ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə147/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   143   144   145   146   147   148   149   150   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

466


– Yox, heç üzünü görməmişəm. Amma “Vaqif”ini və qoşma-

larını əzbərdən bilirəm.

– Ancaq mən yaxşı tanıyıram, ötən il Moskvada təsadüfən gö-

rüşdük. Restoranda birgə nahar etdik. Mən ona bir məktub da 

yazıb verdim. Özü şəxsən aparıb anam Nuşuya çatdırıb. Sağ ol-

sun, anam yazır ki, Həzi, oğlum, Səməd Vurğunun bizə gətirdiyi 

məktub  bizə  xeyli  təsəlli  verdi  sənin  barəndə…  Qaçay,  Allah 

qoysa, bu frislərin axırına çıxaq, müharibə qurtarsın, sənin toyu-

na Səmədlə gələrik… İndi mən getməliyəm, axşam toranı düşür. 

Sənə ən vacib tövsiyəm – döyüş vaxtı özünü qoru…

Podpolkovnik Litvinov gülə-gülə:

– Həzi Əhəd oğlu, sizin dili bilməsəm də danışığınızın abı-

havasından belə başa düşdüm ki, qohum çıxdınız. Mən buna çox 

şad oldum.

Ayağının birini qaçaraq qoyub getmək istəyən Həzi Aslanov 

geriyə dönüb gülə-gülə dedi:

– Biz azərbaycanlılar harada yaşayıb işləməyimizə baxmaya-

raq, bir ananın, bir atanın övladlarıyıq. Vladimir Pavloviç, çox 

sağ ol, məni həmyerlimlə tanış etdin. Sənə çox-çox təşəkkür edi-

rəm. Yaxın günlərdə səndən bir dost xahişim olacaq. Belə maraq-

lı zabit cəbhədə azdı. Mən uşaqlıqdan şeir, musiqi vurğunuyam. 

Vətənimdən də xeyli vaxtdı ayrılmışam. Oraya ancaq iki ildən 

bir məzuniyyət vaxtı gedə bilirəm. Əgər mümkün olsaydı, gənc 

leytenant Aslanovun mənim alayıma keçməsinə icazə verərdin. 

Onunla bu qısaca söhbətimizdən hiss etdim ki, Azər baycan tari-

xini, incəsənətini yaxşı bilir.

Podpolkovnik Litvinov dedi:

– Narahat olmayın, Həzi Əhəd oğlu, sənədlərini hazırlayıb 

günü sabah göndərərəm. Açığını deyim, belə qoçaq, nizam-inti-

zamlı zabiti hər komandir əlindən verməz. Neyləmək olar, arada 

dost xahişi var, ona əməl etmək borcumuzdur. 

Pəhləvan cüssəli, qaraşın Həzi Aslanov kefi durulmuş halda 

bir-iki addım geriyə atıb dostu Litvinovun əlini sıxıb təşəkkür 

etdi.



Şəmistan Nəzirli

467


– Çox sağ ol ki, – dedi, – dost xahişini yerə salmırsan. Hələlik, 

görüşənə qədər.

Həzi Aslanov gedəndən sonra podpolkovnik Litvinov fikirli-

fikirli qazmaya göz gəzdirdi. Elə bil iki aydan çox yaşadığı ko-

mandir qazmasını ilk dəfə görürdü:

– Hə, kiçik Aslanov, – dedi, – bəxtin açıldı, gedirsən eloğlu-

nun  yanına,  bunun  hamısı  sənin  əla  xidmətinə  görədir.  Həzi 

Əhəd oğlu qoçaq komandir və gözəl insandır. Gördün, beş-üç 

kəlmə kəsməklə elə ilk görüşdən sənə həm zabit, həm də insan 

kimi rəğbət bəslədi. İnanıram, sən leytenant Aslanov, orada həm 

bizim, həm də Həzi Əhəd oğlunun alayının adını şərəflə doğrul-

dacaqsan.  İcazə  verirəm,  sabahdan  hazırlaş.  Həzinin  alayında 

qulluq etməyə yola düşəcəksən. Nə fərqi var, orada da Vətəni 

müdafiə edəcəksən. Bu barədə elə bu axşam rota komandirinə 

məlumat ver. Gedə bilərsən! – deyib podpolkovnik Litvinov ona 

bir  daha  uğur  dilədi.  Birdən  gülümsünüb:  –  Hələ  bir  an  ayaq 

saxla  görüm,  Aslanov,  amma  müharibədən  sonra  Həzi  Əhəd 

oğlu ilə məni Azərbaycan plovuna qonaq etməyi unutma ha…

Leytenant Qaçay Aslanov:

– Oldu, yoldaş komandir, – deyib, sağ əlini gicgahına aparıb 

əsgəri  qaydada  xudahafizləşməyə  icazə  istədi.  –  Allah  qoysa, 

frislərin axırına çıxaq, müharibə qurtarsın. Süfrədə Gəncə kon-

yakı  olmaq  şərtilə Azərbaycanda  qonağımız  olarsınız,  –  deyib 

yeraltı qazmadan çıxdı.




General Əli ağa Şıxlinski və silahdaşları

468


GENERAL HƏZİ VƏ QAÇAY ASLANOVLAR  

STALİNQRAD DÖYÜŞLƏRİNDƏ

“Biz Stalinqrad altındakı döyüşlərdə tanış olduq. 

O vaxt Həzi tank alayının komandiri idi. Həzi Asla-

novun  alayı  feldmarşal  Manşteynin  qoşun  qruplaş-

ması ilə ölüm-dirim mübarizəsi aparırdı. Bu döyüşdə 

Həzi  Aslanovun  alayı  hünərlə,  bacarıqla  vuruşaraq 

düşmənin 17 tankını, çoxlu döyüş texnikasını və piya-

dasını  məhv  etmişdi.  Sovet  İttifaqı  Qəhrəmanı  kimi 

yüksək ad Həzi Əhəd oğluna həmin vaxt verilmişdi”.

A.İ.BELOV,

SSRİ Rabitə Qoşunları Marşalı

Həzi Aslanovun tankçıları zirzəmisində faşist divi-

ziyasının qərargahı yerləşən binanı tutdular. Biz, as-

lanovçular, bir neçə zabiti əsir alıb, mühüm sənədlər 

əldə  etdik.  Faşist  diviziyasının  komandiri  öldürül-

müşdü.

Podpolkovnik Həzi Aslanov düşmən birləşməsinin 

qərargahında  stulda  əyləşərək  bizə  dedi:  “Qiyamət 

etdiniz,  qardaşlar!  Əhsən,  sizlərə!”  Bizə  qələbə  qa-

zandıran bu sözlərdəki etibar, coşqun məhəbbət idi. 

Bu tükənməz hünər və cəsarət idi. Düşmənin 20 yara-

lı, 75 zədələnmiş tankını, 100 avtomaşınını, 6 uzaq-

vuran topunu, çoxlu minomyot və avtomatlarını ələ 

keçirmişdik. Bundan əlavə ərzaq və döyüş sursatı ilə 

dolu  iki  anbar  tutmuşduq.  Onlarca  əsgər  və  zabiti 

əsir almışdıq.

A.Xarin,

Ehtiyatda olan qvardiya

baş leytenantı, Aslanovçu


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə