Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə17/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   13   14   15   16   17   18   19   20   ...   87

Allaha bənzər olurlar, çünki Onu “Olduğu kimi” (1Yəh 3,
2), üz-üzə görürlər» (KKK 1023). Səma əbədi xoşbəxtlik
vəziyyəti   və   yeridir.   Bu   xoşbəxtlik   Müqəddəs  Üqnum,
Bakirə Məryəm, Mələklər və Müqəddəslərlə ünsiyyətdən
ibarətdir.   Burada   insanın   ən   dərin   arzuları   yerinə   yetir.
Səmavi   xoşbəxtliyin   sirri   insan   dərrakəsinin   və
təsəvvürünün   imkanlarından   üstündür.   İsa   səmalar
barədə   təsvirlərlə   danışır,   onu   həyat,   işıq,   dünya,   toy
ziyafəti,   Səmavi   Padşahlığın   şərabı,   Atanın   Evi,   səmavi
Yerusəlim adlandırır. Müqəddəs Pavlos əlavə edir: «Allahın
Onu   sevənlər   üçün   hazırladıqlarını   nə   göz   görüb,   nə
qulaq eşidib, nə də insan ürəyi dərk edib» (1Kor 2, 9).
Göydə   əzab   yoxdur:   «Allah   onların   bütün   göz   yaşlarını
siləcək»   (Vəhy   7,   17).   Müqəddəs   Avqustin   deyir:
«Görəcəyik, sevəcəyik, izzətləndirəcəyik». Allahı olduğu
kimi   görəcəyik,   sonsuzadək   Onun   müqəddəsliyini,
mərhəmətini   və   məhəbbətini   dərk   edəcəyik,   artıq   bu
xoşbəxtliyi   itirməkdən   qorxmadan   Onu   daim   mədh
edəcəyik,   çünki   «daim   Rəblə   olacağıq»   (1Sal   4,   17).
«Müqəddəsləri   görmək,   onların   yanında   olmaq,   Rəbbi
əbədi olaraq görmək necə böyük xoşbəxtlik, necə böyük
sevincdir!» – deyə həmin müqəddəs Avqustin nida edir.
Müqəddəs İohann Xrizostom deyir: «Kitaba yazılmaq və
İsanı Onun izzətinin bütün dolğunluğunda görmək üçün
bizə gündə min dəfələrlə ölmək lazım gəlsəydi, bu böyük
xoşbəxtliyə layiq olmaq üçün biz bunu sevinclə edərdik».
Əraf barədə
«Allahla   lütf   və   dostluqda   ölən,   lakin   tam
təmizlənməmiş  insanlar  –   hərçənd  ki,   əbədi   xilas  onlar
~ 68 ~
68


üçün təmin olunub – səmavi sevincə daxil olmaq üçün
zəruri   olan   müqəddəsliyi   əldə   etmək   məqsədi   ilə
ölümdən   sonra   təmizlənmədən   keçirlər»   (KKK   1030).
Səma Rəbb Allahın və Müqəddəslərin olduğu yerdir, buna
görə də «oraya murdar olan heç bir şey, iyrənc iş görən
və  yalan  danışan  heç kim  əsla  girməyəcək» (Vəhy  21,
27).   Öz   günahlarına   görə   dualar,   mərhəmətli   əməllər,
xəstəliklərin, əzabların və həqarətlərin səbirlə keçirilməsi
və   fədakarlıqla   Rəbbə   əvəz   verməyən   insan   ruhlarının
təmizlənməyə   ehtiyacları   var.   Ərafda   onlar   günah   və
öhdəliyin   yerinə   yetirilməməsi   ilə   Allaha   vurduqları
inciklik   və   təhqirləri   öz   əzabları   ilə   islah   edirlər.   Qeyd
etmək lazımdır ki, insan ruhlarının özləri bu təmizləyici
əzabları   bir   məqsəd   kimi   deyil,   Rəbbi   görməyə   layiq
olmaq üçün zəruri olan bir vasitə kimi arzulayırlar.
Ərafdakı   insan   canlarının   əzablar   çəkməsinin   birinci
səbəbi Allahı görmək və Onunla olmaq həvəsidir, çünki
onlar   Allahı   yer   üzündəkindən   daha   yaxşı   tanıdılar   və
buna   görə   də   güclü   şəkildə   Onunla   birləşməyə   can
atırlar, lakin günah çirkabı onlara maneə törədir. 
Əzabların   ikinci   səbəbi   ruhani   təmizləyici   alovdur.
İman   öyrədir   ki,   ərafın   alovu   çox   təsirli   və   iztirablıdır,
onun gücü  yer üzündəki maddi alovun gücündən daha
çoxdur.
Ərafda   əzab   çəkənlər   təmizlənmə   vaxtının
azaldılmasını   diləyə   bilməzlər,   buna   görə   də   onların
yeganə   ümidi   yer   üzündə   yaşayanlar   və   göydəki
müqəddəslərdir. Ərafda əzab çəkən insan ruhlarına biz,
ilk   növbədə,   Müqəddəs   Messa   Qurbanı   ilə   kömək   edə
bilərik. Bizim xahişimizlə keşiş onların əvəzində Messanı
icra   edir.   Evxaristiya   Qurbanının   təmizlənmə   alovunda
~ 69 ~
69


əzab çəkənlərə daha böyük yüngüllük gətirməsi üçün onu
icra   etdikdə   günahları   etiraf   etməli   və   Evxaristiyada
(Evxaristiya)   iştirak   etmək   lazımdır.   Biz   həmçinin   öz
dualarımız,   səbirlə   əzab   çəkməyimiz   və   mərhəmət
işlərimizlə ərafda əzab çəkən insan ruhlarına kömək edə
bilərik. 
Cəhənnəm barədə
Bəziləri   Rəbb   Allahın   xeyirxahlığını   və   mərhəmətini
əbədi   rədd   olunma   və   əzablar   reallığı   ilə   uyğunlaşdıra
bilmirlər.   Bu   problemi   daha   yaxşı   anlamağa   çalışaq.
Allahın  yaratdığı   hər  şey   yaxşı   və   gözəldir.   Yer  üzündə
mövcud olan şər -   insanların əməlidir. İnsanlar özlərinə
bənzər   olanları   öldürmək   üçün   silah   ixtira   ediblər.
İnsanların ürəklərindən nifrət və paxıllıq gəlir. Mələklərə
və   insanlara   seçim   azadlığı   verən   Allah   onlara   günah
etməməyi əmr etdi və hər şeyi elə təşkil etdi ki, onlar
günah etməyə bilərdilər. Lakin Allah Mələklər və insanları
seçim   azadlığından   məhrum   edə   bilməzdi,   çünki   bu
halda   onlar   düşüncəsiz   (heyvanlar   kimi)   və   sevmək,
xoşbəxt olmağa qadir olmayan məxluqlar olardılar. 
Lüsifer   və   başqa   Mələklərin,   həmçinin   insanların   ilk
günahından   sonra   Allah   yaratdığı   məxluqları   məhv
etmədi.   Öz   müqəddəsliyinə   görə   Allah   düşüncəli
məxluqa onun könüllü və şüurlu seçdiyini verir, lakin onu
məhv etmir. Buna görə də Rəbb günaha batmış Mələkləri
(şeytanları)   xeyirxah   Mələklərdən   ayırdı   və   onların
fəaliyyətini   məhdudlaşdırdı.   Allaha   qarşı   üsyan
qaldırandan  sonra  cəhənnəm artıq  onların  daxilində  idi
və   Rəbb   onları   seçdikləri   vəziyyətdə   həmişəlik
~ 70 ~
70


möhkəmləndirdi. 
Növbəti   həyati   nümunə   bizə   bunu   anlamağa   kömək
edə   bilər:   sakit   və   sülhsevər   ailəyə   bir   sərxoş   gəlir   və
valideynləri   təhqir   etməyə   başlayır,   uşaqlara   pis  şeylər
öyrədir,   qabları   qırır.   Ev   sahibi   bu   insanı   öldürməyə
çalışacaqmı?   Xeyr!   Lakin   o,   sərxoşu   evindən
uzaqlaşdırmaq   üçün   əlindən   gələni   edəcək.   Eləcə   də
bütün məxluqlarının Atası olan müqəddəs və mərhəmətli
Allah Ona  və Müqəddəslərə nifrət  edənləri  Özündən və
Müqəddəslərdən   uzaqlaşdırır.   Şər   ruhlarla   Allah   belə
davrandı,   tövbə   etməyən   günahkarlarla   da   belə
davranacaq.   Beləliklə,   Allahdan   uzaqlaşmanın   nəticəsi
olan cəhənnəm və oradakı əzablar yaranır, çünki Allahsız
xoşbəxtlik   yoxdur   və   ola   da   bilməz.   «Allah   heç   kimi
cəhənnəmə təyin etmir; bunu etmək üçün insan ölümə
aparan   günahı   edərək   öz   iradəsi   ilə   Allahdan   üz
döndərməli   və   həmin   günahda   sona   qədər   davam
etməlidir»   (KKK   1037).   Həvari   Peter   deyir:   «Rəbb   heç
kəsin   həlak   olmasını   istəmir,   amma   hər   kəsin   tövbə
etməsini istəyir» (2 Peter 3, 9).
Cəhənnəmin   olmasını   ədalət   tələb   edir.   Qədim
xalqların   hamısı   şərə   görə   əbədi   cəzaların   mövcud
olmasına inanırdı. Yunan mifologiyası öz oğlunu öldürən
və   ondan   Zevs   üçün   yemək   hazırlayan   padşah   Tantal
barədə bəhs edir. Buna görə o, Qadesdə (cəhənnəmdə)
qurşağa qədər suyun içində dayanır, başının üstündə isə
gözəl   meyvələr   var,   amma   aclıqdan   və   susuzluqdan
əzab   çəkərək   meyvəni   dərmək   üçün   əlini   uzadanda
yaxud su içmək üçün əyiləndə onlar yox olur. Korinf çarı
Sizif çox sayda adam öldürdüyünə görə Qadesdə dağa
böyük   daş   qaldırır,   lakin   zirvəyə   yaxınlaşan   kimi   daş
~ 71 ~
71


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə