Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

xçıvan  qadınlarının  I  hissəsi  (1927-ci  ildə  1/3  hissəsi)  iştirak  etdi 
[101, s.  1, iş 208, 
V. 
7-8].
Əməkçi  qadınların  məişət  şəratini,  iqtisadi  və  hüquqi 
vəziyyətini  öyrənmək  və  yaxşılaşdırmaq  məqsədi  ilə  Azərbaycan 
Ml К  1926-cı  ilin  13  fevralında  «Əməkçi  qadınların  məişətini 
yaxşılaşdırmaq  üzrə»  rayon  və  qəza  komitələri  haqqında 
əsasnamə  qəbul  etdi  [144,  1926,  14  aprel].  Həmin  ildə  Naxçıvan 
MİK  yanında  da  müvafiq  komissiya  təşkil  edilmişdi.  Komitənin 
üzərinə  qadın  hüquqlarının  qorunması,  xüsusən  azyaşlı  qızların 
ərə  verilməsi,  çoxarvadlılıq,  boşanma,  qadınların  döyülməsi, 
onun  əmlak  hüququnun pozulması  və b.  mənfi  hallarla  mübarizə 
məsələsi də düşürdü [127, s.  91].
1926-cı  ildə Naxçıvan  MİK  Azərbaycan  SSR-in  mülki,  mülki- 
prossesual  və  cinayət  məcəllələrinin  Naxçıvan  MSSR  ərazisində 
qüvvəyə minməsi  haqqında qərar qəbul etdi  [192,  s.312].  Bununla 
da,  Naxçıvanda  qadm  hüququnun  qorunması  daha  mütəşəkkil 
hüquqi  bazaya  əsaslanmağa  başladı.  Naxçıvan  şəhərində,  digər 
rayon  və  kəndlərdə  qadınlara  öz  hüququnu  izah  etmək  üçün 
«Qadm hüququ» kitabçaları yayılır, qadm klubları və güşələrin.də 
ucadan  oxunurdu.  Bu  məsələyə dair «Şərq qapısı»  və digər rayon 
qəzetlərində  müntəzəm  məqalələr  çap  edilirdi.  Lakin  bütün 
görülən  tədbirlərə  baxmayaraq  Azərbaycanda,  o  cümlədən
Nnxçıvrmdn  miisəlmnn  qndınlnnn  ictimni  həyntdn  işlirnkı  qovri- 
mılləliərdəıı olan qadınlara nisbətən Zəif idi.
Buna  görə  də  Azərbaycan  höküməti  qəzalara  müxtəlif 
məzmunlu  sirkulyar  məktublar  göndərəcək,  qadınların  yerli 
hakimiyyət  orqanlarında,  qadın  nümayəndə  yığıncaqlarında, 
mədəni-kütləvi 
tədbirlərdə 
iştirakını 
gücləndirməyi 
yerli 
hakimiyyət  orqanlarından  tələb  edirdi.  Azərbaycan  MİK  8  mart 
bayramının  keçirilməsini I  təkid  edir,  yerlərdə  qadınların  bu 
bayramda  iştirak  etməsini  təmin  etmək  üçün  komissiyalar 
yaratmağı tapşırırdı (148, s. 107).
Araşdırılan  dövrdə  Naxçıvanda  qadm  hərəkatının  səciyyəvi 
cəhətlərindən  biri  də  qadınların  ictimai  istehsala  cəlb  edilməsi  ol­
du.  Naxçıvanda  qadınların  ictimai  istehsala  cəlb  edilməsi  çox  gə­
rgin  mübarizə  şəraitində  aparılırdı.  Ölkənin  ictimai-iqtisadi  və 
mədəni  həyatından  kənarda  qalan  bütün  azərbaycanlı  qadınlar 
kimi,  naxçıvanlı  qadınlar da  ilk  vaxtlar onlara, verilmiş hüquqlar-
i


I
dan istifadə edə bilmirdilər.
Qadınların  ictimai  istehsala  cəlb  edilməsit  aqrar  bölgə  olan 
Naxçıvan  üçün  çox  mürəkkəb  sosial  problem  idi.  Tarixən 
Naxçıvanda  qadınlar  yalnız  ailədə  və  ev  təsərrüfatında  məşğul 
olmuşlar,  islam  qayda-qanunlarına  və  Şərq  mentalitetinə  görə 
qadınların  kişilərlə  bərabər  ictimai  əmək  fəaliyyəti  ilə  məşğul 
olması  düzgün  sayılmamışdır.  Düzdür,  Naxçıvanda  da  qadınlar 
kustar  sahələrdə,  toxuculuqda  (xalça,  palaz  toxunması,  müxtəlif 
geyimlər  istehsalı  və  s.)  müəyyən  qədər  məşğul  olurdular,  lakin 
onların  iri  istehsalda  iştirakı  yalnız  Ordubadın  ipəkəyirmə  və 
ipəkaçma sənayesi ilə məhdudlaşırdı.  Milli-dini təsəvvürlər,  qadın 
əməyinin' məhsuldarlığının  və  ixtisasının  aşağı  olması  ,  həmçinin 
bölgədə  iri  istehsal  sahələrinin  məhdudluğu  Naxçıvanda 
qadınların  ictimai  istehsalda  iştirakına  əngəl  yaradan  əsas 
səbəblərdən idi.
Naxçıvanda  qadınların  ictimai  istehsala  geniş  cəlb  edilməsi 
XX əsrin 20-ci  illərindən  başlamışdır. Qeyd edək ki, qadınlarla bu 
sahədə  iş  onların  mədəni-maarif  səviyyəsinin  yüksəldilməsi  və 
ictimai-siyasi  fəallığının  artması  ilə  bərabər  aparılırdı.  Həmin 
dövrdə  qadınları  ictimai  istehsala  cəlb  etmək  üçün  çox  ciddi  təd­
birlər  görülürdü.  Uzun  illər cəmiyyətdən  təcrid  olunmuş  şəraitdə 
yaşayan  naxçıvanlı  qız  və  qadınları  istehsala  cəlb  etmək  üçün 
hətta  ilkin  şərtlər  belə  yox  idi.  Bunun  üçün  ilk  növbədə  kişilərin 
müqavimətini  qırmaq,  qadınlara  isə  onların  ictimai  həyatda  və 
istehsalda  iştirakının  əhəmiyyətini  başa  salmaq  lazım  idi.  Nəha­
yət,  adicəı əmək  vərdişləri  olmayan  qadına  ibtidai  əmək  peşəsini 
öyrətmək lazım idi. 
I
Bu məsələlərin həllində Naxçıvanda yaradılmış qadın şöbələri, 
klubları,  onların  nəzdində  təşkil  edilmiş  kurslar,  emalataxana  və 
artellər mühüm rol oynadı.
1922-ci  ildə  Naxçıvan,  Ordubad  şəhərlərində  corab  artelləri 
açıldı  ki,  buraya birinci  növbədə  işsiz və himayədarı  olmayan  qa­
dınlar  qəbul  edilirdi.  Həmin  ilin  may  ayında  Naxçıvanda  əməkçi 
qadın .arteli  təşkil  edildi.  Onun  tərkibində  tikiş  və  toxucu  şöbələri 
fəaliyyət  göstərirdi.  Naxçıvan  XKS  qərarı  ilə  mütəxəssislər  ha­
zırlamaq  və  qadınlara  peşə  öyrətmək  məqsədi  ilə  Naxçıvan  şəhə­
rindəki N.Nərimanov adına tərbiyə evində həmçinin toxucu şöbə­
ləri  və  toxucu emalatxanası  təşkil  edilmişdi  [182,  s.  62].  Naxçıvan
54
»


ölkosi  MİK  1925-cii  ildo  qadınların  ictimai  əməyə  cəlb  edilməsi 
haqqında  məsələni  müzakirə  edərək  qərara  aldı  ki,  qadınları 
əməyə alışdırmaq  və  onlara  peşə  öyrətmək  məqsədi  ilə  toxuculuq 
emalatxanası  təşkil  edilsin  və  Naxçıvan  tərbiyə  evində  mövcud 
olan  müvafiq  tikiş  emalatxanasını  genişləndirsin  [10,  s.  7,  iş  436, 
V. 
3-4].  Bundan  əlavə  Naxçıvanda  20-ci  illərdə  istifadəyə  verilmiş 
ayaqqabı,  tikiş,  digər  kustar  müəssisələrində  qadınlar  birinci 
növbədə  işə  götürülür,  onların  ixtisasa  yiyələnmələri  üçün  qısa­
müddətli  kurslar  təşkil  edilirdi.  Qadınların  rəhbər  sovet,  təsərrü­
fat  işlərinə  irəli  çəkilməsi  sürətləndirilirdi.  Artıq  1924-cü  ildə 
kooperasiya  təşkilatlarının  idarə  heyətinin  tərkibində  13,  1926-cı 
ildə 256 qadın  fəaliyyət göstərirdi.  .
Kənd  yerlərində  məhsuldar  torpAq  sahələri  birinci  növbədə 
dul  və  'kasıb  .qadınlara  I verilirdi  və  onlar  kənd  təsərrüfat 
vergisindən  azad olunurdular.
1925-ci  ilin  martında  keçirilmiş  Naxçıvan  MSSR  bitərəf 
qadınlarının  konfransı  regionda  qadın  hərəkatının  inkişafında 
mühüm  rol  oynadı.  Konfransda  beynəlxalq  vəziyyət,  qadın 
hərəkatı  haqqında  məsələ, 
qadınların 
ictimai 
həyatda,
kooperasiya  hərəkatında,  həmkarlar  təşkilatlarında  iştirakı  və  s. 
məsələlər 
müzakirə 
olundu. 
Konfransda 
yadda 
qalan 
məqamlardan  biri  də  iştirakçılardan  bəzilərinin  (Məmmədova 
Zeynəb,  Axundova  Ruqiyyə,  Tahirova  Fatma  və  b.)  öz 
çadralarını  atmaları  oldu  [16,  b.  1618,  v.  8].  Bu  hadisə  respublika 
qadınları  və  ictimaiyyət  arasında  geniş  rezonans  yaratmışdı.  Fəal 
qadınları 
təqib 
və 
təhqir  edir, 
cismən 
məhv  etməklə 
hədələyirdilər.  Fanatik  düşüncəyə  malik  kişilər  öz  arvadlarını, 
bacılarını,  qızlarını  klublara,  ictimai  yerlərə  getdikləri  üçün, 
çadra  örtmədikləri  üçün  cəzalandırırdılar.  Hətta  Naxçıvanda 
məsul  vəzifədə  işləyən  adamlar  belə  öz  arvadlarına  münasibətdə 
mühafizəkar mövqe tutmaqda davam edirdilər.
Qadınlar  arasında  işi  gücləndirmək  məqsədi  ilə  1925Tci  ilin 
əvvəlində  ÜİK(b)P  MK  qadın  şöbəsinin  müdiri  Artyuxina 
Naxçıvana  gəlmiş  və  Naxçıvan  qadınları  qarşısında  qadın 
hərəkatı  haqqında məruzə ilə çıxış etmişdi.
1920-ci  illərin  sonlarından  başlayaraq  SSRİ-də  formalaşma­
qda  olan  inzibati-amirlik  sisteminin  Azərbaycanda  və  Naxçıvan­
da  qadın  hərəkatına  təsiri  özünü  daha  çox  çadra  və  din  əleyhinə
55
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə