Şəmistan Nəzirli
469
Stalinqraddan söhbət düşəndə 1942-ci il dekabrın 17-də və
18-də olan həlledici döyüş günlərini ehtiyatda olan qvardiya ma-
yoru Qaçay Aslanov heç cür unuda bilmirdi.
Müharibədən sonra həmin döyüş günlərini yada salan vete-
ran Qaçay Aslanov şöhrətli generalımız, iki dəfə Sovet İttifaqı
Qəhrəmanı Həzi Aslanovla həmin həlledici döyüşlərdə olan epi-
zodu qısaca yazdı. O yazırdı: “Əməliyyat başlamazdan bir neçə
saat əvvəl məni briqada komandiri polkovnik N.N.Belıy yanına
çağırdı:
– Yoldaş baş leytenant, – dedi, – siz ixtisasca həkimsiniz və
aldığım məlumata görə pis zabit-döyüşçü deyilsiniz. Koman-
danlıq sizə belə bir tapşırıq verir. Növbəti başlanacaq döyüş vax-
tı komandiriniz podpolkovnik Həzi Aslanovu addım-addım
izləyib onun müdafiəsinə başınızla cavabdeh olursunuz.
– Oldu, yoldaş polkovnik, – dedim, – icazə verin tapşırığı
yerinə yetirmək üçün mürəxxəs olum.
Əlbəttə, bu tapşırıq mənim ürəyimcə idi. Bu günə qədər şöh-
rətli eloğlum Həzi Aslanovla ara-sıra görüşürdümsə, indi onun-
la birgə addımlamaq mənə qismət oldu. Bu barədə Həzinin
yavə rinə məlumat verdim. Yavər gülümsünüb dedi ki, sizə
qərargah rəisinin təklifi ilə bu məsul vəzifə tapşırılır.
Dekabrın 17-də döyüş meydanında düşmən ordusundan
çoxlu öldürülən və yaralanan olmasına baxmayaraq, faşistlər
üzə rimizə yeni qüvvə göndərməkdə davam edirdi. Texnika
cəhət dən sayı çox olan düşmən qoşun hissələrimizi mühasirəyə
almaq xəyalına düşmüşdü. Vəziyyətimiz qorxulu anlara yaxın-
laşırdı. Ona görə də briqada komandiri polkovnik Belıy ehtiyat-
da saxlanan 55-ci tank alayının komandiri, podpolkovnik Həzi
Aslanova belə bir əmr verdi:
– İndi sizin növbənizdi, – dedi. – Bizi bu ağır vəziyyətdən çı-
xarmağa yalnız sizin komandanlıq etdiyiniz alay qadirdir. Ümi-
dimizi sizə bağlamışıq. Çünki bizə köməyə gələn ikinci zərbə
artilleriyası (həmin artilleriyanın komandanı o vaxt general-pol-
kovnik Radion Malinovski idi) hələ də gəlib çatmayıb. Alayınız-
da olan 35 tankın hamısı texniki cəhətdən tamamilə sazdı.
General Əli ağa Şıxlinski və silahdaşları
470
Alayımız dördüncü mexanikləşdirilmiş korpusun sərənca-
mında olduğuna görə komandan, general-leytenant Viktor Ti-
mofeyeviç Obuxova bu barədə məlumat verdilər. Razılıq alınan-
dan sonra qarşıdakı çətin, əzablı, həm də çox məsuliyyətli döyüşə
girməyə əmr verildi. Həmin anlarda mən QAZ-67 markalı zireh-
li maşının yanında dayanmışdım. Komandanlığın məntəqəsində
nə danışılırdısa, hamısını aydınca eşidirdim.
Podpolkovnik Həzi Aslanov həmişə olduğu kimi komandir
tankına mindi. Əlindəki kiçik göy və qırmızı bayraqlarla alayın
və tankların arxasınca irəliləməsinə işarə verdi. Həzinin işarəsi
ilə alay ön cəbhəyə irəliləmək əvəzinə döyüş meydanının sol ci-
nahına doğru hərəkət etdi.
Faşistlər ilk vaxtlar bizi sox sıxışdırırdılar. Hər yer top və pu-
lemyot atəşinə tutulurdu. Bizdən tələfat get-gedə çoxalırdı. Artıq
bir neçə tankımızı da yandırmışdılar. Hamımız ölümün gözünə
dik baxırdıq. Sanki canımızda qorxu hissi ölmüşdü. Andımız
belə idi: əsir düşməmək, mövqedən bir addım da geri çəkilməmək.
Bu, komandirimiz Həzi Aslanovun əmri idi. Dalınca da sərt səslə
belə dedi: Əlbəyaxa döyüşə hazır olun!
Alayımız komanda məntəqəsindən xeyli uzaqlaşıb Salsk çö-
lünün qərb istiqamətinə çatdı. Düşmən burda dayanmışdı. Çöllər
dizə qədər qarla örtülü idi. Əsgər və zabit heyətinin hamısı ağ
plaş-çadır geyinmişdi. Bəzi açıq yerlərdə sürünə-sürünə gedir-
dik. Topların lülələri ağ rənglə boyanmışdı. Qarın üzərində qara
cığır qalmamaq üçün tankın keçdiyi yolu, ləpirləri və izləri qarla
örtürdük. Bunların hamısı düşmən təyyarələrindən gizlənmək
üçün komandirin əmrilə olunurdu. Faşist təyyarələri göylərə
nərə salır, havanı yararaq arabir mərmi tökürdü. Tez-tez atılan
fişənglər də göydə cövlan edirdi. Bizim alaya və qonşu hissələrə
tapşırılmışdı ki, Fon Paulsun Stalinqrad yaxınlığında mühasirəyə
düşmüş qoşunlarına köməyə gəlmək istəyən feldmarşal Fon
Manşteynin böyük tank və motorlu qüvvələrinin qabağını
kəssin. Hitler yeni göndərdiyi canlı qüvvə ilə bərabər 300-dən
çox “Pələng” adlı ağır tanklar və xeyli zirehli maşınlar da buraya
yeridilmişdi. Kəşfiyyat xəbər gətirmişdi ki, hər iki faşist qoşunla-
Şəmistan Nəzirli
471
rının cəhd edib birləşmək istədikləri ara məsafəsi qırx beş-əlli
kilometr idi. Bizim alay və bir neçə başqa hərbi qüvvələr bu
məsafədə döyüş aparmalı və onlara birləşməyə imkan vermə-
məliydi. Burada, Salsk çölündə düşmənlə ölüm-dirim savaşı
gözlənilirdi.
Komanda məntəqəsindən hey çağırırdılar: “Çayka, çayka, ca-
vab ver, hardasan?” Bu, komandirimiz Həzi Aslanovun məxfi
adı idi. Nədənsə, komandir susur, hiss olunurdu ki, bərk fikirli-
dir, nəyisə ölçüb-biçir.
Düşmən uzaqlardan arabir onlara tərəf atırdı. Həzi Aslanov
sakit səslə dedi:
– Əclaflar deyəsən gəlişimizdən duyuq düşüblər.
O, zabit heyətini çox da böyük olmayan yarğana yığdı. Bura-
da yarı yerə batmış qayanın altını özümüzə sığınacaq elədik. Ko-
mandir: – Hə, – deyə üzünü zabitlərə tutdu. – Vəziyyət belədi.
Əgər biz düşmənlə üzbəüz döyüşə girsək, sayca çox olan faşistlər
bizim alayı məhv edə bilər. Ona görə də belə fikirləşirəm ki,
düşmənə yalnız sağ cinahdan və arxadan hücum etmək lazım-
dır. Çünki alman tanklarının yan zirehləri cinahdan zəif olur.
Həm də motor yerləşən hissə sağ cinahdan daha asan nişangaha
gəlir. Xəbərdarlıq edirəm, mənim işarəm olmadan heç kəs atəş
açmasın. Vəziyyət çox mürəkkəb və məsuliyyətlidir. Tanklarımı-
zın əsas qrupu sağdan düşmənin arxasına keçəcək. Bu qrupa
özüm rəhbərlik edəcəm.
Volkov soyadlı mayor Həzi Aslanova müraciət edib dedi:
– Yoldaş podpolkovnik, icazə verin soruşum. Siz nə üçün ci-
nah atəşinə üstünlük verirsiniz?
Həzinin güləş sifəti bir anda ciddiləşdi. Ayağını bərkdən daşa
vurub üstünün qarını təmizlədi.
– Bilirsiniz, – dedi, – mən ilk hərbi təhsilimi Bakı hərbi
məktəbində almışam. Orda bizim müəllimlərimiz məşhur gene-
ral Səməd bəy Mehmandarov, Əli ağa Şıxlinski və topoqrafiya
generalı İbrahim ağa Vəkilov idi. Başqa müəllimlərimiz də vardı.
Artilleriya generalı Əli ağa Şıxlinski bizə döyüş taktikasından
mühazirə oxuyanda həmişə deyirdi:
Dostları ilə paylaş: |