Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

I
Naxçıvanda  müəllim  kadrların  hazırlanmasında  1922-ci  ilin 
avqustunda  çağırılmış  Naxçıvan  müəllimlərinin  I  qurultayı 
mühiim 
rol 
oynadı. 
Qurultayda 
müzakirə 
edilən 
əsas 
məsələlərdən  biri  də  qadın  təhsili  məsələsi  idi  (məruzəçi  XMK 
Ə.Rüstəmov -  S.A.)  [94,  b.  36,  v.  1-11].  Qəbul  edilmiş qətnamədə 
Naxçıvanda  qız  məktəblərinin  təşkili,  onların  hazrlıqlı  müəllim 
kadrları ilə təmin edilməsi, savadsızlığın ləğvi, Naxçıvan, Şərur və 
Ordubad 
şəhərlərində 
qızlarla 
oğlanların 
birgə 
təhsilə 
başlamalları,  qadınların  ictimai  işlərə,cəlb  edilməsi  və  s.  məsələlər 
öz  əksini  tapmışdı.  Qurultayın  qərarina  əsasən  1  noyabr  1922-ci 
ildən Naxçıvanda müəllimlər seminariyası açıldı.
Məlumdur ki, Azərbaycanda ilk qadın  pedaqoqları hazırlayan 
ali  məktəb  -  darulmüəllimat  1920-ci  ildə  Babda  köhnə  Mariinsk 
qız  gimnaziyasının  bazasında  yaradılmışdı.  Bakıdan  sonra 
Gəncədə  və  Şəkidə  də  pedaqoci  qız'məktəbləri  təşkil  edilmişdi. 
Belə  bir  qadın  seminariyamı, -   «Unasiyyə»  məktəbi  1924-cü  ilin 
oktyabrında  Naxçıvanda  da  fəaliyyətə  başladı.  Seminariyaya 
rəhbərlik  H.Z.Tağıyev  qız  məktəbinin  məzunu  N.Nəcəfovaya 
həvalə  olundu.  1925-1926-cı  illərdə  seminariya  qadın  pedaqoci 
texnikumuna  çevrildi.  Bundan  sonra  onun  müdiri  Fatma Əlizadə 
oldu.  Texnikumda  leyli  (pansion)  və  nahari  (günüuzadılmış) 
qruplar var idi.  İlk dövrdə qruplarda  müvafiq olaraq  37 və 20 qız 
təhsil alırdı. Təlim-tərbiyə işini yaxşılaşdırmaq məqsədi ilə burada 
riyaziyyat,'  ədəbiyyat,  ictimaiyyət,  ölkəşünaslıq,  dram,  xor  və  b. 
dərnəklər  yaradılmışdı  [124].  Texnikumun  ilk  buraxılışı  1928-ci 
ildə  oldu.  Bu  tələbələrin  çoxu  Naxçıvanın  uzaq  kəndlərindən 
gəlmişdilər.  Texnikuma  tələbə  qəbul  etmək  o  zaman  çox  müşkül 
bir  məsələyə  çevrilmişdi.  Çünki,  valideyinlərin  çoxu  bu  qapalı 
təhsil  ocağına  öz  qızlarını  buraxmaq  istəmirdilər.  Buna 
baxmayaraq,  artıq  1925-ci ildə burada 80 qız təsil alırdı  [101, s.  1, 
iş  180/307,  v.  18].  Texnikumda  Fatmaxanım  Əlizadə,  Sabirə 
Güləhmədova,  Xədicə  Yusifbəyli,  Şövkət  Mahmudbəyova  və  b. 
qadın müəllimləri  dərs deyirdilər [129,  1972,  13 aprel].
Texnikuma  qədər  Naxçıvan  Xalq  Komissarları  Sovetinin 
(XKŞ)  qərarı  ilə  1922-ci  ilin  noyabrında  həmçinin  qısamüddətli 
qadın-pedaqoci  kursları  da  təşkil  edilmişdi  ki,  bu  kurslarda  qız 
məktəbləri  üçün 60 qadın müəllimə hazırlanmışdı [ 94,  f.  1, s.  1, iş
32
103].


I
5, 
V. 
78].  Pedaqoq  kadrların  hazırlanması  və  ixtisasartırma  kurs­
larına  göndərilməsi  nəticəsində  Naxçıvanda, 1924-1925-cü  tədris 
ilində  müəllimlərin  sayı  1913-1914-cü  illərə  nisbətən  125,4%,
1925-1926  -cı  tədris  ilində  171,4%  artdı  [182,  S;  48].  Əgər  1913- 
1914-cü illərdə Naxçıvanda işləyən müəllimlər  içərisində  azərbay­
canlılar 0,4% təşkil  edirdilərsə,  1925-1926-cı  ildə bu  rəqəm 76,1% 
təşkil edirdi [155, s.  25]. 
1
Ümumiyyətlə, 
20-ci 
illər 
Naxçıvanın 
xalq 
təhsilinin 
inkişafında  mühüm  dövr  oldu. 
Bir  sıra1  çatışmazlıqlara 
baxmayaraq,  1920-1927-ci  illərdə  bölgədə  təhsil  müəssisələri 
şəbəkəsinin  artması,  qadınların savad kurslarına, məktəblərə cəlb 
edilməsi,  pedaqoq  kadrlarının  hazırlanması  sahəsində  ciddi 
uğurlar qazanıldı.  Bununla belə, qeyd etməliyik ki, mövcud şərait 
muxtar bölgənin məktəbləri üçün  kifayət sayda qadın müəllimləri 
hazırlamağa  imkanı  vermirdi. 
Əgər  sovetləşmədən  əvvəl 
Naxçıvanda  iki  qadın  müəllim  var idisə,  1922-ci  ildə  onların  sayı 
cəmi  4  nəfər  idi. 
1928-1929-cu1  tədris'  ilində  Naxçıvan 
məktəblərində  cəmi  64  qadın  işləyirdi  ki,  bu  az  rəqəm  idi.  Yeri 
gəlmişkən,  inqilabdan  əvvəl  və  sovet  hakimiyyətinin  ilk illəritndə 
Naxçıvanda  neçə  qadın  müəllimi  olduğu  haqqında  elmi  ədə­
biyyatda  çox  təzadlı  fikirlər  söylənilir.  Naxçıvan  MSSR-nm 
yubileyinə  həsr  olunmuş  nəşrlərdə  və  bir  çox  məqalələrdə 
Naxçıvanda  inqilabdan  əvvəl  cəmi  iki  qadın  işlədiyi  göstərilir 
(Məsələn,  «Şərq qapısı»,  1939,  9 yanvar;  «Azərbaycan müəllimi», 
1964,  15  oktyabr  və  s.).  «Azərbaycan  müəllimi»  qəzetinin  qeyd 
edilən  nömrəsində  hətta  həmin  müəllimlərin  Nazlı  xanım 
Tahirova  və  Fatma  xanım  Sultanova  olduğu  bildirilir. 
Naxçıvanda xalq təhsili tarixinin  tədqiqatçısı mərhum l.Mollayev 
isə  1920-ci  ildə  və  ondan  əvvəl  Naxçıvanda  3  qadın  müəllim 
olduğunu  -   (N.Tahirova,  Xədicə  və  Tərlan  Səfərəlibəyovalar) 
[129,  1990,  25  mart]  qeyd  edirsə,  digər məqalədə -(129,  1990,  16 
iyul)  bu  üç  müəllimlərin  -   X.Səfə'rəlibəyova,  N.Tahirova  və 
Günəş  Kəngərli  olduğunu  göstərir,  «Şərq  qapısı»  qəzetindəki 
başqa  bir  yazısında  isə  [4  sentyabr  1991]  X.Səfərəlibəyova, 
N.Tahirova-Nəcəfova  və  Leyli  xanımın  Naxçıvanda  qız 
məktəbləri  açaraq dərs dediklərini bildirir.
Naxçıvan  XKS-nin  sədri  H.Sultanovun  Azərbaycan  MİK-ə 
hesabatında  1927-1928-i  illərdə  14  azərbaycanlı  qadın  müəllimi
i
I
i
I


olduğu göstərilirsə [10, f.  37.9, s.  7, iş  1068,  v.  16-22],  bir çox digər 
mənbələrdə  həmin  vaxtda, Naxçıvanda  64  qadın  müəllimin  ol­
duğu qeyd edilir (129,  1935,  30 dekabr].
1927-ci  ildə SSRİ-də «mədəni  inqilab» kursu  irəli  sürüldükdən 
sonra  Naxçıvan  qadınlarının  təhsil  və  mədəni  səviyyəsinin 
inkişafında  yeni  mərhələ  başlandı.  Artıq  bu  dövrdə  Naxçıvan
əhalsinin  12%-i  oxuyub  -   yaza  bilirdi  [94,  s.  1,  iş  33,  v.  1-15].
1928-1929-cu  tədris  ilində  Naxçıvanda  11  qadın  savad  kursu 
açıldı.  Qadınların  arasında  savadsızlığın  ləğvi  məqsədi  ilə  bütün 
ölkədə  olduğu  kimi,  Naxçıvanda  da  mədəni  yürüşlər  təşkil  edildi 
ki,  bu  yürüşün  əsas  iştirakçıları. gənc  müəllimlər  və  tələbələr 
idilər.  Onların  köməyi  ilə  gənc  qadınlar  savadsızlığı  ləğv  edir, 
yerlərdə  qadın  gu^əl'əri,  qiraət  komaları,  nümayəndə-qadın 
yığıncaqları  təşkil edilirdi.  Bu  dövrdə  qadınların  savad  almasına 
kömək etmək məqsədi  ilə  bir çox müəllimlər qısa müddət  ərzində 
müəyyən  sayda  qadınlara  savad  öyrətmək  haqqında  öhdəçilik 
götürürdülər [101,'ş.  1, iş 331/474, v.  30].
30-cu  illərin  əvVəllərindən  başlayaraq  qadınların  savadsızlığa 
ləğvetmə kurslarına cəlb edilmə prosesi gücləndirildi.  Naxçıvanda 
kollektivləşmə  siyasətinin  başlanması  ilə  əlaqədar,  kolxozçu 
qadınlar  arasında  savadsızlığın  ləğv  edilməsi  məqsədi  ilə  bir  sıra 
tədbirlər  görülürdü;  1932-ci  ilin  fevralinda  Naxçıvan  əyalət 
partiya komitəsinin bürosunda kolxozçu qadınlar arasında savad 
kursları  şəbəkəsinin  genişləndirilməsi  haqqında  məsələ  müzakirə 
edildi.  Bu  zaman  artıq  Naxçıvan  MSSR-də  (1932-1933)  6057 
nəfər öz savadsızlığını ləğv etmişdi  [101,  s.  1, iş  120, v.  2].  1933-cü 
ildə  .Naxçıvan  Vilayət  Partiya  Komitəsinin  (VPK)  qərarı  ilə 
muxtar 
bölgədə 
savadsızların 
və 
oxumayan 
uşaqların 
siyahıyaalınması  məqsədi  ilə  qərargah  yaradıldı  (XMK-nın  sədri 
Şıxlmın sədrliyi ilə) [94, s.  1, iş  120, v.  8-9].
1933-1934-cü 
illərdə 
8500 
qadın 
savad 
kursları 
və 
məktəblərində oxuyurdu [106, s.  1,'iş 29, v.  171].
SSRİ  XKS  və  ÜİK(b)P  MK  «savadsızlara  və  az  savadlılara 
savad  öyrədilməsi' üzrə  iş»  haqqında  16  yanvar  1936-cı  il  tarixli 
qərarında SSRİ-də  1936-1937-ci  il  ərzində  50  yaşa  qədər əhalinin 
savadsızliğmı  tamamilə  aradan  qaldırmaq  məsələsi  qoyulmuşdu. 
Buna müvafiq  olacaq Naxçıvan  MSSR-nm kəndlərində yaşlı əha­
linin,  o  cümlədən  qadınların  kurslara  cəlb  edilməsi  ilə  əlaqədaı*
34
I
i


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə