ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə146/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   142   143   144   145   146   147   148   149   ...   154

Şəmistan Nəzirli

463


Hüseynzadə – Mixaylo İtaliya və Yuqoslaviya dağlarında partizan 

hərəkatına  rəhbərlik  edərək  minlərlə  faşisti  məhv  etdi.  Özü  isə 

qəhrəmanlıqla həlak oldu və ölümündən sonra 1957-ci il aprelin 

11-də Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli ada layiq görüldü.

O  ağır  müharibə  illərində  məşhur  Azərbaycan  şairi  Seyid 

Məhəmmədhüseyn Şəhriyar “Stalinqrad qəhrəmanları” poema-

sını yazdı. Poemada şücaətlə döyüşən əsgər və zabitlərin qəh-

rəmanlığı böyük məhəbbət və səmimiyyətlə tərənnüm olunur.

Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahiminin və 

Əhməd Cəmilinin yazdığı silsilə şeirləri də Stalinqradda faşist 

qoşunlarının darmadağın edilməsinə həsr olunmuşdur.

HƏZİ ASLANOVLA GÖRÜŞ

Tırtıllı tankların gur səsindən sonra dalbadal qumbara atıldı. 

Qumbaraların  gurultusu  torpağı  lərzəyə  gətirdi.  Kazarmanın 

qapıları  və  şüşələri  cingilti  ilə  yerə  töküldü.  Yuxudan  sərsəm 

oyanan əsgərlər komandirin gur səsini eşitdilər: – Müharibə! – 

deyə qışqıran gənc leytenant: – Silaha sarılın! – komandasını dal-

badal təkrar etdi.

1941-ci il iyul ayının 26-da Kiyev şəhəri yaxınlığında yerləşən 

dördüncü  mexanikləşdirilmiş  korpusun  tərkibində  iyirminci 

tank alayının əsgər və zabitləri yağı düşmənlə döyüşə girdi. Bu 

ölüm-dirim  savaşında  mərdliklə  vuruşan  alayda  bircə  nəfər 

həmyerlimiz vardı. O, iyirmi bir yaşı yenicə tamam olan bərdəli 

Qaçay Allahqulu oğlu Aslanov idi. Artıq ikinci il növbəti hərbi 

xidmətdə  olan  Qaçayı  alayda  hamı  nizam-intizamlı  bir  zabit 

kimi yaxşı tanıyırdı. 

Bütün Avropanı ayağa qaldıran Hitler Almaniyası ilk vaxtlar 

çox  sürətlə  irəliləyirdi.  Yaxın  Şərqə  yol  açmaq  istəyən  faşizm 

özünün “məğlubedilməz” ordu gücünü Stalinqrada yönəltmişdi. 

Ona görə də Ali Baş Komandanlıqdan gələn əmrə əsasən leyte-

nant Qaçay Aslanovun döyüşdüyü alay da Stalinqrad cəbhəsinə 




General Əli ağa Şıxlinski və silahdaşları

464


göndərildi.  Onların  alayı  şəhərin  qərb  hissəsindəki  Uşakovka 

kəndi yanında yerləşirdi. Döyüşlər beş ay idi ki, davam edirdi. 

Nə gecə, nə də gündüz vuruşma ara vermirdi. Tapşırıq çox qəti 

verilmişdi. Düşməni şəhərə buraxmamaq! Bir neçə döyüş əməliy-

yatında igid zabit kimi döyüşən Qaçay Aslanovun sinəsini “Qır-

mızı  Ulduz”  ordeni  bəzəyirdi.  Onu  hamı  “leytenant Aslanov” 

deyə çağırırdı.

Bir axşam Qaçayı alay komandiri podpolkovnik Vladimir Lit-

vinov torpaq qazmaya yanına çağırdı. Onun yanında orta boylu, 

suyuşirin qaraşın bir zabit də vardı. Litvinov gülümsünüb:

– Hə, həmyerlilər, Aslanovlar, tanış olun, – dedi və əlini Qa-

çayın çiyninə toxundurub, – bu da bizim igid Azərbaycan oğlu 

Aslanovumuzdu, – deyə podpolkovnikə təqdim etdi.

Yanağı sərt şaxtadan azca allanıb qızarmış qonaq podpolkov-

nik Aslanov əlini Qaçaya uzadıb:

– Tanış olaq, – dedi, – eloğlu, mən Həzi Aslanovam. Hər dəfə 

komandirinlə görüşəndə səni bolluca tərifləyir. Hətta zarafatla 

deyir ki, Həzi, sənin qardaşın leytenant Aslanov alayımızın fəx-

ridir.  Gəldim  ki,  səninlə  tanış  olum.  Çox  sağ  ol  ki,  xalqımızın 

başını uca edirsən.

Qaçay utancaq baxışlarını bilmədi harada gizlətsin, utandı-

ğından qızardı. Həzi Aslanov isə elə hey onu tərifləyirdi. Söh-

bətinə ara verər-verməz komandiri Litvinov onun şücaətindən 

danışırdı: 

– Həzi Əhəd oğlu, – deyirdi, – noyabrın 10-da, iki gün əvvəl, 

bizim leytenant Aslanovu səhər saat səkkizdə bölüyü ilə Ploda-

viti  kəndi  istiqamətində  kəşfiyyata  göndərdim.  Üç  saata  yaxın 

apardığı döyüş əməliyyatında düşmənin demək olar ki, bir rota-

sını yarıbayarı məhv edib geri oturtdu.

Həzi  Aslanov  bu  dəfə  doğma  ana  dilində,  canıyananlıqla 

dedi:

– Özünü gözlə, eloğlu, sən hələ çox cavansan. Neçə yaşın var?



– İyirmi iki, yoldaş podpolkovnik, – Qaçay nizami əsgəri qay-

dada cavab verdi.




Şəmistan Nəzirli

465


– Axı biz hələ sənin toyunda oynamalıyıq. Sənə bir böyük qar-

daş məsləhətim, çalış döyüş vaxtı bölüyünün arxasını boş qoyma, 

onda daha arxayın vuruşarsan, döyüş uğurun da artıq olar. Yaxın 

günlərdə bir cəbhədə vuruşacağıq. Mən çayın o tayında müdafiədə 

duran 55-ci əlahiddə tank alayının koman diriyəm. Mənim alayım-

da da sənin kimi qoçaq həmyerlilərimiz çoxdur. Amma sən burda, 

bu alayda tək-tənhasan. Darıxmırsan ki?

–  Nə  danışırsınız,  yoldaş  podpolkovnik,  heç  bu  frislərin 

əlindən darıxmağa vaxt var… İcazə verin, yoldaş podpolkovnik, 

bir söz də mən deyim. 

Həzi xoş təbəssümlə:

– Buyur! – dedi, – eşidirəm səni.

– Bax, siz məni tərifləyirsiniz. Mən yalnız alayımızda tanını-

ram. Sizi axı bütün ölkə, bütün Azərbaycan tanıyır, fəxr edir. Si-

zin Moskvaətrafı döyüşlərdə göstərdiyiniz qəhrəmanlığı bütün 

Azərbaycan mətbuatı qızılı hərflərlə yazır. Mən Vətəndən aldı-

ğım qəzetlərdə Sizin haqqınızda bolluca yazılar var. 

–  Qaçay,  eloğlu,  nə  poetik  danışığın,  nə  də  ləhcən  bizim 

Lənkəran, Astara  bölgəsinə  bənzəmir.  Bilmək  istərdim  mənim 

həmfamilim olan igid hansı bölgədəndir? Bilirsən niyə soruşu-

ram? Alayıma qayıdanda mənim “uşaqlarım” belə şeyin çox ma-

rağındadırlar, bilirəm ki, məni sorğu-suala tutacaqlar.

– Qarabağlıyam, yoldaş podpolkovnik, Aran Qarabağın Bər-

də rayonundanam. Kəndimin də adı Kələntərlidir. Xanlıq döv-

ründə bizim kənd Cavanşir xanlarının şəxsi mülkü olub. Tarixə 

Batmanqılınc adı ilə düşən igid Məmməd bəy Mehrəli bəy oğlu 

Cavanşirin kəndi olub.

Podpolkovnik Həzi Aslanov gülümsünüb:

– İcazə ver, səndən soruşmadan özünə deyim ki, sənin şeir 

yazmaq qabiliyyətin var. Bir də Qarabağlı olasan, yaxşı səsin ol-

maya, bunlar da varmı?

– Yeri gələndə, şair Səməd Vurğun demişkən, az-az uyduru-

ram…

– Səmədlə tanışlığın varmı?




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə