Qurban bayramı



Yüklə 13,44 Kb.
Pdf görüntüsü
tarix20.01.2018
ölçüsü13,44 Kb.
#21641


Qurban bayramı 

 

Bütün müsəlman aləmində Qurban bayramı hər il hicri təqvimi ilə 

Zilhiccə  ayının  10-  cu  günündən  başlayır  və  adətən  3  gün  davam  edir.  

Dini  Qurban  kəsmə  İbrahim  Peyğəmbərin  həyatında  baş  verən 

əhvalatdan  sonra  yaranmışdır.  Beləki,  yuxuda  Allah  (S.  S.)  İbrahim 

peyğəmbərə  oğlu  İsmayılı  qurban  verməyi  (  onların  Allaha  inamını 

yoxlamaq  üçün  )  əmr  etmişdir.  İbrahim  əsl  dindar  kimi  Allahın  əmrini 

yerinə  yetirməyə  hazır  olmuş,  İsmayıl  özü  də  qurban  olmağa 

razılaşmışdır.  Lakin  uca  Allah  bunu  öz  elçisinə  rəva  bilməmiş  və 

qurbanlıq  üçün  ona  bir  qoç  göndərmişdi.  Buna  görə  də  bu  bayramda 

kəsilən qurbana “İsmayıl qurbanı” da demişlər. 

İsmayıl  Qurbanında  kəsilən  heyvanlarda  bir    sıra  şərtlər  vacib 

sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iri buynuzlu dana, yaxud da 

dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna 

görə  qurbanlıq  heyvanın  erkək  olması  daha  üstün  tutulur.  Qurbanlıq 

qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, 

yaxud  dəvənin  bir  yaşı  tamam  olsa,  daha  yaxşıdır.  Qurban  bayramında 

kəsilən  heyvanın  sağlam  olması  da  vacib  şərtdir.  Əzalarında  hər  hansı 

nöqsanı  olan,  buynuzunun,  yaxud  qulağının  biri  olmayan  ,  axtalanmış 

heyvanın  qurban  kəsilməsi    İslam  da  məsləhət  görülmür.  Kəsiləcək 

qurbanlıq  gözəgəlimli  olmalıdır.  Qurbanın  bir  hissəsindən  din 

xadimlərinə  pay  göndərilir,  bir  hissəsi  isə  kasıblara  paylanır.  Hamıya 

bərabər  pay  verilir,  qurban  kəsən  özü  də  bərabər  pay  götürə  bilər.  

Ənənəyə görə  dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu 

gün həmin mərasimlərə dəvət olunurlar. 



 Qurbanlığın  şərtlərindən  bir  də  budur  ki,  qurban  kəsmək  yalnız  buna 

imkanı  olan  varlı  adamların  boynunda  haqdır.  İmkanı  olmayan  adama 

isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan 

almaq  İslamda  təqdir  olunmur,  çünki  bu  bayramın  əsas  mahiyyəti 

zənginlərlə  imkansızların  birliyi,  qardaşlığıdır.  Bu  bayramda  hamı 

sevinməlidir: varlılar- Allaha xoş gedən əməli icra etdikləri və kasıbları 

sevindirdiklərinə görə, kasıblar isə  - dünya nemətindən əldə etdiklərinə 

və başqalarından gördükləri mərhəmətə və qayğıya görə. 

  

Çox  sevdiyi  övladını  Allh  yolunda  qurban  verməyə  hazır  olması 



peyğəmbərin  Allah  qarşısında    imanının,  səmimiliyinin  və  mütiliyinin 

bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə allaha 

imanın,  dərin  etiqatın  nümunəsidir.  Bu  rəvayətin    başqa    bir  fəlsəfi- 

əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban 

kəsilməsi  qəbul  olunmur.    İslama  qədər  bir  çox  dinlərdə  insanları  

qurban  verməyə  ayinlərinə  rast  gəlmək  mümkündür.  Məsələn, 

atəşpərəstlər    insanı  odda  yandırırdılar.  Onlar  bu  yolla  Allaha  yaxın 

olduqlarını  göstərərdilər.  Qədim  Çində  də  insanları  tanrılara  qurban 

vermək  adəti  var  idi.  Bu  ölkədə  təbii  fəlakətlərdən,  daşqınlardan  hifz 

olunmaq üçün uşaqları suya atırdılar. 

 Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  Milli  Məclisin  qəbul 

etdiyi  1992-  ci  il  27  oktyabr  tarixli  “Azərbaycan  Respublikasının 

bayramları  haqqında”  Qanuna    əsasən  qurban    bayramı  ölkəmizdə  də 

dövlət səviyyəsində bayram edilir. 

 Qurbanlıq  o deməkdir ki, insanlar Allahın xoşuna  gələcək bir icra 

edirlər. 



  

Allah kəsilən bütün qurbanlarımızı qəbul etsin! 




 

Yüklə 13,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə