Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

I
daha müzakirə edərək  maarif şöbələri  və  rayon  icrayyə  komitələ­
rindən  təhsilə cəlb  edilməmiş  məktəbyaşlı  qızların  (8-15  yaşlı)  də­
qiq  hesabının  aparılması  və  onların  məktəbə  cəlb  edilməsi  üçün 
əlavə  tədbirlər, görülməsini  tələb  etdi.  Naxçıvan  xalq  təhsili  siste­
mi  üçün  tərtib-olunmuş  plana  görə,  1939-cu  ildə  bütün  mək- 
təbyaşlı  uşaqların  90%-i,  1941 -ci  ilə  isə  100%-i  məktəbə  cəlb  edil­
məli  idi.  1938-ci  ildə  27653  nəfər  şagirddən  12591  nəfəri  qız  idi. 
[129,  1938,  7  noyabr],  ,1939-cu  ildə  isə  bu  rəqəm  müvafiq  olaraq 
28749  və  12867  nəfər  təşkil  edirdi  [94,  s.  1,  iş  3,  v.  1-5].  1940-cı 
ildə  196  ümıımtəhsil  məktəblərində  12847  qız oxuyurdu  ki,  bu  da 
bütün  şagirdlərin  (28749)  44,1%-ni  təşkil  edirdi.  Həmin  ildə  N a­
xçıvanda  763  nəfərin  təhsil  aldığı  6  orta  ixtisas  məktəbi  fəaliyyət 
л 
göstərirdi.  Savad  məktəbində  10853  qadın  oxuyurdu  [129,  1940, 
28 iyul].
Qız  uşaqlarının'  məktəbə  cəlb  edilməsinə  müəllim  heyəti 
arasında'qadın  müəllimlərinin  sayının  artması  da  mühüm  təsir 
göstərirdi.  Naxçıvan  MSSR-da  on  il  ərzində  (1932-1941) 
müəllimlərin  sayı  {556-dan  1027  çatdı  ki,  bunların  140  nəfərit 
qadın  idi  [109,  s.  117].  Qadm  müəllimlərinin  hazırlanmasında 
Naxçıvan'  və  Ordubad  pedaqoci  texnikumları,  Naxçıvan 
Müəllimlər  İnstitutu  mühüm  rol  oynadı.  Kəndli  gənclər 
məktəbləri  (1930),  fəhlə  fakültələri  (1930),  sənət  məktəbləri, 
kolxoz  məktəbi,  kommunist  darülfilunu  və  başqa  tədris 
müəssisələrini  bitirmiş  qadınların  bir  çoxu  kəndlərinə  gedərək 
qızların  məktəbə  cəlb  edilməsində  öz  səylərini  əsirgəmirdilər. 
Məsələn,  Ordubad  Pedaqoci  Texnikumunun  məzunu  Tovuz 
Sadıqzadə  texnikumu  bitirdikdən  sonra  rayonun  bir  çox 
kəndlərində  müəllim,  məktəb  direktoru,  rayon  xalq  maarifi 
şöbəsinin müdiri işləmirdi.
Araşdırılan dövrdə qadm pedaqoqlarla yanaşı, xalq  təsərrüfa­
tının  digər  sahələri  üçün  qadm  kadrlarının  hazırlanmasının  əsası 
qoyuldu.  Buraya birinci növbədə  1925-ci  ildə təşkil  olunmuş kənd 
təsərrüfatı, texnikumu  (10 il  ərzində  5  qız qurtarıb),  sovet  partiya 
məktəbi  (SPM -   1922),'tibb texnikumu (1931)  aiddir.  1939-cu ilin 
sentyabrında  fəaliyyətə  başlayan  Naxçıvan  Müəllimlər  institutu­
na ilk dəfə olaraq  31  qız qəbul edilmişdi,  hazırlıq kursunda isə 36 
qız  oxuyurdu.  Qeyd  edək  ki,  institutun  ilk  məzunları  arasında 
görkəmli pedaqoq Nazlı xanım Tahirova da var idi.
38
ı


I
f
1926-ci  ildə  Naxçıvan  SPM-nə  beş  qız -ı  Firuzə  Məmmədova, 
Səkinə  Sadıqova,  Malan  Muxtarova,  Fatma  Paşazadə  və  Tovuz 
Xəlil  qızı  qəbul  edildi.  Onlar  qadınlar  arasında  kütləvi  siyasi- 
maarif  işi  aparmaq  üçün  hazırlanırdılar.  1928-1929-cu  tədris 
ilində texnikumlarında  70-dən  çox qız təhsil  alırdısa  [94,  s.  1, iş 4, 
V. 
5],  1931-1932-ci ildə onların sayı 94-ə çatmışdı.
XX əsrin 20-30-cu illərində naxçıvanlı qadınlar ictimai həyatın 
ən  müxtəlif  sahələrində  mühüm  rol  oynasalar  da,  onların  xalq 
maarifi  sahəsində  apardığı  iş daha  geniş  və əhatəli  olmuşdu.  Çox 
ağır  və  mürəkkəb  ictimai-siyasi  şəraitdə,  qadın  azadlığının 
əleyhdarlarının  sərt  müqaviməti  ilə  rastlaşdıqları  bir  dövrdə  bu 
müəllimlər  gecəni-gündüzə  qataraq  balalara  dərs  deyir,  qızları 
məktəbə  cəlb  edir,  yaşlı  qadınların  savadlanması  üçün  var 
qüvvələrini əsirgəmirdilər.
Bu  gün  biz  minnətdarlıq  hissi  ilə  həmin  illərdə  qadın  və 
qızlarımızın  maariflənməsi  işinə  böyük  (  əmək  sərf  etmiş 
müəllimləri  xatırlayırıq.  Nazlı  Tahirova-Nəcəfova,  Xədlicə 
Səfərəlibəyova,  Tərlan  Səfərəlibəyova,  Leyla  Rəhimbəyova, 
Günəş  Kəngərli,  Tərlan  Kazımbəyova  (Naxçıvan  şəhər  2-ci  qız 
məktəbinin  1921-ci  ildə,  müdiri),'  Fatma  .Rəhimova,  Fatma 
Sultanova,  Mabi  Muradova  (həmin  məktəbin  müəllimləri), 
Fatma  Sultanova,  Fatma  Allahverdiyeva,  Səkinə  Rzalı,  Qəşəng 
Baharova, Əzizə Süleymanova,  Məsudə Nuriyeva, həmçinin Zərri 
Vəkilova,  Məstəhanım  Bektaşi,  Xurşid  Zamanova,  Gülsüm 
Əlizadə,  Səkinə  Rəsizadə,  Adilə  Mirişli,  Tovuz  Sadığzadə  və 
başqalarının  gərgin  fəaliyyəti  nəticəsində  Naxçıvan  qadınlarının 
təhsili sahəsində uğurlu dəyişikliklər baş verdi.
Artıq  1939-cu  ildə  Naxçıvan  MSSR  əhalisinin  savadlılıq 
dərəcəsi  84,5%  (şəhər  əhalisinin  86,5%,  kənd  əhalisinin  84%), 
qadınların  isə  müvafiq  olaraq  78,1%  (79,1%'və  77,8%)  təşkil 
edirdi  [161,  s. 12].  Halbuki  bütün  Azərbaycan  üzrə  qadınların 
savadlılığ  dərəcəsi  65,5%,  azərbaycanlı  qadınların  isə  54,7%  idi 
[171, s.  142]. 
:
O  dövrdə qadınların  savadlanması  və  təhsilə  cəlb  edilməsində 
göstərilən  səylər onların səviyyəsinin  artmasına ciddi  təsir göstər­
di.  Artıq  20-ci  illərin’ortalarından başlayaraq naxçıvanlı  qadınlar 
mədəni  həyatda  daha  yaxından  iştirak  etməyə  başladılar.  Qadın 
məktəbləri,  texnikumlar,  qadın  klubları  nə'zdində  açılan  bədii,
39
I
1


ədəbi-dram dəməklərinə onlar daha fəal cəlb olunmuşdular.
Azərbaycanlı  qadınların  tərəqqisi  ilə  əlaqədar  işin  ilk  və  ən 
münasib  formalarından  biri  qadın  klubları  və  kəndli  qadın 
güşələri  idi  ki,  onlar  da  mədəni-maarif,  istehsal  və  səhiyyə 
funksiyalarını  özündə  cəmləşdirirdilər.  Bu  maarif  ocaqları 
azərbaycanlı  qadınların  məişət  və  iqtisadi  azadlığının  əldə 
edilməsində, onun mədəniyyətə və ictimai həyata cəlb edilməsində 
əsas  rol  oynamalı  idilər.  Qeyd  edildiyi  kimi,  ilk  qadın  klubu 
bütün SSRİ-də ilk dəfə Bakıda yaradılmışdı. Tezliklə Azərbaycan 
Baş  Siyasi  Maarif  idarəsi  qadın  klublarının  nizamnamə  və 
əsasnaməsini  təsdiq  etdi.  Əsasnamədə  klublarda  atelyelərin, 
emalatxanaların, 
savad 
məktəblərinin, 
siyasi 
dərnəklərin, 
д 
kitabxanaların,  söhbət, və  mühazirələrin  təşkil  edilməsi  zəruriliyi 
göstərilirdi.  Nəzərdə  tutulurdu  ki,  bu  klublar  tədricən  qadınları 
əmək  kollektivlərinə  və  fəhlə  klublarına  yaxınlaşdıracaq  və  bir 
müddətdən  sonra  öz  missiyalarını  yerinə  yetirib  ləğv  ediləcəkdir
[186, s.  179-180].  ,
Klubun  nizamnaməsinin  ilk  paraqrafında  onun  məqsəd  və 
vəzifələri  göstərilmiş  və  qeyd  edilmişdi  ki,  klublar  Şərq 
qadınlarının  iqtisadi,  mənəvi  və  siyasi  azadlığına  və  onların 
ümumproletar mübarizəsinə cəlb edilməsinə kömək etməlidirlər.
1922-ci  ilin  ikinci  yarısından  və  1925-cü  ilin  əvvəllərindən 
Azərbaycanın  bir çox qəzalarında,  o cümlədən Naxçıvanda qadın 
klubları təşkil edildi [144,  1925, 5 iyul].
Onların  fəaliyyətini  genişləndirmək  üçün  1921 -ci  ildə  Bakıda 
Azərbaycan  К(Ь)Р  МК  qadın  şöbəsinin  nəzdində  qadın  kadrları 
hazırlamaq  üçün  kurslar  təşkil  edildi.  Qadın  klubu  üçün  kadrlar 
həmçinin Naxçıvan fırqə-şura məktəblərində də hazırlanırdı  [153, 
s.  29-37].  Əli  Bayramov  adma  Bakı  qadın  klubunun  siyasi  savad 
məktəbində  də  25  nəfər gələcək  qadın  işçi  hazırlanırdı.  Onlardan 
biri  -  Xanım  Əliyeva  Naxçıvana  göndərilmiş  və  burada  qadın 
klubunun işinin təşkilində mühüm rol oynamışdı  [127, s.  52].
1925-cü  ildə  Naxçıvan  qadın  qiraətxanası  ölkə  qadınlar  klu­
buna  çevrilikdən  sorira' o,  qadınlar  arasında  mədəni-kütləvi  işlə­
rin mərkəzinə çevrildi.  Klubda dram və xor dərnəkləri,  kitabxana 
və  digər  mədəni-maarif ocaqları  fəaliyyət  göstərirdi.  Dərnəklərin 
işində  Laləzar Zamanbəyova,  Anna Haqverdiyeva,  Kişvər Xuda- 
tova yaxından  iştirak edirdilər.  Klubda  «Şərqin  ümidi»  adlı  divar
•  - 
40


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə