Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə70/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   66   67   68   69   70   71   72   73   ...   80

Müstəqillik  dövründə  ölkəmizin  mövcud  tu­
rizm  potensialının  beynəlxalq  aləmdə  tanıdıl­
ması,  Azərbaycana  çoxsaylı  turist  səfərlərinin 
təşkili,  turizmin  müxtəlif  növlərinin  inkişaf 
etdirilməsi, normativ-hüquqi aktların qəbulu,  tu­
rizm sahəsində kiçik və orta sahibkarlığın inkişa­
fı,  müasir  turizm  infrastrukturunun  yaradılması 
və  ixtisaslı  kadrların  hazırlanması  sahəsində  bir 
çox  mühüm  tədbirlər həyata  keçirilmişdir.  2002- 
ci  ildə  "Azərbaycan  Respublikasında  turizmin 
inkişafına  dair  2002-2005-ci  illər  üçün  Dövlət 
Proqramının" 
Azərbaycan 
Respublikasının 
Prezidenti  tərəfindən  təsdiq edilməsi nəticəsində 
beynəlxalq  arenada  Azərbaycan  turizminin 
təşviqi  istiqamətində müəyyən nailiyyətlər qaza­
nılmışdır.
2001-ci  il  sentyabr  ayında  Dünya  Turizm 
Təşkilatının Baş Assambleyasının XIV sessiyasın­
da'Azərbaycan  Respublikası quruma tamhüquq­
lu üzv qəbul edilmişdir.
Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurul­
ması  və  inkişaf  etdirilməsinin  turizm  siyasətinin 
prioritet  istiqamətlərindən  biri  olduğunu  nəzərə 
alaraq:  Azərbaycan  dövləti  dünyanın  aparıcı 
təşkilatları  ilə  əməkdaşlıq  əlaqələrini  qurmuş, 
fəal  surətdə  turi’zm  sahəsində  həyata  keçirilən 
beynəlxalq  proqramlara  qoşulmuşdur.  Bunun 
nəticəsi  olaraq  Azərbaycan  29  ölkə  ilə  turizm 
sahəsində  əməkdaşlıq  haqqında  hökumətlərarası 
saziş  bağlamış,  ölkəmizin  turizm  potensialı-
Sevda Ağamirzə qızı Əhədova
nm  beynəlxalq  arenada  tanınmasında  mühüm 
irəliləyişə nail olmuş, iştirak etdiyimiz beynəlxalq 
turizm  sərgilərinin  sayı  artmış  və  coğrafiyası 
genişlənmişdir.
Son 5 il ərzində Azərbaycan müxtəlif ölkələrdə 
keçirilən  beynəlxalq  turizm  sərgilərində  işti­
rak  etmiş,  respublikamızın  turizm  potensia­
lı  66  beynəlxalq  sərgidə  nümayiş  olunmuşdur. 
Ölkəmiz  hər  il  20-dən  çox  beynəlxalq  turizm 
sərgisində təmsil olunur.
Hər il Bakıda "АГГҒ" beynəlxalq turizm sərgisi 
keçirilir.  Bu  sərgidə  iştirak  edən  xarici  ölkələrin 
coğrafiyası genişlənir və turizm-şirkətlərinin sayı 
ildən-ilə artır. 2010-cu ildə iştirakçı ölkələrin sayı 
32-yə; şirkətlərin sayı isə 120-yə çatmışdır.
2006-cı ildən başlayaraq dünyanın beynəlxalq 
televiziya kanallarında  respublikanın turizm  po­
tensialını əks etdirən reklam çarxları yayımlanır.
Mehmanxana  biznesində  çalışan  sahibkarla­
rın  maraqlarının  müdafiə"  edilməsi  və  səmərəli 
idarəetmə sisteminin yaradılması məqsədilə 2006- 
cı ildə Azərbaycan Mehmanxanalar Assosiasiyası, 
2008-ci  ildə Azərbaycan Turizm Assosiasiyası ya­
radılmışdır.  2010-cu  ildə  turizm  sahəsində  özəl 
sektorun  işinin  səmərəli  təşkil  olunması  üçün 
adıçəkilən  hər  iki  təşkilat  birləşərək  AZTA  kimi 
fəaliyyət göstərməkdədir.
2010-cu ilin yekunlarına görə ölkədə fəaliyyət 
göstərən turizm şirkətinin sayı 214-ə, mehmanxa­
na  və  mehmanxana  tipli  obyektlərin sayı  477-yə
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


çatmışdır  və  80  faizi  regionlarda  yerləşir.  Bütün 
bunların  nəticəsi  olaraq  Azərbaycana  gələn 
əcnəbi  vətəndaşların  sayı  2010-cu  ildə  2005-ci 
illə  müqayisədə  1,6  dəfə  artaraq 2 milyon nəfərə 
yaxın olmuşdur [56].
Ölkəmizdə son dövrlər turizm infrastrukturu­
nun yaradılması və inkişafı sahəsində bir sıra işlər 
görülməkdədir.  Hazırda  Bakı  şəhərində  müasir 
standartlara uyğun 4 və 5 ulduzlu mehmanxana­
ların  inşası,  paytaxt  və  regionlarda  50-dək  meh­
manxana  və  ona  bərabər  tutulan  yerləşdirmə 
obyektlərinin  tikintisi,  "Şahdağ  Qış-Yay  Turizm 
Kompleksi" kimi böyük layihənin reallaşdırılma­
sı nəticəsində yüksək keyfiyyətli turizm servisinə 
malik olmaq mümkün olacaqdır.
Turizm sahəsində yüksək inkişafa nail olmağın 
əsas yollarından biri də peşəkar kadrlara olan ehti­
yacın təmin edilməsidir. Bu məqsədlə Azərbaycan 
Respublikası  Prezidentinin  sərəncamı  ilə  2006-cı 
ildə  Azərbaycan  Turizm  İnstitutu  yaradılmışdır. 
Hazırda  ATİ-də  1500-dən  çox  tələbə  bakalavr 
pilləsində  təhsil  alır.  İnstitutun  500-dək  məzunu 
ölkənin turizm sənayesində çalışır. Bundan əlavə 
2006-cı  ildə  orta  təhsilli  mütəxəssis  hazırlayan 
Mingəçevir  Turizm  Kolleci  yaradılıb.  Hazırda 
Kollecdə  2100-d'ən  çox  tələbə  təhsil  alır.  Turizm 
kadrlarının peşə hazırlığı səviyyəsinin artırılması­
nı  təmin etmək məqsədilə Bakı şəhərində Turizm 
Peşə Məktəbi fəaliyyətə başlayıb, həmçinin Qusar 
şəhərində  regional  turizm  peşə  məktəbinin  aşıb
г*Го
Sevda Ağamirzə qızı Əhədova
ması nəzərdə tutulmuşdur. Turizm təhsilinin bü­
tün pillələri üzrə artıq bir şəbəkə formalaşıb [75].
Azərbaycanın  turizm  inkişafı  sahəsində  əldə 
etdiyi ən böyük nailiyyətlərdən biri də qış turizm 
növlərinin  inkişaf  etdirilməsi  məqsədilə  Qusar 
rayonunda  dağlıq  ərazidə,  dəniz  səviyyəsindən 
1400-2500  metr yüksəklikdə  ən  müasir  standart­
lara cavab verən  "Şahdağ Qış-Yay İdman Turizm 
Kompleksi" inşa edilmişdir.
Ölkə  rəhbərliyinin  turizmə  göstərdiyi  xüsu­
si  diqqətin başqa bir  məntiqi nəticəsi  2011-ci  ilin 
Azərbaycanda  turizm  ili  elan  edilməsi  ilə  bağlı­
dır.
Lakin turizmin inkişafı və turizm sektorunun 
ölkə  iqtisadiyyatının  aparıcı  sahələrindən  birinə 
çevrilməsi  bu  gün  Azərbaycanda  ən  mühüm 
vəzifə olaraq qarşıda durur. Son illər ölkədə əldə 
olunmuş sosial-iqtisadi irəliləyişlər bu vəzifələrin 
yeni  imkanlara  adekvat  səviyyədə  həllinə  şərait 
yaradır.
Azərbaycan Respublikasında  turizm sektoru­
nun dayanaqlı inkişafını təmin etmək və turizmin 
ölkə  iqtisadiyyatının  aparıcı  sahələrindən  birinə 
çevrilməsinə  nail  olmaq  məqsədilə  Azərbaycan 
Respublikasına  2010-2014-cü  illərdə turizmin  in­
kişafına  dair  Dövlət  Proqramı  qəbul  edilmişdir 
[25].
Proqramda qarşıda qoyulan əsas vəzifələrin sı­
rasında ölkədə turizm infrastrukturunun beynəl­
xalq  tələblər  səviyyəsinə  qaldırılması,  investisi-
гт/
Müasir dünyada mədəniyyətlararası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə