Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

lar,  texniki dərnəklər təşkil edildi.  Qadınlar dünənə qədər ənənəvi 
kişi  peşəsi  sayılan  ixtisaslara  (sürücülük,  mexanizatorluq,  çiling- 
ərlik və s.) kütləvi sürətdə yiyələnməyə başladılar.
SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyətinin  «Müharibə  dövründə 
əmək  qabiliyyətli  şəhər  əhalisnin  istehsalda  və  tikintidə  işləmək 
üçün  səfərbər  edilməsi  haqqında»  13  fevral  1942-ci  il  tarixli 
qərarına  əsasən  Naxçıvanın  məşğul  olmayan  16-55  yaşlı  kişiləri 
və  16-46  yaşmadək  qadınları  səfərbərliyə  almırdılar  [188,  s.  64]. 
Həmin  ilin  aprelində  SSRİ *K S  və  ÜİK(b)P MK  «Şəhərlərdə  və 
kənd  yerlərində  yaşayan  əmək  qabiliyyətli  əhalinin  kolxoz, 
sovxoz  və  MTS-lərə  kənd  təsərrüfatı  işlərinə  səfərbər  edilməsi 
qaydaları  haqqında»  qərar  qəbul  etdi.  Bu  qərara  əsasən 
Azərbacyan  K(b)P  MK  və  XKS  respublikanın  14  yaşından  55 
yaşmadək kişi və  14 yaşından  50 yaşmadək qadın əhalisinin kənd 
təsərrüfatında  mövsümi  işlərə  səfərbər  edilməsi  haqqında  da 
xüsusi  qərar  qəbul  etdi  [170,  s.  78-79].  .Bu  qərarlar  əsasında 
muxtar  bölgənin  yerli  partiya  və  sovet  orqanlarına  7-10-cu  sinif 
şagirdlərini, şəhər və rayon mərkəzlərinin qulluqçularını, evdar və 
məşğul  olmayan  qadınları  kənd  təsərrüfatında  əkin  və  məhsul 
yığımı  zamanı  cəlb  edilməsi  üçün  müvafiq  tapşırıqlar  verildi. 
Ərləri  cəbhədə  vuruşan  qadınların  işlə  təmin  olunması  üçün 
tədbirlər görülürdü.
Naxçıvanda  1942-ci  ildə  509  qadın  par(iya,  sovet,  təsərrüfat 
işində  işləmək  üçün  göndərilmişdir  ki,  onların  413-ü  hərbçi 
ailəsinin üzvləri idilər'[170, s.  151].
Qadın  əməyinin  xalq  təsərrüfatına  tətbiqi  v ə 1 qadınların 
istehsala 
cəlb 
edilməsi 
nəticəsində  'müharibə 
dövründə 
respublikanın  sənaye  və  kənd  təsərrüfatı  müəssisələri  işçi  qüvvəsi 
ilə  demək  olar  ki,  tam  komplektləşdirilmişdi.  Yüngül  və  yeyinti 
sənayesi  sahələrində  qadınların  xüsusi  çəkisi  75-80%-o  çatmışdı. 
1943-cü  ilin  əvvəllərində  Naxçıvanın  rabitə  orqanlarında 
işləyənlərin  60%-ni  qadınlar  təşkil  edirdi  [144,  1943,  14  mart]. 
Əmək  qüvvəsinin  aşağı  düşməsinə,  və  ixtisaslı  kadrların 
çalışmamasına  baxmayaraq  naxçıvanlıların  fədakar  əməyi 
nəticəsində dövlət planları vaxtında yerinə yetirmişdi.1
Müharibə  dövründə  qadınların  ictimai  istehsala  ən  geniş  cəlb 
olunduğu  sahə  kənd  təsərrüfatı  oldu.  Kəndli  qadınların  ictimai 
faydalı  əməyə  cəlb  olunması  nəticəsində  kolxoz  və  sovxozlarda


г
А
demək olar ki,  bütün  təsərrüfat işləri  qadınların əli ilə yerinə yeti­
rilirdi. 

,
Müharibənin  ilk  aylarında  kənd  təsərrüfatında  işləyən 
kişilərin  müharibəyə  səfərbər  edilməsi  və  texnikanın  cəbhənin 
ehtiyacları  üçün  müsadirə  olunması  nəticəsində  kolxoz  və 
sovxozların  onsuz  da  aşağı  olan  maddi-texniki  bazası  və 
mexanizasiya  səviyyəsi  bir  qədər  də  aşağı  düşdü.  1941-ci  ildə 
Naxçıvan MTS-də  120 traktora 56 traktorçu düşürdü [71, s.  186]. 
Belə  şəraitdə  yüksək  məhsul  almağın  yeganə  yolu,  ekstensiv  yol 
olan  əkin  sahələrinin  genişləndirilməsi  və  əmək  məhsuldarlığının 
istehsala  əlavə  işçi  qüvvəsini,  əsasən  də  qadın  və  yeniyetmələrin 
cəlb  edilməsi  hesabına  artırılması •  oldu.  Müharibə  dövründə 
regionda əkin sahələrinin  11  min 41  hektar artırılması nətiəcsində 
əmək  məhsuldarlığı  1945-ci  ildə  1941-ci  ilə  nisbətən  1,5-2,5  dəfə 
artmışdı [97, s.  12, iş 27, v.  8;  56,  1945,  30 aprel].
1944-cü  ildə  dənli  bitkilərin  ümumi  məhsulu  32663  tona 
çatmışdı  və bu,  1940-cı  ildəkindən  16037  ton  artıq  idi.  Müharibə 
dövründə  kolxozlarda qaramalın  sayı  40%,  davarların sayı  120% 
artmışdı.  1944-cü  ildən  sonra  kolxozçuların  gəliri  müharibədən
q n b n q k ı  so viyynd o n  
?,№
  m in  т гш .ч !  nı  lıq   o lm ıııu lıı  (lo q ıih o n   R O %
-S.A.) [56,  1945, 30 aprel].
Lakin  bu  uğurlar  həm  də  sərt  inzibati  idarəçilik  sistemi, 
amansız  əmək  recimi  tətbiq  edilməklə  qazanılırdi.  Əmək 
intizamının  azacıq  pozulması,  işə  gecikməyə  və  digər  xırda 
xətalara  görə  ciddi  cəza  tədbirləri  görülürdü.  Bu  işdə  dövlətin 
inzibati  orqanları,  xüsusən  siyasi  şöbələr  və  partiya  komitələri 
xüsusi fəallıq göstərirdilər.
1942-ci  ilin  fevralında  sovet  rəhbərliyi  kolxozlarda  məcburi 
əmək gününün  1,5 dəfə artılırması haqqında qərar qəbul etdi.
•  «  
ш
UIK(b)P  MK  17  noyabr  1941-ci  il  tarixli  qərarına  əsasən 
Azərabycän  K(b)P  MK  Azərbaycan  Xalq  Torpaq,  Sovxoz  və 
Yeyinti  Sənayesi  Komissarlığı  nəzdində  siyasi  bölmələr,  bütün 
sovxoz  və  MTS-lərdə  isə  siyasi  şöbələr  yaradılmışdı  [170,  s.  79- 
80].  Əslində  bu  şöbələr  əhali  üzərində  total  nəzarət  məqsədi  ilə 
yaradılmışdı.  '
Naxçıvan  əhalisi  sərt  qənaət  recimində  işləyirdi.  Ərzaq  məh­
sulları, şəxsi təsərrüfatda olan heyvanlar, ev əşyaları müharibənin 
ehtiyacları üçün məcburi surətdə müsadirə edilirdi.  Təəssüf ki, bu


I
haqda  indiyə  qədər  obyektiv əsərlər  yazılmayıb.  Lakin  müharibə 
dövrünü  yaşamış  yaşlı  insanların  xatirələri  əhalinin  əsil  vəziyyəti 
haqqında obyektiv mənzərə yaratmağa imkan verir.
Müharibə dövründə kolxozçu  kəndlilər arasında  traktorçular, 
kombaynçılar,  hesabdarlar  və  digər  qeyri-ənənəvi  ixtisaslar  üzrə 
qadın kadrları formalaşmışdı.
MTS-dən cəbhəyə getmiş  traktorçuları əvəz etmək  üçün  1942- 
ci  ilin  yanvar-mart  aylarında  qadınlardan  54  traktorçu  və  42 
nəfər  digər  kənd  təsərrüfatı  maşınları  sürücüsü  hazırlanmışdı. 
1943-cü  ildə  isə  60  traktorçu  hazırlanmışdı  ki,  onun  da  28  nəfəri 
qadın idi [96, s.  3, b.  7, iş  3, v.7].
Əsas  məsələlərdən  biri  də  kənddə  qadınların  rəhbər  vəzifələrə 
irəli çəkilməsi oldu. Qısa niüddət ərzində qadınlar kolxoz və sovet 
sədrləri,,  briqadir,  ferma  müdiri  kimi  məsul  işlərdə  çalışmağa 
başladılar.  Kənd  təsərrüfatı  üçün  rəhbər  kadrların  hazırlanması 
məqsədilə  Naxçıvan  şəhərində  qısa  müddətli  kurslar  təşkil 
edilmişdi.  Məhz müharibə  dövründə 439 briqadir və  1259  manqa 
başçısı hazırlanmışdı ki, onlann çoxu qadınlar idi.
'  Kənddə  məhsul  yığımı  dövründə  şəhərdə  yaşayan  evdar 
qadınlar,  qocalar,  uşaqlar,  müəllimlər,  həkimlər  və  dipər  qovri- 
islehsal  sahələrində  işləyənlər  məcburi  sıırəldə  məhsul  yığımına 
cəlb olunurdular.
Kolxozçu  qadınlar  öz  fədəkar  əməkləri  ilə  Naxçıvanın  və 
Azərbaycanın  kənd  təsərrüfatı  məhsullarına  olan  tələbatının 
ödənilməsində yaxından iştirak etməklə bərabər,  cəbhəyə və azad 
edilmiş rayonlara da maddi kömək göstərirdilər.
Elə bir fəaliyyət sahəsi yox idi ki,  orada qadınlarımızın ümumi 
qələbənin əldə edilməsində rolu olmasm. 
,
Qadınların  ictimai  istelısala  fəal  cəlb  olunması,  onların  əmək 
və  sosial  fəallığının  yüksəldilməsi  nəticəsində  ictimai  istehsaldan 
kənarda  qalan,  məşğul  olmayan  qadınların  xüsusi  çəkisi 
əhəmiyyətli  dərəcədə  azaldı.  Onların  fəhlə  və  qulluqçular, 
kolxozçular  arasında  ümumi  sayı  1943-1944-cü  üdə  1941-ci  ilə 
nisbətən  65%  artmışdı.  Bu  prosesin  mühüm  nəticələrindən  biri 
istehsalın  ənənəvi  olaraq  «kişi»  sahələrində  qadınların  xüsusi 
çəkisinin artması oldu.  Bu isə qadın əməyinin istifadə olunmasına 
münasibətdə 
sosial-psixoloci 
maneələrin 
qismən 
aradan 
qaldırılmasına kömək edirdi.
73


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə