Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

Əgər  1940-cı  ildə  muxtar  respublikada  hər  kolxozçu  orta 
hesabla  '150  əmək  günü  qazanmışdırsa,  1943-cü  ildə  artıq  228 
əmək günü qazanmışdı.  1945-ci ildə əmək gününün miqdarı  1943- 
cü ilə nisbətən  47% artmışdı  [195.  s.  9].  Hər qadın isə  1940-cı  ildə 
79 əmək  günü,  1943-cü ildə isə  125  əmək  günü qazanmışdı  [96,  s. 
3, b.8, iş 36, 
V. 
32].
Müharibəyə  qədər  kolxoz  istehsalında  çalışanların  1/3 
hissəsini  qadınlar  təşkil  edirdilər.  Müharibə  dövründə  qadınlar, 
yeniyetmələr  və  qocalar  kənd  təsərrüfatı  işlərinin  70%-ni 
görürdülər [96, s.  3, b.  8, iş 36, v.  32;  185, s.  10].
Müharibə  dövründə  naxçıvanlı  qadınların  əsas  fəaliyyət 
istiqamtlərindən  biri  də  cəbhəyə  yardım  kompaniyalarında  fəal 
iştirak  etməkdən  ibarət  idi.  Tarixi  ədəbiyyatda  «vətənpərvərlik 
hərəkatı»  adlandırılan  bu  yardım  müxtəlif  formalarda  həyata 
keçirilirdi.  Sovet  qadınlarının  ölkənin  müdafiə  fondunun  yara­
dılması  təşəbbüsünə  qoşulan  Naxçıvan  qadınları  çoxsaylı 
yığıncaqlarda  bunu  bəyənmiş,  bir  günlük  əmək  haqlarını  fonda 
keçirmək  haqqında  qərar  qəbul  etmişdilər.  Ölkənin  müdafiə 
ehtiyäcalrı  üçün  qiymətli  əşya  və  pul  vəsaitlərinin  toplanması 
işində  Azərbaycanın  74  qabağcıl  qadınının  bütün  respublika 
qadınlarına  müraciəti  (26  avqust  1941)  mühüm  rol  oynadı. 
Müraciətdə  qadınları  daha  məhsuldar  işləməyə,  cəbhəçilərin 
ailələrinə  qayğı  göstərməyə,  müdafiə  fondu  üçün  vəsait 
toplanmasını  davam  etdirməyə,  cəbhəyə  bağlamalar  göndərməyə 
çağırırdılar.  Naxçıvan  qadınları  bu  müraciətə  konkret  işlərlə 
cavab verirdilər.
«Kommunist» qəzetinin  5 sentyabr  1941-ci il  tarixli nömrəsin­
də  göstərilirdi  ki,  Naxçıvan  qadınlar^  vətənin  müdafiə  fondu  ya­
ratmaq  haqqında  Azərbaycan  qadınlarının  təşəbbüsünə  qızğın 
səs verərək  və deyirlər  ki,  vətənin  başının  üstünü  böyük  bir  təhlü­
kə  aldığı  bir  zamanda  yırtıcı  hitlerçi  bandit  dəstələrinin  məhv 
edilməsi  işinə  var  qüvvəmizlə  kömək  edəcəyik  [56,  1941,  5 
sentyabr].  Vətənin  müdafiə  fondunun  Abbasova  Siddiqə  1  qızıl 
üzük  və  300  manatlıq  istiqraz,  Qumru  Həsənova  650  manat  pul 
və  1000  manatlıq istiqraz,  Züleyxa Abbasova  1  qızıl  üzük,  Vəsilə 
Abbasova  1  çüt  sırğa,  Səkinə  Rzayeva  6  qram  qızıl,  300  manat 
pul,  500  manatlıq  istiqraz,  Bani  Həsənova  1  cüt  qızıl  sırğa  və 
1000  manatlıq  istiqraz,  Səkinə  Məmmədova  qızıl  boğazaltı  və
74
9


f
I
1000  manatlıq  istiqraz,  Rübabə  Talıbova  1  qızıl  saat,  300  manat 
pul,  800  manatlıq  istiqraz,  Protçenko  Aricelikä  qızıl  saat,  qızıl 
üzük,  1000  manatlıq  istiqraz,  Leyla  Quliyeva  qızıl  zəncir,  300 
manatlıq  istiqraz,  Simuzər  Qədirova  qızıl,üzük,  iki  gümüş  qaşıq, 
900 manat pul,  1000 manatlıq istiqraz, Anna Abbasova qızıl saat, 
3  gümüş  qaşıq,  2000  manatlıq  istiqraz, • Təyyubə  Xəlilova  qızıl 
gülçə,  qızıl  sırğa,  300  manat  pul  və  3  günlük  əmək  haqqı  keçir­
mişdi.  [56,  1941,  5  sentyabr].  Bundan başqa  Səkinə  Məmmədova 
3  qızıl  üzük,  Leyla  Rzayeva  9  qramlıq  üzük,  Şura  Bektaşi  .3 
qramlıq üzük vermişdi [129,  1984, 7 may].
Təkcə  1941-ci  ilin  bir  neçə  ayı  ərzində  ölkənin  müdafiə 
fonduna  135700  manat  ,pul,  1748000  manatlıq  istiqraz,  1222 
qram  qızıl,  11  kq  gümüş,  908  kq  yağ,  60  ton  (432  kq)  ət,  796  kq 
pendir  və  s.  toplanıb  verilmişdi  [129,  1941,  2  dekabr].  Bundan 
əlavə  naxçıvanlılar  cəbhədə  döyüşən  əsgərlərə  8161  ədəd 
bağlama, 76383 manat nəğd pul və  106 baş qoyun göndərmişdilər 
[102, s.  6, iş  16, 
V. 
120].
Azərbaycan  K(b)P Naxçıvan  Vilayət! PK  bürosunun  9  yanvar 
1942-ci  il  tarixli'  iclasında  müdafiə  fondu  ilə  əlaqədar  məsələ 
müzakirə  edilmiş  və  əhalinin  bu  işdə  daha  fəal  iştirakı  üçün 
partiya, sovet, yerli orqanlar qarşısında vəzifələr qoyulmuşdu.  Bu 
qərardan  sonra  müdafiə  fonduna  isti  paltar,  qiymətli  əşyalar, 
ərzaq malları keçirilməsi sürətləndirilmişdi.
1942- 
ci  ilin  fevralında  Naxçıvan  MSSR  partiya,  sovet 
işçilərinin,  idarə  və  müəssisə  başçılarının,  kənd  təsərrüfatı 
rəhbərlərinin  müşavirəsi  keçirilmiş,  döyüşçülərin  qayğısına 
qalmaq  məqsədi  ilə  arxa  cəbhədə  yardım  fondları  təşkil  edilməsi 
və  ön  cəbhədəki  əsgərlərə  hədiyyələr  göndərilməsini  mütəşəkkil 
qaydada  təşkil  etmək  üçün  respublika ı  və  rayonlar  üzrə 
komissiyalar yaratmaq qərara alınmışdı [1291
,. 1984,  27 sentyabr].
1943- cü  ilin  martında  Naxçıvan  şəhəri  qadınlarının  yığıncağı
keçirilmiş 
və 
cəbhəyə 
kollektiv 
və 
fərdi 
bağlamaların 
göndərilməsi,  bu  məqsədlə  ev  əşyaları  və  pul  toplanması  qərara 
alınmışdı [144,  1934,  14 mart]. 
. . . .
Cəbhəyə  ümumxalq  yardımın  formalarından  biri  də  döyüş 
texnikası üçün vəsait toplanması oldu.
Respublikanın  qadınları və qızları «Azərbaycan kolxozçusu», 
«Azərbaycanın  gənc  pioneri»  tank  kolonnasmm  yaradılması
I
i


I
I
%
t
üçün vəsait toplamaqda fəal  iştirak  edirdilər.  Naxçıvanın  rabitəçi 
qadınları bu məqsədlə 20 min manat pul  toplamışdılar [144,  1943, 
14 mart].
Naxçıvan  XKS  sədrinin  Azərbaycan  XKS-inə  göndərdiyi  25 
dekabr  1943-cü  il  tarixli  teleqramda  Naxçıvan  kolxozçularının 
«Azərbaycan  kolxozçusu»  tank  kolonnasınm  yaradılması  üçün 
dövlət  bankına  3  mln.  40  min  manat  pul  köçürüldüyü  qeyd 
olunurdu [11, s.  17, iş 241, v.  8].
Ümumiyyətlə,  müharibə  illərində  respublika  əhalisi  müdafiə 
fonduna  180  mln.  89  min  manat  pul,  12  kq  qızıl-gümüş,  160 
mindən çox isti paltar,'10 mindən çox bağlama köçürmüşdü [129, 
1984,  27 sentyabr].  ■
Cəbhəyə 
göstərilən 
ümumxalq 
yardımının 
mühüm 
formalarından biri  də  1942-ci ildən başlayaraq  tətbiq  olunan pul- 
şey  lotoreyalarının  satın  alınması  və  istiqraz  vərəqələrinə 
yazılmaq  idi  ki,  burada  da  qadınlarımız  kütləvi  şəkildə  iştirak 
edirdilər.  1943-cü  ildə  Naxçıvan  əhalisi  6660.500  manatlıq 
lotoreyaya  yazılmışdı  [96,  s.  3,  iş  91].  Dörd  dəfə keçirilən  istiqraz 
yazılışında  kolxozçular  dövlətdən  77700000  manatlıq  istiqraz 
almışdılar [104, s.  3„ iş 99, b. 44, v.  20].
Lnkiıı  Intnrcyıılnnı
vd
  isi iq 
razla ra  yazılış könüllü  olsa  da,
əhalini  buna məcbur edirdilər.  Hər şəhər,  rayon,  kənd,  hətta  ailə 
üçün 
plan 
qoyulmuşdu 
və 
ona 
əməl 
etməyənlər 
cəzalandırılırdılar.  Satın  alınmış  istiqrazların  ödənilməsinə  bir 
neçə  il  sonra  başlanmışdı  ki,  o  zaman  onların  dəyəri  tamamilə 
aşağı düşmüşdü.
Muxtar Respublikanın  qadınları  metal  toplanmasında da fəal 
işştirak  edirdilər.  Tumbul  kənd  «8  Mart»  kolxozunun  üzvü 
Səriyyə  Ağayeva  4  kq  mis,  Xavər  Məhərrəmova  1  gümüş  qab, 
kolxoz  sədri  İbadullayeva  30  kq  mis,  5  kq  yun,  kolxozçu 
Məmmədova  1  samovar!  Yenkiçə kəndi  «Sosializm»  kolxozunun 
üzvü  Sona  İbrahimoVa  15  kq  mis  toplamışdı  [129,  194,  6 
sentyabr].
Naxçıvan  qadınlarının  vətənpərvərlik  hərəkatının  ən  nəcib 
formalarından  biri .də  cəbhədə  vuruşan  döyüşçülərin  ailələrinə 
ümumxalq  köməyi  idi.  Onlara  pulla,  odunla,  geyimlə,  ərzaqla, 
məişət  əşyalan  ilə,  yardım  göstərilir,  döyüşçü  arvadları  birinci 
növbədə işə götürülür,  uşaqları  üçün yasli və uşaq bağçaları təşkil
76
I
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə