Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə22/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   18   19   20   21   22   23   24   25   ...   87

könüllü   istəyi   ilə   keçirilə   bilər.   Vəftizdən   öncə   hər   bir
katexumen   (vəftizə   hazırlaşan)   mütləq   məsihçiliyin
əsaslarını,  Katolik   Kilsəsinin  Təlimini  bilməlidir.   Bununla
bərabər,   o   –   məsihçi   həyatının   mənəvi   dəyərlərindən
xəbərdar olmalı və gələcək həyatını bu dəyərlər üzərində
qurmaq istəyində olmalıdır. 
Adətən   vəftiz   ayini   Müqəddəs   Messa   zamanı   həyata
keçirilir.   Müqəddəs   Yazı   oxunandan   və   vəzdən   sonra
imanlılar   səmadakı   bütün   müqəddəslərlə   birlikdə   vəftiz
olunan   şəxs   üçün   dua   edirlər.   Bu   dua  Litaniya  adlanır.
Bundan sonra keşiş suyun müqəddəs edilməsi üçün onun
üzərinə əllərini uzadıb dua edir. 
Vəftiz   olunan   şəxs   keşiş   və   bütün   imanlıların
qarşısında   şeytandan   və   bütün   şərdən   imtina   edir   və
həvari inam rəmzini bəyan edir. Bu an keşiş vasitəsi ilə
İsa həvarilərə buyurduğu sözlərə əməl edilir: 
«(Adı),   səni  Ata  (suyu   birinci   dəfə   tökür)   və  Oğul
(ikinci  dəfə  tökür)  və  Müqəddəs Ruhun  (üçüncü   dəfə
tökür) adı ilə vəftiz edirəm».  
Vəftizdən   sonra   təzə   məsihçilər   yeni   həyatın   rəmzi
olan  ağ   libasını  gəbul  edib   geyinirlər  və   dünyanın  işığı
olan İsa Məsihini təsvir edən yanan şamı qəbul edirlər. 
Vəftizdən sonra Mirro yağı ilə məshetmə mərasimi ilə
Liturgiya   davam   edir   və   təzə   məsihçi   həyat   gücünün
qidalanması üçün Evxaristiyanı qəbul edir.  
Keşişlə   görüş   mümkün   olmayanda   yaxud   bu
həddindən   çox   çətin   olanda,  ölüm  təhlükəsində
yaxud   çətin   şəraitlərdə  olan   vəftiz   olunmamış
insanı   necə   vəftiz   etmək   olar?   Belə   xüsusi
~ 99 ~
99


vəziyyətlərdə hər kəs vəftiz edə bilər. Bunu necə etmək
olar? 
1. Vəftizi yalnız təqdis olunmuş yaxud adi su ilə etmək
olar ( süd, içki və s. kimi başqa maye ilə vəftiz etmək
olmaz).
2. Vəftiz olmaq niyyətində olan şəxsin şeytandan və
şərdən imtina edilməsini və İsa Məsihə inandığını bəyan
edilməsi.   İmkan   olduqda   birlikdə   «Həvarilərin   İman
Rəmzi» duasını etmək.
3.   Vəftiz   olunan   şəxsin   başına   üç   dəfə   su   tökərək
vəftiz sözlərini demək.
Bu halda vəftiz edənin niyyəti və vəftiz ayini Kilsənin
niyyəti və ayini ilə bir olmalıdır. 
  
   Müqəddəs Fransisk Ksavyerinin tərcümeyi-halından
oxuyuruq ki, bir dəfə bir zəncini vəftiz edəndən sonra o,
kömək edən oğlana təqdis edən suyu Kilsəyə aparmağı
tapşırdı. Lakin oğlan onu yaxınlıqdakı quru ağacın dibinə
tökdü. Bir neçə gün sonra ağac yaşıllaşdı. Məsihə iman
etməyə çətinlik çəkən bu hadisənin şahidlərinə Fransisk
dedi: «Baxın, təqdis edən suyun təsiri ilə ölü ağac necə
canlandı!   Vəftizi   qəbul   edənin   qəlbində   baş   verən
möcüzəni Allah bizə göstərsəydi, biz nə deyərdik?» 
2. MIRRO YAĞI ILƏ MƏSHETMƏ
Hər   kəs   dünyaya     zəif   və   aciz   gəlir,   lakin   tədricən
böyüyür, yetkin olur və öz hərəkətlərinə görə məsuliyyət
daşıyır.   Fizioloji   həyatımızın   inkişafına   bənzər   ruhani
həyatımız da inkişaf etməlidir. Vəftizlə biz Allah övladları
oluruq, lakin həyat yolunda bir çox çətinlik və maneə ilə
~ 101 ~
101


rastlaşırıq:   öz   günahlı   meyllərimiz,   başqasının   pis
nümunəsi,   şər   ruhun   tovlamaları   ruhani   həyatımıza
təhlükə törədir. Buna görə də Rəbb Allah imanımızın və
mənəviyyatımızın   möhkəmliyi   üçün   Müqəddəs   Ruhun
Mirro yağı ilə məshetməsi ayinini təsis etdi. İlk əsrlərdə o
dərhal     Vəftizdən   sonra   icra   edilirdi;   bu   gün   şərq
mərasimlərində   də   belə   icra   edilir.   Latın   mərasimində
Mirro  yağı  ilə məshetmə  böyüklərin  Vəftizi  zamanı  icra
edilir. Uşaq vəftiz olunanda isə Mirro yağı ilə məshetmə
onun yetkin yaşa çatma vaxtına keçirilir. Katolik Kilsəsi
yetkin   yaşı   fiziki   yaxud   hüquqi   mənada   deyil,   mənəvi
mənada   anlayır,   yəni   insan   öz   əməllərinə   görə   tam
məsuliyyəti daşımağa qadir olur. 
Mirro yağı ilə məshetmə ayininin təsisi
İsa   dəfələrlə   Ona   iman   edənləri   möhkəmlətmək,
təqdis etmək və təsəlli vermək üçün gələcək Müqəddəs
Ruh barədə danışırdı: «Vəsatətçi – Atanın Mənim adımla
göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və
söylədiyim bütün sözləri yadınıza salacaq» (Yəh 14, 26).
Diriləndən sonra O, Ruhun enməsini gözləməyi əmr etdi:
«Siz   bir   neçə   gündən   sonra   Müqəddəs   Ruhla   vəftiz
olacaqsınız.  Müqəddəs  Ruh  üzərinizə  enəndə  siz  qüvvə
alacaqsınız   və   Yerusəlimdə,   bütün   Yəhudeya   və
Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər
yerdə   Mənim   şahidlərim   olacaqsınız»   (Həv   1,   5.   8).
Dirilmədən   sonra   əllinci   gün   İsa   vədini   yerinə   yetirdi:
«Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib
onlar (həvarilər) oturan evin hər tərəfini bürüdü. Onlara
göründü   ki,   nə   isə   alov   kimi   dillərə   parçalanaraq   hər
~ 103 ~
103


birinin   üstünə   düşür.   Onların   hamısı   Müqəddəs   Ruhla
doldu   və   Ruhun   danışdırdığına   görə   başqa   dillərdə
danışmağa   başladılar»   (Həv   2,   2-4).   Müqəddəs   Ruh
Həvarilərin ürəklərini canlı iman və məhəbbətlə yandırdı.
Məsihin  əzabları  zamanı  üç  dəfə  Onu  inkar edən  Peter
indi   toplanan   kütlə   qarşısına   çıxdı   və   elə   iman   və
inandırma gücü ilə danışdı ki, üç min insan Müjdəni qəbul
etdi və Vəftiz olunmağı xahiş etdi.
Həvarilər   Müqəddəs   Ruhun   qüdrətini   Vəftizi   qəbul
edənlərə   ötürürdülər.   Müqəddəs  Həvarilərin  İşləri   kitabı
bəhs edir ki, Samariya şəhərinə gələn Həvarilər Peter və
Yəhya   orada   Məsih   imanlılarını   tapdılar,   onlar   yalnız
vəftiz olunmuşdular. Onda «əllərini onların üstünə qoydu
və onlar Müqəddəs Ruhu aldılar» (Həv 8, 17). Bu məhz
bu gün Həvarilərin xələfləri olan Yepiskopların icra etdiyi
Mirro yağı ilə məshetmə Sirri idi. Yepiskopun icazəsi ilə,
həmçinin   vəftiz   olunmuş,   lakin   hələ   Mirro   yağı   ilə
məshetməni   qəbul   etməmiş   adama   ölüm   təhlükəsi
olduğu halda bu ayini keşiş də icra edə bilər. 
Mirro yağı ilə məshetmənin nəticələri
Mirro   yağı   ilə   məshetmə   sirində   Müqəddəs   Ruh
cəsarətlə imanı etiraf və müdafiə etmək, həmçinin ona
uyğun həyat yaşamaq üçün məsihçini möhkəmlədir. Bu
ayini   Vəftizə   əlavə   olaraq   qəbul   etmək   zəruridir,   onun
vasitəsilə   biz   Məsih   və   Onun   Kilsəsi   ilə   daha   yaxından
bağlanırıq.   Ayin   Vəftiz   lütfünün   artmasını   və
dərinləşməsini təmin edir: İlahi övladlıqda bizi daha də-
rindən möhkəmlədir, bizi Məsih və Onun Kilsəsi ilə daha
yaxından   bağlayır,   bizdə   Müqəddəs   Ruhun   Ənamlarını
~ 105 ~
105


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə