Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə71/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   67   68   69   70   71   72   73   74   ...   80

yaların  turizm  sahəsinə  cəlb  edilməsi,  turizm 
xidmətlərinin  beynəlxalq  səviyyəyə  uyğunlaşdı­
rılınası ölkə turizminin rəqabət qabiliyyətinin ar­
tırılmasıdır. Dövlət proqramının nəzərdə tutduğu 
tədbirlərin  istiqamətləri  arasında  Azərbaycanın 
milli-tarixi,  mədəni  və  mənəvi  irsini,  milli  adət- 
ənənələrini  dünyada  təbliğ,  eləcə  də,  turiz­
min  inkişafı  sahəsində  beynəlxalq  əməkdaşlığı 
genişləndirməsi də xüsusi yer tutur.
Bütün  bunlar  dövlət  səviyyəsində  turizm 
sahəsində  göstərilən  diqqət  və  qayğının  bariz 
nümunəsidir.  Son  illərdə  ölkəmizdə  turizmin 
təşviqi ilə bağlı  aparılan işlər, həyata keçirilən is­
lahatlar,  qəbul  edilmiş  qanunvericilik  aktları  tu­
rizm sənayesinin yeni inkişaf mərhələsinə qədəm 
qoyduğunu  göstərir,  hər  il  27  sentyabrda  bütün 
dünyada  olduğu  kimi  Azərbaycanda  da  turizm 
sahəsinin  işçilərinin  peşə  bayramları  -   Dünya 
Turizm  Günü  qeyd  olunur.  Bu  gün münasibətilə 
müxtəlif tədbirlər  həyata  keçirilir,  eyni  zamanda 
yay  turizm  mövsümünün  yekunlaşması  ilə  də 
xarakterizə olunur.
2012-ci  ilin  mayında Azərbaycan çox nüfuzlu 
mədəniyyət tədbirinə -  "Eurovision -  2012" mah­
nı müsabiqəsinə ev sahibliyi etdi. Tədbirin təşkili 
ilə  bağlı  Azərbaycan  Respublikasının  Prezidenti 
İlham Əliyev xüsusi sərəncam imzaladı. Müsabiqə 
Azərbaycanda  turizmin  inkişafında  güclü stimul 
yaratdı.  Bakıda  yerləşən mehmanxana  əməkdaş­
ları  üçün  mehmanxana  idarəçiliyi,  qeyd-qəbul;
Sevda Ağamirzə qızı Əhədova
masa xidməti, xadiməçilik üzrə təlim-tədris kurs­
ları təşkil edilmişdir.
Müxtəlif  çeşidli  ekskursiya  proqramlarının 
təmin edilməsi ilə bağlı işlər görülmüş,  layihələr 
həyata  keçirilmişdi.  Müsabiqə  günlərində  ölkə­
yə giriş məntəqələrində turizm informasiya mər­
kəzləri yaradılmışdı.
Mədəniyyət  və  Turizm  Nazirliyinin  Dünya 
Turizm  Təşkilatı  ilə  əməkdaşlığı  çərçivəsində 
2012-ci  il  sentyabr ayında  turizm  tədbiri -   "İpək 
yolunun  tamı:  kulinariya,  mədəniyyət  və  tu­
rizm"  adlı  beynəlxalq  konfrans  keçirilmişdir. 
Konfransda DTT-nin baş katibi, təşkilatın məruzə­
çiləri ekspertləri, eləcə də İranın, Pakistanın, Gür­
cüstanın,  İspaniyanın,  Cənubi  Koreyanın,  Rusi­
yanın,  Bolqarıstanın,  İsveçrənin,  Belçikanın,  İta­
liyanın,  Türkiyənin,  İngiltərənin,  Özbəkistanın, 
Taylandın,  Fransanın,  Almaniyanın,  Çinin  milli 
turizm  təşkilatlarının  rəhbərləri  və  nümayən­
dələri,  həmçinin  dünyanın  aparıcı  KİV-nin 
təmsilçiləri iştirak edirdilər.
Azərbaycana  gələn  turistlərin  sayında  da 
ilbəil  artım  müşahidə  olunur,  fəaliyyət  göstərən 
turizm  şirkətlərinin  şəbəkəsi  genişlənir.  2012- 
ci  ilin  ilk 6  ayı  ərzində Azərbaycana  gələn xarici 
vətəndaşların  sayı  1.088.823  nəfər  təşkil  edib  ki, 
bu  2011-ci  ilin  müvafiq  dövrü  ilə  müqayisədə 
7,1%  və  ya  72.264  nəfər  çoxdur.  2012-ci  ildə 
ölkəyə gələn 2.239.141 nəfərin 1.836.226 nəfəri tu­
rist kimi səfər etmişdir. 2012-ci ilin 6 aylıq statistik
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


göstəricilərinə  görə  Azərbaycanda  mehmanxana 
və  mehmanxana  tipli  obyektlərin  sayı  506,  ölkə 
üzrə yataq yerlərinin ümumi sayı isə 31.850 nəfər 
olmuşdur.  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
rəsmi  lisenziyası  əsasında  327  mehmanxana,  210 
turizm şirkəti fəaliyyət göstərir [75].
Bu  gün  Azərbaycan  dövləti  iqtisadiyyatın 
qeyri-neft sektorunun inkişafını özünün prioritet 
vəzifəsi  kimi  müəyyənləşdirib.  Son  illərdə  turiz­
min inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə həyata 
keçirilən.siyasət bu  sahənin  ölkə  iqtisadiyyatının 
aparıcı  sahələrindən  birinə  çevriləcəyinə  inam 
yaradır.  Bu  eyni  zamanda  mədəniyyətlərarası 
dialoqda  turizmin  yerinin  daha  da  artmasına, 
Azərbaycanın milli-mədəni nailiyyətlərinin bütün 
dünyada daha geniş təbliğinə təkan verəcəkdir.
Sevda Ağamirzə qızı Əhədova
4 .5 .  A z ə rb a y c a n   m ə d ə n iy y ə tlə ra ra s ı 
d ia lo q d a
D
ünya  bu  gün  qlobal  çağırışlara  və  təh­
didlərə qarşı effektiv cavablar axtarışında, 
bütün  ölkələri  narahat  edən  problemlərin  birgə 
həllinin zəruriliyi qarşısındadır. Kütləvi qırğın si­
lahlarının yayılması, etnik və regional separatizm, 
beynəlxalq  terrorizm,  dini  və  milli  ekstremizm, 
mütəşəkkil  cinayətkarlıq,  yoxsulluq,  epidemi­
yalar, iqlim dəyişməsi, təbii fəlakətlər bu gün ayrı-
ayrılıqda hər bir xalqı, bütövlükdə bütün dünyanı 
narahat  edən  təhlükələrin  heç  də  tam  siyahı  de­
yildir. Bəşəriyyət getdikcə daha açıq şəkildə dərk 
etməyə  başlayır  ki,  dövlətlərin,  xalqların  birgə 
əməkdaşlıq  olmadan,  onlarla  səmərəli  mübarizə 
aparmaq mümkün deyildir. Bunun üçün isə sivi- 
lizasiyalararası  razılıq,  mədəniyyətlərin  dinc ya­
naşı yaşaması, müxtəlif inkişaf modellərinin möv­
cudluğu  və müxtəlif dəyərlər sisteminin bərabər 
hüquqa  malik olmalarının  qəbul edilməsinə  nail 
olunmalıdır.  Başqa  sözlə,  beynəlxalq  səviyyədə 
tolerantlıq və mədəni birgəyaşayış prinsiplərinin 
bərqərar  olması,  dövlətlərarası  münasibətlərin 
ideologiyasızlaşdınlması tələb olunur.
Soyuq müharibənin başa çatması ilə ikiqütblü 
dünyanın  da  sonu  çatmış  oldu.  Müasir,  ədalətli 
və səmərəli polisentrik qlobal idarəetmə sistemi­
nin  formalaşması  prosesinə  ciddi  təsir  göstərən 
amillərdən biri də dünyanın mədəni-sivilizasiyon 
çoxçalarlığıdır, müxtəlifliyidir. Çoxqütblü dünya­
nın təşəkkül tapmaqda olduğunu artıq hamı qəbul 
edir.  Eyni  zamanda  aydın  olur  ki,  dövlətlərin 
qarşılıqlı  asılılığı  getdikcə  artmaqdadır,  onların 
təhlükəsizliyi  və  inkişafı  yalnız  birlikdə  müm­
kündür.
Çoxqütblü dünya nizamının təşəkkül tapması 
prosesi  heç  də  rəvan  getmir,  sivilizasiyalararası, 
mədəniyyətlərarası  ziddiyyətlər  dərinləşir,  et- 
nik-dini  əsasda münaqişə potensialı artır.  Bunun 
əsas səbəblərindən biri qloballaşma proseslərinin
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə