Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

qəzeti buraxılırdı  [14, s.  60, iş  175, v.  153].
Qeyd edək  ki,  yeni  sovet reciminin  mahiyyətinə uyğun  olaraq, 
qadın  klublarının  fəaliyyətində  əsas  yeri  köhnə  adət-ənənələrə  -  
çoxarvadlılıq,  kiçik  yaşlı  qızların  ərə  verilməsi,  çadra  örtmək, 
ailədə  qadınlara  qarşı  zorakılıq  və  s.  hallara  qarşı  mübarizə 
tuturdu.  Bəzən  bu  mübarizə  nümayişkaranə,' islam  əxlaqına  və 
milli  mentalitetə  zidd  şəkildə  aparıldığından,  əhalinin  hiddət  və 
qəzəbinə səbəb olurdu.  Buna görə də qadınların  klublara və digər 
mədəniyyət  ocaqlarına  cəlb  olunması  prosesi  çox  ləng  gedirdi. 
Partiya  təşkilatlarının  diqtəsi  altında  işləyən  qadın  şuraları  və 
klublarının  işi  bəzən  həmin  qadınların  elementar  hüquqlarının 
pozulmasına 
gətirib 
çıxarırdı. 
Kommunistlərdən, 
komsomolçulardan,  sovet  və  icra  orqanlarında  işləyən ‘kişilərdən 
tələb  edirdilər  ki,  onlar  öz  arvadlarını,  bacılarını  klublara  və 
mədəniyyət  ocaqlarına  getməyə,  çadralarını  atmağa  məcbur 
etsinlər.
Kənd  yerlərində  qadınları  siyasi-maarifləndirmək  və  mədəni 
işlə  əhatə  etmək  üçün  |  daxma-qiratəxanaları,  kitabxanalar, 
qırmızı  güşələr  təşkil  edilirdi.  Bu  mədəniyyət  ocaqları  təbliğat- 
təşviqat və siyasi maarif işinin mərkəzləri  hesab edilir və qadınları 
yeni  cəmiyyət  quruculuğuna  sövq  etmək  məqsədi1 güdürdü. 
Burada  qadınlar  üçün  savad  kursları  təşkil  edilir,  kollektiv 
qəzetlər  oxunur,  onları  kommunist  ruhlu  dərnəklərə  (allahsızlar, 
xor,  hüquqi  savad  və  s.) • yazdırırdılar.  Naxçıvanda  ilk  kəndli 
qadın  güşəsi  Naxçıvan  stansiyasında  (1924  dekabr),  Təzəkənd  və 
Ağdər  (sənəddə  belədir-S.A)  kəndlərində  açılmışdı  (1925  mart) 
[153,  s.  42-43].  1925-ci  ildə  Naxçıvan  ərazisində  20  qiraət  koması 
var idi  ki,  onlar da 7-dən  10-a  qədər yaşayış  məntəqəsinə  xidmət 
edirdilər.  1925-ci  ilin  iyun  ayının  15-də  Naxçıvan  MİK  və  XKS 
1925-1926-cı  illərdə  15  belə  koma  açmaq  haqqında  qərar  qəbul 
etdi  [182,  s.75].  Bə'zi  klub  və qiraət komalarında  kəndli  qadınlar 
,  güşəsi,  savad məktəbləri,  sənətöyrətmə  dərnəkləri  də mövcud  idi. 
Burada  olan  həvəskar  dram  dərnəkləri  faktiki  olaraq  teatr 
məktəbləri rolunu oynayırdılar.
Naxçıvanlı  qadınların  incəsənət və  teatrla bilavasitə  təması  və 
kütləvi  iştirakı  da  məhz  20-ci  illərin  əvvəlinə  təsadüf edir.  Sovet 
hakimiyyəti  qurulduqdan  sonra  Naxçıvanda  ilk  teatr  tamaşası
1920-ci  il  avqustun  12-də  «Hacı  Qara»  komediyası  oldu  ki,  bu

41


tamaşada  qadın  rollarını  yenə  də  kişilər  oynamışdı  və  zalda  bir 
nəfər də olsun qadın yox idi.
Tezliklə  Naxçıvanın  ziyalı  qadınlarından  Xavər  xanım 
Vəlibəyova,  Nəcibə  xanım,  Cənnət  Talıbzadə,  Nazlı  xanım 
Nəcəfova  və  başqalarının  mütərəqqi  işinin  nəticəsində  əvvəlki 
dram dərnəyi  yenidən  bərpa  olundu,  onun ətrafına  onlarca qadın 
yığışdı.
1921- 
ci  ildə  dərnək  tərəfindən  «Arşın  mal  alan»  komediyası 
tamaşaya  qoyuldu.  Tamaşada kişi  rollarını  qadınlar ifa edirdilər. 
Tamaşadan  sonra  aktrisalar  səhnənin  qarşısına  gələrək,  «biz  kişi 
rollarını  da  ifa  etməklə  indiyə  qədər  qadın  rollarını  ifa  edən 
kişilərə  öz  borcumuzu  ödəmək  istəyirik»-  deyə  zaldakılara 
müraciət  etmişdilər  [129,  1974,  19  aprel].  Dram  dərnəyində  fəal 
iştirak  edən  bir  çox  qadınlar  sonradan  Naxçıvan  teatrında 
işləməyə yaşladılar.  Belə  qadınlardan  bin  də  Zina  Budaqova  idi. 
Zina  xanım  uzun  müddət  Naxçıvap  teatrında  çalışmış,  Sevil, 
Amalya, Dezdemona kimi zəngin  xarakterli obrazlar yaratmışdır.
1922- 
ci  ildə  Naxçıvanda  milli  dram  teatrı  fəaliyyətə  başladı. 
Qadınları  teatr  tamaşalarına  cəlb  etmək  üçün  partiya  və  sovet, 
komsomol  orqanları,  qadın  şuraları  qadınlarla  işin  yeni 
metodlarını  axtarıb  tapmalı,  bir  sıra  tədbirlər  həyata  keçirməli 
olurdular.
1921-ci  ilin  aprelində  Naxçıvan  ölkə  fırqə  təşkilatının  qadın 
şöbəsi  və  şəhər  ziyalı  qadınlarının  təşəbbüsü  ilə  qadın  klubunun 
üzvləri qadınlar üçün «Arşın mal alan» musiqili komediyasını gö­
stərdilər,  Tamaşada  kişi  rollarını  da  qadınlar  özləri  ifa  edirdilər. 
Bu  tamaşa  qadınlar  arasında  təbliğat  və  təşviqat  üçün  ən  müna­
sib formalardan biri idi.  Çünki tamaşadan qabaq qadm şöbəsinin 
nıımayənləri,  qadın  klubunun  rəhbərləri  səhnəyə  çıxıb  təbliğat 
aparır  və  qadınları  mübarizəyə,  öz  hüququnu  müdafiə  etməyə 
çağırırdı.  1928-ci  ildə  Səməd  Mövləvinin  recissorluğu  ilə  ilk  dəfə 
Naxçıvanda  «Sevil» pyesi  tamaşaya qoyulur.  Naxçıvan  teatr tari­
xinin  görkəmli  tədqiqatçısı,  uzun  müddət  teaLrın  bədii  rəhbəri  iş­
ləmiş  Əli  Xəlilov  yazirdı  ki,  tamaşa  o  qədər  təsir  bağışlamışdı  ki, 
üçüncü  pərdədə  Sevil  çadranı  Balaşın  üstünə  atarkən,  zalda 
böyük  həyacan  əmələ  gəlmiş,  oradakı  100-ə  qədər  çadralı  qadm 
məhv  olsun  çadra  -   deyərək  öz  örtüklərini  səhnəyə  tullamağa 
başlamışdılar.  Sonradan  onların  bir  çoxu  ərlərindən  qorxaraq
42
I


çadralarını geri alsalar da, 85 çadra siyahıya alınaraq,  teatrın gey­
im otağına təhvil verilmişdi  [31].
1924-cü  ildə  qadın  klubunun  dram  dərnəyində  24  qadın 
iştirak edirdi.  Həmin ildən başlayarq  Naxçıvanda qadınlar nəinki 
kişilərlə  bərabər  tamaşalara  gedir,  həm  də  teatrda  bütün  qadın 
rollarını özləri ifa edirdilər.
Həmin  dövrdə Naxçıvandan  başqa Ordubad,  Culfa,  Şaxtaxtı, 
Noraşen  (Şərur),  Yengicədə  də  xalq  teatrları  fəaliyyət, göstərirdi 
[182, s.  100].
20-ci  illərdə  Naxçıvan  teatrına  gəlmiş  Xədicə  Qazıyeva,  Telli 
Əkbərova,  Məhbubə  Məmmədova,  Səlbi  Əliyeva,  .Səkinə 
Rzayeva,  Zəhra  Xanım,  Asya  Vəzirzadə,  Kiş vər  Axundova, 
Cənnət  Talıbzadə  və  başqaları  Naxçıvan  teatr  tarixində  silinməz 
iz  qoyublar.  Azərbaycanın  xalq  artisti  Xədicə  xanım  Qazıyeva
1927-ci  ildə  teatra  gəlmiş,  60  ildən  çox  Naxçıvan  Teatrında 
çalışmış  və  bu  müddətdə  bir-birindən  dolğun  və  zəngin  obrazlar 
yaratmışdır.
Azərbaycanın xalq artisti  Firuzə xanım Əlixanova  1932-ci ildə 
Ordubaddan  Naxçıvan  teatrına  işə  gələndə  hələ  çadra  başında 
idi.  Məlahətli  səsə  malik  Firuzə  xanım  tez  bir  zamanda 
operalarda  çıxış  etməyə  başladı  və  geniş  tamaşaçı  1 kütləsinin 
rəğbətini  qazandı.  Leyli,  Əsli,  Şahsənəm,  Gülcöhrə,  Gülnaz  kimi 
obrazlar  ona  şöhrət  və  hörmət  gətirdi.  1937-ci  ildə  Azərbaycan 
opera  sənətinin  böyük  ustadı  H.Sərabski  Naxçıvana  qastrola 
gələrkən  Firuzə  xanım  onunla  «Leyli  və  Məcnun»,  «Əsli  və 
Kərəm»,  «Aşıq  Qərib»  operelarmda  çıxış  edir.  O,  bu  müddətdə 
həmçinin  dramatik  rolların  da  fəal  ifaçısı  kimi  şöhrət  tapmışdı 
[132].
Artıq  1928-ci  ildən Naxçıvanda iki  teatr və bir çox  özfəaliyyət 
kollektivlərində  çoxlü  qadınlar  bədii  özfəaliyyətlə  məşğul 
olurdular.
20-ci  illərdən  başlayaraq  Naxçıvanda  qadınların  həyätmdan 
bəhs  edən  ideoloci  xarakterli  bədii  əsərlər,  teatr  tamaşaları 
qoyulmağa  başladı.  Bu  dövrdə  M.S.Ordubadinin  «Toy  gecəsi», 
«Sona  və  Aslan»,  «Arvad»,  «Analıq».  «Beş  manatılq  gəlin», 
G.Məmmədquluzadənin  «İki ər»  və  b.  əsərləri,  H.Cavidin  faciələ­
ri  Naxçıvanda  geniş  yayılmışdı.  Onları  klublarda  qadınlar  üçün 
ucadan oxuyurdular.
 
4 3
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə