Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə75/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   72   73   74   75   76   77   78   79   80

ша  meyllərini,  dini,  milli qarşıdurmaların  aradan 
qaldırılması kimi ideyaları əhatə edirdi.
2012-ci ilin oktyabrında keçirilmiş İkinci Forum 
da  beynəlxalq mədəni-humanitar sahədə mühüm 
hadisə  oldu.  Forumda  60-dan  çox  ölkəni  və  7 
mötəbər təşkilatı təmsil edən 700-dək nümayəndə 
iştirak  etmişdi.  Onlardan  10  nəfəri  sabiq  dövlət 
başçısı,  11-i Nobel mükafatı laureatı, 5-i dünyanın 
nüfuzlu fəxri professoru (Emeritus professor). 10-u 
mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər 
vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadim 
idi.  Forum çərçivəsində "postmodernist mədəniy­
yətdə  ənənəvi  dəyərlər  sistemi",  "müasir  KİV-lər 
və  yeni  çağırışlar",  iqtisadi  inkişafın  humanitar 
aspektləri",  "XXI  əsrdə  qloballaşma  proseslərinə 
yeni  metodoloji  yanaşmalar",  "multikultura- 
lizm"  problemlərinə  dair  geniş  fikir  mübadiləsi 
aparılmışdır.  Azərbaycan  paytaxtında  keçirilmiş 
analoqu  olmayan belə  mötəbər  tədbir  təkcə ölkə­
mizin  deyil,  bütün bəşər  sivilizasiyasının tarixinə 
həmişəlik  daxil  olmuş,  bəşəriyyətin  üzləşdiyi  bir 
sıra  problemlərin  həlli  yollarının  tapılması  işinə 
kömək göstərmişdir.
Forum,  qəbul  etdiyi  Bəyannamədə hər  bir  cə­
miyyətin  ənənəvi  xüsusiyyətlərini  nəzərə  alaraq, 
onun  inkişaf  .prosesinin  özünəməxsusluğunun 
və  müxtəlifliyinin  dərk  edildiyini  vurğulaya- 
raq  beynəlxalq  qurumlan  və  müxtəlif humanitar 
təşkilatlan dövlətlər, vətəndaş cəmiyyətləri və kon­
fessiyalar arasında tolerantlıq mühiti yaratmağa və
Sevda Ağamirzə qızı Əhədova
308
sivilizasiyalararası  münaqişələrin  qarşısını  alma­
ğa  xidmət edən  əsil  mədəniyyətlərarası  dialoqun 
gerçəkləşdirilməsi məqsədi ilə forumlar, konfrans­
lar,  müzakirələr,  dəyirmi  masaların  təşkilinə  da­
vamlı olaraq təşəbbüs göstərməyə çağırmışdı [29].
Humanitar məsələlərlə bağlı  yeni format olan 
və  pozitiv  məqsədlər  güdən  "Bakı  prosesinin" 
əhəmiyyəti həm də ondan ibarətdir ki, bəşəriyyətə 
dövlətlərin,  xalqların  və  konfessiyalann  dinc 
birgəyaşayış yollarını  tapmaqda,  dünya birliyinin 
səyləri nəticəsində yeni çağırış və  təhdidləri anla­
maqda,  meylləri  və  perspektivləri  təhlil  etməkdə 
onlara  düzgün  yol  göstərsin.  Dünya  birliyi  öz 
səylərini  çəmləşdirsə,  onun  intellektual  potensia­
lı yeni  minilliyin çağırışlarına  davam  gətirə bilər. 
Bakı Forumunun dəyərliliyi məhz bundadır.
Azərbaycanın mədəniyyətlərarası dialoqda ro­
lunun  artmasında  Heydər  Əliyev  Fondunun  fəa­
liyyəti də mühüm əhəmiyyət kəsb edir. Yarandığı 
2004-cü  ildən  indiyədək  Fondun  təşəbbüsü  və 
dəstəyi ilə birsıra tədbirlər-"Azərbaycan: sivilizasi- 
yalararası dialoqun keçmişi və bu günü", "Gənclər 
sivilizasiyaların  alyansı  naminə"  mövzusunda 
beynəlxalq  konfranslar,  "Mədəniyyətlərarası  dia­
loqda  qadınların  rolunun  gücləndirilməsi"  möv­
zusunda  beynəlxalq  forum,  Dünya  gənclərinin 
4-cü  məşğulluq  sammiti  və  s.  keçirilmişdir.  Belə 
fəaliyyətin nəticəsidir ki, Heydər Əliyev Fondunun 
prezidenti,  millət  vəkili  Mehriban  xanım  Əliyeva 
Azərbaycan  mədəniyyətinin  dünyada  təbliğində,
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Sevda Ağamirzə qızı Əhədova
ölkələr  və  xalqlar  arasında  dostluğun,  mədəniy- 
yətlərarası dialoqun inkişafında göstərdiyi misilsiz 
xidmətlərə  görə  YUNESKO-nun  və  İSESKO-nun 
xoşməramlı səfiri adına, bir çox ölkələrin orden və 
medallarına layiq görülmüşdür.
Mədəniyyətlərin  dialoqu  qanunauyğun  hadi­
sədir.  O,  həmişə  mövcud  olmuşdur,  lakin  onun 
miqyası  və  iştirakçüarı  həm  məkanca,  həm  də 
zamanca  məhdud  olmuşdur.  Lakin  indiki  dialoq 
daha  geniş,  dərin və  çoxcəhətli səciyyə  daşımağa 
başlamışdır.  Mahiyyətcə  bu  dialoqa  indi  bütün 
mövcud mədəniyyətlər cəlb olunmuşdur. Lakin bu 
mədəniyyətlər,  onların  dialoqda  iştirakı səviyyəsi 
də  müxtəlifdir.  Mədəniyyət  subyektlərinin  dia­
loqu qavramaq səviyyəsi də birmənalı deyildir.
Dialoq  xatirinə  dialoq  məhsuldar  və  səmərəli 
ola  bilməz.  O  yalnız  müxtəlif  inkişaf  yollarının 
çarpazlaşdığı,  kəsişdiyi  yerdə  yaranır.  Lakin  dia­
loqa daha çox o zaman ehtiyac yaranır ki, mövcud 
problemləri yalnız bir mədəniyyət, bir sivilizasiya 
çərçivəsində həll etmək mümkün olmur, bir sivili­
zasiyanın, bir mədəniyyətin potensialı buna imkan 
vermədiyindən,  problem  ümumbəşəri  səviyyəyə 
qalxır.
Bu baxımdan Azərbaycan dövlətinin sivilizasi- 
yalararası  və  mədəniyyətlərarası  dialoqu  güclən­
dirmək təşəbbüsləri çox  mütərəqqi hadisə olmaq­
la  bütün  beynəlxalq  ictimaiyyəti  narahat  edən 
məsələlərin həllinə yönəldilmişdir.
Mədəniyyətlərin  dialoqunda  Azərbaycanın
з/О
dünyaya 
inteqrasiyasında 
təhsil 
sahəsində 
beynəlxalq  əməkdaşlıq  mühüm  rol  oynayır. 
Ümummilli liderimiz Heydər  Əliyev  təhsilimizin 
inkişafı  və  beynəlxalq  standartlara  uyğunlaşdı­
rılınası  üçün  birinci  növbədə,  beynəlxalq  təhsil 
əlaqələrinin  genişləndirilməsini,  dünyada  möv­
cud  olan  mütərəqqi  təcrübənin  öyrənilməsini 
və  onun  milli  xüsusiyyətlərimizə  uyğun  gələn 
prinsiplərinin  milli  təhsil  quruculuğunda  geniş 
tətbiq edilməsini tövsiyə edirdi. H.ƏÜyevin təhsil 
strategiyasının əməli nəticəsi olaraq Azərbaycanın 
təhsil sahəsində beynəlxalq əlaqələri  genişlənirdi. 
Bu  əlaqələrin  əsas  istiqamətlərini  tələbə,  şagird, 
magistr hazırlığı mübadiləsi, birgə elmi tədqiqatlar, 
beynəlxalq forumlarda iştirak, beynəlxalq və regi­
onal proqramlara qoşulma və onların işində yaxın­
dan  iştirak  etmək  kimi  məsələlər  təşkil  edirdi. 
Ölkəmizin təhsillə bağlı əksər beynəlxalq konven­
siyalara  qoşulması  təhsil  sahəsində  əməkdaşlığın 
inkişafına öz müsbət təsirini göstərmişdir.
Azərbaycan  təhsil  sisteminin  nümayəndələri 
YUNESKO,  YUNİSEF,  YUNEVOK,  İSESKO, 
Avropa  Təhsil  Fondu,  AŞ  və  Aİ  kimi  nüfuz­
lu  beynəlxalq  təşkilatların  təhsil  problemləri  ilə 
məşğul  olan  qurumların  işində  yaxmdan  iştirak 
edirlər.  Beynəlxalq  təşkilatlarla  əməkdaşlığın 
mühüm  nəticələrindən  biri  də  Avropa  İttifaqının 
maliyyələşdirdiyi TEMPUS/TASİS proqraımlarına 
Azərbaycan  ali  məktəblərinin  cəlb  edilməsi, 
Boloniya sisteminin ölkəmizdə tətbiqidir [40, 389].
з(/
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə