Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə19/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   15   16   17   18   19   20   21   22   ...   87

çəkilin önümdən! İblis ilə onun mələklərinə hazırlanmış
olan əbədi alova  yollanın! Çünki  ac  idim,  Mənə yemək
vermədiniz;   susamışdım,   Mənə   su   vermədiniz;   qərib
idim,   Məni   qəbul   etmədiniz;   çılpaq   idim,   Məni
geyindirmədiniz;   xəstə   və   zindanda   idim,   yanıma
gəlmədiniz”. Onda onlar da cavab verib deyəcəklər: “Ya
Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və
yaxud   zindanda   gördük   ki,   Sənə   xidmət   etmədik?”   O
zaman   onlara   cavab   verib   deyəcək:   “Sizə   doğrusunu
deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə
etməmiş oldunuz”. Bunlar əbədi əzaba, salehlərsə əbədi
həyata gedəcək» (Mat 25, 31-46). 
Bu,   ümumi   Məhkəmə   adlanır,   çünki   burada   bütün
insanlar   mühakimə   ediləcək.   Peyğəmbərlər   bu   günü
Dəhşətli Gün, Qəzəb Günü, Qisas Günü, insanlar isə çox
vaxt onu Dünyanın Sonu adlandırırlar, çünki bu, kainatın
və ondakı həyatın indiki yaşayış tərzinin sonu və onun
yeniləşməsi olacaq. 
İnsana   əngəlsiz   xidmət   etmək   üçün   Kainat   ilkin
vəziyyətinə   qaytarılacaq.   Müqəddəs   Peter   deyir:   «Yeni
göyləri və yeni yeri gözləyirik» (2 Peter 3, 13). Müqəddəs
Yazı   yeniləşmiş   kainatı   «Yeni   Yerusəlim»   adlandırır,
burada Allah insanlarla birgə yaşayacaq: «Allah onların
bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas,
nalə   və   ağrı   bir   daha   olmayacaq.   Çünki   əvvəlki   şeylər
keçib getdi» (Vəhy 21, 4).
XX   əsrdə   bir   çox   təriqət   dünyanın   son   gününü   elan
etdi, lakin bu baş vermədi. Bu insanlar Rəbbin adından
deyil, şeytanın ruhunun təsiri altına düşərək öz qürur və
mövhumatları naminə danışırdılar. Bununla insan nəslinin
düşməni dirilmə və əbədi həyat həqiqəti olan imanımızın
~ 76 ~
76


əsas   həqiqətini   lağa   qoymaq   və   məsihçiləri   aldatmaq
istəyir   ki,   onlar   Qiyamət   Gününün   heç   vaxt
olmayacağına   inansınlar.   Lakin   o   mütləq   olacaq,   lakin
insanlardan   heç   kim   o   günü   əvvəlcədən   bilmir   və
bilməyəcək.   Xilaskar   deyir:   «O   günü   və   o   saatı   nə
səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç
kim bilmir» (Мark 13, 32).
Müjdə   Məsihin   tezliklə   gəlişini   və   Sonuncu
Məhkəmənin   əlamətlərini   bildirir:   Müjdənin   bütün
xalqlara  vəz  edilməsi,  yəhudilərin  Məsihi  qəbul  etməsi,
məsihçilərin   bir   çoxunun   imandan   dönməsi,   Məsih
əleyhdarının   gəlməsi,   böyük   təbii   fəlakətlər   və
kataklizmlər.   Lakin   bu   an   insanlar   üçün   gözlənilməz
olacaq. Buna görə də İsa deyir: «Hazır olun, çünki Bəşər
Oğlu gözləmədiyiniz vaxt gələcək» (Mat 24, 44).
Müqəddəs Avqustin «Tövbə» kitabında yazır: «Ya Rəbb,
yalnız Səndən qorxduğuma görə içində yaşadığım günah
uçurumundan çıxmağa məcbur oldum. Sənin Məhkəmən
barədə   bir   anlıq   belə,   unutmurdum.   Bu   fikir   mənə
həddindən   çox   aydın   və   bəlli   idi,   ona   şübhə   edə
bilməzdim.   Özümə   deyirdim:   həyatı   necə   yaşamaq
lazımdır   ki,   sonra   Rəbb   Allah   qarşısında   dayana   bilim?
Mən   Ona   nə   deyəcəyəm?   Aşkar   olan   işlərdən   xəbərsiz
olduğumu   söyləyərək   özümü   doğrulda   bilərəmmi?
Günaha görə cəzanın heç vaxt olmayacağını düşünərək
həyatımı məsuliyyətsiz yaşasam, mənə nə olacaq? İman
etdiyim   kimi   iman   etsəm   və   yaşadığım   kimi   yaşasam,
heç   mərhəmətə   layiq   olacağammı?»   Buna   görə   də
Avqustinin   Allaha   tərəf   dönməsi   səmimi,   həyatı   isə
müqəddəs oldu.
~ 77 ~
77


«AMİN»
Hər  dua  etirafını   bitirdiyimiz   kimi   imanın   da   etirafını
qədim   yəhudi   «Amin»   sözü   ilə   bitiririk.   Bu   söz
möhkəmliyi, etibarlılığı, sədaqəti göstərir və «həqiqətən,
düzgün, bu baş versin» kimi tərcümə edilə bilər. «Amin»
İman   Etirafının   əvvəlində   olan   «İman   edirəm»   ifadəsini
təsdiqləyir.   İnanmaq     -   Allahın   sözlərinə,   vədlərinə   və
əmrlərinə   «Amin»   deməkdir.   İnanmaq   özünü   Həqiqət
olan Şəxsə etibar etmək deməkdir. İsa Məsih deyir: «Yol,
Həqiqət və Həyat Mənəm» (Yəh 14, 6).
~ 78 ~
78


II-ci HİSSƏ
Məsihçi ayinlərində
(sirrlərində) iştirak
~ 79 ~
79


~ 80 ~
80


«Gedib   yuyundum   və   gözlərim   açıldı»   (Yəh   9,
11)
Bu   kitabın   əvvəlində   danışdığımız   kor   adam   çox
güman ki Məsihin onun üçün nə etdiyini heç anlamırdı.
Məsih   onun   gözlərinə   palçıq   sürtdü   və   ona   Şiloah
hovuzunda yuyunmağı əmr etdi. İsa əllərini onun başına
qoymadı,   böyük   və   gözəl   dualar   etmədi,   yalnız
tüpürcəyini   torpaqla   qarışdıraraq   ona   toxundu.   Bu,   kor
adamdan   təvazökarlıq   və   Məsihə   etibar   etməsini   tələb
edən   sadə,   maraqsız   və   hətta   qəribə   hərəkət   idi.   O,
Rəbbə   etibar   etdi   –   sözə   baxdı,   getdi   və   Şiloah
hovuzunda yuyundu. Orada onun gözləri açıldı.
Etiqad insanı hərəkətsiz qoymur, onu hərəkət etməyə
məcbur   edir.   İman   da   hərəkətsiz   qala   bilməz.   İnsanın
həyatında   iman   işlərini   görmürüksə,   onun   ürəyində   də
iman yoxdur, hətta o bizə imanlı olduğunu inandırmağa
çalışsa   da.   İman   həyatın   yenilənməsinə   –   tövbəyə   və
xeyirxah   işlərə   aparır,   lakin   ilk   növbədə   iman   məsihçi
ayinlərində,   Liturgiyada   iştiraka   və   dua   etməyə
istiqamətləndirir.
Müqəddəs   Ruhun   enməsindən   başlayaraq,   Məsih
Kilsəsi   dünyada   canlı   Allahın   əlaməti   oldu.   Kilsədə   İsa
Məsih zahirə  çıxarır,  həyata keçirir və liturgiya xidməti
vasitəsilə   Öz   xilas   işini   ötürür.   Liturgiya   zamanı   Kilsə
Müqəddəs Ruhda Oğul vasitəsilə Allahı izzətləndirir.
İmanlı   tək   qala   bilməz   –   o,   imanlılar   cəmiyyətini
axtarır,   buna   görə   də   müntəzəm   surətdə  
bazar
 

bayram   günlərində   Liturgiyada   iştirak   etməyə   başlayır.
Müqəddəs Messa və Evxaristiyaya münasibət İsa Məsihə
olan   münasibətə   bərabərdir.   Rəbbi   sevən   şəxs  
bazar
~ 81 ~
81


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə