Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə77/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   72   73   74   75   76   77   78   79   80

mışdır.  Bəşəriyyət  bu  mədəniyyətlərin  ümum- 
dünya mədəniyyətində yerini müəyyənləşdirmək 
zəruriyyəti  ilə  üzləşmişdir.  Qloballaşma  etno- 
mədəni  hüquqlara  riayət  edilməsi,  bütün  dün­
ya  xalqlarının  maddi  və  mənəvi  irsinin,  milli 
ənənələrinin öyrənilməsi və möhkəmləndirilməsi 
məsələlərinə  ciddi  diqqət  yetirməyi  vadar  edir. 
Qloballaşmanın  əsas  məqsədi  də  milli  mədə­
niyyətləri  öz  standartlarına  tabe  etdirmək  deyil, 
onlar arasında körpülər qurmaqdan ibarət olma­
lıdır.  Dövlətlər öz mədəniyyətlərini  qloballaşma­
nın neqativ təsirlərindən, "kütləvi mədəniyyətin" 
maliyyə-texnoloji 
müdaxiləsindən 
qorumaq, 
dünyadakı mədəni plüralizmi qoruyub saxlamaq 
üçün bir sıra  addımlar atırlar.  Milli mədəniyyətə 
dövlət dəstəyi cəmiyyətin geniş təbəqələrini milli 
mədəni nemətlərə əlçatarlığıru, hər bir vətəndaşm 
milli mədəniyyətin istehlakçısı olmaq hüququnu 
təmin  etmək,  mədəni  rəqabətdə  onları  qorumaq 
məqsədi güdür.
Bu gün bir həqiqət getdikcə daha çox beyinlərə 
hakim kəsilir ki, heç bir dövlət, xalq, mədəniyyət, 
sivilizasiya  ayrı-ayrılıqda,  təkbaşına  bütün bəşə­
riyyətin  məsuliyyətini  öz  üzərinə  götürüb,  onun 
problemlərini  həll  etmək  iqtidarında  deyildir. 
Zora,  gücə  arxalanan  dünya  düzəninin  perspek­
tivi yoxdur. Tarix dəfələrlə sübut etmişdir ki, heç 
bir  imperiya,  superdövlət  öz  hegemonluğunu 
əbədi saxlaya bilməmişdir. Müasir dünyada hege- 
moniya,  liderlik  uğrunda  mübarizə  bəşəriyyətin <
Sevda Ağamirzə qızı Əhədova
818
məhvinə  gətirib  çıxara  bilər.  Bəşəriyyətin  xilası 
onun  ən  dəyərli  neməti  olan  müxtəlifliyindədir. 
Bəşəriyyətin  mədəni  müxtəlifliyinə  bu  gün  ən 
ciddi  təhlükə  mədəniyyətlərin,  dünyagörüşlərin 
eyniləşməsi,  unifikasiyasıdır.  Bu təhlükənin  qar­
şısını  da  yalnız  birgə  səylərlə  almaq  mümkün­
dür.  Bunun  üçün  bütün  bəşəriyyətin,  xalqların, 
mədəniyyətlərin siyasi, iqtisadi, mənəvi, mədəni, 
humanitar potensialı səfərbər olunmalı, dar milli 
mənafelər  kənara  qoyulmalıdır.  Əslində  söhbət 
bütün  bəşəriyyətin  yeni  inkişaf  paradiqmasmm 
ortaya  qoyulmasından  gedir.  Qloballaşma  şə­
raitində  mədəniyyətlərin  dialoquna,  qarşılıq­
lı  etimada  və  əməkdaşlığına  əsaslanan  ictimai 
münasibətlərin  yeni  paradiqması  kimi  baxmaq 
lazımdır. Bunun üçün hazırda mövcud olan bey­
nəlxalq münasibətlərin  və  dünya  düzəninin  ma­
hiyyəti və strukturu kökündən dəyişdirilməli  və 
humanistləşdirilməlidir.  Zorakı  qloballaşmanı, 
eyniləşməni,  mədəni,  mənəvi  inteqrasiya  əvəz 
etməlidir. Yalnız bu yolla dövrümüzün qlobal ça­
ğırışlarına adekvat cavab vermək mümkündür.
Mühüm  vəzifələrdən  biri  də  məhsuldar 
dialoqa  nail  olmaq  üçün  konstruktiv  forma  və 
vasitələrin  axtarılması,  beynəlxalq  mədəni  həyat 
sahəsində  lokal  və  qlobal  amillərin  optimal  ba­
lansa nail olunmasıdır. Bu hazırda bütün dünya­
nı bürümüş  yeni informasiya  texnologiyalarının, 
miqrasiya  proseslərinin  inkişafı,  geniş  təhsil  və 
mədəniyyət  məkanının  təşəkkül  tapması  və  s.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


faktorlar kontekstində xüsusi önəm daşıyır.
Əlbəttə,  ən  optimal  variant  mədəniyyətlərin 
özünəməxsusluğunu  və müxtəlifliyini  saxlamaq­
la,  qlobal  və  lokal  amillərin  qarşılıqlı  əlaqəsini 
genişləndirməklə  mədəniyyətlərin  universallaş- 
ması ideyasına nail olmaqdır. Bu birinci növbədə 
mədəniyyətlərarası 
qarşılıqlı 
münasibətlərdə 
ümumi  məxrəcə  gəlmək  üçün  hansısa  universal 
dəyərlərə  istinad  edilməsini  nəzərdə  tutur.  Bu 
zaman  biz  onu  da  nəzərdən  qaçırmamalıyıq  ki, 
bu ümumi dəyərlər hər bir mədəniyyətə xas olan 
dəyərlərdir.
Mədəniyyətlər  arasında  fərqlər  həmişə  ol­
muş  və olacaqdır.  Lakin bu  fərqlərə bəşəriyyətin 
inkişafının  hərəkətverici  qüvvəsi  kimi  baxmaq 
lazımdır.  Bu  baxımdan  fərqlilikləri  saxlamaqla 
mədəniyyətlərin  yaxınlaşması  bütün  dünyada 
təhlükəsizliyə, sabit inkişafa və sülhə nail olunma­
nın  zəruri  şərtidir. Bu  gün mədəniyyətlər arasın­
dakı  maneələr  bütün  xalqları  ciddi  düşünməyə 
vadar  etməlidir,  mədəniyyətlərin  qlobal  dialoqu 
buna  görə  də  çox  vacibdir.  Qarşılıqlı  anlaşmaya 
nail  olmaq  üçün  dar  milli  çərçivələrdən  imtina 
etmək,  hər  mədəniyyətin  unikal  dəyərini  saxla­
maqla  mədəniyyətlərin  qlobal  dialoquna  qoşul­
maq tələb olunur'.
Beləliklə,  əsas  vəzifə  milli  mədəniyyətlərin 
dəyərlərini  üzvi  surətdə  özündə  cəmləşdirən, 
onların  zəifləməsi  və  ya  assimilyasiya  edilməsi 
məqsədini  güdməyən  universal  mədəniyyətin
эго
Sevda Ağamirzə qızı Əhadova
təşəkkül  tapmasıdır.  Bu  tip  mədəni  inteqra­
siyanın  əsasmı  bütün  xalqların  özünəməxsus 
mədəni  dəyərlərinin,  onların  mədəni  suveren­
liyinin,  bütövlükdə  dünyanın  mədəni  rənga­
rəngliyinin,  çoxçalarlılığmın  qorunub  saxlanıl­
ması  təşkil  etməlidir.  Buna  isə  yenə  də  yalnız 
mədəniyyətlərarası  məhsuldar  dialoq  vasitəsi 
ilə  nail  olmaq  mümkündür.  Əlbəttə,  bu  zaman 
mədəniyyətlərin  qarşılıqlı  çulğaşması  və  dia­
loqu  xalqların  öz  tarixi-mədəni  köklərindən,  öz 
mənəvi  dəyərlərindən uzaqlaşması üçün əsas ol­
mamalıdır. Bu dialektik məntiqi Azərbaycan Res­
publikasının  Prezidenti  İlham  Əliyev  belə  ifadə 
etmişdir:  Bizim  milli  dəyərlərimiz  ümumbəşəri 
dəyərlər  əsasında  qurulubdur.  Qloballaşan  dün­
yada  xüsusilə  gənç  nəsil  üçün  milli-mənəvi  də­
yərlər  xüsusi  rol  oynayır  və  oynamalıdır.  Hər 
halda  biz  Azərbaycanda  buna  böyük  əhəmiyyət 
veririk  və  onu  da  qeyd  etməliyəm  ki,  başqa 
mədəniyyətə,  dinə,  tarixə 'olan hörmət öz mədə­
niyyətinə, tarixinə və dininə olan hörmətdən baş­
lamalıdır.  Eyni zamanda,  Vətənə  bağlı olmayan, 
vətənpərvərlik  hisslərindən  kənar  olan  insanlar 
başqa  mədəniyyətlərin nümayəndələrini  də lazı­
mi səviyyədə qəbul edə bilməzlər. Onlar, eyni za­
manda, bəzi hallarda başqa mədəniyyətlərə qarşı 
olan hörmətsizliyi də əslində öz mədəniyyətlərinə 
olan hörmətsizlik əsasında qururlar. Ona görə də 
qloballaşan dünyada bu məsələlərə xüsusi diqqət 
göstərilməlidir.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə