Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

I
LKGİ  Naxçıvan  ölkə  komitəsinin  birgə iclasında  qadın  problemi 
və  çadra  əleyhinə  mübarizə  məsələsi  müzakirə  edilmişdi. 
Q.Baharova  rəyasət  heyətində  oturmuşdu.  Məruzəçi  təəssüf hissi 
ilə  bildirirdi  ki,  Naxçıvanda  inqilab  olduğundan  3  il  keçməsinə 
baxmayaraq,  hələ  bir  qadın  da  çadrasını  atmayıb,  hətta  dünən 
Moskvadan  qayıdan  Qəşəng  də  bu  bəladan  xilas  olmayıbdır.  Bu 
sözlərdən sonra Qəşəng «məhv olsun çadra» deyərək çadranı yerə 
atdı.  Onun  çadrası  Vilayət  komsomol  komitəsinin  qarşısında 
bayraq  kimi  dalğalanırdı.  Onun  ardınca Tükəzban  Mahmudova, 
Bilqeyis Haşımova,  Səkinə Aslanova da öz çadralarını atdılar.  Bu 
hadisə  o  vaxt  Naxçıvanda  böyük  əks-səda  yaratmışdı  [77,  s.  12]. 
Naxçıvanlı  yazıçı  və  curnalist  M.Tarverdiyev  Naxçıvanda  qadın 
və  qızların  həyatında mədəni  inqilabın  bu hadisədən  sonra  başla­
dığını  qeyd  edirdi  [129,  1974,  31  yanvar].  Sonra  o  əri  Yusiflə  Za­
qafqaziya  Kommunist  Universitetində  təhsil  aldı.  Naxçıvana 
qayıdıb  bir  müddət  qadınlar  şöbəsinə  rəhbərlik  etdikdən  sonra 
Azərbaycanın  müxtəlif rayonlarında  (^Qubä,  Göyçay,  Səlyan)  qa­
dınlarla  işin  təşkilində  mühüm  rol  oynadı.  Ömrünün  sonuna  qə­
dər o, Naxçıvan «Qızıl Aypara» Cəmiyyətinin sədri və Dövlət Ta­
rix  Muzeyinin  direktoru  vəzifəsində  işləmişdi  [129,  1967,  27  ap­
rel].
1922-ci  ilin  mayında  keçirilmiş  Zaqafqaziya  zəhmətkeş 
qadınların  I  qurultayı  da  qadınların  ictimai-siyasi  həyatında 
mühüm  hadisə  oldu.  Qurultayın  qərarına  əsasən  1925-cü  ildə 
Azərbaycan  SSR  MİK  nəzdində  «Qadınların  məişətininin 
yaxşılaşdırılması»  komitəsi  təşkil  edildi.  Bu  komitə  ailədə  və 
məişətdə  qadına  olan  köhnə  münasibətlərə  qarşı  mübarizə  işini 
gücləndirdi,  ana  və  uşaq  hüququnun  mühafizəsi  işlərini 
canlandırmaq,  qadınları  ictimai-faydalı  işə  cəlb  etmək  üçün  bir 
sıra  tədbirlər  həyata  keçirdi  [56,  1982,  26  may].  Müvafiq  komitə 
Naxçıvan  MİK nəzdində də yaradılmışdı.
1920-ci  illərin  əvvəllərində  qadınların  hüquqi  və  faktik  bəra­
bərliyinin  əldə edilməsində o dövrdə qadın hüquququn qorunma­
sı  sahəsində  qəbul  edilmiş  dekret  və  qanunların  mühüm  əhə­
miyyəti  oldu.  Həmin  qanunvericilik  aktlarının  təsiri  nəticəsində 
dini  nigatpn  hüquqi  qüvvəsi  zəiflədi,  nigah  və  başqa  vətəndaşlıq 
halları  aktlarının  ancaq  dövlət  orqanlarında  və  yalnız  qadının 
könüllü  razılığı  halında  icra  edilməsi  qanun  şəklinə  düşdü.  Qa-
50


I
dınlara  seçmək  və  seçilmək  hüququ  verildi.  Naxçıvan  MİK  bun­
dan  sonra  yalnız  mülki  nigahların  qanuni  qüvvədə  olduğunu bil­
dirdi.  Dini  nigahların  bağlanmasının  vətəndaşların  şəxsi  işi  ol­
duğu  elan  edildi  və  məscidlərin  bütün  inzibati  məhkəmə  hüququ 
əlindən  alındı.  1922-ci  ildə  Naxçıvanda  Vətəndaş  Vəziyyəti Aktla­
rının  Qeydəalınması  (VVAQ)  idarələri  yarandı.  Qadınların  nigah 
bağlayarkən  istədiyi  familyänı  daşımaq  hüququ  təsbit  edildi  (Bu 
barədə təfsilatı ilə bax:  [141, s.  69]). 
1
Naxçıvanda  qadınların  ictimai-siyasi  həyata  daha  geniş  cəlb
olunması  prosesi  1921 -ci  ildən,  dövlət və hakimiyyət orqanlarının
sovet  sisteminə  uyğun  formalaşması  ilə  başlanmışdı.  Həmin  ilin
sonunda bölgədə Sovetlərə seçkilər keçirildi,  inqilab komitələri  və
yoxsul  komitələri  (revkom  və  kombedlər)  ləğv  edildi.  1922-ci  ilin
•  •
25  yanvarında  I  Umumnaxçıvan  Sovetlər qurultayında  Naxçıvan 
İnqilab  Komitəsi  ləğv  edilərək,  Naxçıvan  SSR  Mərkəzi  İnqilab 
Komitəsi (MİK) yaradıldı.
1925-ci  ilin  25  fevralında  keçirilən  Naxçıvan  IV  Sovetlər 
qurultayında  (faktik  olaraq  Naxçıvan  MSSR  I  Sovetlər 
qurultayı)  artıq  102  nümayəndədən  9  nəfəri  qadın  idi  [96,  s.  1,  iş 
16,s.24-25].
Qurultayda  müzakirə  edilən'  məsələlərdən  biri  də  qadın 
hərəkatı  məsələsi  oldu.  Qurultayın  bu  məsələyə  aid  qəbul  etdiyi 
qətnamədə  deyilirdi  ki,  «qurultay  qadın  hərəkatı  haqqında 
məruzəni  dinləyərək  bu  muhum  təşəbbüsü  alğışlayır və əlavə edir 
ki,  mərkəzlə  kənd  arasındakı  sıx  əlaqənin  gücləndirilməsi, 
həmçinin respublikanın iqtisadi  rifahını qaldırmaq  üçün, qadınlar 
arasında  işi  daha  da  güqləndirmək,  onları  ictimai  həyata  cəlb 
etmək  lazımdır».  Qurultay  qadınlarla  əlaqədar  yeni  klubların  və 
emalatxanaların  açılması  üçün  MİK göstəriş  verdi  [96,  s.  1,  iş  16, 
V. 
13].  Həmçinin  qurultay  Naxçıvan  ölkəsində  qadın  hərəkatının 
genişləndirilməsi  üçün  mərkəzi  orqanlardan  bu  bölgəyə müəyyən 
sayda  fəal  azərbaycanlı  qadın  göndərilməsini  xahiş  etdi.  Eyni 
zamanda  respublikanın  bütün  məsul  şəxslərinə  digər  qadınlara 
nümunə  olmaq  üçün  öz  arvadlarını  ictimai  həyata  cəlb  etmək 
tapşırıldı [96,  s.  1, iş  16,  v.  13].
Qurultay  maarif komissarlığından  eyni  zamanda  çadranın  çı­
xarılması  istiqamətində tədbirlər görməyi  tələb eldi [96, s.  1, iş  16, 
v.  24].  MİK-ə  seçilmiş  nümayəndələr  arasında  Siddiqə  Bağırova
51


*
I
da  var  idi.  Artıq  1926-cı  ilin  yanvarında  Naxçıvanda  yerli  sovet­
lərə  seçkilərdə,  rəsmi  rəqəmlərə  görə,  qadınların  75%-nin  iştirak 
etməsi,  118  qadının yerli sovetlərə seçilməsi,  2 kənd soveti sədrliy­
inə isə qadının  seçilməsi  [192,  s.  331]  bu diyarda  qadınlarının  siy­
asi  fəallığının  artdığını  göstərirdi.  Hərçənd  ki,  bu  rəqəmlərin  əsil 
vəziyyəti əks etdirməsi şübhə doğurur (zaman  keçdikcə bütün  bö­
lgələrdə  olduğu  kimi  Naxçıvanda  da  vətəndaşların,  xüsusən  də 
qadınların  seçkilərdə  iştirakı  formal  xarakter  almağa  başlayırdı, 
seçkilərin  isə  demokratikliyindən  söhbət  gedə  bilməzdi),  buna 
baxmayaraq  20-ci  illərin  əvvəllərində; Naxçıvanda  qadın  məsələ­
sinin  həlli  istiqamətində  atıfan  addımlar  hələ  açıq  şəkildə  sərt  in- 
zibatiramirlik  xarakteri  daşımırdı.  Yalnız həmin  illərin  II  yarısın­
da  SSRI-do formalaşmağa  başlamış  «hərbi  sosializm»  sistemi  qa­
dın  məsələsində  də  özünü  daha  aydın  göstərdi  ki,  bu  da  Naxçı­
vanda  daha  parlaq  təzahür  edirdi.  Lakin  təkrar  edirik  ki,  sovet 
hökümətinin  qadın  məsələsində  gördüyü  tədbirlər  1920-25-ci  il­
lərdə  bir  qədər  ehtiyatlı,  yumşaq  xarakter  daşıyırdı  və  bunun  da 
əsas'səbəbi  geniş  xalq  kütlələrini  yeni  hakimiyyətdən  narazı  sal­
mamaq  idi.  Bu  özünü  bir sıra  məsələlərdə,  çadraya  münasibətdə, 
ailə-məişət  münasibətlərində,  qadın  təhsili  və  ictimai  fəaliyyəti 
məsələsində  yeni  recimin  loyal,  liberal  mövqeyində  göstərirdi. 
Lakin  sovet  hakimiyyəti  gücləndikcə,  onun  bütün  sahələrdəki,  o 
cümlədən- qadın  məsələsindəki  fəaliyyəti  sərt  inzibatçılıq  və  zora­
kılıq səciyyəsi daşımağa başlayırdı.
185  nümayəndədən  25-nin  qadın olduğu  V  Naxçıvan  Sovetlər 
qurultayı  (15-19  aprel  1926-cı  il)  Naxçıvan  MSSR-m  I 
Konstitusiyasını  qəbul  etdi.  Həmin  konstitusiyada  qadınların 
kişilərlə  bərabər  seçmək  və  seçilmək  hüququ,  digər  hüquq  və 
azadlıqları  təsbit  edilirdi.  Bu  hüquqların  həyata  keçirilməsi 
qadınlara  kişilərlə  bərabər  əmək  hüququ,  əməyin  ödənilməsi, 
istirahət,ı  sosial  sığorta  və  təhsil,  'ana  və  uşaqların  dövlət 
mühafizəsi,  qadına  hamiləliyə  görə  məzuniyyət  verilməsi,  doğum 
evlərinin,  yasli  və  uşaq  bağçalarının  geniş  şəbəkəsi  ilə  onların 
əhatə edilməsi yolu ilə təmin edilir [192, s.  356].
Qadınların  ictimai  işlərə  və  istehsala  cəlb  edilməsi,  həmçinin 
digər  sovetlər  qurultayında,  Naxçıvan  ölkə  partiya  təşkilatlırmm 
konfranslarında da müzakirə edilirdi.
1928-1929-cu  illərdə  yerli  sovetlərə seçki  kampaniyasında Na-


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə