Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

4
tədbirlər görüldü. 
j
Azərbaycan  MİK şuralarda  «savadsızlığı  və az savadlılığı ləğv 
etmək  üçün  bölmələrin  yaradılması»  haqqında  qərarına  uyğun 
olaraq  (1936,  27  fevral)  Naxçıvanın  bütün  kənd  şuralarında 
müvafiq bölmələr yaradıldı.  Bu bölmələrə  bütün deputatlar, kənd 
fəalları  cəlb  edilməli  idi.  Naxçıvan  üzrə  bu  rəqəm  5214  adam 
təşkil etdi ki,  bunun  da  1661  nəfəri  (31,8%)  qadın  idi  [101,  s.  1,  iş 
331, 
V. 
7].
1936-cı  ildə  savadsızlığı  ləğv  etmə  ,  məktəblərini  4138, 
azsavadlılar  məktəbini  isə  2012  qadın  bitirmişdi.  1937-ci  ilin 
martında  14-50  yaşlı  savadsızların  siyahıyaalınması  zamanı 
məlum  oldu  ki,  25498  savadsız  və  azsavädlı  əhalinin  11293-ü 
qadındır.  Həmin  il  6154  qadın  savadsızlığı  ləğv  etmə 
məktəblərinə,  1701  qadın  isə  azsavadlılar  üçün  məktəbə  cəlb 
edildi  [94,  s.  1,  iş  181,  v.  7-9].  Nəticədə  1936-cı  ildə  Naxçıvan 
ölkəsində  savadlılığın  səviyyəsi  70%-ə  çatmışdı  [129,  1936,  9 
fevral].  Qadınlar  arasında  savadsızlığın  ləğv  edilməsində  Rübabə 
Tutayeva,  Fizzə  Əliyeva,  Ruqiyyə  Qasımova,  Rübabə  Talıbova, 
Hafizə  Əfəndiyeva,  Leyla  İbrahimova,  Tovuz  Sadıqzadə  və  b. 
mühüm xidmətlər göstərirdilər.
Azərbaycan  K(b)P  MK  katibi  Mir  Cəfər  Bağırov  Naxçıvan 
rəhbərliyinə  göndərdiyi  20  avqust  1937-ci  il  tarixli  teleqramında 
muxtar  bölgədə  1  yanvar  1938-ci  ilə  qədər  savadsızlığın  100% 
ləğv  edilməsini  tələb  etmişdi.  Bu  barədə  Azərbaycan  K(b)P  MK 
XIV  qurultayının  qərarı  da  olmuşdu.  Bu  qərarlara  əsaslanan 
Naxçıvan  MSSR  Ali  Soveti  və  Vilayət Partiya Komitəsi  1938-39- 
cu  dərs  ilində  Naxçıvan  MSSR-da  savadsızlığın  tamamilə  ləğv 
edilməsi  haqqında  16/X-1938  və  25/XI-1938-Cİ  il  tarixli  qərarlar 
da  qəbul  etməyə  məcbur  oldular.  Lakin  buna  baxmayaraq  1938- 
ci  ilin  sonunda  Naxçıvanda  hələ  do  12776'  savadsızdan  6148-i, 
14186  azsavadlı  isə  7988-i  yaşlılar  məktəbinə  cəlb  edilməmişdilər 
[129,  1938,  17 noyabr]. 


Bunun  əsas  səbəbini  isə  «xalq  düşmənlərinin»  rayonlarda 
siyasi maarif işini pozmasında, dövlətin bu sahəyə ayırdığı pulları 
dağıtmasında görürdülər.
1940-cı ildə Naxçıvan  MSSR-də artıq  10853 qadın savad mək­
təbində  oxuyurdu  [129,  1940,  28  iyul,  ].  Artıq  bu  dövrdə  Naxçı­
vanın  demək  olar  ki,  hər  bir  kəndində  qadınlar savad  kurslarına
I
i
I
I


1
cəlb edilmişdilər.
1920-1930-cu  illər  ərzində  bu  sahədə  görülmüş  tədbirlər
Naxçıvan  MSSR-do  qadınlar  arasında  savadsızlığın  minimuma
endirilməsinə  və gələcəkdə  tamamilə  aradan  qaldırılmasına  şərait
yaratdı.  Bu  vəzifənin  yeninə  yetirilməsində  bütün  Azərbaycanda
olduğu kimi,  Naxçıvanda da  1927-ci ildən başlayaraq,  1933-1934-
cü  tədris  ilində  başa  çatmış  iimıımi  icbari  ibtidai  təhsilin  həyata
keçirilməsi  mühüm  rol'  oynadı.  Naxçıvan  MİK  ümumi  icbari
təhsilə  keçməsi  haqqında  planı  1928-ci  ildə  qəbul  etsə  də,  əməli
olaraq  bu, işə  1930-1931-ci  tədris  ilində  başlanıldı.  SSRİ  MİK  və
XKS  14  avqust  1930-cu  il  tarixli  qanununa  və  Azərbaycan  SSR
*
29  avqust  1930-cu  il  tarixli  qərarına əsasən  Naxçıvan  MİK  1930- 
cü  ilin  19  noyabrıhda  «Muxtar  Respublikada  ümumi  ibtidai 
təhsilin  həyata  keçirilməsi  haqqında»  qərar qəbul  etdi  [94,  s.  1,  iş 
9, 
V. 
30].  Həmin  qərara  görə  8-12  yaşlı  bütün  uşaqlar  5  illik 
ibtidai  məktəbə  cəlb  edilməli  idilər.  Qərara  görə,  muxtar 
bölgəninn bir çox şəhər və kəndlərində yeni məktəblər açıldı.
1930-1931-ci  ildə  artıq  699  qız  və  678  oğlan  məktəbə  cəlb 
edildi  ki,  onların  əksəriyyəti  Ordubad  və  Noraşen  rayonlarının 
payına düşürdü [15, s'.  1, iş  177, v.  153].
Ümumi  icbari  təhsili  həyata  keçirmək  üçün  zəruri  müəllim 
kadrlarına  ehtiyacı  nəzərə  alan  Naxçıvan  MSSR  VIII  Sovetlər 
qurultayı  (1931  fevral)  Muxtar  Respublikada  müəllim  hazırlığı­
nın  genişləndirilməsi  barədə  qərar  qəbul  etdi.  1931-32-ci  tədris 
ilində  Naxçıvanda  470  müəllim  (74-ü  qadm  idi),  163  məktəb  və 
16427 (onun 5552 nəfəri qız idi) şagir mövcud idi [103, s.  1, iş 7, v. 
22-25].  Buna  baxmayaraq  Naxçıvanda  bu  dövrdə  müəllim  kadr­
lara,  xüsusən  qadm  müəllimlərə  böyük  ehtiyac  duyulurdu.  Bu 
ehtiyac  kənd  yerlərində  xüsusən  nəzərə  çarpırdı.  Çünki  mövcud 
qadm  müəllimlər  əsasən  şəh'əı*  məktəblərində  işləyirdilər.  Kənd 
əhalisi  isə'  öz  qızlarını  kişi  müəllimlərin  işlədiyi  məktəblərə  bu­
raxmaq istəmirdi.  Bunu  nəzərə  alan  Azərbaycan  höküməti  1930- 
cü  ilin  noyabrında  ^Azərbaycan  SSR  ümumi  icbari  ibtidai  təhsil 
üzrə  məktəblərə  uşaqların  buraxılmasına  görə  məsuliyyət  haq­
qında»  qərar  qəbul  etdi.  Qərarda  uşaqları  məktəblərə  buraxma­
maq üstündə inzibati tədbirlər, o cümlədən, cərimə və hətta icbari 
iş  verilməsi  nəzərdə  tutulurdu  [171,  s.  155].  Müvafiq  qərarı  Na­
xçıvan XKS  və  MİK  də  qəbul  etmişdilər.  Buna  baxmayaraq  qız-
36
I


larin  idtidai  təhsilə  cəlb  edilməsi  qənaətbəxş  deyildi  (1932-1933 
tədris ilində cəmi  31,3%,  15025  azərbaycanlı'şagirddən 4713-ü qız 
idi)  [103,  s.  1,  iş  7, 
V, 
1-5].  Naxçıvan  MSSR  XMK  A.Hüseynov 
Azərbaycan  SSR XMK-dan  buraya  azərbaycanlı  qadın müəllim­
ləri  göndərmək  xahişi  ilə  müraciət  etməli' olmuşdu  [103,  s.l,  iş 
100, 
V. 
3-4].
Yalnız  otuzuncu  illərin  II  yarısından  SSRİ-də  yeddillik  icbari 
təhsilə  keçidlə  əlaqədar  bu  sahədə  dönüş1
  yaranmağa  başladı.
1934-cü  ildə  Naxçıvanda  152  ibtidai  məktəbdə  20343  şagird 
(onların  4483-ü  qız),  44  natamam  orta  məktəbdə  isə  2466  şagird 
(830-ü  qız)  oxuyurdu.  Əhalinin  25,9%-i  savadsız  olaraq  qalırdı 
[129,  1934,  28  iyul].  Bunun  mühümı  səbəblərindən  biri  cahil 
insanlar  mühitində  məktəbyaşlı  qızların  ərə  verilməsi,  onların 
məktəbdən uzaqlaşdırılması və digər mənfi hallar idi.
1937-ci  il  8  iyunda  Naxçıvan  MİK  Rəyasət  Heyəti  Stalin 
rayonunda  qadınlar  arasında  aparılan  işin  vəziyyətini  müzakirə 
edərək  yerli  hakimiyyət  orqanlarının  diqqətini  bir  daha  bu 
məsələyə  yönəltmiş  və  azyaşlı  qızların  nişanlanması,  zorla  ərə 
verilməsi,  götürülüb  qaçırılması,  onların  məktəbə  buraxılmaması 
hallarını  aşkara çıxarıb müqəssirləri  məsuliyyətə  cəlb  etmək  üçün 
hüquq-mühafizə  orqanlarına  tapşırıq  vermişdi.  Qərarda  kənd 
sovet sədrlərinə xəbərdarlıq edilirdi ki,  16  yü^a çatmayan qızların 
ərə verilməsinə  görə  onlar da məsuliyyət  daşıyacaqlar  [129,  1937, 
8  iyun].  Naxçıvan  MSSR  Xalq  Maarif  Korpisşarlığma 
(Q.Məmmədov)  təklif  edilirdi  kj,  bəzi  müəllimlərin  azyaşlı 
tələbələrlə  evlənməsi,  azyaşlı  məktəbli  qızların  nişanlanması 
haqqında  rayon  xalq  maarif şöbələrində, olan  bütün  materiallar 
müəllimlərin  məsuliyyətə  cəlb  olunması  , üçün  prokurorluğa 
verilsin,  iclasda  məktəbyaşlı'  qızların  100,%  təhsilə  cəlb  edilməsi 
məqsədilə 
konkret 
tədbirlərin 
görülməsi 
rayon 
icrayyə 
komitələrinə,  yerli  şüralara  və  maarif  şöbələrinə  bir  vəzifə  kimi 
tapşırıldı  [129,  1937,  8 iyun]. 
ı
Qərardan  sonra  Naxçıvanda  qızların  məktəbdən  kənarlaşdı- 
rılması  halları  bir  qədər  azalsa  da  (1938-ci  ilin  əvvəllərində  Na­
xçıvan  MSSR-da  10287  nəfər  qız  oxuyurdu)  [129,  1938,  8  mart], 
regionun  bir  çox  yaşayış  yerlərində  -  xüsusən  kəndlərdə  qızların 
təhsilə  cəlb  edilməsi  siyasi  və  sosial  problem  olaraq  qalırdı.  Na­
xçıvan  MİK Rəyasət  Heyəti  1938-ci  ilin  iyununda  bu məsələni bir
37


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə