Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə23/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   19   20   21   22   23   24   25   26   ...   87

artırır,   bizə   xüsusi   qüdrət   verir   ki,   biz   cəsarətlə   imanı
etiraf edə bilək, onu müdafiə edək, onu sözlə və nümunə
göstərməklə   yayaq   və   heç   vaxt   Məsihdən   və   Onun
Çarmıxından utanmayaq.
Mirro   yağı   ilə   məshetmədən   sonra   insanın   ruhunda
təqdis edən lütf artır.  Məsihçi daha da müqəddəs olur,
çünki imanın həqiqətini daha dərindən anlayır, şübhə və
çətinliklərə daha asan qalib gəlir, bir sözlə, Allahı daha
çox   sevməyə   və   Onun   iradəsini   daha   kamil   yolla   icra
etməyə qadir olur.
Mirro   yağı   ilə   məshetmə   vasitəsilə   Müqəddəs   Ruh
bizdə Öz ənamlarını artırır: 
1. Müdriklik verir ki, biz İlahi həqiqəti elan edək.
2.  Ağıl  verir ki, biz   imanın həqiqətini kifayət qədər
anlaya bilək.
3.  Məsləhət  verir   ki,   biz   çətin   həyati   vəziyyətlərdə
necə hərəkət edəcəyimizi bilək.
4.  Bacarıq  verir   ki,   öz   xilasımız   üçün   istifadə   edə
bilək.
5.  Cəsarət  verir   ki,   biz   sınaqları   və   əzabları   səbirlə
keçirə bilək və məyus olmayaq. 
6.  Möminlik  («dua   ruhu»)   verir   ki,   biz   duanı,   İlahi
Liturgiyada iştirakı, Evxaristiyada iştirakı, Tövbə sirrini və
bizə ana kimi İlahi həyat verən Kilsəni sevək.
7.  Allah   qorxusu  verir   ki,   biz   Rəbbə   ehtiram   dolu
məhəbbət və müqəddəs qorxu hiss edək; müqəddəs Allah
qorxusu Onu ağır günahla təhqir etməmək üçün bizdə səy
yaradır, çünki O bizi sevir.
Mirro   yağı   ilə   məshetmə   Məsih   əsgərinin   silinməz
işarəsini   insanın   qəlbində   möhürləyir,   bu   işarəyə   görə
Mələklər   və   Müqəddəslər,   həmçinin   şər   ruhlar   Məsihi
~ 107 ~
107


etiraf edən şəxsi tanıyırlar. Müqəddəs Ruh ənamını qəbul
edən və İlahi iradəni düzgün yerinə yetirən adam Səmavi
Padşahlıqda ali izzətə layiq olacaq.
Bu qədər yüksək ənamın qəbul edilməsi yağla məsh
olunana   Məsihin   şahidi   və   Məsihin   kahini   kimi   olmaq
məsuliyyətini   verir.   Biz   ilk   növbədə   saleh   həyatla   və
Ümumdünya Kilsəsinin həyatında iştirak  etməklə Məsih
barədə şəhadət edirik. Yağla məsh olunan öz nümunəsi,
sözü,   nəsihət   və   məsləhəti   ilə   başqalarına   Xilaskarı
tapmaq   və   Onun   Kilsəsi   ilə   birləşməkdə   kömək   etmək
üçün   Xilaskarla   möhkəm   birləşərək   Məsihin   əbədi   və
yeganə Keşişliyində iştirak edir. 
Müqəddəs Ruh ənamı hər bir məsihçi üçün zəruridir,
çünki   həyat   sadiqliyi   və   möhkəm   olmağı   bizdən   daim
tələb edir.
Müqəddəs   Vikent   de   Pol   həddindən   çox   savadlı   bir
insanla tanış olur. O, katolik imanının həqiqətlərinə çox
şübhə etdiyinə, buna görə də məyusluğa yaxın olmasına
və   öz   ruhi   sağlamlığından   narahat   olduğuna   görə,
həmçinin   imanını   itirmək   qorxusundan   şikayət   etdi.
Müqəddəs   adam   onun   üçün   dua   etdi,   Rəbbdən   alimi
sınaqlardan   azad   etməsini   və   bu   sınaqları   onun   öz
üzərinə   yönəltməsini   dilədi.   Allah   onu   eşitdi,   alim
sakitləşdi,  lakin  Müqəddəsin  qəlbində  imana  aid  böyük
şübhələr   yarandı.   O,   bir   neçə   il   ərzində   buna   dözdü.
Keşiş  kağız  üzərində «İman  edirəm» yazdı və  daim bu
yazını sinəsində gəzdirdi. Sınaq gələn kimi imanı etiraf
etmə rəmzi olaraq əlini yazıya qoyurdu. Eyni zamanda o
dua edir və xeyirxah işlər görürdü. Bir müddətdən sonra
sınaqlar   keçib   getdi   və   keşişin   qəlbində   yenidən   sülh
~ 109 ~
109


yarandı.   Beləliklə,   Müqəddəs   Ruhla   möhkəmlənən
məsihçi   nəinki   özü   həmişə   imanda   qaldı,   həm   də
yanında olana imanı qoruyub saxlamaqda kömək etdi.
Mirro   yağı   ilə   məshetmə   Mərasimi   necə   icra
edilir 
Sirr   katexizasiyadan   sonra   keçirilir.   Mirro   yağı   ilə
məshetmə   şahidi   Kilsə   adamı   olmalıdır,   Müqəddəs  Ruh
ənamını artıq qəbul etməlidir, Tövbə və Evxaristiya (Mirro
yağı   ilə   məshetmə   sirrini   qəbul   edən   adam   kimi)
ayinlərini qəbul etməlidir, çünki Müqəddəs Ruh ənamını
yalnız   təqdis   edən   lütf   vəziyyətində   qəbul   etmək   olar.
Bütün   keçmiş   həyata   aid   olan   günahları   etiraf   etmək
məsləhət olunur.
Mərasimin   əvvəlində   Yepiskop   şərdən   və   iblisdən
imtina etmələri barədə namizədlərə sual verir, onlar isə
cavab   verirlər:   «İmtina  edirəm».   Sual   verərək   Yepiskop
onlardan   həvari   imanını   etiraf   etməyi   tələb   edir,
namizədlər   bu   suallara   «İman   edirəm»   deyə   cavab
verirlər.   Yepiskop   yağla   məsh   olunanların   üzərinə   əlini
uzadır   və   Müqəddəs   Ruhu   onların   üzərinə   enməyə,
onlara   Öz   ənamlarını   verməyə   çağırır.   Duadan   sonra
Mirro   yağı   ilə   məshetmənin   şahidi   sirri   qəbul   edənin
arxasında dayanır və sağ əlini onun çiyninə qoyur. 
Yaxınlaşan   Yepiskop   əlini   namizədin   başına   qoyur   və
alnına   mirro   (təqdis   edilmiş   ətirli   yağ)   işarə   qoyur   və
deyir: 
«(Adı),  Müqəddəs Ruh ənamının əlamətini qəbul
et». 
~ 111 ~
111


Sirrini qəbul edən cavab verir: «Amin»
Yepiskop: «Sənə sülh olsun», 
sirrini qəbul edən isə cavab verir: «Sənin ruhunla da
olsun». 
Mirro   yağı   ilə   məshetmənin   mənası   budur:   «yağ»
balzamla   qarışdırılan   ətirli   yağdır.   Balzamın   ətri   sirri
qəbul   edənin   xeyirxah   əməlləri   ilə   xoş   ətir   saçmasına
işarə edir və balzam çürümənin qarşısını aldığı kimi sirri
qəbul   edən   də   günahın   natəmizliyindən   özünü
qorumalıdır.
Ətirli   Mirro   yağı   ilə   məshetmə  
 çətinliklər   və
tovlamalarla mübarizəyə hazırlıq deməkdir, çünki qədim
zamanlarda rəqibin əlindən sürüşüb çıxmaq asan olsun
deyə pəhləvanlar ətirli yağı bədənlərinə sürtürdülər. 
Məshetmənin  daha   bir   dərin   mənası   var.   Əhdi-Ətiq
zamanı   və   orta   əsrlərdə     yüksək   vəzifəni   qeyd   etmək
üçün   peyğəmbərləri,  keşişləri  və   padşahları  ətirli   yağla
məsh   edirdilər.   «Məsih»   adının   mənası   «Allahın
Məsholunmuşudur»,   çünki   O,   Müqəddəs   Ruhla   tam
«məsh   olunub».   O,   Peyğəmbər,   Baş   kahin   və   Kainatın
Padşahıdır.   Məsihçinin   yağla   məsh   edilməsi   ona
Xilaskarın   peyğəmbər,   kahin   və   padşah   xidmətində
iştirak etmək imkanını verir.
3. EVXARISTIYA
Evxaristiya qurban təqdimatı, çörək və şərab şəklində
gizli   olan   Rəbbimiz   İsa   Məsihin   Bədənini   və   Qanını
minnətdarlıqla dadmaqdır.
Katexizis   deyir:   «Xilaskarımızın   ələ   verildiyi   o   Gizli
~ 113 ~
113


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə