Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

mübarizədə gösləıdi.
• •  • 

^
UIK(b)P-ın  1925-ci  il  yanvar  plenumunun  «Şərqin  fəhlə,
kəndli və zəhmətkeş qadınları  arasında iş aparmaq sahəsində par­
tiyanın  növbəti  vəzifələri  haqqında»  qərarına  [165,  s.  151-152] 
əsasən  SSRİ-yə  daxil  olan  bütün  müsəlman  respublikalarında 
qadınların  qapalılığma  (çadraya və pərəncəyə)  qarşı  «hücum»  ad­
lanın  mübarizə  başlandı.  Mübarizə  həm  də  din  əleyhinə  hərəkat 
ilə  bərabər  gedirdi.  Bütün  müsəlman  respublikaları  qanunverici 
tədbirlərlə  bu  mübarizəni  müdafiə  etməli  olurdular.  Orta  Asiya 
respublikalarında  pərəncə  əleyhinə  mübarizədə  buraxılan  kobud 
səhvlər və özbaşınalıqlar Azərbaycanda bu prosesi bir qədər ləng­
itməyə  vadar etdi.  Lakin  1928-ci  ildən  başlayaraq  Azərbaycanda 
çadra  əleyhinə  mübarizə  geniş  vüsət  kldı.  Azərbaycanda  «çadra­
nın  çıxarılması  üzrə»  respublika  komissiyası  təşkil  edilmiş,  onun 
yerlərdə  bölmələri  açılmışdı.  Mərkəzi  komissiya  hətta  çadrasını 
çıxarmış  azərbaycanlı  qadınlara  maddi  kömək  göstərmək  üçün 
əməli  tədbirlər planı  da hazırlamışdı  [190, №3,  1929].  1929-cu  ilin 
martına  qədər  komissiyanın  fondu  5  min  manat  təşkitl  etmişdi 
(10,  s.18,  iş  1,  v.l).  1929-cu' ildə Azərbaycan  MİK  çadra  əleyhinə 
mübarizə  tədbirləri  haqqında  xüsusi  məlumat  vərəqələri  nəşr  et­
dirmişdi.  Burada çadranın mənşəyi, onun sinfi mahiyyəti, çadranı 
atmağın ictimai,  mədəni əhəmiyyəti qeyd edilir, ona mane olanla­
ra  qarşı  kəskin  mübarizə  aparılması  tələb  olunurdu  [52,  s.  34]. 
Çadranı  atmağa  həvəsləndirmək  üçün  bir sıra  şirnikləndirici  təd­
birlər  həyata  keçirilmişdi.  Çadranı  atanlara  güzəştlər  tətbiq  olu­
nur,  onları  işə  qəbul  edirdilər.  Hətta  çadranın  qanunla  qadağan 
edilməsi  haqqında  dekret  verilməsi  haqqında  təkliflər  olurdu. 
Respublikanın  bir  çox  şəhər  və  kəndlərirdə  çadra  örtən  qadınla­
rın  hökümət  orqanları  tərəfindən  zorakarlıqla  üzləşməsi,  çadra­
nın milis,  partiya,  sovet və  komsomol  işçiləri  tərəfinlən  zorla  qa­
dının  başindan  götürmək  halları  əhali  arasında  kütləvi  narazılıq 
yaratmışdı.  Arvadları  çadra  örtən  partiya  üzvləri,  komsomol­
çular,  məsul  vəzifədə  işləyən  kişilər  d^ha  çox  mənəvi  təzyiqlərlə 
üzləşirdilər.  Onları  işdən  çıxarmaqla  hədələyir,  digər  inzibati  cə­
zalarla  qorxudurdular.  Bu  mənəvi  təzyiqin  ən  iyrənc  forması  isə 
həmin  adamın  adının  «Şərq  qapısı»  və  rayon  qəzetlərində  dərc 
edilməsi  idi.  20-ci  illərin  sonu  və  30-cu  illərdə  demək  olar  ki,  qə­
zetlərin  hər nömrəsində  bu adamlar haqqında məlumatlar verilir-
i


di.  Hətta  Naxçıvan  MİK  öz idarələrində  papaq  və  çadranı  yasaq 
etmişdi.  Otaqda  olarkən  komissarlığın  işçiləri  başı  açıq  olmalı 
idilər:  məktəblərə,  teatrlara,  konsertlərə papaq və  çadra  ilə gələn­
lər içəri buraxılmırdılar.  Bu qərara tabe olmayanlar cəzalandırılır 
və işdən çıxarılırdılar [128,  1928, №9, s.  8]..«
Qəzetlərdə  çadramın  qadın  sağlamlığına  ziyan  vurması 
haqqında  məqalələr  dərc  edilirdi.  Hətta  mərkəzi  «İzvestiya» 
qəzetində S.Yevgenyev familiyalı müxbirin Ordubad qadınlarının 
həyatından  bəhs  edən  «Çadra  mühafizəkarları»  adlı  məqaləsi 
dərc  edilmişdi.  Burada  mövhumat  ucbatından  Ordubadın  qadın 
əhalisinin  90%-nin  savadsız  olduğu,  145  qadın  şura  üzvünün 
qadınlarla  heç  bir  iş  aparmaması,  qadınların  hamısının  çadra 
örtdüyü  qeyd  edilirdi.  Dəstə  kənd  şura  sədri  Allahverdiyevin, 
fırqə  təşkilatçısı  Hüseynovun  qadınlarının'  çadra  ilə  gəzdiyi 
göstərilirdi.  Həmin məqalə  sonra  «Şərq  qapısı» qəzetində də dərc 
edilmişdi [129,  1935, 2 iyun, №127].  .
Naxçıvanda  çadra  əleyhinə  mübarizədə  buraxılmış  səhvlər 
AzərbaycanK(b)P  rəhbərliyi  səviyyəisndə  ‘müzakirə  edilmişdir. 
MK-nml929-cu  il  29  iyul  tapixli  qərarında  Naxçıvanda  mədəni 
quruculuq  işində  kütləvi  izahata  üstünlük  verilməsi  tövsiyyə 
edilir,  çadra  əleyhinə  mübarizədə  inzibati  yanaşmaya  son

^  

qoyulması tələb olunurdu. Diyar partiya komitəsindən qadınların 
hüquqlarının  qorunması  (siğə,  çoxarvadlılıq,  azyaşlıların  ərə 
verilməsinə  qarşı  mübarizə)  ilə  bağlı  tədbirlər  görülməsi  tələb 
edilirdi [3, s.  311].
Bu  narazılıq,  həmçinin  Orta  Asiya  respublikalarının  acı 
nümunəsi  Azərbaycan  VI  Sovetlər  qurultayında  (8  aprel  1929-cu 
il)  çadra  və  digər  məişət  məsələlərində  geriliyə  qarşı  mübarizədə 
inzibati  tədbirlər  metodunu  pisləməyə  məcbur  etdi  [189,  1929, 
№15,  s.  25].  AzərbaycanK(b)P  MK-nın  aprel  1929-cu  il  plenumu 
çadra əleyhinə mübarizədə buraxılmış səhvləri  aradan qaldırmağı 
və  bu  məqsədə  nail  olmaq  üçün  yalnız  kütləvi  izahat  işlərinin 
aparılmasını  vacib  saydı  [4,  s.488-489].  Çafdra  məsələsi  qadın 
yığıncaqlarında,  qırmızı  güşələrdə,  məhəllələrdə  müzakirə  edilir, 
sovet seçkilərində təbliğ edilirdi.
A.Sultanovanm  AK(b)P  МК-da  «Çadarmm  çıxarılması  üzrə 
kampaniyanın  gedişi  haqqında»  məruzəsində  Naxçıvan  və Ordu­
badda geniş mədəni-məişət  tədbirlərinin keçirilməsi  təklif olunur-
57 
•' 
• 
•  *
I


«
du.  Çünki  burada  çadra  məsələsi  ən  zəif yer  tuturdu  [10,  s.  6,  iş 
94, 
V. 
22-26].  1929-cu ildə  artıq  Azərbaycanda  26972  qadın  çada- 
rısmı atmışdı ki, onlardan  3740 nəfəriNaxçıvanın  payına düşürdü 
[10, s.  6, iş 74, 
V. 
91-110].
Çadra  ilə  mübarizədə  Azərbaycanda  sovet  hakimiyyəti  uğur 
qazansa  da,  Naxçıvanda  bu  mübarizə  bir  o  qədər  də  səmərəli 
aparılmırdı.  Buna  görə  də  1930-cu  illər  ərzində  Naxçıvan  MSSR
rəhbərliyi  səviyyəsində,  yerli  sovet,  partiya,  komsomol  və  digər 
orqanların  qadm  məsələsinə  həsr  edilmiş  iclaslarında  çadra  ilə 
mübarizə  həmişə  ön  planda  dururdu.  Hətta  42  kommunisti  olan 
böyük  Nehrəm  kəndində  1940-cı  ildə  çadra  örtməyən  qadınlar 
çox  az  idi.  [129,  1940,  6  mart].  Bu  mübarizənin  səmərəsizliyi 
özünü  həm  də  onda  göstərirdi  ki,  Azərbaycanın  başqa 
bölgələrində  60-70-ci  illərdə  qadınların  çadralı  gəzməsi  nadir 
hadisə  idisə,  Naxçıvanın  rayon  və  kəndlərində,  hətta  Naxçıvan 
şəhərində  qadınların  çadra  örtməsi  adi  hal  idi.  Hətta  H.Əliyev 
Azərbaycan  KP  МК  I  katibi  işləyərkən  Naxçıvan  VPK  XXX 
konfransında  (mart  1972)  çıxışında  Naxçıvan  şəhərində  çadra 
örtənlərə rast gəldiyini  təəssüf hissi ilə qeyd etmişdi  [129,  1972,  12 
mart]. 
.
Zənnimizcə, həmin  illərdə çadra əleyhinə aparılan  mübarizədə 
kütləvi  zorakırlıq  və  qanunsuzluq  hallarına,  bu  mübarizənin 
ideoloji  yükünə və siyasi  məqsədlərinə baxmayaraq,  o,  mütərəqqi 
hadisə  olub,  Azərbaycan  qadınının  mənəvi  azadlığa  çaxmasında, 
onun siyasi fəallığının və mədəni səviyyəsinin  artmasında mühüm 
rol oynadı. 

Bu  dövrdə  Naxçıvan  partiya,  komsomol  sıralarında  qadınla­
rın  sayı  çox  az  idi.  Sovet dövründə  kommunsit  partiyası  sıraları­
na  daha  çox  fəhlə  və  kəndlilər  daxil  edilirdilər.  Naxçıvanda  isə  o 
zaman  fəhlə  və  kəndlilər  içərisində  qadm  az idi.  Bütün  Azərbay­
can  üzrə  1922-ci  ildə cəmi  22  partiyaçı  qadm  var  idi.  1932-ci  ildə 
onların  sayı  2503  olmuşdu  [157,  s.  145].  1926-cı  ildə  Azərbaycan 
KP tərkibində qadınlar  5,2%,  1928-ci ildə isə  5,5% təşkil  edirdilər 
ki,  bunlar  arasında  azərbaycanlıların  sayı  çox  az  idi  [3,  s.  427]. 
Naxçıvanda  isə  1925-ci  ildə  cəmi  12  partiyaçı  qadm  var  idi. 
Rübabə  Sadığova,  Simnaz  Əliyeva,  Bilqeyis  Əliyeva,  Nuri  Haq- 
verdiyeva,  Ceyran  Rəhimova,  Siddiqə  Bağırova,  Şəfiqə  Rəhimo­
va,  Surə Əsgərova,Ziynət Səfərəliyeva,  Leylan Mahmudquliyeva,
1
 
58


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə