Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə


Müqəddəs Messa (İlahi Liturgiya) barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə25/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   21   22   23   24   25   26   27   28   ...   87

Müqəddəs Messa (İlahi Liturgiya) barədə
Rəbb   İsa   Özünü   bizə   görə   Atasına   daimi   qurban
təqdim etmək, Müqəddəs Evxaristiyada bizə qida olmaq,
həmçinin   «dövrün  sonuna  qədər»  (Mat  28,   20)  bizimlə
olmaq   üçün   Öz   Bədəninin   və   Qanının   Müqəddəs   Sirini
təsis   etdi.   Müqəddəs   Messa   (Kilsə   mərasimlərində
Evxaristiya)   keşişin   əli   ilə   yer   üzündə   sağ   olan   və
ərafdakı   insan   canları   üçün   Rəbb   İsanın   təqdim   etdiyi
Əhdi-Cədid   Qurbanıdır.   «Evxaristiya   qurbandır,   çünki   o,
Çarmıxın   Qurbanını   yenidən   təqdim   edir   (hal-hazırda
mövcud edir), onun xatirəsidir və onun bəhrəsini gətirir»
(KKK   1366).   Müqəddəs   Messa   zamanı   bizim
günahlarımıza   görə   Rəbb   İsanın   Özünü   Səmavi   Ataya
çarmıxda   verdiyi   həmin   Qurban   təqdim   edilir.   Yeganə
fərq   yalnız   qurban   təqdimatının   tərzindədir:   çarmıxda
Allah   və   insan   olan   İsa     Özünü   Qurban   verdi,   qanlı
əzablar   keçirdi   və   öldü.   Liturgiya   zamanı   isə   O   Özünü
çörək və şərab şəklində Qurban gətirir və əzab çəkərək
ölmür. «Məsih ölülər arasından dirildiyinə görə bir daha
ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz» (Rom
6, 9).
Müqəddəs Messa iki hissədən ibarətdir:
1. Kəlamın Liturgiyası.
2. Evxaristiya Liturgiyası. 
1.  Kəlamın  Liturgiyasında  Əhdi-Ətiq və Əhdi-Cədid
kitablarından oxuduqda Allah bizə müraciətlə danışır. Vəz
zamanı keşiş Müqəddəs Yazının sözlərinin mənasını izah
~ 121 ~
121


edir   və   gündəlik   həyatımızda   onu   necə   tətbiq
edəcəyimizi   bizə   öyrədir.   Eşitdiyimiz   Allah   Kəlamına
cavab olaraq biz birlikdə imanın etirafını və ümumi duanı
edirik. 
2.  Evxaristiya   Liturgiyası  müqəddəs   təqdimatların
(çörək və şərabın) hazırlanmasından, Çevrilmə Ayinindən
(çörək və şərabın Rəbbin Bədən və Qanına çevrilməsi) və
Birləşmədən   (Rəbbin   Bədənini   və   Qanını   qəbul
etməkdən) ibarətdir.
Çevrilmə Ayini zamanı keşiş İsa Məsihin adı ilə Onun
sözlərini   çörəyin   üzərində   söyləyir:   «Bu,   Mənim
Bədənimdir»,   şərabın   üzərində   isə:   «Bu,   Mənim
Qanımdır». Bu anda canlı, dirilmiş Rəbb çörək və şərabın
mahiyyətini Öz Bədəni və Qanına çevirir. Keşiş Müqəddəs
Quzunu   və   Kasanı   qaldırır   və   burada   olan   adamların
hamısı   diz   çökərək   müqəddəs   mehraba   enmiş   Öz
Xilaskarını mədh edir. 
Evxaristiya (Qurban Süfrəsi) zamanı keşiş və imanlılar
təqdis edən lütf vəziyyətində Məsihlə və özləri arasında
birləşirlər.  Müqəddəs Evxaristiyada yalnız  lütfdə olanlar
(iman   edənlər   və   vicdanlarında   ağır   günah   hiss
etməyənlər)   iştirak   edə   bilərlər.   «Ağır   günahını   bilən
Evxaristiyaya   yaxınlaşmazdan   əvvəl   Barışma   (Tövbə)
sirrini   qəbul   etməlidir»   (KKK   1385),   –   deyə   Katexizis
xatırladır.   Vicdanda   olan   ağır   günahla   Müqəddəs
Bəxşişləri   (Məsihin   Bədəni   və   Qanı)   qəbul   edərək
Evxaristiyada iştirak etmək küfrdür (bu da, Rəbbi təhqir
edən   ağır   günahdır).   Özünü   yalnız   kiçik   (gündəlik)
günahlarda   təqsirkar   hiss   edən   şəxs   bunlardan   tövbə
etməlidir – kədərlənmə aktı vasitəsilə Allahla barışmalıdır
və o halda Rəbbin Müqəddəs Bədənini və Qanını qəbul
~ 123 ~
123


edə   bilər.   İsa   Məsih   yalnız   müqəddəs   Messa   zamanı
deyil,   həmçinin   çörək   və   şərabın   görünüşü,
xüsusiyyətləri qalana qədər onların şəklində qalır. Buna
görə də Müqəddəs Bəxşişlər hər bir Kilsədə xüsusi balaca
evdə   –   bəxşişxana   adlanan   (lat.   «tabernakulum»   –
«balaca ev, çadır») mücrüdə xüsusi qablarda saxlanılır.
Buna   görə   də   biz   məbədə   girərkən   çörək   şəklində
bəxşişxanada   gizli   olan   Xilaskarımıza   dərindən   sitayiş
edərək   diz   çökürük.   Bəzən   Müqəddəs  Bəxşişlər   ümumi
sitayiş   («adorasiya»)   üçün   çıxarılır,   mərasim
(Evxaristiyalı   yürüş)   zamanı   isə   keşiş   təntənəli   şəkildə
onları daşıyaraq onlarla insanlara xeyir-dua verir.
Evxaristiyada   olan   İsa   Məsihin   real   hüzuru
barədə
Müqəddəs   Foma   Akvinalı   məşhur   «Adoro   te   devote»
(«Ey   gözə   görünməyən   Allah,   Səni   mədh   edirəm»)
nəğməsində   Müqəddəs   Sirrdə   Rəbbin   real   hüzuruna   öz
imanını   bu   sözlərlə   etiraf   edir:   «Çarmıxda   İlahilik
gizlədilib, burada isə insaniyyət gizlədilib».
Müqəddəs   Məsih   Kilsəsi   həmişə   iman   edib   və   iman
edir ki, Evxaristiya sirrində, çörək və şərab şəklində canlı
və   həqiqi   dirilmiş   İsa   Məsih   var.   O   tam   və   bölünməz
olaraq bütövlüklə buradadır; Öz İlahiliyi, ruhu, Bədəni və
Qanı ilə buradadır. Buna görə də Rəbb həm çörək, həm
də şərab görünüşündə bütövlüklə buradadır. Evxaristiya
zamanı və ondan sonra çörəklə şərabın görünüşü bütöv
qalana   qədər   İsa,   həqiqətən,   çörək   və   şərab
görünüşündə   olur.   O,   çörəyin   həm   xırda   hissəciyində,
həm də şərabın damcısında bütövlüklə olur. Buna görə
~ 125 ~
125


də   Müqəddəs   Evxaristiyada   Xilaskarı,   həqiqətən,   qəbul
etmək   üçün   Onu   görünüşlərdən   birində,   çörək   yaxud
şərab şəklində qəbul etmək kifayətdir (buna görə də latın
mərasiminə   sadiq   olanların   Evxaristiya   zamanı   yalnız
Rəbbin Bədənindən dadma təcrübəsi bərqərar oldu).
Həvarilər   və   ilk   məsihçilər   Evxaristiyada   Allah
Oğlunun   real   olduğu   barədə   həqiqətə   şübhə
etmirdilər.  Şəhid olan Müqəddəs İustin II əsrdə yazırdı:
«Evxaristiyada biz adi  çörək və şərab görmürük. Məsihin
Sözünə   görə,   Evxaristiya   bədənimizi   və   qanımızı
qidalandıran   Onun   Bədəni   və   Qanıdır»   («Apologiya»).
Kilsə   atalarından   biri   olan   və   həmçinin   «Evxaristiya
müəllimi»   adlanan   Müqəddəs   İohann   Xrizostom
Müqəddəs   Sirr   barədə   çox   vəz   edirdi.   Mattanın
Müjdəsindən   vəz   edərək   müqəddəs   öyrədir:   «Bu   gün
insanların   bir   çoxu   belə   deyir:   “Məsihi,   Onun   üzünü,
paltarını,   Onun   ayaqqabılarını   öz   gözlərimlə   görmək
istəyirəm”. Budur, sən Onu görürsən, Ona toxunursan və
hətta   Onu   qəbul   edirsən...   Evxaristiyada   O   Özü   Özünü
sənə verir. Onun burada olması həqiqidir, lakin duyulan
deyil,   Onun   burada   olması   yalnız   iman   üçün   mümkün
olur».
ХVI   əsrdən   başlayaraq   protestantlar   bu   həqiqətə
etiraz   etməyə   başladılar.   Lüter,   Kalvin,   Svinqli   kimi
Reformasiya   rəhbərləri   adamlara   təlim   verərək   sübut
etməyə   çalışırdılar   ki,   Məsihin   sözlərini   həqiqi   mənada
deyil, məcazi mənada anlamaq lazımdır. Onlar deyirdilər:
«Buna iman etsən, İsa çörək və şərabda olacaq» yaxud
«bu,   sanki   Məsihin   Bədənidir»   və   ya   «Evxaristiya   Sirli
Gecənin yalnız xatirəsidir». Katolik Kilsəsi bu sözləri küfr
hesab etdi, çünki onlar Xilaskarın sözlərinin həqiqiliyinə
~ 127 ~
127


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə