Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

• 
%
 
rəvəzçilikdə,  baramaçılıqda  və  tütünçiılükdə  çalışırdılar.  Artıq
1934-ciı  ilin  pambıq  yığımında  pambıq  rayonlarından  olan  qa­
dınlar  95%  iştirak  edirdi  [129,  1935,  1  yanvar.  №1].  1938-ci  ildə 
qadınlardan  400  nəfəri  fermalarda  işləyirdi  (əsasən  sağıcı  və 
emalçı  kimi).  Qadınları  kənd  təsərrüfatına cəlb etmək,  onları  kol­
xozlara  rəhbər  vəzifəyə  irəli  çəkmək,  bilikli  qadın  kadrları  hazır­
lamaq  məqsədi  ilə1 1937-ci  ildə  Naxçıvan  şəhərində  30  nəfərlik 
kolxoz  sədrləri  və  30  nəfərlik  hesabdar  hazırlayan  6  aylıq  qadın 
kursu  təşkil  edilmişdi  [129,  1937,  8  iyun].  Qadın  əməyindən  düz­
gün istifadə etmək üçün tarlalarda,  kəndlərdə uşaq meydançaları, 
yaslilər, ümumi yeməkxanalar təşkil edilirdi.
1938- 
ci ildə Naxçıvanda  15  qadın  traktorçu var idi  [129,  1938, 
8 mart] (ilk naxçıvanlı traktorçu qadın Tərlan Məmmədova idi).
1939- 
cu  ildə  SSRİ  və  FSFSR  Ali  Sovetləri 
kəndli 
deputatlarının  100  min  traktorçu  qadm  hazırlamaq  haqqında 
qərarı  oldu.  Vilayət  partiya  komitəsi  bu  müraciətə  baxmış, 
Naxçıvanda  qadın  traktorçularının  hazırlanmasını  sürətləndir­
mək qərara almışdı [129,  1939,  10 iyul]. 
1
Azərbaycan  K(b)P  Naxçıvan  VPK  1938-ci  il  11  dekabr  tarixli 
plenumunda  Sədərək,  Bənəniyar  və  Nehrəm  kolxozlarında 
kolxozçu  qadınlar  arasında  kütləvi  siyasi  və  tərbiyə  işlərinin 
vəziyyətini  müzakirə  etmişdi.  Plenumda,  qeyd  edilmişdi  ki, 
Naxçıvanın  adı  çəkilən  və  digər  kolxozlarında  partiya,  sovet, 
komsomol 
komitələri 
kolxozçu 
qadınların 
fəallığının 
yüksəldilməsi 
üçün 
müvafiq 
tədbirlər 
görmür. 
Qadın 
hüquqlarının  pozulması,  məktəbli  qızların  təhsildən  yayınmasına 
qarşı  mübarizə  aparılmır.  Plenum  qadınların  siyasi  yüksəlişinə 
mane olan əsas səbəblərdən biri  kimi  onların azsavadlı  olmalarını 
göstərərək,  kolxozçu  qadınların  savad  kursları  ilə  100%  əhatə 
olunması  və  bu  məqsədlə  qadm  fəallarının  məktəblərə  təhkim 
edilməsini,  qadın  deputatların,  xüsusi  təşviqat  kollektivlərinin 
kəndlərə  göndərilməsi,  səyyar mühazirələr  təşkil  edilməsini  təklif 
etdi.  Plenum  partiya  üzvlüyünə,  partiya  komitələri  katibliyinə, 
briqadirliyə,  manqa  başçısı,  kolxoz  sədri,  kənd  soveti  sədri, 
müavini  və  katibi,  mağaza  müdiri  və  satıcı  vəzifələrinə  qadınları 
irəli  çəkmək  üçün  əməli  tədbirlər  görülməsini  tələb  etdi  [129, 
1937,  21  dekabr].
1940- cı ildə Naxçıvanda  17339 qadm  kənd, təsərrüfatında çalı-

62


şırciı  [129,  1940,  28  iyul].  Artıq  bu  dövrdə  bölgədə  «əmək  cəbhə- 
si»niıı  qadın  qəhrəmanları  da  ortaya  çıxmışdı:  Ruqiyyə  İbrahi­
mova,  Bahar Talıbova,  Anna  Mirzoyeva,  Səkinə Əliyeva,  Zeynəb 
Məmmədova,  Tovuz  Kürdova,  Telli  İsayeva,  Leylan  Əhmədova, 
Səkinə Hümbəlova və b.
Müharibə  ərəfəsində  qadınların  istehsala  geniş  cəlb  edilməsi, 
onların  mədəni-məişət,  təhsil  səviyyəsinin  və  ictimai  fəallığının 
artması  həm  də  qadınların  rəhbər  sovet,  partiya,  komsomol, 
həmkarlar ittifaqı işinə irəli çəkilməsini sürətləndirdi.
1937- 
ci  il SSRİ  Ali  Sovetinə seçkilərdə  Naxçıvandan  iki  qadın 
-   Zeynəb  Şabanova  və  Zöhrə  Məmmədova  seçildilər  (113,  s.17- 
18,20) (əslində təyin olundular -  S.A.).  Azərbaycan Ali Sovetinə  1 
qadın seçildi (113, s.22,24).
1938- 
ci  ildə  35  qadın  rayon  icra  hakimiyyətləri  rəyasət 
heyətinin  üzvü,  1  nəfər  kənd  sovetinin  katibi,  434  nəfər  isə  sovet 
üzvü  idi.  Kənd  təsərrüfatında  4  kolxoz  sədri,  7  briqadir,  37 
manqa  başçısı,  3  ferma  müdiri  qadın  idi  [129,  1938,  8  mart]. 
Təkcə  1  il ərzində  evdar qadınlardan  8-i  kənd  soveti  sədrliyinə və 
RİK  rəyasət-  heyətinə,  4-ü  kolxoz  sədrliyinə,  6-ı  kooperasiya- 
mağaza  müdiıiiyinə,  1  nəfər  rayon'maarif  şöbəsi  müdirliyinə,  1 
nəfər mehmanxana müdirliyinə irəli çəkilmişdi  [129,  1939,  1  may].
ÜİK(b)P-nın  XVIII  qurultayından  sonra  Naxçıvanda  rəhbər
vəzifələrə  irəli  çəkilən  859  nəfərdən  135-i  qadın  idi  [129,  1940,  6
mart].  1940-cı  ildə  artıq  12  nəfər  qadın  kənd  sovetinin  sədri,  10
qadın  kolxoz  sədri  işləyirdi.  Məsumə  Nuriyeva  Naxçıvan  MSSR
XMK  müavini,  Rübabə  Talıbova  Naxçıvan  şəhər  ZDS  İK
sədrinin  müavini,  Bəni  Həsənova  respublika  prokurorunun
müavini, 
Təyyibə 
Xəlilova 
Ordubad 
rayon 
komsomol
•  •  
•  

komitəsinin  katibi,  Olkə  İsmayılova  Culfa  RXMSI-nin  müdiri, 
Zeynəb Məmmədova Naxçıvan corab artelinin müdiri vəzifəsində 
çalışırdı.  Abdullayeva,  sonra  isə  Məmmədova  Şəkərəbad  kənd 
sovetinin,  X.Hüseynova  Keçili  kənd  sovetinin  sədri,  T.Quliyeva, 
L.Əhmədova, 
S.Hümbəlova, 
Z.Rüstəmova, 
S.Zeynalova, 
H.Məsimova  müxtəlif  kolxozlarda  sədr,  Sara  Mirnağızadə  isə 
Naxçıvan şəhər ambulatoriyasının baş həkimi işləyirdi.
Təəssüf ki,  o  zaman  yeridilən  «beynəlmiləlçilik  və  xalqlar  do­
stluğu» siyasəti  qadın  məsələsində  də  özünü  'aydın  göstərirdi.  Bu, 
Naxçıvanda  ermənilər  yaşayan  kəndlərdə  təhsil,  mədəniyyət,  is-
63
i
V
I


I
tehsal  obyektlərinin  daha  surətlə  inkişafı,  erməni  əhalisnin  sosial 
rifahına  daha  çoxı diqqət  yetirməklə  məhdudlaşmır,  erməni  qa­
dınları  respublikada  bir sıra məsul  vəzifələrə irəli  çəkilirdilər.  Mə­
sələn,  Ordubad  rayonundakı  erməni  kəndlərində  məktəb  tikintisi 
digər kəndlərdən  iki dəfə artıq idi.  1930-cu  illərin  ortalarında şag­
irdlərin  sayı  yetərincə  olmasa  da,  hər  bir  erməni  kəndi  yeddillik 
məktəbə malik  idi.  Məsələn,  rayondakı  Danağırt  kəndinin  əhalisi 
qonşu  Dırnıs  kəndindən  3  dəfə  azidi.  Danağırtda  yeddiillik  mək­
təb  olduğu  halda,  dlrnıslı  şagirdlər  10  km  aralı  Vənənd  kəndinə 
getməyə məcbur edilirdi.  Belə vəziyyət Naxçıvanın  digər  rayonla­
rı üçün də xarakterik idi.
Naxçıvan  şəhər  Ə.Bayramov  adma  qənnadı  artelində 
işləyənlər azərbaycanlı 'qadınlar olsa da, artelin  rəisi erməni  qadın 
M.Ovanesyan təyin edilmişdi.
20-30-cu  illərdə  Naxçıvanda  qadın  hərəkatının  təşəkkül 
tapmasında  və  inkişafında  mətbuatın,  xüsusən  «Şərq  qadını» 
curnalınm  müstəsna  rolu  var idi.  Curnalın  hər  nömrəsində  «Bizə
i
yazırlar» 
rubrikasında 
Naxçıvan 
qadınlarının 
həyatından 
materiallar 
verilir, 
qadınlarımızın 
maarif, 
mədəniyyət 
cəbhəsindəki fəaliyyəti geniş işıqlandırılırdı.
«Şərq qadını» curnalma Naxçıvandan  ilk materialı gənc müəl­
limə  Səkinə Rəsizadə  göndərmiş,  burada  o,  naxçıvanlı  qadınların 
curnalı necə maraqla gözlədiyini poetik ifadələrlə qələmə  almışdı: 
«Dərsə  getməyə  hazırlaşıram,  hər  dəqiqə,  hər  saat  qəlbimdə 
düşünürəm ki,  görəsən  nə  vaxt  «Şərq  qadını»nı  oxuyacağam.  Bu 
fikir  ilə  yola  çıxıb  kəndi  vəzifəmə  üz  qoydum.  Yolda  Naxçıvan 
qadın şöbəsi  müdirəsi  qarşıma  çıxıb  dedi:  «Ay  gözlərin  aydın  ol­
sun.  Neçə  vaxtdır  arzuladığın  «Şərq  qadını» məcmüəsi  budur gə­
lib  çıxıbdır.  Üçüncü  və  dördüncü  nömrələri  açıb  çox  şad  oldum. 
Curnallan  götürüb  oxumağa  başlayarkən  bir  çox  şükürlər  etdim 
ki,  kişilərin  yanında  başımız  uca  oldu.  Dilimiz  açıldı.  Daha  bir 
dərdimiz  olsa  «Şərq  qadını»na  yazaraq  və  geridə  qalmarız.- Məc­
muəni oxuduqca şadlıq ıyaşı gözlərimizdən axırdı.  Qəza müxbirlə­
rinin  təsvirlərini  gördükdə  və  yazılarını  oxuduqca  insana  ruh 
yüksəkliyi  verirdi.  Təəssüf ki,  zavallı  Naxçıvanın  nə  müxbirəsini, 
nə də ki,  yazısını görmədim.  Çox açzulardım ki, Naxçıvan  qadın­
larının da  bu curnalda yazısı  olaydı.  Bəndə kəndimə və  «Şərq qa­
dınına»  söz verdim  ki, bundan  sonra Naxçıvan  qadınlarının  həy-
i


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə