəsi  dövründə 
xalq  təsərrüfatında,  ictitmai-siyasi  həyatda  coşğun  fəaliyyəti  bir 
daha  sübut  edir  ki,  cəmiyyətin  bərabərhüquqlu  üzvü  olan 
qadınlarımız  xalqımızın  ən  ağır  günlərində  öz  atalarma, 
oğullarına,  qardaşlarına,  ərlərinə  etibarlı  dayaq  ola  biləcək 
mənəvi bir qüvvədir.  Bu gün də bütün Azərbaycan qadınları kimi 
Naxçsıvan  qadınları da bütün  maddi  və mənəvi mərhümiyyətlərə 
sinə  gərərək  öz  ana  və  nənələrinin  şərəfli  ənənələrini  ləyaqətlə 
davam  etdirir,  vətənə  sədaqətli  oğul  və  qızlar  tərbiyə  etməklə 
bərabər,  onun  çiçəklənib  daha  da  inkişaf  etməsi  üçün  var 
qüvvələrini əsirgəmirlər.
ı
I
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə