Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə30/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   26   27   28   29   30   31   32   33   ...   87

etiraf   edirdi   ki,   özünü   saxlaya   bilmək   və   Allahın
əmrlərinə uyğun həyat yaşamaq üçün ona qüdrəti on iki
yaşından başlayaraq Evxaristiyada gündəlik iştirakı verir.
Müqəddəs   Faustina   öz   gündəliyində   yazırdı:   «Məndə
olan   bütün   xeyirxahlıq   Rəbbin   Müqəddəs   Süfrəsindən
gəlib, hər şeyə görə Ona minnətdaram. Hiss edirəm ki,
bu   müqəddəs   alov   məni   tamamilə   dəyişib.   Ya   Rəbb,
Sənin   iqamətgahın   olduğuma   görə   mən   çox   şadam;
ürəyim   Sənin   daim   olduğun   məbəddir...»   («Gündəlik»,
1392).
Evxaristiyada necə iştirak etmək lazımdır?
Evxaristiyada iştirak etməkdən fayda əldə etmək üçün
ona   hazırlaşmaq   və   ondan   sonra   minnətdarlıq   etmək
lazımdır.
Həm bədəni, həm də qəlbi hazırlamaq lazımdır. Bədəni
hazırlamaq üçün Evxaristiyada iştirak etməzdən əvvəl ən
azı bir saat ərzində «Evxaristiya orucu» tutmaq (bu vaxt
ərzində heç nə yeməmək və heç nə içməmək) lazımdır.
Lakin   «Evxaristiya   orucu»   zamanı   təmiz   su   içmək   və
dərman   qəbul   etmək   olar.   Xəstələr   bu   orucu   tutmağa
məcbur deyil. 
Lakin daha çox qəlbin hazırlanmasına diqqət yetirmək
lazımdır.
 
Evxaristiyaya
 
hazırlığa
 
etinasızlıq
göstərdiklərinə   görə,   hətta   Evxaristiyada   tez-tez   iştirak
edən insanların bir çoxu ruhani cəhətdən çox zəif inkişaf
edir   və   nöqsanlarını   düzəltmirlər.   Kardinal   Bona   yazırdı
ki, Evxaristiyada iştirak edənlərin zəif ruhani inkişafında
İsa deyil, onların özləri təqsirkardır.
~ 157 ~
157


Birincisi,   Evxaristiyada   səmərəli   iştirak   üçün
iştirakçının vicdanında nəinki ölüm günahının olmaması
zəruridir.   Evxaristiyanın   qəlbimizdə   səmərələr
gətirməsindən   ötrü   ürəyimizi   hər   şeydən   çəkindirərək
Allaha bütövlüklə verməliyik.  
İkincisi,  Evxaristiyanın bizə böyük fayda verməsi üçün
İsanı   daha   da   kamilcəsinə   sevmək   arzusu   ilə   Ona
yaxınlaşmaq   lazımdır.   Müqəddəs   Fransisk   di   Sales
deyirdi: «Özünü bizə məhəbbətə görə Verəni məhəbbətə
görə   qəbul   etmək   lazımdır».   İlahi   məhəbbətin   bizdə
böyüməsini   arzulayaraq   Evxaristiyaya   yaxınlaşmaq
lazımdır.
Evxaristiyadan   sonra   Allaha   minnətdarlıq   etmək
lazımdır.   Dua   ən   xoş   və   səmərəli   şeydir,   çünki   bu
dəqiqələrdə   biz   ürəyimizdə   olan   İsa   ilə   söhbət   edirik,
Allaha öz minnətdarlıq, təvazökarlıq, məhəbbət, sədaqət
hisslərimizi bildiririk. Rəbbə Onun xeyirxahlığına heyran
olduğumuzu   bildiririk,   Ona   sitayiş   edirik,   ürəyimizdə
məhəbbət həyatını oyadırıq: «Allah yanıma gəldi! Ey İsa,
Səni sevirəm və Səndən çox heç nəyi sevmirəm! İsam
mənim, Sən Özünü mənə tamlığınla verdiyin kimi mən də
tamamilə özümü Sənə verirəm!...»
Minnətdarlıq   hisslərindən   başqa   Allaha   xahişlərinizi
də   bildirə   bilərsiniz,   çünki   Evxaristiyadan   sonrakı
dəqiqələr   bunun   üçün   ən   yaxşı   vaxtdır.   Müqəddəs
Tereza   Avilalı   deyirdi   ki,   Birləşmə   Ayinindən   sonra   İsa
qəlbinizə lütf taxtındakı kimi gəlir və bir vaxt kor adama
dediyi kimi ona deyir: «Nə istəyirsən, sənin üçün edim?
(Luka 18, 41) İndi Mən səninləyəm, bu lütfü dilə, çünki
Mən   onu   sənə   vermək   üçün   yanına   gəlmişəm.   Nə
istəyirsən, onu da dilə, təsəlli alacaqsan». Öz sözləri ilə
~ 159 ~
159


hələ   dua   edə   bilməyənlər   dua   kitablarında   verilən
mətnlərlə dua edə bilərlər.
Evxaristiyada tez-tez iştirak etmək barədə
Evxaristiyada nə qədər iştirak etmək olar? Bu sualı bir
çox imanlı verir. Əvvəlcədən qeyd etmək lazımdır ki, ilk
əsrlərin   məsihçilərində   bu   sual   yox   idi.   Onlar   üçün
Evxaristiyada tam iştirak bəlli və aydın məsələ idi. Lakin
aydın   və   məntiqi   olmayan   şey   bu   idi:   İlahi   Liturgiyada
iştirak etmək və necə Evxaristiyanı qəbul etməmək olar?
Əgər   bir   kəs   vəftiz   olunubsa   və   Məsihə   məxsusdursa,
Onu necə sevməyə və Evxaristiyada Onunla birləşməyi
arzulamaya   bilər?   Lakin   əgər   kimsə   hələ   vəftiz
olunmayıbsa yaxud vəftizdən sonra pis günah edib və bu
vəziyyətdədirsə,   Evxaristiyaya   qalmamalıdır,   vəzdən
sonra   çıxmalıdır.   İlk   məsihçilər   belə   hesab   edirdilər.   O
vaxtlar   iman   sınaqdan   keçməli   idi,   çünki   məsihçilər
bütpərəstlər arasında yaşayır, təqib olunurdular, xüsusilə
qəddar   təqiblər   zamanı   hər  dəqiqə   Məsihə   görə   əzablı
ölümə getməyə hazır idilər. Buna görə də Evxaristiyada
Rəbbin   Bədəni   və   Qanı   olan   Müqəddəs   Sirdə   iştirak
etmək   onlar   üçün   möhkəmlənmə   və   Onunla   birliyin
işarəsi idi. 313-cü ildə qəbul olunan Мilan Fərmanından
sonra   xristianlıq   daha   təqib   olunmadı   və   hətta   böyük
hörmətə layiq görüldü. Getdikcə daha çox səmimi imanı
olmayan   adam   dünyəvi   niyyətlə   vəftiz   qəbul   edirdi.
Müqəddəs   Kilsə   məsihçilərdə   imanın   azlığına   və
Evxaristiyaya   daxili   hazırlığın   azlığına   fikir   verməyə
başladı. Belə hallarda Evxaristiya səmərəsiz, çox vaxt isə
insanın özünü mühakimə edən günah olur. Buna görə də
~ 161 ~
161


Kilsə   Müqəddəs   Ayinləri   səmərəli   qəbul   etmək   üçün
zəruri   olan   tələblər   qoymağa   başladı,   bu   da   tez-tez
Evxaristiyanı   qəbul   edənlərin   sayını   getdikcə   azaltdı.
Bütün   Kilsə   Müəllimləri   insanların   Evxaristiyadan   əvvəl
ürəklərinin daxili münasibətinə daim diqqət yetirirdilər. 
Müqəddəs   Kilsə   Evxaristiyada   tez-tez   iştirakı   tövsiyə
edir və həvəsləndirir, eyni zamanda bu mərhəmətə görə
minnətdarlıq   etmək,   Allahın   iradəsini   yerinə   yetirməyə
səy   göstərmək,   yaxınlığındakı   adama   mərhəmət
göstərmək,   ürəyi   təvazökar   etmək   barədə   xüsusilə
xatırladır.   Vicdanında   ağır   günahı   olmayan,   gündəlik
günahlarına   görə   səmimi   kədərlənən   hər   kəs   Rəbbin
Müqəddəs Süfrəsində iştirak edə bilər.
Düzdür,   insan   tez-tez   özünə   belə   sual   verir:
«Vicdanımın   işarə   etdiyi   günah   ağırdır   ya   yox?
Evxaristiyada   iştirak   edə   bilərəmmi?»   Doğrudan   da,
vicdanımızda yük olan müəyyən bir günahın ağır yaxud
yüngül olmasını həmişə riyazi dəqiqliklə müəyyən etmək
mümkün deyil. Nə ağır, nə yüngül – heç bir günahla Rəbb
Allahı təhqir etmək olmaz – bunu hər məsihçi bilir.  Allahı
təhqir   etdiyinə   və   bizi   Ondan   uzaqlaşdırdığına   görə
günah ən böyük şərdir. Digər tərəfdən, bilirik ki, hər bir
insan gün ərzində bir neçə dəfə balaca günahlar edərək
günaha   batır.   Rəbb   İsa   Məsihdən   savayı,   yalnız
Müqəddəs   Məryəm,   Allah   tərəfindən   xüsusi   olaraq
seçildiyinə görə, Onun lütfü ilə, heç vaxt, hətta ən balaca
günah belə, etməyib. 
Günah haqqında
Günah  Allahın   əmrini   könüllü   və   şüurlu   pozmaq
~ 163 ~
163


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə