Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə72/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   68   69   70   71   72   73   74   75   ...   80

Qərb  sivilizasiyası  çərçivələrini  aşmasıdır.  İnki­
şaf  modellərinin  və  dəyər  kriteriyalarının  rəqa­
bət  predmetinə  çevrilməsi  bu  prosesin  labüd 
nəticələrindən biridir.  Dünya heç zaman  yekcins 
və  eyni  olmamışdır.  Beynəlxalq  xarakterli  prob­
lemlərin  güc  vasitəsi  ilə  həllinin  mümkünsüz­
lüyünün  dərk  edilməsi  də  mədəniyyətlərarası 
dialoqun  ümidverici  perspektivlərindən  biridir. 
Bu  eyni  zamanda  beynəlxalq  münasibətlərin 
demokratikləşməsinin,  hüquqi  əsaslarının  möh­
kəmlənməsinin,  qlobal problemlərə çoxtərəfli ya­
naşmanın  bərqərar olunması  üçün real  şərait ya­
radır.
BMT  tərəfindən  2010-cu  ilin  "Beynəlxalq  Mə­
dəniyyətlərin  yaxınlaşması  ili"  elan  edilməsi,  bü­
tün beynəlxalq birlik tərəfindən mədəniyyətin mü­
asir  dünyada  rolunun  dərk  edilməsinin  artdığını 
göstərdi.  Ahəngdar  mədəni  dialoq  dövlətlərarası 
ziddiyyətlərin  aradan  qaldırılmasında  mühüm 
vasitə olmaqla yanaşı, həm də milli inkişafın, dövlətin 
təhlükəsizliyinin və rifahirun əsas şərtlərindəndir.
Beynəlxalq mədəni və humanitar əməkdaşlığın 
inkişaf  etdirilməsi,  xalqlar  arasında  qarşılıq­
lı  anlaşmaya  nail  olunması  Azərbaycanın  xarici 
siyasətinin əsas prioritetlərindən biridir.
Müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla 
qarşılıqlı faydalı əməkdaşlığın qurulması, Avroat- 
lantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin 
mənimsənilməsi Azərbaycanın xarici siyasət prio­
ritetləri sırasında mühüm yer tutur.
Sevda Ağamirzə qızı Əhədova
Demokratikləşmə,  insan  hüquq  və  azadlıqla­
rının  etibarlı  təminat  mexanizmlərinin  formalaş­
dırılması,  liberal  dəyərlərin  mənimsənilməsi 
Azərbaycanın xarici siyaSət doktrinasının mühüm 
istiqamətini  təşkil  etsə  də,  müəyyən  dairələrin 
bu  bəşəri  dəyərlərdən  təzyiq  aləti  kimi  istifadə 
edilməsi yolverilməzdir.
Silah gücünə və ya müxtəlif rəngli inqilablarla 
demokratiya toxumu əkmək prinsipi bütövlükdə 
demokratiya ideallarını şübhə altına alır, xalqlara, 
demokratiyaya  inamsızlıq  yaradır,  ümumbəşəri 
dəyərləri vasitəyə çevirərək müəyyən məqsədlərə 
nail olmaq istəyənlərin səmimiliyini şübhə altına 
qoyur [72].
Akademik R.Mehdiyevin qeyd etdiyi kimi in­
kişaf etmiş və demokratik inkişaf yolunda böyük 
təcrübə  qazanmış  Qərb  ölkələrinin  standartları 
ilə  totalitar  rejimlərdən yenicə xilas olmuş,  keçid 
mərhələsini  yaşayan  ölkələrdə  gedən  demokra­
tik  prosesləri  eyniləşdirmək  cəhdi  istənilən  hal­
da  uğursuzluğa  məhkumdur.  Müasir  dünyada 
demokratikləşmə  prosesinin  müəyyən  standart 
tələbləri  olsa  da,  hər  bir  ölkənin  özünəməxsus 
milli  mentaliteti,  tarixi,  sosial-iqtisadi,  siyasi  və 
mədəni inkişaf xüsusiyyətləri,  qeyri-bərabər baş­
lanğıc imkanları nəzərə alınır [61].
Azərbaycanın  mədəniyyətlərin  və  sivilizasi­
yaların  dialoqunda  rolu  və  əhəmiyyəti  onun  ta­
rixi  inkişaf  xüsusiyyətlərini  nəzərə  almaqla başa 
düşülə  və  müəyyənləşdirilə  bilər.  Ölkəmizin  bir
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


mədəni  areal  kimi  təşəkkül  və  inkişaf  tapması 
hər şeydən əvvəl onun coğrafi və geosiyasi şəraiti 
və  malik  olduğu  dəyərlər  sistemi  ilə  sıx  bağlı­
dır.  Şərq  və  Qərb  sivlizasiyalarının  qovuşduğu 
məkanda  yerləşdiyinə  görə  Azərbaycan  uzun 
əsrlər  boyu  müxtəlif  mədəniyyətlər  və  siviliza­
siyalarla  qarşılıqlı  əlaqədə olmuş  və  təsadüfi  de­
yildir ki,  ölkəmizin  ərazisi əsas dünya  dinlərinin 
(islamın, xristianlığın, iudaizmin, atəşpərəstliyin) 
dinc  yanaşı  yaşadığı  nadir  ərazilərdən  biri  sayı­
lır.  Şərq  və  Qərb  sivilizasiyalarını  üzvi  surətdə 
özündə  birləşdirən  Azərbaycanın  bu  ortaq 
mövqeyi onun dəyərlər sistemində hər iki siviliza­
siyanın  dəyərlərinin  sintezinə  daim  meyl  göstər­
məsinə  səbəb  olmuşdur.  Bu  cür  unikal  qarşılıqlı 
təsirin  nəticəsi  olaraq  xalqımız  müxtəlif  etnos­
larla,  konfessiyalarla  və  mədəniyyətlərlə  zəngin 
ünsiyyət  təcrübəsi  əldə etmişdir. Məhz bu unikal 
qarşılıqlı  çulğaşmanın  nəticəsidir ki,  Azərbaycan 
beynəlxalq  arenada  mədəniyyətlərin  dialoqunda 
fəal iştirak etməklə yanaşı,  onun daxilində də bu 
dialoq uğurla davam etdirilir.
Azərbaycanın  bölgədə  artan  rolu  təkcə  onun 
iqtisadi  potensialı,  təbii  ehtiyatları  və ya  əlverişli 
geosiyasi  mövqeyi  ilə  müəyyənləşmir.  Bu  həm 
də  onun  qərb  dəyərlərinə  tolerant  münasibəti, 
demokratik  dəyişikliklərə  sadiqliyi,  siyasi  siste­
mi,  cəmiyyətin  liberal  dəyərlər  üzərində  inkişaf 
etdirilməsi ilə bilavasitə bağlıdır.
Sevda Ağamirzə qızı Əhədova
Azərbaycan  sivilizasiyalararası  yaxınlaşmaya 
kömək  edən  bütün  beynəlxalq  təşəbbüsləri  dəs­
təkləyir  və  bir  sıra  hallarda  bu  dialoqun  təşəb­
büskarı  və  iştirakçısı  kimi  çıxış  edir.  Ölkəmiz 
bu  istiqamətdə  BMT,  Sivilizasiyalar  Alyansı, 
YUNESKO, İSESKO, ATƏT, Avropa Şurası, MDB, 
digər  xüsusi  beynəlxalq  struktur  və  forumlar 
çərçivəsində beynəlxalq dialoqa özlayiqli töhfəsini 
verib  və  verməkdədir.  Azərbaycan  nümayəndə 
heyəti  Sivilizasiyaların  Alyansı  tərəfindən  keçi­
rilmiş  forumlarda,  o  cümlədən  2009-cu  ilin  ap­
relində  İstanbulda  keçirilmiş  II  forumda,  həmin 
ilin  noyabrında  Rabatda  (Mərakeşdə)  Alyansın 
dostları  Qrupunun  əlaqələndirici  iştirakçılarının 
görüşündə,  2010-cu  ildə  Rio-De-Yeneyroda  keçi­
rilmiş III Forumda yaxından iştirak etmişdir.
Mədəniyyətlərarası  dialoq  problemi  ATƏT- 
in  siyasi  gündəliyində  getdikcə daha  çox  yer  tu­
tur. Azərbaycan ATƏT-in Demokratik İnstitutları 
və  İnsan  Hüquqları  üzrə  Bürosu  ilə  bu  sahədə 
yaxından  əməkdaşlıq  edir.  2010-cu  ilin  iyu­
nunda  Qazaxıstanın  paytaxtı  Astana  şəhərində 
"Tolerantlıq  və  qeyri-ayrı-seçkilik"  üzrə  A'İƏT- 
in  yüksək  səviyyəli  konfransında  Azərbaycan 
nümayəndə  heyətinin  iştirakı  mühüm hadisə  ol­
muşdu.
"Sivilizasiyaların  alyansı  Forumu"  2004-cü 
ildə  İspaniyanın  və  Türkiyənin  təşəbbüsü  ilə 
yaradılmış  və  ВМГ-nin  Baş  katibi  tərəfindən 
dəstəklənmişdir.  Həmin  vaxt  Alyansın  dostla-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə