Şəmistan Nəzirli
475
rın 18-də Ali Baş Komandan Stalinqrad döyüşçülərinə belə bir
teleqram göndərdi: “Sizin inadlı döyüşlərinizlə fəxr edirəm. Bir
addım da geriyə çəkilməyin. Döyüşdə fərqlənən əsgər, zabit və
komandirləri Dövlət mükafatına təqdim edin. İ.Stalin” (Sitat Bö-
yük Vətən müharibəsi illərində Stalinqrad Vilayət Partiya Komitəsinin
birinci katibi və şəhər partiya komitəsi katibi A.S.Çuyanovun “Stalinq-
rad gündəliyi” (1941-1943) kitabından götürülüb. Volqoqrad, 1979-cu
il, səh. 332).
Qvardiya mayoru Qaçay Aslanovdan az da olsa çox səliqəli
arxiv qalıb. Sənədləri, fotoşəkilləri, general Həzi Aslanovla gö-
rüş lərini və xatirələrini ötəri də olsa yazıb saxlayıb. Amma bəzi
veteranlar kimi özünün qəhrəmanlığını heç yerdə şişirtmə yib.
Halbuki araşdırmalardan məlum olur ki, o, Kiyev, Stalinqrad və
Belarusiya döyüşlərində şücaətlə vuruşub.
Təvazökarlıqdan sağlığında da bu barədə mətbuatda çıxış
etməyib. Yalnız döyüş dostu mayor Boris Qradusdan aldığı
məktubdan sonra müharibə haqqında xatirələrini yazıb. Bu
sənəd və xatirələr arasında Qaçay Aslanovun Ali Baş Komandan
Stalin haqqında böyük məhəbbətlə yazdığı bir epizoda da rast
gəldik. O yazır:
“…Stalinqrad faşistlərdən tamam təmizləndikdən sonra seç-
mə qvardiyaçı zabitlərdən bir rota təşkil etdilər. Məni də təlimat-
landırıb bu rotaya göndərdilər. Məlumat verdilər ki, Ali Baş Ko-
mandan şəhərə baxmağa gələcək. Yeni təşkil olunmuş rota Stali-
nin mühafizəsində dayandı.
Tehran Konfransından qayıdan Stalin Bakıdan keçib yolüstü
Stalinqrada gəldi. Stalin dağılmış şəhərə, Paulyusun keçmiş
qərar gahına və küçələrə tökülüb qalmış yığın-yığın faşist dəbil-
qələrinə baxdı. Dərindən köksünü ötürüb:
– Eh, bədbəxt qaliblər… Bu dəbilqələr də hansısa başda olub?
Amma biz şəhəri əvvəlkindən də gözəl, yenidən tikəcəyik. Xal-
qımızla birgə hər şeyi yenidən yaradacağıq!
Stalinin maşını uçub dağılmış küçələrlə və çoxlu yandırılmış
faşist texnikasının qalaqları arasından irəliləyirdi. Ali Baş Ko-
General Əli ağa Şıxlinski və silahdaşları
476
mandanın maşını sərt döngələrin birində qarşıdan gələn yük
maşını ilə toqquşdu. Yük maşınının sürücüsü yerə düşəndə gör-
dük qadındır. Biz yük maşınını və sürücü qadını dərhal müha-
sirəyə aldıq. Stalin də maşınından düşdü. Stalini tanıyan sürücü
qadın qorxusundan əsə-əsə ağlamağa başladı. Stalin yaxınlaşıb
onu sakitləşdirdi, təsəlli verib dedi:
– Siz ağlamayın… bizim maşın zirehlidir, ona heç nə olmadı.
Siz çalışın öz maşınınızı düzəldin. – Ağlayan qadının başını
sinəsinə sıxıb onun saçını tumarladı.
Bu vaxt hardansa bir milis işçisi gəlib çıxdı. Stalin milisin qa-
dına hirslə baxdığını görüb:
– Sizin onunla işiniz olmasın, ona toxunmayın. Sürücü qadın
günahkar deyil, ona kömək edin maşınının əzilən yerini düzəlt-
məyə… – deyib maşına oturdu. Şəhərin başqa küçələrinə baxma-
ğa getdi”.
İstefada olan qvardiya mayoru Qaçay Aslanovun şəxsi arxi-
vində qayğı ilə qoruyub saxladığı bir cəbhə qəzeti də var:
“Сталинское знамя” qəzeti 1942-ci il dekabrın 29-da öz səhifə-
lə rində Həzi Aslanovun rəhbərlik elədiyi alayın fəaliyyətinə
səxavətlə yer verib. Qəzetdə oxuyuruq: “Stalinqrad cəbhəsinə
hücum başlandıqdan sonra Həzi Aslanovun tankçıları düşməni
əzərək və təqib edərək döyüşdə daha böyük şöhrət qazandılar.
Bir aya qədər davam edən döyüşlərdə podpolkovnik Həzi Asla-
novun alayı faşistlərin 45 tankını, 9 minaatan batareyasını,
14 tank vuran topunu, 12 səhra topunu, 42 taxta-torpaq atəş nöq-
təsini və müxtəlif yüklə dolu 50 avtomobilini məhv etmişdir.
Düşmənin 2000-ə qədər əsgər və zabitini qırmış, 700 hitlerçini
əsir götürmüşdür. Tankçılar alayı 125 yük avtomobilini və trak-
toru, 12 minik avtomobilini, 30 motosikletini, 80 araba müxtəlif
yükünü, bir araba döyüş sursatını, bir anbar ərzağı, çoxlu sayda
hərbi geyim və başqa hərbi ləvazimatı ələ keçirmişlər”.
1942-ci il dekabrın 22-də podpolkovnik Həzi Aslanovun 55-ci
əlahiddə tank alayının bir qrup əsgər və zabiti dövlət mükafatı
ilə təltif edildi. Komandir H.Aslanova Sovet İttifaqı Qəhrəmanı
Şəmistan Nəzirli
477
kimi yüksək ad verildi. O, həm də polkovnik rütbəsi ilə təltif
olundu.
Generalın sadiq zabiti baş leytenant Qaçay Aslanov isə Sta-
linqrad döyüşlərindəki hərbi fəaliyyətinə görə 1942-ci il dekab-
rın 18-də “Qırmızı Ulduz” ordeni və “Stalinqradın müdafiəsinə
görə” medalı ilə təltif olundu.
Müharibədən neçə illər keçməsinə baxmayaraq Həzi Aslano-
vun 55-ci Əlahiddə tank alayının Verxne-Kumski yaşayış
məntəqəsi uğrunda apardığı ağır döyüşlər unudulmadı. Marşal
S.S.Biryuzov 1966-cı ildə “Ağır illər” kitabının 116-cı səhifəsində
yazır: “Aslanovçuların hər bir döyüşçüsü əsil pəhləvan idi. Onlar
öz mövqelərini bir neçə gün idi ki, qəhrəmanlıqla müdafiə
edirdilər. Əlli beşinci Əlahiddə tank alayının, habelə onlara
kömək edən topçuların və minomyotçuların mətanəti sayəsində
ordumuzun ön hissələri düşməni altı saat qabaqlayıb dekabrın
18-də axşamüstü Mışkova çayına çatdılar və onun şimal sahilində
qabaqcadan hazırlanmış müdafiə mövqeyini tutdular. Dekabrın
19-da sübhçağı isə Mışkova xəttində döyüşlər öz kulminasiya
nöqtəsinə çatdı”.
Həmin günlərdə hadisələrin iştirakçısı, Cənub-Şərq cəbhə-
sində siyasi idarənin rəisi, general-mayor P.İ.Popov yazır: “Pod-
polkovnik H.Ə.Aslanovun komandanlıq etdiyi 55-ci Əlahiddə
tank alayının tankçıları müstəsna rəşadət göstərdilər. Dördüncü
mexanikləşdirilmiş korpusun başqa hissələri ilə birlikdə alay
düşmənin on iki həmləsini qəhrəmanlıqla dəf etdi. Faşistlərin
qüvvələri alayın qüvvələrindən üç-dörd qat üstün idi. Lakin
mərd “Aslanovçular” davam gətirdi” (P.İ.Popov. “Söz də döyüş-
çüdür”. “Stalinqrad vuruşması” məqalələr məcmuəsi, Volqoq-
rad, 1970, səh. 117).
Yüz qırx gün fasiləsiz davam edən Stalinqrad döyüşlərində
düşmənin 22 diviziyası, iki tank korpusu məhv edildi. Doxsan
bir min hitlerçi, iki min beş yüz zabit, iyirmi üç faşist generalı və
Hitlerin güvəndiyi feldmarşal Paulyüs əsir alındı.
Dostları ilə paylaş: |