Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə76/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   72   73   74   75   76   77   78   79   80

Bölgədə və bütün  dünyada  əməkdaşlığın,  sül­
hün  və  təhlükəsizliyin  tərəfdarı  olan  ölkəmizin 
irəli  sürdüyü  təşəbbüslər  eyni  zamanda  onun 
beynəlxalq  aləmdəki  nüfuzunu  daha  da  artırır. 
Azərbaycan  artıq  mədəniyyətlərarası  inteqrasi­
ya  və  dialoq  problemlərinin  müzakirə  edildiyi, 
mühüm  əhəmiyyətə  malik  beynəlxalq  tədbirlərin 
keçirildiyi  bir  ölkə  kimi  dünyada  tanınmaqdadır. 
Milli və diıri dözümlülüyün,  tolerantlığın mövcud 
olduğu  Azərbaycanda  bu  tədbirlərin  keçirilməsi 
həm  də  ölkəmizin dünyaya nümunə  təşkil etdiyi­
nin əyani sübutudur. Azərbaycanın sürətli inkişafı, 
bütün bəşəriyyətin mənafeyinə xidmət edən daxili 
və  xarici  siyasəti,  dünyada  artmaqda  olan  nüfu­
zu  ölkəmizdə  tərəqqiyə,  sülhə  və  təhlükəsizliyə 
xidmət  edən  beynəlxalq  səviyyəli  tədbirlərin  tez- 
tez keçirilməsinə öz müsbət təsirini göstərəcəkdir. 
Bu isə öz növbəsində qloballaşan dünyada dialoqa, 
qarşılıqlı anlaşmaya kömək edən amillərdir.
Sevda Ağamirzə qızı Əhədova
NƏTİCƏ
Bəşəriyyətin  vahid  sivilizasiyaya  doğru  daha 
sürətlə  irəliləməsi,  yeni  dövlətlərin  yaranması, 
xalqlann  milli  özünüdərkə  və  mədəni  dirçəlişə 
can  atmaları,  sosial-siyasi  və  mənəvi-mədəni 
həyatın  fəallaşması  -   bütün  bunlar  beynəlxalq 
münasibətlərin ümumi kontekstində mədəniyyət­
lərin  dialoqunun,  mədəni  əlaqələrin keyfiyyətcə 
yeni  mərhələyə  qalxmasına  səbəb  olmuşdur. 
Getdikcə  daha  çox  ölkələr  həcmi  və  səmərəliliyi 
nəzərə  çarpacaq  dərəcədə  artan  beynəlxalq 
mədəni əməkdaşlığa qoşulurlar.
Həm  mənəvi  dəyərlər  sistemi,  həm  də  siyasi 
proseslərin  indikatoru  kimi  mədəniyyətin  spesi­
fik rolu getdikcə artmaqdadır. Coğrafi sərhədləri, 
milli,  dini,  sosial  maneələri  qətiyyətlə  aşan  mə­
dəniyyət həm cəmiyyət daxilində, həm də xalqlar 
və dövlətlər arasındakı münasibətlərdə əsas amilə 
çevrilməkdədir.  Hər  bir  insanın,  sosial  qrupun 
həyatirun  ayrılmaz  hissəsi  olan  mədəniyyətlərin 
qarşılıqlı  əlaqəsi  bəşəriyyətin  inkişafının  zəruri 
elementinə çevrilir.
Mədəniyyətlərarası  dialoq,  mədəniyyətlərin 
qarşılıqlı təsiri məsələsi tarixin bütün dövrlərində,


bütün cəmiyyətlərdə ən aktuallıq kəsb edən prob­
lemlərdən  birini  təşkil  etmişdir.  Müxtəlif  mə­
dəniyyətlər  arasmda  qarşılıqlı  anlaşmanın  təmin 
edilməsi  beynəlxalq  münasibətlərin  tənzimlən­
məsinin mühüm siyasi amili kimi çıxış etmişdir. Bu 
məsələdə  mədəniyyətinin  özünün  həlledici  rolu 
danılmazdır. Başqa xalqlarm mədəniyyətini, həyat 
tərzini,  adət-ənənələrini  bilmədən,  bəşəriyyətin 
topladığı  zəngin  mədəni  irsdən  səmərəli  şəkildə 
faydalanmadan,  bütün  dünyada  əməkdaşlığa  və 
tərəqqiyə nail olmaq mümkün deyildir.
Bütün  mədəniyyətlər  rəngarəngliyi,  müxtə­
lifliyi  və  qarşılıqlı  təsiri  ilə  bəşəriyyətin  ümumi 
sərvəti  olduğundan,  hər  bir  mədəniyyət  hörmət 
edilməli  və  o  qorunub  saxlanılmalı  olan  ləyaqət 
və  dəyərə  malikdir.  Böyüklüyündən,  kiçikliyin­
dən,  iqtisadi  gücündən,  yerləşdiyi  coğrafiyadan 
asılı  olmayaraq  hər bir  xalqın  öz  mədəniyyətini 
inkişaf etdirmək hüququ vardır.
Dünyada  sülhün  və  əmin-amanlığın  təmin 
edilməsi,  xalqlar  arasında  dostluq  və  qardaşlıq 
münasibətlərinin  inkişafına  yardım  göstərmək, 
onların  həyat  tərzinin,  mədəniyyətinin  daha 
dərindən dərk edilməsinə nail olmaq, bununla da 
biliklərin  yayılması  və  müxtəlif  mədəniyyətlərin 
zənginləşməsinə  xidmət  etmək  beynəlxalq  mə­
dəni  əməkdaşlığın  əsas  məqsədlərindən  birini 
təşkil edir.
Mədəni əməkdaşlıq bütün xalqlarm, ölkələrin 
hüququ  olduğu  kimi  həm  də  onların  vəzifəsi,
Sevda Ağamirzə qızı Əhadova
зм
borcudur.  Buna  görə  də  xalqlar  malik  olduq­
ları  mənəvi  irsi,  bilik  və  təcrübəni  bir-biri  ilə 
bölüşməlidirlər. Ancaq beynəlxalq mədəni əmək­
daşlıq  həyata  keçirilərkən  onların  hər  birinin 
müstəqilliyinə  və  suverenliyinə,  milli-mədəni 
özünəməxsusluğuna  hörmət  edilməli,  mədəni 
əməkdaşlıqda iştirak edən bütün xalqlann ondan 
faydalanmasma şərait yaradılmalıdır.
Hazırda  qlobal  miqyasda  həyata  keçirilən 
mədəni əlaqələr mədəniyyətin, elmin, təhsilin bü­
tün  sahələrini,  əqli və  yaradıcı  fəaliyyətin bütün 
növlərini əhatə etməkdədir. Ancaq texniki tərəqqi 
ilə mənəvi-intellektual tərəqqi arasında harmoni­
ya təmin edilməli, bunun üçün bütün mədəniyyət 
sahələrinin tarazlı inkişafına nail olunması vacib, 
əsas vəzifələrdən birini təşkil etməlidir.
Mədəniyyət  kollektiv  həyat  fəaliyyətinin  nə­
ticəsi  olsa  da,  onun  daşıyıcıları  ayrı-ayrı  şəxsiy­
yətlərdir.  Buna görə də mədəniyyəti insanlardan 
kənarda  təsəvvür  etmək  mümkün  deyil.  Maddi 
və  mənəvi  predmetləri  və  hadisələri  yaratmaq­
la,  vərdiş  və  bacanğım  inkişaf  etdirməklə  insan 
həm də özü özünü "yaradır".  Mədəniyyətin əsas 
yaradıcısı insan olduğundan, onun əsas determi- 
nantı və məqsədi məhz insana xidmət etməkdən
onun  mənəvi  tələbatlarını  və  maraqlarını  təmin 
etməkdən  ibarət  olmalıdır.  Ona  görə  də  yaşadı­
ğı  yerdən,  milli,  irqi,  sosial  mənsubiyyətindən 
asılı  olmayaraq  mədəni  əməkdaşlıq  hər  bir  in­
sanın  bütün  xalqlann  mədəniyyətindən  zövq
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
315


almaq,  bəhrələnmək,  bəşər  mədəniyyətinin  zən­
ginləşməsinə öz töhfələrini vermək imkanı yarat­
malıdır.
Sosial həyatın aynlmaz hissəsi olan mədəniyyət 
bu  gün  beynəlxalq  münasibətlərin  mühüm  ele­
mentinə  çevrilməkdədir.  Mədəniyyət  sahəsində 
siyasətə dövlətlərin ümumi siyasətinin geniş kon­
tekstində baxılmalıdır. Mədəniyyət təbiəti etibarilə 
ictimai  hadisə,  insarılann birgə  yaradıcılığının  və 
onlann  bir-biri  ilə  qarşılıqlı  təsirinin  nəticəsidir. 
YUNESKO-nun  26  noyabr  1976-cı  il  tarixli  "Xalq 
kütlələrinin  mədəni  həyatda  iştirakı  və  ona 
töhfəsi  haqqında  tövsiyəsi"ndə  qeyd  olunduğu 
kimi,  mədəniyyət  getdikcə  daha  çox  insarılann 
həyatının  mühüm  tərkib  hissəsi,  tərəqqinin  əsas 
amillərindən biri kimi çıxış edir. Cəmiyyətin bütün 
üzvlərinin hərtərəfli və ahəngdar inkişafı və yara­
dıcılıq  imkanlarının  daha  tam  açılması  əsasında 
onun mənəvi potensialının mütəmadi yüksəlişinin 
təmin edilməsi bu tərəqqinin ən vacib şərtidir [82, 
342).
Bəşəriyyətin 
informasiya 
və 
qloballaşma 
dövrünə  qədəm  qoyduğu  müasir  şəraitdə  həm 
beynəlxalq münasibətlərdə, həm də hər bir dövlətin 
daxili  və  xarici  siyasətində  mədəniyyət  amilinin 
əhəmiyyəti  getdikcə  artmaqdadır.  Ən  yeni  infor­
masiya  texnologiyalarına  malik  olan  dövlət  milli 
mədəniyyəti  inkişaf  etdirmək,  yaymaq  və  təbliğ 
etmək  üçün  daha  geniş  imkanlara  malik  olurlar. 
Elm,  təhsil,  bədü  incəsənət  sahəsində  qazanılmış
Sevda Ağamirzə qızı Əhədova
M üa sir dünyada  m ədəniyyətlərarəsı m ünasibətlər
nailiyyətlərin yayılması və populyarlaşdınlması xa­
rici siyasət vəzifələrinin həyata keçirilməsində mü­
hüm vasitəyə çevrilməkdədir.
Hazırda hər bir dövlətin dünyadakı mövqeyi 
və nüfuzu təkcə onun hərbi-siyasi çəkisi, iqtisadi 
resursları  ilə deyil,  həm  də mədəni potensialı  və 
uğurları ilə müəyyən edilir.
Beynəlxalq  mədəni-humanitar  əməkdaşlıq 
Azərbaycan  dövlətinin  beynəlxalq  siyasətinin 
aynlmaz  tərkib  hissəsidir.  Qarşılıqlı  faydalı 
beynəlxalq  mədəni-humanitar  əməkdaşlıq  xari­
ci siyasətin  əsas məqsədlərinə  çatmaqda və  onun 
səmərəliliyinin  artırılmasında  mühüm  töhfə  verə 
bilər.
XXI  əsrin  yeni  çağırışları,  beynəlxalq  müna­
sibətlər  sahəsində  genişmiqyaslı  vəzifələr  mə­
dəni-humanitar əlaqələrin əhəmiyyətini  daha da 
artırır.  Dünyada  çoxqütblülüyün bərqərar  olma­
sı,  qlobal  rəqabətin  artması  mədəni-sivilizasiya 
aspektlərinin  ön  plana  çıxması  ilə  şərtləşir.  Bey­
nəlxalq arenada əsas oyunçular arasında mədəni 
təsir  uğrunda  mübarizə  getdikcə  güclənir,  bu 
mübarizəyə  yeni  güc  mərkəzləri  geniş  cəlb  olu­
nur.  Qloballaşma  təkcə  milli  mədəniyyətlərin 
qarşılıqlı  çulğaşması  və  qarşılıqlı  zənginləşməsi 
ilə deyil, hətta bəzi hallarda xalqların və ölkələrin 
mədəni özünəməxsusluğuna ciddi  təhlükələr ya­
ratmaqla səciyyələnir.
Qloballaşma  milli  və  etnik  mədəniyyətlərin 
taleyi  ilə  bağlı  məsələləri  daha  da  aktuallaşdır-


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə