Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə73/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   69   70   71   72   73   74   75   76   ...   80

п  qrupuna  90-a  yaxın  dövlət  və  17  beynəlxalq 
təşkilat daxil  olmuşdu  ki, bunun  nəticəsində  adı 
çəkilən  qurum  sivilizasiyalararası  əməkdaşlıq 
sahəsində  qarşılıqlı  əlaqələrin  ən  nümayəndəli 
mexanizmi  olmuşdur.  Alyansın  sivilizasiyalara- 
rası müxtəlifliyinin qəbul edilməsi və ona hörmət 
prinsipi  əsasında  sülh  və  dialoq  mədəniyyəti 
naminə  birliyə  nail  olmaq çağırışları  bütün  dün­
yada  geniş  əks-səda  doğurmuşdu.  Alyans  yerli, 
milli,  regional və beynəlxalq səviyyədə  "mədəni 
müxtəlifliyin  idarə  edilməsinin  yaxşılaşdırılma­
sı"  məqsədilə  fəaliyyətlərin  koordinasiyasını 
həyata keçirən beynəlxalq təşkilat kimi gələcəkdə 
beynəlxalq mədəni dialoqun yeni paradiqmasınm 
təşəkkül tapmasma çalışır. Əksər iştirakçılar üçün 
Alyansın  gələcəyi  onun  ifadə etdiyi  prinsiplərə - 
mədəni-sivilizasiyon  çoxluğa,  inkişaf  modelinin 
müxtəlifliyinə  və  müxtəlif  dəyərlər  sisteminin 
bərabər  hüquqlara  malik  olmasına  nə  dərəcədə 
sadiq qalacağı ilə ölçülür.  Buna görə də qarşılıqlı 
fəaliyyətdə ön plana qarşılıqlı hörmətə əsaslanan 
dialoq, təcrübə və informasiya mübadiləsi çıxır.
"Sivilizasiyalar  Alyansı"  qarşılıqlı  mədəni 
əlaqələrin  müxtəlif  aspektləri  ilə  məşğul  olan 
digər təşkilat və qurumlar arasında öz yerini  tap­
mağa  çalışır.  Mühüm  cəhət  ondadır  ki,  Alyans 
BMT-nin,  YUNESKO,  İnsan  hüquqları  Şurası, 
Beynəlxalq  Miqrasiya  təşkilatı  və  s.  struktur­
larının  funksiyalarmı  öz  üzərinə  götürmür,  öz 
fəaliyyətində  özünüidarəyə  əsaslanır.  Bununla
Sevda Ağamirzə qızı Əhədova
зоо
M üa sir dünyada
  m ədəniyyətlərarası  m ünasibətlər
yanaşı, Alyansın məqsədləri dövlətlərin qarşılıqlı 
əlaqəsi olmadan mümkün deyildir, buna görə də 
onun BMT ilə fəaliyyətinin koordinasiyası zəruri 
hesab edilir.
Azərbaycan Respublikası dinlərarası və sivili- 
zasiyalararası  dialoqun  genişləndirilməsinin fəal 
dəstəkləyicisi olaraq, Sivilizasiyalararası Alyansa 
qoşulan ilk ölkələrdəndir.
2009-cu ildə Azərbaycan Alyansla münasibət­
lərinin inkişaf planım hazırlamış və bu beynəlxalq 
təşkilata təqdim etmişdir. Planda dövlət və qeyri- 
dövlət  təşkilatlarının,  elm,  mədəniyyət,  din  və 
digər  mülki  cəmiyyət  strukturlarının  Alyansla 
əməkdaşlığının inkişafı üzrə konkret istiqamətləri 
öz əksini tapmışdır. 2011-ci ilin aprelində Bakıda 
keçirilmiş Umumdünya Mədəniyyətlərarası  Dia­
loq  Forumunda  BMT-nin  Sivilizasiyalar  Alyansı 
Katibliyinin icraçı direktoru Mark Şuer iştirak et­
miş,  Azərbaycanın  mədəniyyətlərarası  dialoqun 
təşkilindəki  rolunu  yüksək  qiymətləndirmişdir 
[20, 2011, 8 aprel].
Beynəlxalq  mədəni dialoqun  təşkilində Azər­
baycan AvropaŞurasıiləyaxmdanəməkdaşlıqedir.
Bunun  ən  bariz  nümunəsi  2011-ci  ilin  aprelində 
Bakıda  Ümumdünya  Mədəniyyətlərarası  Dialoq 
Forumunun keçirilməsi və onun AŞPA tərəfindən 
dəstəklənməsi olmuşdur.
Bu  gün  Azərbaycanın  da  təmsil  olunduğu 
Avropa Şurası demək olar ki, bütün Avropa ölkə­
lərini ümumi  dəyərlər və prinsiplər əsasında bir-
30/


ləşdirir.  Siyasi  ideyaların,  mədəniyyətlərin,  dil­
lərin  və  dinlərin  müxtəlifliyi  Avropa  Şurasında 
uğurla  təmsil  olunur.  Onun  ümumi  dəyərləri 
demokratiya,  insan  hüquqları  və  qanunun  əli­
liyidir  ki,  bu  dəyərlər  Avropa  Şurası  İnsan  Hü­
quqları  Konvensiyasının  əsasında  dayanır.  Bu 
dəyərlər  eyni  zamanda  bir  çox  qanunverici­
lik  normalarına,  standartlara,  mexanizmlərə 
və  yaxşı  təcrübəyə  əsaslanır.  Onların  həyata 
keçirilməsi  mədəniyyətlərarası  dialoqun  aparıl­
ması  üçün  ilkin şərtdir.  Siyasi  plüralizm,  fikir və 
ifadə  azadlığı,  insanlar arasında  bərabərlik,  ayrı- 
seçkiliyin  aradan  qaldırılması,  hakimiyyətlərin 
bölünməsi,  qanunverici  əsaslar  -   bütün  bunlar 
mədəniyyətlərarası  dialoqun  çiçəklənməsi  üçün 
şərait yaradan fundamental elementlərdir.
AŞ  Nazirlər  Kabinetinin  eqidası  altında  mə- 
dəniyyətlərarası  dialoqun  dini  ölçüləri  üzrə  illik 
konfranslar  keçirilir.  2010-cu  ilin  sentyabrında 
Makedoniyanm  Oxrid  şəhərində  keçirilmiş  kon­
frans  "Mədəniyyətlərarası  dialoqun,  tolerantlı­
ğın  və  qarşılıqlı  anlaşmanın  irəliləyişində  KİV-in 
rolu:  KİV-nin  ifadə  azadlığı  və  mədəni  və  dini 
müxtəlifliyə  hörmət"  adlanırdı.  Azərbaycan  kon­
fransda  bu  sahədə  ölkədəki  müsbət  təcrübə  haq­
qında  Avropa  Şurası  üzvlərinə  ətraflı  məruzə  et­
mişdir.  Avropa  Şurası  həmin  Avropa  identikliyi- 
nin müasir anlamı problemi üzrə tədbirlər seriyası 
hazırlayıb  həyata  keçirməsi  təşəbbüsü  ilə  çıxış et­
mişdir.
Sevda Ağamirzə qızı Əhədova
зог
Son bir neçə il ərzində AŞ Parlament Assosiasi­
yasının  mədəniyyətlərarası  dialoqa  aid  bir  sıra 
məruzələri dinləmişdir. Həmin məruzələrdə Avro­
pada milli azlıqlar, etnik və dini icmaların vəziyyəti, 
islamla bağlı  vəziyyət,  islamizm  və  islamofobiya, 
ekstremizmə  qarşı  mübarizə,  mədəniyyətlərarası 
dialoqun  dini  elementləri  kimi  mühüm məsələlər 
müzakirə edilmişdir.
2011-ci ilin aprelində AŞPA elm,  təhsil  və mə­
dəniyyət komitəsinin üzvü Anne Brasseurin "Mə- 
dəniyyətlərarası dialoqun dini meyarları" mövzu­
sunda  məruzəsinin  müzakirəsində  Azərbaycanlı 
deputatlar  Səməd  Seyidov,  Qənirə  Paşayeva/ Ra- 
fayel  Hüseynov,  Sevil  Fətəliyeva  xüsusilə  fəallıq 
göstərmiş, Azərbaycanın bu sahədə malik olduğu 
müsbət təcrübəsindən danışmışlar. Qeyd edilmiş­
dir ki, bu gün Azərbaycanda müxtəlif dinlərə qarşı 
mövcud dözümlülük AŞ-nın bir çox üzv ölkələrinə 
əsl nümunə ola bilər [20, 2011,14 aprel].
2011-ci ilin iyun ayında AŞPA-nm yay sessiya­
sında "XXI əsrdə birgə yaşama" mövzusunda de- 
batın  keçirilməsi  mədəniyyətlərin  dialoquna  mü­
hüm  töhfə  vermişdir.  Azərbaycanın  Avropa  Şu­
rasının mədəniyyət, mədəni və təbii irs üzrə direk- 
torluğu  ilə əməkdaşlığı artıq öz müsbət bəhrəsini 
verməkdədir.
Bu  gün  mədəni  müxtəlifliyə  təhlükə yaradan, 
mədəniyyətlərin dialoquna mane olan iki meyl özü­
nü açıq şəkildə göstərir. Bir tərəfdən müasir infor­
masiya texnologiyaları, o cümlədən İnternet Qərbin
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə