Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

1927-ci  ildə  «Qızıl  qələmlər»  cəmiyyətinin  Naxçıvan  filialının 
təşkili  respublikanın  mədəni  həyatının  daha  da  canlanmasına 
xüsusi  təsir  göstərdi.  Pcdaqoci  texnikum  və  qadın  klubları 
nəzdində  ədəbiyyat  dərnəkləri  fəaliyyət  göstərirdi.  1926-cı  ildə 
Naxçıvanın  gənc  yazıçılarının  əsərlərindən  ibarət  , ədəbi-bədii 
curılal  buraxılmışdı  ki,  burada  qadın  yazıçı  Fatma  Əlizadənin 
əsəri  var  idi.  Naxçıvanlı ı müəllimə  Səkinə  Əlizadənin  «Cümə 
axşamı»  əsəri  qadınların  azadlığa  çıxması  probleminə  həsr 
edilmişdi.
Qadın  azadlığına  və  bərabərliyinə  həsr  edilmiş  əsərlər  qadın 
yığıncaqlarında,  klublarda,  savad  kurslarında  oxunur  və  qızğın 
müzakirə  edilirdi.  Bir  çox  qadınlar  bu  əsərlərin  təsiri  altında, 
hökümət  qarşısında  16  yaşma  çatmamış  qızların  ərə  verilməsinin 
qadağan edilməsi haqqında qanun qəbul edilməsini tələb edirdilər 
[56,  1926,  №29].  Buna  əsaslanan  Naxçıvan  MİK  Azərbaycan 
MİK-ə  bütün  Azərbaycan  ərazisində  azyaşlı  qızların  ərə 
verilməsinin  qadağan  edilməsi  haqqında  dekretin  qəbul  edilməsi 
təklifi ilə müraciət etmişdi  [10, s.  7,  iş  1880,  v.  28].
20-ci  illərin  ikinci  yarısından  başlayaraq  Naxçıvanda  mədəni- 
maarif  ,  müəssisələrinin 
(klubların, 
kino 
qurğularının, 
kinoteatrların, 
radioqovşaqlarm,  ^  kitabxanaların) 
inkişafı 
qadınların mədəni səviyyəsinin  artmasına təkan verdi.
1935-ci  ilin  19  aprelində  Azərbaycan  SSR  MİK  Rəyasət 
Heyəti 
«sərhəd 
və 
pambıq 
rayonu 
olan 
Noraşenin 
xüsusiyyətəlrini  nəzərə  alaraq  əməkçi  türk-qadınlarmın  əmək  və 
məişət  şəraitini  yaxşılaşdırmaq»  məqsədi  ilə  Noraşendə  qadın 
klubu  təşkil etmək haqqında qərar qəbul etdi [111].
Bununla  belə  «Şərq  qadını»  curnalında,  «Şərq  qapısı»  qəze­
tində  və  digər  mətbuat  orqanlarının  səhifələrində  Naxçıvandakı 
qadın  klublarının  fəaliyyəti  tez-tez  haqlı  olaraq  tənqid  edilirdi. 
Məsələn,  «Şərq  qadını»  curnalının  1933-cü  il  I  sayında  Naxçıvan 
şəhərindəki  qadın  klubunun  həftələrlə  bağlı  olduğu,  ölkə  qadın 
sektoru  və  maarif komissarlığının  onun  işinə  diqqət  yetirmədiyi, 
Ordubad  qadın  klubunda  isə  heç  bir  mədəni  iş  aparılmadığı, 
müdirlərin  isə  yalnız  maaş  aldığı  göstərilirdi  [128,  1933,  №1]. 
Curnalda  Naxçıvanda  qadınlarla  iş  vəziyyətinin  qənaətbəxş  ol­
maması,  xüsusən  kənd  yerlərində  bu  sahədəki  yarıtmaz  vəziyyət 
barədə  tez-tez məlumatlar dərc edilirdi.  Tezliklə klubların  rəhbər-
44
I


liyində  dəyişiklik  edilmiş,  Siddiqə  Abbasova  Naxçıvan,  Səlbı  Əli­
zadə  isə  Ordubad  qadın  klublarına  müdir  ləyin  edilmişdilər  və 
bunun  nəticəsi  olaraq  klubların  işində  ciddi  dönüş  yaranmışdı. 
Ordubaddakı  qadın  klubunda  yeni  saviıd  kursları,  məktəbəqədər 
tərbiyə  kursu,  kooperasiya  kursu,  tar  və  əl  işləri  dərnəyi  açılmış 
və oraya 70 qadın cəlb edilmişdi.  Klubun  aktivlərindən  olan Təy-
ibə  Xəlilova  qabağcıl  işinə  görə  Azərbaycan  Lenin  Kommunist
•  

Gənclər  İttifaqı  (LKG1  )  Ordubad  rayon  komitəsinin  katibi  vəzi­
fəsinə irəli çəkilmişdü [128,  1938, №1].
1934-cü  ildə  Naxçıvan  şəhər  qadın  klubunun  ətrafında  109 
qadın  toplanmışdı.  Onlardan  20  nəfəri  şəfqət  bacıları  kursunda, 
30 nəfəri  tikiş  atelyesində,  15  nəfəri  aqrotexniki  kursda,  44 nəfəri 
savad  kursunda  oxuyurdu.'  Bir  neçə  qız  və  qadın  savad  kursunu 
bitirdikdən  sonra  şura  idarələrində  məsul  işlərə  göndərilmişdi 
[129,  1934,  10 may,  №104].  1937-ci  ilin  iyununda  Naxçıvan  MİK 
Rəyasət  Heyəti  qadınlar  arasında  işi  gücləndirmək  üçün 
Naxçıvan  qadınlar  klubunun  qadınlar  sarayına  çevrilməsi 
haqqında  qərar  qəbul  eldi  [129,  1937,  8  iyun].  Bu  zaman  saraya 
432 qadın cəlb edilmişdi  [129,  1938,  8 mart].
30-cu  illərin  ortalarında  qadınların  mədəni  səviyyəsinin 
artırılmasında  Naxçıvanda  mövcud  olan.  5  qadın  klubu,  1 
qadınlar  sarayı,  5  radio  qovşağı,  30-dan  çox  qiraət  komaları,  8 
kino  qovşağı,  6  nəşriyyat  şöbəsi,  24  qırmızı  gi'ışə  və  8  kitabxana 
mühüm  rol  oynayırdı.  Ümumiyyətlə,  büdcənin  50%-i  mədəni 
quruculuğa  sərf orlunurdu.  1938-ci  ildə  isə  artıq  muxtar  bölgədə 
27  klub,  11  kitabxana,  2  mədəniyyət  evi,  2  pioner  evi,  1  musiqi 
məktəbi  fəaliyyət  göstərirdi.  Şəhər, və  kəndlərdə  15  özfəaliyyət 
dərnəyi təşkil edilmişdi [129,  1934, 28 'aprel].
Araşdırılan  dövrdə  qadinların  sağlamlığının  qorunması  sahə­
sində  də  müəyyən  irəliləyişlər  baş  verdi.  Bu  barədə  S.Sadıqovun 
əsərində  [120,  s.  111-114]  ətraflı  məlumat  verildiyindən  qısaca 
olaraq  onu  qeyd  etmək  olar  ki,  həmin  illərdə  çoxsaylı  səhiyyə 
‘ müəssisələrinin  təşkili  və  xüsusən  də  qadmdlara  və  uşaqlara  xid­
mət  edən  müəllimlərin  sayının  artması  əlamətdar  hadisə  idi.  Nə­
zərə alsaq ki,  oktyabr siyasi çevrilişinə qədər Naxçıvanda cəmi iki 
xəstəxana  və  3  həkim var idi,  müsəlman-qadınlar isə müəyyən  di­
ni  və  məişət  təsəvvürlərinin  təsiri  altında  həkimə  miıracəit  etmir­
dilər.  20-30-cu  illərdə qadın  sağlamlığı  sahəsində əldə edilmiş  nai-
45


«
ləyyətdləf  böyük  idi.  Bu  sahədə  1928-ci  ildən  başlayaraq  dönüş 
yaradılmış,  səhiyyə  müəssisələrin  sayı  32-ə,  tibb  işçilərin  sayı  isə 
195-ə'çatmışdı [120, s.  113].
Azərbaycan  K(b)P  Naxçıvan  diyar  komitəsinin  məruzəsi  üzrə 
AK(b)P  MK  qərarında  (3  avqust  1927-ci  il)  deyilirdi  ki,  tibb 
işçilərinə  dairələrdə  kəskin  ehtiyac  olduğu  halda,  onların 
əksəriyyəti  Naxçıvıan  şəhərində  toplanmışdır. 
Bu  qeyri- 
normallığı  aradan  qaldırmaq  üçün  Naxçıvan  rəhbərliyi  tibb 
işçilərinin  dairələr  üzrə  bərabər  bölüşdürüməsini  tələb  etmişdi  [3, 
s.  313].
Нәдпп  illərdə  Naxçıvanda  ilk  qadın  səhiyyə  işçiləri  fəaliyyətə 
başladılar.  1934-cü ildə  Naxçıvanda 47  həkim,  10 feldşer,  25  tibb 
bacısı,  12  mama  var  idi  [129,  1934,  28  aprel].  Tibb  kadrlarına 
olan  ehtiyacı  nəzərə  alaraq  Naxçıvan  şəhərində  1931-ci  ildə Tibb 
texnikumu  açılmışdı.  1934-1941-ci  illərdə  buranı  151  qadın 
bitirmişdi  [109, s.  117]. 
'[
Həmin  illərdə  Naxçıvanda  ana  və  uşaq  mühafizəsi  sahəsində 
bir  çox  qanunlar  qəbul  edilmiş,  bir  sıra  xəstəliklər  və  onun 
kökləri  ləğv  edilmiş,  şəhər  və  kəndlərdə  səhiyyə  xidmətinin 
səviyyəsi  xeyli  yüksəlmişdi.  1939-cu  ildə  Naxçıvanda  təkcə 
qadınlar .üçün  8 mama məntəqəsi,  5 uşaq konsultasiyası,  9  yasli, 7 
doğum  evi  mövcud  idi.  Bu  tibb  müəssisələrində  144  qadm  tibb 
işçisi  (25  həkim,  26  tibb  bacısı,  35  mama)  çalışırdı  [129,  1939,  8 
mart, №54].

  Oz  növbəsində  qadınların  sağlamlığının  qorunması  sahəsində 
atılan  bu addımlar, Naxçıvanda qadınlarının bütövlükdə mədəni- 
maarif səviyyəsini yüksəltməkdə mühüm amilə çevrilmişdi. i
i
I
9
46
I

I
l


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə