Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə74/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   70   71   72   73   74   75   76   77   ...   80

mədəni  və  siyasi  dəyərlərinin  yayılmasının  mü­
hüm  kanalı kimi çıxış edir. Digər mədəniyyətlərin 
və  sivilizasiyaların  dəyərlərinin  təşviqi  və  yayıl­
ması  üçün  bənzər  vasitələrin  olmaması  dünyanın 
mədəni  və  informasiya  müxtəlifliyinin  sarsılma­
sına,  bütövlükdə  bəşəriyyətin  mədəni  potensialı­
nın yoxsullaşmasma səbəb olur.
Digər tərəfdən  milli  və dini ifratçılıq, lovğalıq, 
mədəni  özgünlüyün  mütləqləşdirilməsi,  ümum- 
diinya  mədəni  proseslərdən  kənarda  dayanmaq 
cəhdləri  də mədəniyyətlərin çarpazlaşmasına  ma­
ne olur.  Milli-mədəni  amillərdən  xalqlar arasında 
ədavəti  gücləndirmək məqsədilə istifadə edilməsi 
cəhdləri  təəssüf  ki,  bu  gün  də  davam  edir.  Buna 
görə də mədəniyyətlərin özünəməxsusluğu ilə on­
ların qarşılıqlı zənginləşməyə açıqlığı arasında op­
timal nisbətin tapılması əsas vəzifələrdən biridir.
Son illər Azərbaycan, onun paytaxtı Bakı şəhəri 
əsl dialoq məkanına çevrilmişdir. 2009-cu ildə Bakı 
İslam  mədəniyyətinin paytaxtı elan edilmiş, İslam 
Konfransı Təşkilatına  üzv  olan  ölkələrin,  eləcə də 
Avropa dövlətlərinin mədəniyyət nazirlərinin top­
lantısı keçirilmişdir. 2008-ci ildə isə bütün ölkələri 
əhatə  edən  beynəlxalq  qadın  konfransı  keçirilmiş 
və mədəniyyətlərarası  dialoqda qadınların roluna 
dair Bakı  Bəyannäməsi qəbul  edilmişdir.  Bununla 
da  siyasi  və  elmi  ədəbiyyatda  "Bakı  prosesi"  adı­
nı  almış  prosesin  əsası  qoyulmuşdur.  Sonrakı 
dövrlərdə  digər  beynəlxalq  tədbirlər  keçirilmiş 
və nəhayət  Bakı  Forumu  artıq bir forum kimi for- •
Sevda Ağamirza qızı Əhədova
malaşmış  və  indi  bu  proses  uğurla  davam  edir 
Azərbaycan  Respublikasının  prezidenti  İlham 
Əliyevin  qeyd  etdiyi  kimi  Bakıda  Humanitar 
Forumun keçirilməsi təsadüfi deyildir. Azərbaycan 
əsrlər boyu  mədəniyyətlərin qovuşduğu  bir diyar 
olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin 
nümayəndələri  Azərbaycanda  bir ailə  kimi,  sülh, 
əmin-amanlıq,  qarşılıqlı  anlaşma  şəraitində  yaşa­
mışlar. Bu müsbət meyllər bu gün də davam edir
gələcəkdə daha da gücləndiriləcək və Azərbaycan 
uğurlu  inkişafını  davam  etdirəcəkdir  [6].  2011-ci 
ilin  aprelində  Ümumdünya  Mədəniyyətlərarası 
Dialoq  Forumunun  da  Bakıda  keçirilməsi,  həmin 
ilin  oktyabrında  Multikulturalizmin  problemlə­
rinə  həsr  edilmiş  forumun  təşkili  Azərbaycanın 
dünya  mədəniyyətlərarası  dialoqda  oynadığı  ro­
lu  bir  daha  sübut  edir.  2011-ci  ilin  aprelində  102 
dövlətin  və  10-dan  artıq  beynəlxalq  təşkilatın 
nümayəndələrinin  iştirakı  ilə  keçirilmiş  Ümum­
dünya 
Mədəniyyətlərarası 
Dialoq 
Forumu­
nun  əsas  məqsədi  mədəniyyətlərarası  dialoqun 
müxtəliflik  və  plüralizmlə  səciyyələnən  müasir 
cəmiyyətlərdə  ayn-ayrı  aspektlərinin  nəzərdən 
keçirilməsi və yerli, regional və qlobal səviyyələrdə 
gücləndirilməsinə  təşviq  edilməsi  olmuşdur. 
Forumun keçirilməsi ideyası Azərbaycana məxsus 
idi  və  o  BMT-nin  Sivilizasiyalararası  Alyansı, 
YUNESKO, Avropa Şurası, AŞ Şimal-Cənub Mər­
kəzi  və  İSESKO  tərəfindən  dəstəklənmişdi.  For­
umda  mədəniyyətlərarası  dialoqun  konseptu-
Müasir dünyada madaniyyatlararas, münasibətlər
305


al,  idarəçilik,  siyasi  və  əməli  aspektləri  müzakirə 
olunmuş,  dialoqa  yönələn  maneələr  nəzərdən 
keçirilmiş,  onun  müxtəlif  mühitlərdə  aparılma­
sının  ən  yaxşı  formalan  diskussiya  obyekti  ol­
muşdur. Əslində belə tədbirlərin keçirilməsi üçün 
Azərbaycanda həm güclü zəmin, həm də əlverişli 
mühit  mövcuddur.  Azərbaycanın  birinci  xanı­
mı,  YUNESKO və  İSESKO-nun  xoşməramlı səfiri 
Mehriban  Əliyevanın  qeyd  etdiyi  kimi,  qədim 
dövrdən  bu  günə  qədər  Azərbaycan  bütün  dün­
yaya açıq olan bir diyar kimi tanmır və ölkəmizdə 
hökm  sürən  yüksək  tolerantlıq  mühitini  insan- 
larımızla  ilk  təmasdan  hiss  etmək  mümkündür. 
Bakıda yanbayan yerləşən müsəlman məscidi, ka­
tolik  kastyolu,  provaslav  kilsəsi,  yəhudi sinaqoqu 
bu  mühitin  həm  sübutu,  həm  də  nəticəsidir  [20, 
2011, 9 aprel].
2011-ci  aprelində  Bakıda  keçirilmiş  Ümum- 
dünya  mədəniyyətlərarası  forumda  çıxışında 
Azərbaycan Respublikası prezidenti İlham Əliyev 
demişdir:  "Biz  istəyirik  ki,  bütün  xalqlar,  bütün 
dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda ol­
sunlar,  bütün  problemləri  açıq  şəkildə  müzakirə 
etsinlər.  Bu  gün  dünyada  qloballaşma  haqqında, 
mədəniyyətlərarası  dialoq  haqqında,  multikultu- 
ralizm haqqında' geniş diskussiyalar aparılır. Mən 
bunu  müsbət  qiymətləndirirəm.  Çünki  bu  mə­
sələlər  ətrafında  daim  fikir mübadiləsi  aparılmış­
dır. Ancaq bir məqsədlə - necə edək ki, xalqlar bir- 
birinə daha yaxın olsunlar. Necə edək ki, dünyada
Sevda Ağamirzə qızı Əhədova
206
dmı  zəmində  qarşıdurma  olmasın,  xalqlar,  sivili- 
zasıyalararası  məsələlər müsbət istiqamətdə inki­
şaf etsin.  Qarşılıqlı  inam  artsın,  qarşılıqlı  hörmət 
artsm [5].
Bakı  Humanitar  Forumu  ən  geniş  humanitar 
məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq 
məclisə  çevrilmişdir.  Mədəniyyətlər,  sivilizasiya­
lar  və  konfessiyalar  arasında  zəngin  əməkdaşlıq 
ənənələri  olan  Azərbaycanda  dünya  miqyasında 
humanitar məsələlərlə bağlı  yeni  bir formatın ya­
ranması  ölkəmizin beynəlxalq mədəni-humanitar 
dialoqda oynadığı rolun mühüm göstəricisidir. Bu 
Forum müasir dövrümüzdə bəşəriyyət qarşısında 
duran  qlobal  çağırışlara  cavab  axtarmaq,  huma­
nitar  əməkdaşlıqla  bağlı  ən  mühüm  məsələlərə 
dair geniş spektrli dialoqlar,  fikir mübadilələri  və 
müzakirələr  aparmaq  üçün  nüfuzlu  elmi-siyasi 
platformadır.
Forumun  həmtəmsilçiləri  Azərbaycan  və  Ru­
siya  prezidentləridir.  201Ö-cu  ilin  yanvarında  iki 
ölkə prezidentinin təşəbbüsü ilə Bakıda keçirilmiş 
Humanitar  Əməkdaşlıq  üzrə  Azərbaycan-Rusiya 
Forumunda qəbul olunmuş qərara  əsasən 2011-ci 
ilin  oktyabrında  "XXI  əsr:  ümidlər  və  çağınşlar" 
şüan altında I Bakı Beynəlxalq Humanitar Forumu 
təşkil olunmuşdu.  Birinci Forumun yekunları, qə­
bul  edilmiş  qərarlar,  Bəyannamə,  əslində  bütün 
mütərəqqi  bəşəriyyətin  gələcəyə  olan  baxışlarını 
ifadə  edirdi.  Bu baxışlar bütün  dünya  xalqlarının 
əməkdaşlığını,  birgə  fəaliyyətini,  qarşılıqlı  anlaş-
207
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə