Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

I
I
T
yüksəlmiş,  ictimai-siyasi  fəallıq  dərəcəsi  artmışdı.  Müharibə 
dövründə  isə  qadın  faktorunun  sosial  və  ictimai  əhəmiyyətinin 
artması  ilə  qadınların  respublikanın  iqtisadiyyatında,  mədəni- 
maarif  sahəsində,  idarəetmə  strukturlarmdakı  rolu  və  yeri  daha 
da güclənmişdi.
Müharibənin ilk iki ili  ərzində Azərbaycanda cəbhəyə səfərbər 
olunmuş  400  min  adamdan  11200-ü  qadın  idi  [166,  s.  21]. 
Müharibənin  ilk  günlərindən  muxtar  ərazidə  geniş  səfərbərlik 
keçirilərək  5  mindən  çox  naxçıvanlı  ordu  sıralarına  çağrıldı,  10 
mindən  çox əhali  xalq  qoşununa,  qırıcı  batalyonlara  cəlb  olundu 
[66, s.  67].  Ümumiyyətlə, müharibədə  11  mindən çox azərbaycanlı 
qadın  silaha  sarılaraq  cəbhəyə  getmiş,  tibb  bacısı,  sanitar, 
döyüşçü  i kimi  misilsiz  qəhrəmanlıq  nümunələri  göstərmiş, 
minlərlə əsgər və zabiti  ölümün  pəncəsindən  xilas  edərək yenidən 
həyata 
qaytarmışdır. 
Firuş 
Məmmədəliyeva, 
Zərifə 
Camalbəyova,  Dilbər  Təhməzova,  Sura  Allahverdiyeva,  Səkinə 
Şəfiyeva,  Səfıyyə  Sultanova,  Xeyransa  Abdullayeva,  Xeyransa 
Axundova,  Zeynəb  Şirəliyeva,  Gültac  Zülfüqarova,  Asiya 
Hüseynoya,  Lora  Abdullaeyva  416-cı  diviziyada  xidmət  edib  və 
başqalan  kimi  cəbhədə  göstərdikləri  qəhramanlıqlarla  Naxçıvan 
torpağına şan-şöhrət gətirdilər.  Onların hamısı göstərdiyi xidmətə 
görə vətəinin orden və medalları ilə təltif olundular [92,  s. 79].
■Ümumiyyətlə,  müharibədə  Naxçıvandan  127  nəfər  qadın 
iştirak  etmişdi.  Onların  bir  çoxu  Naxçıvan  tibb  məktəbinin 
yetirmələri  idilər.  Firuş  Məmmədəliyeva  1940-cı  ildə  tibb 
məktəbini  bitirmiş,  bir  il  ərzində  tibb  bacısı  işləmişdir. 
Müharibənin ilk günlərindən o,  öz rəfiqələri Zərifə Camalbəyova, 
Səfiyə  Sultanova  və  Fövqiyyə  Cəfərova  ilə  birgə  cəbhəyə 
yollanmışdı. 
O, 
Poltava, 
Belqorod, 
Xarkov, 
Stalinqrad 
yaxınlığındakı  döyüşlərdə  iştirak  etmiş,  yüzlərlə  əsgər  və  zabiti 
yenidən  həyata  qaytarmaq  üçün  çalışmışdır.  Xarkov  ətrafında 
yaralandıqdan  sonra  Naxçıvana  qayıdaraq  müharibədən  əvvəllki 
çalışdığı  doğum  evində  öz  işini  davam  etdirmişdir.  Zərifə 
Camalbəyova  da  ilk 'dəfə  Poltavada  döyüşə  girmiş  və  orada 
Firuşu  ölümün  pəncəsindən  xilas  eşmişdir.  Stalinqrad  ətrafında 
gedən  döyüşlərdə  yaralandıqdan  sonra  о,  III  dərəcəli  Şöhrət 
ordeni,  bir  sıra  medallarla  öz  doğma  vətəninə  qayıdıb,  sevimli 
peşəsini davam etdirmişdir [81, s.  19-20]. I
68
I
I
I


Naxçıvanın  yaşayış  məntəqələrində  keçirilən  çoxs'aylı  mitinq 
və  yığıncaqlarda  əhali  cəbhəyə  getmək  iıçün  kollektiv  ərizələr 
verirdilər.  1941-ci  ilin  məlumatına  görə,  6  min  491  nəfər  könüllü 
olaraq cəbhəyə yola düşmüşdü..
Azərbaycan  K(b)P  MK-nm  «Naxçıvan  rayon  komitəsinin 
hərbi  işlər  üzrə  şöbə  müdirinin  Naxçıvan  və  Naxçıvan  rayonu 
üzrə  kütləvi-müdafiə  işinin  vəziyyəti 
haqqında»  təlimat- 
məktubunda  bildirilirdi  ki,  1941-ci  il  iyulun  19-dan  Naxçıvan 
şəhərində  15  qadın  traktorçu  olmaq  üçün  ərizə  vermiş,  30  qadın 
isə  traktorçu  kursunda  oxuyur,  MTS-lərdə  məşqələ  keçirlər. 
Respublikada  1134  nəfəri  əhatə  edən  31  özünümüdafiə  qrupu 
yaradılmışdı. Xalq drucinalarma ərizə verən  5264 nəfərdən  1755-i 
qadın  idi.  Eyni  zamanda  şəhərdə  sanitar  drucinaları  kursları 
təşkil  edilmiş,  oraya  72  qız  və  qadın  daxil  edilmişdi.  Drucinanm 
təşəbbüsü ilə cəbhəyə hədiyyələr göndərilməyə başlanmışdı.  1941- 
ci  il  iyulun  17-ə  qədər  Qərb  və  Cənub-Qərb  cəbhəsində  vuruşan 
əsgərlərə  200-dən çox naxçıvanlı  qadın 700  bağlama  göndərmişdi 
[14, s. 26, iş 43, 
V. 
311]. 
.
22  iyul  1941-ci  ilin  məlumatına  görə  Naxçıvan  üzrə  xalq
qoşunu  sıralarına  yazılmış  10485  nəfəriin  3208-i  qadın  idi  [129. 
1984,27 sentyabr]. 
ı 
(
Müharibə 
bu  diyarın 
sosial 
strukturunda, 
fəhlə 
və 
kolxozçuların  tərkibində  ciddi  dəyişikliklər  yaratdı.  Əmək 
qabiliyyətli  kişilərinin əksəriyyətinin  orduya səfərbər olunması ilə 
işçi  qüvvəsinin  sayı  kəskin  surətdə  azaldı.  Belə  bir  şəraitdə  xalq 
təsərrüfatını  işçi  qüvvəsi  ilə  təmin  etmək mühüm siyasi-təsərrüfat 
əhəmiyyətli məsələyə çevrildi.
SSRİ  DMK  «SSRİ  vətəndaşlarının  ümumi  icbari  hərbi, təlim 
keçməsi haqqında»  17 sentyabr  1941-ci il  tarixli qərarından sonra 
Naxçıvanın  əhalisi,  o  cümlədən  qadınları  kütləvi  hərbi- 
vətənpərvərlik  təşkilatı  olan  «Osoaviaxim»  nəzdində  geniş  hərbi
«  
t  
•  
• •  

hazırlıq  keçirdilər.  1942-ci  ilin  martında  UIK(b)P  sovet  qadınla­
rına  və  qızlarma  müraciətində hərbi  ixtisaslara  yiyələnməyə  çağı­
rırdı.  Ölkənin hər yerində olduğu kimi Naxçıvanda da qızların bir 
çoxu  könüllü  olaraq  snayper,  minomyotçu  və  digər  hərbi  ixtisas­
lar üçün  kurslara yazılırdılar.  Müharibənin ilk günündön bölgədə 
85  hava  hücumundan  və  kimyəvi  hücumdan  müdafiə  (PVXO) 
kursları  və  dərnəkləri  təşkil  edilmişdi  ki,  orada  6121  adam  təlim
69 



keçirdi [14, s.  26, iş 4, v. 341].
Almanların  Qafqaza  yaxınlaşması  ilə  əlaqədar  Azərbaycanın 
bütün 
yaşyış 
məntəqələrində 
özünümüdafiə 
dəstələrinin 
yaradılması,  əhalinin  hərbi  təlimlərə  geniş  cəlb  edilməsi,  qadınlar 
arasında  atıcılar  və  radistlər hazırlanması  sürətləndirildi.  1942-ci 
ildə Naxçıvanda'planda nəzərdə tutulmuş  145  atıcı qadın əvəzinə, 
203-ü  hazırlanmışdı  [14,  iş  89,  v.  214-214«b»].  Qeyd  edək  ki, 
Naxçıvanda qadınların  özünümüdafiə  dəstələrinə,  hərbi  təlimlərə 
cəlb  edilməsi  həm  də  ərazinin  sərhəa  bölgəsi  olması  ilə  əlaqədar 
idi.  Bu  dəstələrdə  barrikada  qurmaq,  yanğınları  söndürmək, 
minaları zərərsizləşdirmək,  avtomat silahdan atəş açmaq, kimyəvi 
və  hava  hücumundan  qorunmaq  və  s.  ibtidai  hərbi  təlimlər 
öyrədilirdi. 
i
«Osoaviaxim»  xətti  ilə  respublikanın  rayonlarında  1251  atıcı 
və  70  radist  qadın  hazırlanmışdı.  Respublika  komsomolunun 
təşəbbüsü  ilə  xüsusi  qadın  komsomol-gənclər  məntəqəsi 
yaradılmışdı  ki,  orada  qızlar  hərbi  ixtisaslara  yiyələnirdilər  [166, 
s.  20]. 
,
Cəbhəyə getmiş işçi qüvvəsinin yerini doldurmaq üçün bir sıra 
sərt  inzibati  tədbirlər  həyata  keçirildi,  yeni  əmək  recimi  tətbiq 
edildi,  işçi  qüvvəsinin  səfərbər  edilməsi  və  yenidən  bölünməsi, 
əmək  ehtiyatlarından  planlı  istifadə  edilməsi  üçün  addımlar 
atıldı.
Müharibə  dövrünün  xarakterik  cəhətlərindən  biri  də 
qadınların  istehsala  cəlb  edilməsinin  sürətləndirilməsi  oldu.  Öz 
ərlərini,  ,atalarını,  qardaşlarını,  oğullarını  cəbhəyə  yola  salmış 
Naxçıvan  qadınları  sükan  arxasında,  dəzgah  başında,  tarlada, 
ictimai  vö  təsərrüfat  həyatının  bütüı^ sahələrində  onları  layiqincə 
əvəz  etməyə  başladılar.  Qadınların  sənaye  və  kənd  təsərüfatma 
kütləvi  axını baş verdi.  Bunun nəticəsi olaraq fəhlə və qulluqçular 
arasında  qadınların  xüsusi  çəkisi  kəskin  surətdə  artdı.  Belə  ki,
t  
*
1940-cı  ildə  Azərbaycanın  xalq  təsərrüfatında  çalışan  fəhlə  və 
qulluqçuların  içərisində  qadınların  xüsusi  çəkisi  34%,idisə,  1945- 
ci ildə Ьц 43% təşkil edirdi.  Həmin illərdə qadınların xüsusi çəkisi 
sənayedə  34%-dən  49%-^ə,  tikintidə  21%-dən  25%-ə,  kənd 
təsərrüfatında  27%-dən  42%-ə,  rabitədə  42%-dən  61%-ə,  ictimai 
iaşə və ticarətdə 35%-dən 53%-ə çatmışdı [156, s.  36,  142,  186].
'  İstehsala  gələn  yeniyetmə  qadınlar,  üçün  qısa  müddətli  kurs­
70


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə