General Əli ağa Şıxlinski və silahdaşları
478
SÜVARİ GENERALI YAQUB QULİYEV
Ölümümdən sonra da mən insanlar üçün ulduz və
cəsarət rəmzi olacam. Mənim adım onlar üçün çağı-
rış, məqsəd və ümid simvoluna çevriləcəkdir.
Napoleon Bonapart (1769-1821)
fransız imperatoru və sərkərdəsi
Azərbaycanlılarla türkmənlər eyni anadan doğu-
lan əkiz övladlardır. Əsrlər boyu məqsədimiz, mura-
dımız da bir olubdur.
Berdı Kerbabayev (1894-1974)
türkmən xalq yazıçısı
Stalinqradın azərbaycanlı qəhrəmanlarından biri də bu günə
qədər xalqımızın yaxşı tanımadığı – süvari general-mayoru Ya-
qub Allahqulu oğlu Quliyevdir. Həmin döyüşlərin qəhrəmanı
qvardiya mayoru Qaçay Aslanov təsvir etdiyi döyüşlərdə gene-
ral həmyerlimizlə eyni cəbhədə vuruşub. Xatirələrinin yalnız bir
yerində Qaçay Aslanov onun adını və döyüş fəaliyyətini yada
salır. Görünür, məlumatı az olub, şəxsən onu tanımayıb.
Əlbəttə, general Yaqub Quliyevi o vaxtlarda tanıyan olsa-olsa
ancaq general Həzi Aslanov olardı. Ona görə ki, Həzi Aslanov
da, Yaqub Quliyev də ali zabit heyəti dəstəsinə məxsus idi. Onlar
müşavirələrdə, həlledici döyüş planının müzakirəsində, ordu
komandanının məsləhət və məşvərətində, şübhəsiz ki, görüşüb
tanış olmuşdular.
Təəssüf ki, Həziyə müharibədən sağ çıxmaq qismət olmadı.
O, 1945-ci il yanvarın 24-də qədim kəhrəba diyarı Litvanın Yelqa-
va şəhəri uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak oldu.
Şəmistan Nəzirli
479
Müharibədən yazılan çoxsaylı memuarlarında, xüsusilə Sta-
linqrad döyüşləri barədə süvari generalı Yaqub Quliyev haqqın-
da Sovet İttifaqı Marşalı S.S.Biryuzovun “Toplar atəş açmağa
başlayanda”, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, professor
S.P.İvanovun “Ordu qərargahı, cəbhə qərargahı”, general-leyte-
nant Həsən Xaraziyanın “Mərdlik yollarında”, Yakob Melkumo-
vun “Türküstanlılar” kitablarında, S.Skoroboqatovun, B.Qudca-
lovun, general M.Y.Qryaznovun, A.S.Kibalnikovun məqalə və
xatirələrində general həmyerlimiz Yaqub Quliyevin milliyyətcə
türkmən olduğu bildirilir. Hətta, 1942-ci il dekabrın 22-də Sta-
linqrad yaxınlığındakı Liski çayı uğrundakı ağır döyüşlərdə
qəhrəmanlıqla həlak olan, 4-cü süvari korpusunun komandir
müavini, general Yaqub Quliyevin cəbhədaşları dəfn mərasi-
mindəki mitinqdə and içmişlər ki, “Türkmən ulduzu” heç vaxt
sönməyəcəkdir. Əzizimiz Yaqub bizim qəlbimizdə həmişə nur
saçacaqdır, əbədi şölə saçıb ürəklərdə yaşayacaq.
Müharibədən iyirmi beş il keçəndən sonra türkmən tarixçisi
Roza Bazarova general haqqında yazdığı monoqrafiyasında ilk
dəfə etiraf etmişdir ki, general Yaqub Quliyev azərbaycanlıdır.
Tarixçi R.Bazarova 1970-ci il yanvarın 25-də “Ədəbiyyat və sun-
qat” qəzetində monoqrafiyadan bir parçanı dərc etdirmişdir. Ta-
rixçi R.Bazarova yazır: “O, Azərbaycan torpağında – Şuşa şəhə-
rində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Onun
həyat yolu sıravi döyüşçüdən generaladək yüksəlmiş həqiqi in-
sanın həyat yoludur”.
Bəli, apardığımız tədqiqat və araşdırmalardan məlum olur
ki, general, doğrudan da, azərbaycanlıdır. Bizim xalqın oğludur.
Sevindirici haldır ki, türkmən tarixçisi R.Bazarova da bu faktı
etiraf etmişdir. Hələ 1982-ci ildə biz generalın Gəncədə toxucu-
luq kombinatında işləyən bacısı qızı Xədicə Abbasova ilə görü-
şüb, ondan dayısı haqqında müəyyən faktları öyrənib, foto-
şəkillərini almışdıq. O vaxtlar “Hünər” televiziya proqramında
veriliş də hazırladıq…
General Əli ağa Şıxlinski və silahdaşları
480
Generalın türkmən xalqının oğlu kimi təqdim olunması və
indiyədək xalqımızın onu tanımaması səbəbsiz deyil. Qısa da
olsa, bu tarixçəni oxuculara çatdırmaq borcumuzdur. Dahi rus
yazıçısı Lev Tolstoy çox gözəl demişdir: “Əsl nəşə həqiqəti kəşf
etməkdə deyil, gec də olsa onu axtarıb həyata keçirməkdədir”.
* * *
Yaqub Allahqulu oğlu Quliyev 1900-cü il yanvarın 25-də fü-
sunkar Qarabağın Şuşa şəhərində dünyaya gəlib. Həmin vaxtlar-
da Şuşada erməni-müsəlman qırğını başlamışdı. Aclıq, səfalət və
təhlükə tüğyan edirdi. İmperiya canilərinə arxalanan daşnak
erməniləri havadarlarından silah alıb azərbaycanlıları qırırdılar.
İnsanların üz-gözündən bədbəxtlik, fəlakət yağırdı. Güzəran Şu-
şada ağır idi. Çörək qıtlığı ərşə qaxmışdı. Hamı ölümdən, aclıq-
dan qaçıb qurtarmaq istəyirdi.
Həmin illəri tərcümeyi-halında təsvir edən məşhur yazıçı Yu-
sif Vəzir Çəmənzəminli (1887-1943) ürəkağrısı ilə yazırdı: “Çar
hökuməti Şuşadakı erməni kilsəsinə məxsus əmlakı almışdı. Bi-
zim vəqf əmlakı da alınmış və indiyə qədər geri verilməmişdi.
Bizimlə hesablaşan kim idi ki?.. Rusiya-Yaponiya müharibəsi və
inqilab iğtişaşlarından istifadə edərək daşnak firqəsi terrora baş-
ladı: günün günortaçağı hökumət məmurlarını küçələrdə
öldürməyə başladılar. Şuşada da az adam qırmadılar.
Ermənilər bərk hazırlaşır: bol tüfəng, tapança, patron alırdı-
lar. Daşnak fədailərinin əlindən şəhərdə yer yoxdur. Şuşanın iq-
tisadi vəziyyəti fəna olduğu üçün sənət və işi olmayanlar çəkilib
kəndlərə və başqa şəhərlərə gedirdilər. Əhalinin ziyalısını Bakı
və bir qismini də Aşqabad cəlb edirdi”.
Bu bəladan qurtarmaq üçün Allahqulu kişi köçüb Türkmənis-
tanın Mərv şəhərinə gəldi. Onda oğlu Yaqub altıaylıq körpə idi.
Az müddət burada yaşadılar. Onlardan əvvəl Türkmənistanın
şəhər və kəndlərinə xeyli Qarabağlı ailəsi köçüb gəlmişdi. Şəhərdə
dolanmaq çətin olduğu üçün Allahqulu kişi həmyer lilərinin
məsləhəti ilə köçüb Yolötən qəsəbəsində əbədi məskən saldı.