Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

I
Teatr'və  incəsənətin  müharibə  dövründə  əhəmiyyətini  yaxşı 
başa  düşən  Naxçıvan  rəhbərliyi  1944Lcü  ildə  Ordubad  şəhərində 
də teatrın açılması haqqında qərar qəbul etmişdi. 
,
Ümumiyyətlə,  müharibə  dövründə  Naxçıvan  MSSR-da  180 
ümumtəhsil  məktəbi,  3  texnikum,  müəllimlər  institutu,  musiqi 
məktəbi,  87  uşaq  bağçası,  pioner  düşərgələri,  2  dövlət  teatrı,  6 
kinoteatr,  Azərbaycan  EA  mərkəzi,  101  klub  müəssisəsi,  44 
kütləyi  kitabxana,  32  qırmizı  güşə  və park  fəaliyyət  göstərirdi  ki,  , 
burada  işləyənlərin  çoxunu  qadınlar  təşkil  edirdi  [56,  1945,  30 
aprel].
Müharibə illərində xeyli həkim və tibb işçisinin ordu sıralarına 
çağrılmasına  baxmayaraq  səhiyyəinin  iknişafmda,  əhaliyə  tibbi 
yardımın  göstərilməsində  də  müəyyən  uğurlar  əldə  edilmişdi.  Bu 
dövrdə  2  xəstəxana,  12  əlavə  uşaq  və  qadın  məsləhət  məntəqəsi 
açılmışdı  [109,  s.  127-128].  Müharibə ərəfəsində Naxçıvanda cəmi 
319  çarpayılıq  14  xəstəxana  var  idisə,  1945-ci  ildə  artıq  510 
çarpayılıq 
16  xəstəxana  fəaliyyət  göstərirdi.  Əhaliyə  30 
ambulatoriya,  60  feldşer-mama  məntəqəsi,  55  həkim  və  200  orta 
tibb  işçisi  xidmət  göstərirdi.  Müharibə  dövründə  Naxçıvan  tibb 
mərkəzi  153  feldşer,  20  mama,  90  tibb  bacısı,  39  əzcacı 
buraxmışdı [47, s.  151]. 
ı
Tibb  işçiləri  çətin  şəraitdə,  tibb  lövazimatmın  və  dərmanların 
çatışmadığı bir vaxtda xəstəliklərə- xüsusən yoluxucu xəstəliklərə: 
qızdırma,  yatalaq,  səpmə,  traxomaya  qarşı  mübarizədə  əsil 
fədəkarlıq  göstərirdidər.  Bir  çox  qadınlar  tibb  müəssisələrinə 
rəhbərlik 
edirdilər: V.Səmədova 
dəri-zöhrəvi 
dispanserinin, 
M.İvanova  traxoma  dispanserinin,  Q.Quliyeva  sanitar-müalicə 
stansiyasının, 
N.Süleymanova 
Dərvişlər 
kənd 
həkim, 
məntəqəsinin müdiri işləyirdilər [97, şi 27, bağ.  3,  v.  12; iş 28, bağ. 
3, v. 6].
Müharibə dövründə Muxtar Respublika əhalisinə tibb xidmə­
tinin  yaxşılaşdırılmasında  Nisəxanım  və  Cəmilə  Mirzəyevalarm 
da  mühüm  xidmətləri  olmuşdur.  1943-cü  ildə  Cəmilə  Ordubad 
xəstəxanasında  həkim  işləmişdir.  Həmin  ildə  onun  Sabirabadda 
işləyən  bacısı  Nisəxanım  da  Ordubada  köçmüş,  burada  rayon 
xəstəxanasının  baş həkimi,  sonra isə  Vənənd  kənd xəstəxanasının 
baş  həkimi  işləmişdi  və  ömrünü  birdəfəlik  bu  kəndə bağlamışdır.
80
i


I
Nisəxanım həkim  öz fədakar əməyinə  görə  bir sıra  dövlət  müka­
fatlarına,  o  cümlədən  1947-ci  ildə  Naxçıvan  MSSR  Ali  Soveti 
ı 
Rəyasət  Heyətinin  fəxri  fərmanına,  1956-cı  ildə  əməkdar  həkim





adma,  1956-cı  ildə  Azərbaycan  SSR  AS  fəxri  fərmanına, 
«Oktyabr  inqilabı»  ordeninə  layiq  görülmüşdü.  1963-cü  ildə  o, 
SSRİ Ali Sovetinə deputat seçilmişdi [129,  1972, 25  aprel].
Müharibə  illərində  Naxçıvan  MSSR-də  qadın  məsələsində 
həllediçi  məqamlardan  biri  də  qadınların  xalq  təsərrüfatının 
mühüm  sahələrində,  xüsusən  kənd 
təsərrüfatında  rəhbər 
vəzifələrə  irəli  çəkilməsi  oldu.  Manqa  başısı,  briqadirlər,  ferma 
müdirləri,  kolxoz  və  sovxoz  direktorları  arasında  qadınların 
xüsusi  çəkisi  .müharibədən  əvvəlki  illərə  nisbətən  dəfələrlə 
artmışdı:'  Ümumiyyətlə,  müaribə  dövründə  kolxoz  sədrləri 
arasında  qadınların  xüsusi  çəkisi  Azərbaycan  üzrə  0,9%-dən 
1945-ci  ildə  2,6%-ə,  hesabdar  və  mühasiblər  0,9%-dən  34%-ə 
qədər  artmışdı  [102,  s.  299].  Naxçıvanda  istehsala  rəhbərlik  üçün 
ayrı-ayrı  sahələr  üzrə  xüsusi  kurslar  təşkil  edilmiş  və  oranı 
bitirmiş  qadınlar istehsaldan cəbhəyə  getmiş  rəhbər kadrları əvəz 
etmişlər.  15  qadın  kolxoz  sədrləri  hazırlayan  kurslara  qəbul 
edilmişdi  [71,  s.  1,  i ş '  7,  bağ  1,  v.  300].  L.Qəhrəmanova 
«Kommunist»  kolxozuna,  T.Rəsulova  «Bolşevik»  kolxozuna 
(Qoşadizə  k.),  B.Məmmədova  «Caparidze»  adma  kolxoza, 
ı 
S.Məmmədova  «28  aprel»  kolxozuna  (Qaraxanbəyli'  k.)  sədr 
göndərilmişdi.  Şəkərəbad  kəndi  «İşıq»  kolxozunun  sədri  Hürzad 
Hüseynova  SSRİ  XTK-m  «Sosialist  kənd  təsərrüfatı  əlaçısı» 
nişanı  ilə  təltif edilmişdi  [129,  1944,  10  oktyabr].  1944-cü  ildə  58 
qadın  rəhbər  təsərrüfat  işinə  göndərilmiş,  73  kolxoz  sədri,  24 
ferma müdiri,  161  mexanizator hazırlanmışdı  [94,  s.  3,  iş 42,  bağ 
4, v. 94]. 

i
Müharibə  dövründə  qadınların  istər  xalq  təsərrüfatının  ida- 
,  rəedilməsində,  istrəsə  də  ictimai  təşkilatlardakı  fəaliyyəti  əhə­
miyyətli  dərəcədə  artmışdı.  Qadınların  ictimai-siyasi  fəallığının 
artmasını  göstərən  faktlardan biri,  onların  partiyaya daxil'olması 
idi.  Ümumiyyətlə,  Azərbaycan  SSR-da  müharibə  illərində  AKP- 
na daxil  olan  60 mindən çox adamın  21688 nəfəri  qadın idi.  Əgər 
1940-cı  ildə qadınlar Azərbavcan  KP üzvlərinin  11,9% təşkil'edir- 
diləısə,  1945-ci  ildə  bu  rəqəm  34%  olmuşdu  [14,  s.  280,  iş  3,  v.
81


435;  14,  s.  169,  iş  129,  v.  2].  1942-ci ildə  Naxçıvan  MSSR-da par­
tiyaya  84,'1943-cü  ildə  isə  108  qadın, qəbul  edilmişdi  [95,  s.  1,  iş 
31,  b.  4 ,'v.  14].  Bu  isə  bütün  Muxtar  Respublika  üzrə  qəbul  edi­
lənlərin  17,5%-ni  təşkil  edirdi.  [615]  Bu  rəqəm  bütün  partiya 
üzvlüyünə  və  namizədliyinə  aid  idi.  Əslində  isə  1942-ci  ildə  par­
tiyaya  155  üzv,  1943-cü  ildə  216  nəfər  qəbul  edilmişdi  ki,  bu  za­
man  qadınlar  artıq  50%-dən  çox  təşkil  edirdilər.  Komsomola  gi­
rənlər  arasında  1942-ci  ildə  102  nəfərdən  64-ü,  1943-cü  ildə  192-
dən  108-i,  1944-cü  ildə  220-dən  164-ü,  1945-ci  ildə  isə  189-dan
• 
•  > 
__  

144 nəfəri  qız idi [99, s.  9,  b.  21, v.  1].  Bununla belə bu dövrdə də 
ərazidə  qadınların  partiya  üzvüləri  arasıda  xüsusi  çəkisi  çox  az 
olub, ümumrespublika göstəricilərindən geridə qalırdı.
Näxçıvanda  qadınların  partiya  və  sovet  sistemində  təlimatçı, 
təbliğatçı,  təşviqatçı,  şöbə  müdirləri  vəzifəsinə  irəli  çəkilməsi 
kütləvi  'xarakter  almışdı.  Bir  çox  qadınlar  ilk  partiya 
təşkilatlarına rəhbərlik edirdidər.
Qabaqcıl  qadınlardan  olan  Səkinə  Əliyeva  vilayət  partiya 
komitəsinin  təbliğat  və  təşviqat  şöbəsinin  təlimatçısı,  Zeynəb 
Əsgərova  Şahbuz  Rayon  Paritiya  Komitəsinin  kadrlar  şöbəsinin 
təlimatçısı,  Sabirə Acıqətova  Vilayət Partiya Komitəsinin  təşkilat 
şöbəsinin  partiya-komsomol  kadrları  bölməsinin  müdiri  idi  ( 
əvvəllər vilayət  qadınlar  şöbəsinə  rəhbərlik  edirdi  -  S.A.)  [127,  s.


«
1,  iş  31,  bağ.  4,  v.  14].  Ş.Əsədova  Baş  Noraşen,  M.Cəfərova 
Düdəngə, 
D.Əhmədova' 
Şıxmahmud, 
S.Baxşəliyeva
Qaraxanbəyli,  T.İmamquliyeva  Xəlilli  ilk  partiya  təşkilatlarının 
katibləri  idilər  [95,  s.  1,  iş  8,  b.  1,  v.  33,  iş  5,  b.  1,  v.  145,  v.  13, 
v.360].  •
Müharibə  dövründə  partiya  orqanları  ilə  yanaşı  sovetlərin  də 
arxa  cəbhədəki  fəaliyyəti  güclənmiş,  təsərrüfat,  mədəni-maarif 
məsələlərində  qüvvə  və  ehtiyacların  səfərbər  edilməsində  onların 
rolu artmışdı.
Qadınların  şəhər,  kənd,  qəsəbə  sovetlərində iştirakının  artma­
sı,  həm də  onların  sovet  deputatları  arasında əksəriyyət  təşkil  et­
mələri  ilə  bağlı  idi.  Əgər  1939-cü ildə  qadınlar bütün  sovet  depu­
tatlarının  33,1%-ni  təşkil  edirdilərsə,  1944-cü  ildə  53,8%  təşkil 
edirdilər  [Azərbaycan  tarixi,  III  cild,  II  hissə,  B.,  1964,  s.  8].  Qa­
dın  deputatlar  yaşayış  məntəqələrində  müxtəlif  təşkilatı  işlərin
82
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə