Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

1
3. Respublika qadınlarının ictimai-siyasi həyata və
istehsala cəlb edilməsi

I
XX  əsrin  20-30-cıı  illərində  Naxçıvan  qadınlarının  mədəni- 
maarif 
soviyyəçinin 
yüksəldilməsi, 
dünyagörüşlərinin 
genişlənməsi  onlarm  ictimai  fəallığının  artmasına,  sosail-siyasi 
həyata və ictimai  istehsala  daha  geniş şəkildə cəlb  edilməsinə və n 
dövlət  hakimiyyət  strukuLıırlannda  təmsil  olunmasına  zəmin 
yaratdı.
Elə  buna  görə  də  Naxçıvanda,  bütün  ölkədə  olduğu  kimi, 
qadını  hüquqsuz  vəziyyətə  salan,qanunların  ləğvi,  onların  siyasi 
azadlığı və hüquq bərabərliyinin  təmin edilməsi sahəsində bir sıra 
tədbirlər  həyata  keçirildi.  Bu  istiqamətdə  Naxçıvan  İnqilab 
Komitəsi,  MİK  və  XKS  Azərbaycan  SSR-in  qanunvericiliyinə 
• müvafiq  bəzi  dekret  və  qərarlar  qəbul  etdilər.  Əlbəttə,  qadınlara 
siyasi  azadlıq  verilməsi,  onların  kişilərlə  bərabər  hüquqlarla 
təmin edilməsi  qadının  cəmiyyətin  tamhüquqlu  üzvünə  çevrilməsi 
üçün əsas şərtlərdən  biri  idi.  Lakin  yeganə şərt deyildi.  İkinci əsas 
vəzifə  qadının  tam  azadlığına  və  faktik  bərabərliyinə  nail 
olmaqdan  ibarət  idi.  Bu  böyük  ictimai  vəzifəni  yerinə  yetirmək 
üçün qadınları ictimai, siyasi fəaliyyətə,  böyük yaradıcılıq işlərinə 
sövq  etmək,  onların  geniş  miqyasda  ümumi  məhsuldar  əmək 
fəaliyyətində, ictimai istehsalda iştirakına nail olmaq lazım idi.
Lakin  qadınların  sosial-mədəni  cəhətdən  geri  qaldığı,  cə­
miyyətin  siyasi  və  iqtisadi  həyatından,  ictimai  problemlərin  həl­
lində  iştirakından  demək  olar  ki,  tam  təcrid  olunduğu,  müasir 
köklü  siyasi-iqtisadi  proseslərdən  kənarda  qalan  Naxçıvanda  bu 
məqsədlərə  nail  olmaq  heç də  asan  deyildi.  Məsələ  təkcə  bölgədə 
bunun  üçün  lazımi  siyasi,  iqtisadi  şərtlərin,  kadr  potensialının 
məhdudluğu ilə bitmirdi.  Bunun  üçün  yerli spesifik şəraiti,  əsrlər­
dən bəri qadma münasibətdə davam edən  köhnəlmiş məişət adət- 
.  ənənələrini,  formalaşmış  qadın  psixologiyasını,  eyni  zamanda  bu 
məsələdə kişilərin mentalitetini və təsəvvürlərini nəzərə alan spesi­
fik  vasitə  və  metodların  tətbiqi  olduqca  gərəkli  idi.  Azərbaycan 
tarixinin  sovet  dövrünə  hazırda  birmənalı  münasibət  olmasa  da, 
etiraf etməliyik  ki,  XX  əsrin  20-30-cıı  illərində  sovet  hakimiyyəti­
nin  qadın  azadlığı  və  bərabərliyi  istiqamətində  gördüyü  tədbirlər 
Azərbaycan qadınlarının spnrakı inkişafı  üçün mühüm əhəmiyyət

47
I


kəsb  etmişdir.  Ауп-ауп  tədqiqatçıların  (S.Imanzadə,  H.Sultano­
va,  S.Məmmədov,  L.Əliyeya,  E.Qədirova,  D.Hüseynova  və  b.) 
əsərlərində  sovet  hakimiyyətinin  ilk  illərində  Azərbaycanda  bu 
sahədə  aparılan  işlər  ətraflı  izah  edildiyindən  təkcə  onu  deməklə 
kifayətlənirik  ki,  həmin  bu  vasitə  və  metodlar  qadınlarda  ictimai 
həyatda  və  istehsalda  işləməyə  böyük  həvəs  yaratmaqla  bərabər, 
onların psixologiyasında mühüm dönüş oldu.
Azərbaycanda  qadınları  ictimai-siyasi  həyata  və  istehsala  cəlb 
etmək məqsədi ilə görülən  tədbirlər içərisində ən mühüm iş,  1920- 
ci  ilin  noyabrında  Azərbaycan  K(b)P  MK  yanında  qadın 
şöbəsinin  yaradılması  oldu.  Şöbənin  əsas  vəzifəsi  qəza  şöbələri 
yaratmaq,  kurslar,  xüsusi  qadın  məktəbləri,  klublar,  sənət 
atelyeləri və emalatxanalar təşkil etmək, qadınlar arasında peşələr 
üzrə  kadrlar  hazırlamaq  idi  [56,  1982,  26  may].  Tezliklə 
Azərbaycanın bütün qəzalarında və partiya komitələrində də belə 
şöbələr  açıldı.  Bu  şöbələr  qadın  hüquqlarının  qorunmasında, 
onların  istehsala  cəlb  edilməsində  mühüm  rol  oynayırdı.  Qadın 
şöbələri  yerli  şəraiti-  müsəlman  qadınlarının  məişətini  və 
psixologiyasını,  hər  bölgənin  spesifik  xüsusiyyətlərini  nəzərə 
almaqla öz işlərini qurmalı idilər.
Lakin  Naxçıvanda sovet  hakimiyyətinin  ilk illərində Kommu­
nist  Partiyasının  yerli  təşkilatı  mövcud  olmadığından  (Azərbay-
• • 
__
can  KP  Naxçıvan  Olkə  fırqə .təşkilatı  Azərbaycan  KP  MK  Siyasi 
Bürosu  və  Təşkilat  Bürosunun  qərarı  ilə  1921-ci  ilin  dekabnnda 
yaradılmışdı -  S.A.)  [108,  s.  34]  Naxçıvan  qadınlar şöbəsi  bir qə­
dər  gec  -  1922-ci  ilin  əvvələrində  yaradıldı.  Qadınları  ictimaii- 
siyasi,  mədəni  həyata  cəlb  etmək  üçün  çoxlu  çətinliklər  mövcud 
idi.  Uzun  illər  qapalı  həyat  sürən,  cəmiyyətdən  təcrid  olunmuş 
Naxçıvan  qadınını  fəal  həyata  alışdırmaq  üçün  gərgin  iş  tələb 
olunurdu.  Ən  əsası,  qadınlar  arasında  ictimai-siyasi  iş  aparmaq 
üçün müvafiq  kadrlar yox idi.  Buna görə də  uzun müddət ərzində 
Naxçıvanda  qadın  şöbələrinə  kişilər  rəhbərlik  etmişlər.  Qadınlar 
arasınla  təşkilatçıların  azlığını  nəzərə  alan  Azərbaycan  KP  MK 
qadın  şöbəsi  qadm  təşkilatçıları  və  təlimatçıları  hazırlayan  kurs­
lar  təşkil  eldi.  Bütün  qəza  partiya  komitələrinə,  komsomol,  həm­
karlar  ittifaqlarına,  şura  üzvlərinə  kurslarda  oxumaq  üçün 
müsəlman  qızlarını  seçib  göndərmək  tapşırığı  verilmişdi  [56, 
1920,  30  avqust,  №20].  Oraya  Naxçıvandan  da  nümayəndə  gön-
48
I



9
I
dərilmişdi. Təşkilatçı  qadın kursları həmçinin Naxçıvan  şəhərinin 
özündə,  qadın  şöbəsi-nəzmində,  partiya-sovet  məktəbində  hazır­
lanırdı.  Artıq  ilk  illərdə  şöbənin  ətrafında  Nı.Nəcəfova, 
R.Sadığova,  B.Kazımova, X.Qazızadə;  Ə.Bənənyarski, S.ismayıl­
zadə,  B.Haşımova,  L.Məmmədzadə  (Əliyeva),  Q.Bahärova  və  b. 
gənc  qadınlar  toplanmışdı.  Bu  fədakar  insanlar  ölkə  qadınları 
arasında  mədəni-kütləvi  tədbirləri,  təbliğat-təşviqat  işini  həyata 
keçirirdilər.  O  zamankı  Naxçıvan  şəraitində  qadınların  camaat 
içinə çıxması qəbahət hesab olunduğundan,  bu gənc qız və qadın­
ların  hansı  çətinliklərlə,  məhrumiyyətlərlə  iızdəşdiyi  aydın  olar. 
Onlar  daim  söyülür,  döyülür,  təqib  olunurdular.  Dar  düşüncəli 
kişilər,  cahil  dindarlar  öz  qadınlarının  onlarla  görüşüb  söhbət 
etmələrinə  belə  imkan  vermirdilər.  Lakin  Naxçıvanda  qadınlarla 
işin  forma  və metodları  Azərbaycanın  digər bölgələrindən,  xüsu­
sən  Bakıdan  kəskin  surətdə fərqlənirdi.  Əgər  bu  iş  Bakıda  rus  və 
qeyri  millətlərdən  olanlara tapşırılmışdısa  da,  Naxçıvanda'qadın-  , 
larm  kütləvi  savadsızlığı,  onların  iqtisadi  və  sosial  cəhətdən  geri 
qalması  təşkilatçı  qadınların  formalaşmasına  mane  olurdu.  Bu 
dövrdə  Azərbaycan  qadınlarının  ictimai  fəallığının  artmasında, 
onların  öz hüquqlarını  daha  aydın başa  düşməsində qadınlar qu­
rultayları və konfransları mühüm rol oynadı.
1921 -ci  ilin  fevral  ayında  Azərbaycanda  bitərəf  qadınların  I 
qurultayı  keçirildi.  Qurultlayda  iştirak  edən  1188  qadından  500 
nəfəri  azərbaycanlı  idi ki,  onların da çoxu  qəzalardan  gəlmişdilər 
[19,  s.  135-137].  Yerlərə qayıdan nümayəndələr, qadınlar arasında 
geniş  izahat-təbliğat  işi  aparırdılar.  Qəza  və  kəndlərdə  qadın 
hərəkatını  genişləndirmək,  qadınlar  arasında  savadsızlığı  ləğv 
etmək  məqsədi  ilə  iclaslar,  konfranslar  keçirildi.  Naxçıvan 

 
qadınlarını  bu  qurultayda  üç  nəfər -   Qəşəng  Baharova,  Bilqeyis 
Haşımova  və  Səltənət  xanım  təmsil  edirdilər.  Geriyə  qayıdarkən 
onları  təntənə  ilə  qarşıladılar.  Bu  qadınlardan  biri  -   Qəşəng  Ba­
harova  sonradan  Naxçıvanın  və  Azərbaycanın  digər  qəzalarında 
'  qadın  hərəkatının  təşəkkül  tapmasında,  inkişaf  etməsində 
mühüm  rol  oynadı.  O  vaxt  onun  cəmi  16  yaşı  var  idi.  Tezliklə 
Qəşəng  Bakıda  siyasi  savad  məktəbində  oxuyub  Naxçıvana 
qayıtdı  və  Naxçıvan  qadınlar  şöbəsində  təlimatçı  işləməyə 
başladı. 
'  '  ı 
,  1
1925-cü  ildə  Naxçıvan ı ölkə  partiya  komitəsi  və  Azərbaycan
I
49
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə